264
Hazırda Atropatena keramikasının təkamülündə iki mərhələni ayırmaq olar: erkən
(e.ə. III - II əsrlər) və son (e.ə. I əsr - eramızın II əsri) inkişaf mərhələləri.
Erkən mərhələ Madada olduğu kimi, boyalı keramikanın olması ilə səciyyəvidir.
Lakin Atropatena keramikası yerli xüsusiyyətlərə malikdir. Fərqlər həm qabların
naxışlanmasında, həm də onların profillərində müşahidə olunur.
Madanın və Mada-Atropatenanın keramika sənətləri arasındakı fərqləri qeyd
edərkən Atropatenanın özündə də boyalı qabların dekorunda ciddi yeknəsəqliyin olmasını
da göstərmək lazımdır.
Tiplərin və formaların daha əhəmiyyətli dərəcədə müxtəlifliyi sonrakı mərhələdə
müşahidə edilir.
Təxminən e.ə. II əsrin ikinci yarısından etibarən hazırda Parfiya dövrünün
arxeoloji obyektlərinin tarixinin müəyyən edilməsində əsas olan keramika tipi yarandı. Bu,
qırmızımtıl-qəhvəyi rəngli (variantları: oxra rəngli, qonur) keramikadır və ədəbiyyatda
"clinkyware" adı almışdır. Keramikanın bu növü Parfiya dövrünün əvvəlində meydana
gələrək təqribən həmin dövrün sonunadək mövcudluğunu davam etdirmiş, eramızın II
əsrinin sonlarından tez olmayaraq aradan çıxmışdır. Bu tipli keramikanın xüsusilə çoxlu
qalıqları Qaleye-Zöhhakda və Ərdəbil yaxınlığındakı "Qala" adlanan möhkəmləndirilmiş
təpədə qeydə alınmışdır.
Təxminən e.ə. II əsrin I yarısında İranın qərbində meydana gəlmiş minalanmış
keramika əvvəlcə yaşılımtıl və yaxud ağımtıl rənglərə malik idi və formalarının
rəngarəngliyi ilə seçilmirdi. Lakin artıq e.ə. I əsrin sonuna doğru minalanmış qabların
formalarının artımı, habelə minanın rənginin dəyişməsi müşahidə olunurdu. Artıq
minalar əsasən mavi (firuzəyi) və yaşıl çalarlara malik idi. Qaleye-Zöhhak şəhər yerində
tapılmış açıq firuzəyi mina ilə örtülmüş "zəvvar" möhtərəsi abidənin eramızın I əsrinə aid
olduğuna dəlalət edir.
Güman etmək olar ki, son mərhələdə məişət keramikası ən çoxsaylı kateqoriya idi
və həm dulus çarxında hazırlanmış qablarla, həm də əllə yapılmış formalarla təmsil
olunmuşdur.
E.ə. I əsr - eramızın I əsri üçün zoomorf keramikanın mövcudluğu səciyyəvidir.
Üç-dörd kiçik ayaqcıqları olan, burun hissəsi realist və yaxud stilistik surətdə tərtib
olunmuş heyvan başı şəklində hazırlanmış qablar zoomorf keramikanı təmsil edir.
Qerminin ətraflarında xeyli bu cür qab aşkara çıxarılmışdır.
Qəbir abidələri. Atropatenanın qəbir abidələri indiyədək kifayət dərəcədə
öyrənilməmişdir. Əslində iri gil qablardan ibarət olan, ədəbiyyatda "küp qəbirlər"
adını almış qəbirlərdən başqa Atropatena ərazisindən qəbirlərin digər növləri hələlik
məlum deyildir.
