Təhsilin bərpası üçün e-müraciət sistemi üzrə TƏLİmat mündəricat


Qeydiyyat Təhsilin bərpası üçün müraciət etmək istəyən şəxs ilk öncə “portal.edu.az”



Yüklə 0,54 Mb.
səhifə2/4
tarix27.09.2023
ölçüsü0,54 Mb.
#123961
1   2   3   4
Təhsilin bərpası üçün təlimat.415573e4

Qeydiyyat

Təhsilin bərpası üçün müraciət etmək istəyən şəxs ilk öncə “portal.edu.az” saytında qeydiyyatdan keçməlidir, bunun üçün əsas səhifəyə daxil olaraq “Qeydiyyat” düyməsinə sıxıb uyğun səhifəyə keçid etməlidir.




Şəkil 1. Qeydiyyat düyməsi

Açılan qeydiyyat formasının ilk səhifəsində müraciətçi vətəndaşlığını qeyd etməlidir



Şəkil 2. Vətəndaşlıq haqqında məlumat səhifəsi

Müraciət edən şəxs Azərbaycan Respublikası vətəndaşıdırsa şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil etməli və “yoxla” düyməsinə klik etdikdən sonra, ekranda əks olunan məlumatlar müraciətçiyə aid olduğu halda növbəti addıma keçid etməlidir.




Şəkil 3. Şəxsiyyət vəsiqəsi FİN məlumatının yoxlanılması səhifəsi.

Müraciət edən şəxs xarici vətəndaş olduğu halda miqrasiya kodunun seriyasını və kodunu daxil etməli və “yoxla” düyməsinə kliklədikdən sonra, ekranda əks olunan məlumatlar müraciətçiyə aid olduğu halda növbəti addıma keçid etməlidir.






Şəkil 4. Xarici vətəndaşların qeydiyyat səhifəsi

Müraciətçi BMT QAK-ın himayə sənədi ilə müraciət etdiyi halda, açılan bütün xanaları düzgün formada özü doldurmalı və növbəti addıma keçid etməlidir.


Sizə aid olan məlumatlar ekranda əks olunduğu halda növbəti səhifəyə keçid edərək qeydiyyatı davam edin.


Şəkil 5. BMT QAK-ın himayəsi sənədi ilə məlumatların doldurulması səhifəsi.

Qeydiyyat üçün mobil nömrənizi daxil edin. Düzgün qeyd edilməyən mobil nömrələrə təsdiq sms kodu göndərilmir. Bu mobil nömrə bütün mərhələlərdə əlaqə vasitəsi kimi istifadə olunacaq.


Qeyd: bir mobil nömrə, ancaq bir müraciətçi üçün istifadə edilə bilər. Mobil nömrənizə göndərilən təsdiq kodunu uyğun xanaya daxil edin və “Növbəti” düyməsinə sıxıb növbəti addıma keçid edin.



Şəkil 6. Mobil nömrənin təsdiqi səhifəsi

Əlaqə nömrənizi təsdiq etdikdən sonra elektron poçt səhifəsinə daxil olaraq elektron poçt ünvanını və poçt ünvanının təkrarını qeyd edin.




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə