237
əsgərlərinin yerləşdikləri məskənlərin hamısında eyni vaxtda üsyan qaldırmış
madalıların mütəşəkkil çıxışı (məhz bu çıxış Selevki ordusunun məhv olmasında
həlledici rol oynadı) və Parfiya padşahı II Fraatın qoşunlarının uğurlu hücumu
sayəsində bu cəhd Selevki ordusunun tamamilə darmadağın edilməsi ilə nəticələndi,
VII Antiox da öldürüldü.
E.ə. II əsrin sonuna - I əsrin əvvəlinə yaxın Parfiya dövlətinin qüdrəti əvvəllər
misli görünməmiş olan bir səviyyəyə çatdı.
Beləliklə, Selevkilər dövləti bir dünya dövləti kimi aradan qaldırıldı. İmtiyazlı
vəziyyətlərindən məhrum olan yunanlar artıq yerli əhalidən sosial fərqlər səddi ilə
təcrid edilməmişdilər. Bunun sayəsində Parfiya dövrü adlanan dövrdə mahiyyətcə
Hellinizmin inkişafının növbəti mərhələsi başlanır.
Atropatena eramızın ərəfəsində. Yadelli istilaçılara qarĢı mübarizə. E.ə. I
əsrin birinci yarısının Atropatena tarixi, demək olar ki, qaynaqlarda öz əksini
tapmamışdır. Yalnız 60-cı illərin hadisələri ilə bağlı bizə atropatenalılar haqqında bir
neçə məlumat gəlib çatmışdır, özü də bunlar ölkənin daxili həyatına aid hadisələr
deyil, hamısı xarici siyasət tarixinə aid hadisələrdir. E.ə. I əsrin ikinci yarısının -
xüsusilə 30-cu illərin Atropatena tarixinin faktları və hadisələri cəhətdən vəziyyət bir
qədər yaxşıdır.
Lakin tam inamla demək olar ki, göstərilən dövrdə Atropatena dövləti,
şübhəsiz, mövcud olmuş, üstəlik regionun siyasi həyatında ən fəal iştirak etmişdir.
Bunu biz yalnız Atropatena ilə qonşu olan ölkələrin tarixinə müraciət etmək və ya
regionda ümumi vəziyyətlə tanış olmaq sayəsində öyrənirik.
Ön Asiyanın Şərq vilayətlərində e.ə. II əsrin ikinci yarısı və I əsrin başlanğıcı o
zamankı dünyanın iki ən iri dövlətinin - Parfiya və Romanın durmadan qəsbkarlığı
dövrü idi. Roma və Parfiya yeni torpaqlar işğal edə-edə, öz nüfuz dairələrini
genişləndirə-genişləndirə və möhkəmləndirə-möhkəmləndirə tədricən, necə deyərlər,
qarşı-qarşıya hərəkət edirdilər, nəhayət, bilavasitə üz-üzə gəldilər və bunun ardınca
bir-biri ilə mübarizəyə başladılar.
E.ə. II əsrin sonuna - I əsrin əvvəlinə yaxın Parfiya dövləti zəhmli bir qüvvəyə
çevrilir. Parfiyalılar Çin və Roma respublikası ilə diplomatik əlaqə saxlayırdılar.
Parfiya mədəni dünyanın Şərq hissəsi ilə Qərb hissəsi arasında əlaqələndirici bir halqa
idi. Bu dövr parfiyalıların geniş qəsbkarlığı dövrü idi.
Parfiyadan xeyli uzaq olan vilayətlərdə parfiyalıların mövqeləri möhkəmlənir
və güclənir. Tezliklə bu vilayətlərin bəzilərində Parfiya çar sülaləsi - Arşakilərin
nümayəndələri hakimiyyət başına gəldilər.
Lakin Roma da yatmamışdı. Artıq e.ə. II əsrin ortalarına yaxın Roma
respublikası Aralıq dənizi hövzəsində ən güclü dövlətə çevrilmişdi. Bu zaman Roma
Karfagenin axırına çıxmış, Yunanıstanda demokratik hərəkatın alovlarını söndürmüş,
Aralıq dənizi hövzəsinin Şərq hissəsinə lap yaxınlaşmış və region dövlətlərinin
238
işlərinə ciddi qarışmağa başlamışdı. E.ə. I əsrin əvvəlində romalılar artıq Kiçik
Asiyada meydan sulayırdılar. Roma sərkərdəsi Sulla 92-ci ildə Dəclə çayının
sahilində Parfiya səfiri ilə görüşmüşdü. Bu, parfiyalılar ilə romalılar arasında ilk
ünsiyyət idi. Plutarx yazırdı: "İndiyədək iki xalq hələ bir-biri ilə təmasda olmamışdı".
