Tədqiqatın metodoloji əsasları Pedaqoji tədqiqatlarda sosioloji metodlardan istifadə


Magisrtatura və aspirantura şobəsinin dekanı



Yüklə 50,65 Kb.
səhifə9/16
tarix26.10.2023
ölçüsü50,65 Kb.
#131436
1   ...   5   6   7   8   9   10   11   12   ...   16
T dqiqat n metodoloji saslar Pedaqoji t dqiqatlarda sosioloji

Magisrtatura və aspirantura şobəsinin dekanı ___
__________________________________________
___
__________________________________
magisrtantı
____________________________________


(istisas, qrup)
Ə R İ Z Ə
Xahiş edirəm mənim adıma aşağıdakı magistr
dissertasiyası movzusunu təsdiq edəsiniz.
Movzu
___________________________________
İmza: __________________ Tarix
____________

Magistrantların dissertasiya movzuları rektorun əmri ilə rəsmiləşdirilir. Mövzunu seçmişmagistrant mövzunun mahiyyətini, ideyasını, məqsəd və vəzifələrini özü üçün tam aydın etməlidir. Mövzunun aktuallığı, elmi yeniliyi, praktik əhəmiyyəti, pedaqoji ədəbiyyatda işlənmə səviyyəsi haqqında tədqiqatcı ardıcıl düşünməli, müvafiq çalışmalar aparmalıdır. Bütün bunlar mövzunun tam, aydın dərk olunmasına, dissertasiyanın sistemli işlənməsinə kömək edəcəkdir. Son dövrlərdə, təhsilimizdə gedən islahatlar, yeniliklər, pedaqoji mövzuların da yeniləşməsinə və təkmilləşməsinə səbəb olmuşdur. Təhsil sistemində qloballaşma, Avropa məkanına inteqrasiya, Bolonya təhsil sistemi və digər məsələlər pedaqoji elmin sahəsini, məzmununu, daha da genişləndirmiş, yeni fəal təlim metodları, təlimdə interaktiv metodlar, təhsil islahatları, təhsilin komputerləşdirilməsi, təhsilin humanistləşdirilməsi, demokratikləşdirilməsi, diferensiallaşdırılması kimi problem məsələlər pedaqoji mövzular sırasına daxil olmuşdur.




PEDAQOJİ TƏDQİQAT METODLARININ TƏSNİFATI http://kayzen.az/blog/401/pedaqoji-t%C9%99dqiqat-v%C9%99-onun-metodlar%C4%B1.html

Azərbaycanın görkəmli pedaqoqlarından olan professor Y.Ş.Kə­rimov pedaqoji tədqiqat metodlarının adətən iki qrupa ayrıl­dı­ğını göstərir. Sözügedən qruplar belədir: məzmunla bağlı metod­lar; formal metodlar. Birinci qrupa pedaqoji hadisə və proses­lərin faktlarının öyrənilməsinə xidmət edən metodlar – müşahidə, təcrübi pedaqoji iş, eksperiment, müsahibə, anket sorğusu, məktəb və şa­girdlərin fəaliyyətinə dair sənədlərin öyrənilməsi daxildir. Məz­munla bağlı hesab edilən bu metodların köməyi ilə öyrənilən məsələ və proseslə əlaqədar faktlar toplanır, sonra onlar təhlil-tərkib edilir, ümumiləşdirmələr aparılır, elmi cəhətdən əsas­landırılmış nəticələr çıxarılır, təhsil müəssisələrinə təkliflər verilir. Pedaqoji təd­qiqat me­todlarının formal adlanan ikinci qrupuna konkret pe­da­qo­ji hadisələri yüksək səviyyədə mücərrədləşdirən metodlar daxil­dir. Bu metod­lar­dan istifadə edərkən tədqiqatçı hadi­sənin məzmu­nu­nu nəzərə alma­dan ancaq formasına, gümanına görə bir sıra ha­di­sə­lər haqqında mü­hakimə, əqli nəticə irəli sürür. Bu metodlara ri­ya­zi metodlar, xüsusilə hadisə və prosesləri kəmiyyətcə və kibernetik model­ləş­dir­mə, məntiqi metodlar, nəzəri təhlil və tərkib metodları daxildir.


On­la­rın köməyi ilə pedaqogikanın predmetinin müəy­yənləşdirilməsi, cəmiyyətin inkişafında tərbiyənin rolu, məktəbin inkişafının proq­noz­laş­dı­rıl­ması və s. məsələlər tədqiq edilir. Pedaqoji tədqiqatın metodları dedikdə, müəyyən elmi problemi həll etmək üçün istifadə olunan yol və vasitələrin məcmusu başa düşülür.
Bu metodları şərti olaraq dörd qrupa bölmək olar: a) empirik tədqiqat metodları; b) nəzəri tədqiqat metodları; v) empirik-nəzəri tədqiqat metodları; q) pedaqoji tədqiqatda riyazi, statistik, sosioloji metodlar.

Yüklə 50,65 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə