TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə26/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   22   23   24   25   26   27   28   29   ...   171

58

turoloji  araşdırmalardan  sonra  üzə  çıxmışdır.  Çağdaş  audio­vi­

zual  sənət,  sanki,  bir  şüarı  səsləndirir:  “Gonbul,  kasıb  eybəcərə 

çevrilmək istəyirsənsə, doğ!”. “Gözəl və Qorxunc” cizgi filmində 

isə mütəxəssislər 25­ci kadr müşahidə ediblər. Bu kadrda gonbul, 

çoxuşaqlı, kasıb ana görünür. Hətta cizgi  film yaradıcıları bir az da 

qabağa gedərək, qadağan olunmuş fəndlərdən belə istifadə edir. 

Bildiyimiz kimi, kinosənayedə 25­ci kadr effekti qadağan olunub 

(449).  Buna  görə  hətta  bəzi  ölkələrdə  cinayət  məsuliyyəti  tətbiq 

edilir. 25­ci kadrı gözlə görmək olmur, amma o, ani effektlə şüara 

müəyyən bir informasiyanı həkk edir. Bu subliminal effekt qadın­

ları ana olmaqdan yayıındırmağa yönələn təbliğata işləyir. “BBC 

WorldWid”  365  seriyalı  “Telepuziklər”  cizgi  filmini  120  ölkədə 

yayımlayıb. Zahirən, guya, öyrədici görünən bu cizgi filminin cin­

si bəlli olmayan qəhrəmanları cəmiyyətə hansı sosial mesaji yol­

layırlar? Onların şit hərəkətləri və bunun cəzasızlığı, hansı cinsə 

mənsub  olduqlarının  bilinməməsi,  guya,  oğlan  olanın  qız  ətəyi 

geyinməsi, digərlərinin “Sən nə qəşəng qız oldun” deməsi və buna 

oxşar sonsuz nümunələr filmin xoşməramlı olmasını şübhə altına 

alır.


Televiziya  yeni  mədəniyyət  yaratmaqla,  yeni  obrazlar  təqdim 

et məklə  onları  həlledici  simaya  çevirir.  Yeni  nəsil  qlamur  aparı­

cıların nə mahiyyəti, nə şəxsiyyəti heç kəsi düşündürmür, məhz 

qlamur mahiyyət yaradır və bu parlaqlıq göz qamaşdırır. Seyrçi bu 

qlamurdan geyim tərzi, saç düzümü, makiyaj və s. köçürərək onlar 

kimi olmağa çalışır. Çağdaş televiziya məkanında bir neçə qlamur 

qadın obrazı seyrçiyə təqdim olunur. 

­ “Zoluşka”– həyatın dibindən gəlib ulduz olmuş bir obraz;

­ “Qadın­ana”– özünün və uşaqlarının həyatını öz istədiyi kimi 

qurmaq istəyən bir obraz;

­ “Qadın­avantürist” – kişilər kimi macəralara qoşulan, işdən iş 

çıxaran obraz;

 Seyrçilərə təqdim olunan qlamur kişi obrazları:

­ “Aşina”– qəhrəman; bu, əslində, superqəhrəmandır;

­ “Qəddar kişi”– qəzəbli, hirsli və xeyirxah olmayan intellektli 

obraz;


­ “Meşşan”– daha çox hisslərdən məhrum olan, dayaz, şit danı­

şaraq maraqlı və intellektual görünmək istəyən obraz.

Televiziya  postfolklor  yaradır.  Postfolklorsa  özünün  qəhrə man­

larını – teleobrazları təqdim etməklə identifikasiya basmaqəliblərini 

sərgiləyir. Nəticədə hər kəs bu qəhrəmanlara oxşamaq istəyir, real 

həyatdan ayrılır və bu həyatın gözlənilməzliklərinə duruş gətirə bil­




59

mir. Bu – depressiya, stress, diskomfort yaradır. İnsan özünü daha 

çox vakuumda hiss etməyə başlayır. 

Postfolklor  təkcə  obrazları  deyil,  həm  də  davranış  münasibət­

ləri  sistemini  idarə  edir.  O,  sosial  realların  bütün  parametrlərini 

təq dim  edir  və  bunun  çərçivələri  insanın  sonrakı  davranışlarını 

tənzimləyir.  Postfolklor  özünün  ifadələrini  və  dilini  yaratmaqla 

texniki,  o  cümlədən,  əcnəbi  sözlərin  qarışığından  yeni  ünsiyyət 

leksikonu  ortaya  qoymuş  olur.  Televiziyanın  gücündən  istifadə 

edərək postfolklor öz qəhrəmanlarını al­əlvan, olduğundan gözəl 

və ancaq müsbət tərəfləri ilə təqdim etdiyi üçün xüsusi çalarlar­

la sevdirə bilir. Folklor tövsiyə və ya forma təqdimatı idisə (yas 

mərasimi, toy, uşağa baxmaq və s.) postfolklor daha çox diktə edir. 

Burada isə hər bir fərd iştirak etməklə öz yozumunu təqdim edə 

bilməz. Fərdin nə düşünməyə, nə də öz təfsirini verməyə imkanı 

qalmır. Beləliklə, hər şey onun üçün hazır təqdim olunur. TV hazır 

evdar  qadın,  ana,  bacı,  qayınana  modelini  biçib  istifadəyə  verir, 

hər kəs onu “əyninə geyinir” və bütün yaşam tərzini bunun əsa­

sında qurur. 

Televiziyanın personajları bizim  etmək istədiyimiz bir çox əməl­

lə rə əl ata bilir. Bəzən bizim edə bilmədiyimizə də cəsarətlə əl atır. 