O vaxt Ön Asiya regionunda vəziyyət son dərəcə mürəkkəb idi. Bir neçə əsr
ərzində Roma ilə Parfiya arasında baş verən toqquşmalar, onların qarşılıqlı mübarizəsi
nəticəsində Ön Asiya regionunda tədricən "siyasi dualizm" deyilən sistem meydana
gəlməyə başlayır.
Romanın ucqar şərq torpaqlarının müxalif əhvaliruhiyyəli əhalisi parfiyalılara
onu Roma əsarətindən xilas edəcək potensial bir qüvvə kimi baxırdı, elə bir qüvvə ki,
o, Qərbdən gəlmə yadlar tərəfindən Şərqdə tətbiq edilmiş və tətbiq edilməkdə olan
"Roma qaydasını" dağıda bilər. Parfiya dövlətinin qərb ucqarlarında yaşayan Parfiya
təbəələri isə Romaya ümid bəsləyirdilər.
Roma qəsbkarlığı Zaqafqaziya regionu və ona qonşu olan ərazi xalqları üçün
də, xüsusən yunan-makedoniyalılara qarşı mübarizənin yerli qüvvələrin qələbəsi ilə
(onların öz dövlətinin, xüsusən Atropatenanın yaradılması ilə) başa çatdığı vilayətlər
üçün də təhlükə törədirdi. E.ə. I əsrdə bu vilayətlər parfiyalıların siyasət və
mədəniyyətinin təsir dairəsinə düşmüşdü. Parfiyalılar Şərq xalqlarını mənfur yunan-
makedoniyalı əsarətindən, bir qədər sonra isə Roma əsarətindən xilas edən bir qüvvə
kimi çıxış edirdilər. İki düşmən-Roma və Parfiya bir-biri ilə ölüm-dirim döyüşünə
atılmazdan əvvəl vəziyyət məhz belə idi. Parfiyalılar Şərqdə öz mövqelərini
möhkəmləndirdikdən sonra Qərbə üz tutdular. Artıq II Mitridatın hökmranlığının (e.ə.
123-87) əvvəlində parfiyalılar o zaman güclənmiş olan Xarakenaya və Babil satrapı
Kimerə üstün gəlirlər. Parfiyalılar Ermənistanm və Selevki hakimlərinin daxili
işlərinə qarışır, həmçinin Zaqafqaziyanın digər vilayətlərində, xüsusilə Albaniyada
fəallıq göstərirdilər. Bunu xüsusən İsmayıllı rayonunun Mollaisaqlı kəndi zonasında
tapılmış arxeoloji materiallar da təsdiq edir. Burada aşkara çıxarılan qəbir abidələri
əslən Parfiya dünyasından olub Albaniyada qərar tutan gəlmələrdən qalmışdır.
Atropatenada da parfiyalıların mövqeləri möhkəmlənməkdə davam edirdi. E.ə.
I əsrdə Atropatenada məişətdə, tikintidə, memarlıqda "parfiyalaşma" o qədər güclü və
əhatəli idi ki, bunun birdən-birə, hazırlıq dövrü olmadan baş verdiyini güman etmək
çətindir. Bütün bunlar onu göstərir ki, Atropatenada Parfiyanın təsiri, şübhəsiz, daha
əvvəllər başlanmışdı. Bunu e.ə. I əsrdə Parfiya sikkələrinin Atropatenada geniş
yayılması da təsdiq edir və güman etməyə əsas var ki, Ekbatanada kəsilmiş Parfiya
gümüş pulu Zaqafqaziyaya Atropatena vasitəsilə yayılırmış.
Parfiya dilində tərtib edilmiş, bizə gəlib çatmış bir avroman sənədi də
Atropatenada parfiyalıların o zamankı rolundan və əhəmiyyətindən xəbər verir.
Madalıların, xüsusən Atropatena madalılarının parfiyalılarla yaxınlaşması üçün
Atropatenanın özündə çox böyük bir zəmin vardı. Hellinləşməyə müqavimət burada