Küp qəbirlər təsərrüfat təyinatlı iri gil qablarda (hündürlüyü 1,50-1,80 metr,
eni isə çox hallarda 1 metrdən artıq) dəfn adətinin təzahürüdür. Küp qəbirləri heç bir
məzarüstü qurğulara malik deyildir. Meyit çox zaman üfüqi vəziyyətdə olan küpün
265
içərisində sıx bükülü vəziyyətdə küpün boğaz hissəsinə doğru yönəlmiş halda, sağ və
ya sol böyrü üstə yerləşdirilirdi. Belə bir fikir irəli sürülmüşdür ki, kişilər sol, qadınlar
isə sağ böyrü üstə dəfn edilirdi. Dəfn üçün nəzərdə tutulmuş küpün içərisində xırda
avadanlıq və bəzək əşyaları (qolbaqlar, boyunbağılar, üzüklər, muncuqlar və s.)
yerləşdirilir, küpün yanında isə gil qablar qoyulurdu. Gil qabların içərisində qırmızı
və qara rəngli boyalarla, həndəsi ornamentlərlə bəzədilmiş qabları (əsasən küpləri),
içərisi oyma və ştamp bəzəklərlə naxışlanmış qara cilalı camları qeyd etmək lazımdır.
Dəfn küplərinin oriyentasiyası sərbəstdir.
Küp qəbirlər uzun müddət ərzində əsasən eramızdan əvvəlki dövrün son
əsrlərinə aid edilirdi. Lakin son zamanlar Naxçıvan ətrafında və Ağcabədi bölgəsində
(Mil düzündə) tədqiq olunmuş qəbirlər ən erkən küp qəbirlərini e.ə. VI-III əsrlərə aid
etməyə imkan verir.
Sikkə tapıntıları. Təəssüf ki, Atropatena ərazisindən tapılmış sikkə dəfinələri
və sikkələrin ayrı-ayrı nümunələri hələ azsaylıdır. Lakin mövcud olan sikkələr kütləsi
bu dövlətin pul dövriyyəsinin səviyyəsi haqqında təsəvvür yaratmağa imkan verir.
Hellinizm dövründə Atropatena ərazisində pul dövriyyəsi hələlik az təsadüf edilən
sikkələr əsasında təsdiqlənir. Onların arasında Makedoniyalı Aleksandrın ölümündən
sonra dövriyyəyə buraxılmış, Urmiya gölü yaxınlığındakı qəbirlərdən birində aşkar
olunmuş draxmanı (e.ə. III əsr) qeyd etmək lazımdır.
Atropatena ərazisində Parfiya hökmdarlarının sikkələri, əsasən draxmaları çox
geniş yayılmışdı. E.ə. I əsrin - eramızın II əsrinin draxmaları xüsusilə geniş şəkildə
təmsil olunmuşdur. Həmin draxmalar II Oroddan (e.ə. təqribən 57-37-ci illər)
başlamış IV Vologezədək (eramızın 147-191-ci illəri) dövrü əhatə edir.
Atropatena ərazisində tapılmış iki dəfinə Atropatenada pul dövriyyəsinin
səviyyəsi haqqında təsəvvür yaratmaq üçün böyük əhəmiyyətə malikdir: 1923-cü ildə
Əhərdə tapılmış və I Qotarzdan II Orodadək olan dövrdə buraxılmış, təxminən 600
Parfiya draxmasından ibarət olan dəfinə və Azərbaycan Respublikasının Əli Bayramlı
bölgəsində aşkar olunmuş, II Artabandan (10-38-ci illər) IV Vologezədək olan dövrdə
buraxılmış 110 draxmadan ibarət olan dəfinə.
Eramızın ilk əsrlərində Atropatenada Parfiya draxmaları ilə yanaşı məhdud
miqdarda olsa da imperator Avqustun Roma denariləri də dövr edirdi. Artıq sikkələrin
bu, o qədər də tam olmayan siyahısı Atropatenada pul dövriyyəsinin inkişaf etdiyini
təsdiqləyir.
Bu icmal təsdiq edir ki, bizim Atropatenanın maddi mədəniyyəti haqqındakı
təsəvvürlərimiz hələ də çox kasıbdır.
Din. Avesta problemi. ZərdüĢtilik. Güman etmək olar ki, artıq e.ə. I
minilliyin ilk əsrlərində Qərbi Madada, xüsusilə gələcək Kiçik və yaxud Atropat
Madası zonasında müxtəlif mazdaist təlimlər yayılmışdı. Burada və ona qonşu olan