İnsanı çərçivəyə salan mənəvi qadağalar teleobrazlar üçün mövcud 

deyil. Telepersonaj xəyanət edir, sevgi macəraları yaşayır, rəhbərini 

söyür və s., seyrçi həvəslə bu kimi epizodlara baxır. Ekran qarşısın­

da oturan seyrçi öz etmək istədiyini telepersonajın ifasında görüncə 

həzz  alır  və  bu  həzzə  görə  olan  cəzasızlıq  telepersonajı  daha  çox 

sevdirir. “Nə yaxşı etdi”, “Nə yaxşı dedi” təskinliyi ilə telepersonaj 

seyrçinin dostuna çevrilir (116). TV baxışın emosional tərəfini daha 

da  şiddətləndirən  kollektiv  seyrdir.  İdman  yarışına,  qorxu  filminə 

baxanda yaranan kütləvi emosiya tək baxanda yaranmır. Bu, teleob­

razın taleyini izləyincə də baş verir. Seyrçi kollektiv surətdə baxanda 

gördüyünə,  ondan  alacağı  həzzə,  sanki,  şərik  axtarmaqla  əməlinə 

haqq qazandırmış olur. TV­nin emosiyalarla oynayaraq obrazlarını 

seyrçinin şüuraltı istəklərinə uyğun hərəkət etdirməsi seyrçiləri yo­

luxdurur və informasiya infeksiyası yaradır. Seyrçi yoluxaraq tele­

viziyada gördüyü obraz kimi yaşayır, düşünür, onun əldə etdiyinə 

çatmaq istəyir. Bu infeksiya daha çox TV­yə baxan insanları yolux­

durur. Onun təsir gücünə uşaqlar, qocalar daha tez düşür.

Serialların  uzun­uzadı  olması  teatr  və  kino  şərtiliyindən  fərq­

lə nən  teleşərtilik  modelini  ortaya  qoyur.  Seyrçi  serial  şərtiliyini 

gerçək kimi qəbul edir. Uzun­uzadı söylənən yalanın gerçək kimi 

qavranılmasına bənzəyən bu proses teleyaşam tərzi yaradır. Seyr­




60

çinin  özünü  teleqəhrəmana  uyğunlaşdırması  prosesi  teleproq­

ramda emosional iştirakını təmin edir. Seyrçi ona daha yaxın olan 

qəhrəmanı sevir, onun kimi olmaq istəyir. TV­nin empatiyası, yəni 

“bunu  biz  etsəydik,  bu  qədər  həzz  almazdıq”  hissi  gözlənilməz 

sonluqla, situasiyanı anlamadığı təqdirdə seyrçiyə daha qüvvətli 

təsir  edir.  Əgər  seyrçi  finalı  və  situasiyanı  qəhrəmandan  çox  bi­

lərsə, empatiya zəif olar. İdman yarışı və komediya daha empa­

tikdir.  Seyrçi  özü  idmanda  olsa  və  ya  gülməli  vəziyyətə  düşsə, 

telebaxışdan aldığı həzzi ala bilməz. Eyni zamanda, idman yarışı­

na təkrar baxmaq mümkün deyil. Komediyaya isə təkrar baxmaq 

mümkündür. Çünki oradakı qəhrəmanlar artıq seyrçiyə doğmala­

şıbdır. Reklam arakəsimləri və görüntü keyfiyyətsizliyi empatiya 

prosesini zəiflətdiyindən daha çox üstünlük videoyazı formasında 

baxışa verilir.

İlk  baxışda  TV  ətrafda  baş  verənləri  işıqlandıran,  informasiya 

bu raxılışlarında bu gün olanları təqdim edən vasitə hesab olunur. 

Komediyada müxtəlif təbəqələrin dəyərləri, həyat tərzləri; melod­

ramda məişət özəllikləri, cinayət hadisələrinin göstərilməsi, kamil 

olmayan həyatın təsiri; reklamda isə tələb və arzuların ifadəsi baş 

verir. Yəni, televiziya həyat gerçəkliklərinin müxtəlif spektrlərinıi 

inikas  etdirir. Amma  informasiya  buraxılışlarında  hansısa  xəbər 

önə çıxmazsa, xüsusi vurğulanmazsa seyrçi onu əhəmiyyətsiz sa­

yar. Komediya göstərənlər detalları həyatdan götürür, o cür olur. 

Melodramın  toxunduğu  məsələ  isə  seyrçini  sonradan  maraqlan­

dıraraq onun diqqətini çəkir. Seyrçi cinayət hadisələrinə baxdıq­

ca həyatın amansızlığına inanır. Reklamsa tələbatın elə tərəflərini 

açır  ki,  seyrçi  bu  barədə  heç  zaman  düşünməyib.  Bununla  da 

TV ayrı­ ayrı janrlardan bir həyat mozaikası qurur. Riçard Hari­

sin təbirincə desək, TV dünyanı qurur, seyrçi isə onu reallıq kimi 

qəbul edir. Yuxarıda söylənilənlərdən belə qənaətə gəldik ki, te­

leviziya gerçəyi əks etdirmir, özü gerçək qurur və seyrçini buna 

inandırır. Bu irreal dünya elə reala çevrilir ki, bir müddətdən sonra 

seyrçi onu adi gerçəkdən ayıra bilmir. Seyrçi TV şərtiliyini anlayır. 

O bilir ki, gördüyü gerçək deyil, burada şərtilik var. Lakin tədricən 

şərtilik sərhədləri silinir, TV görüntü yaddaşlarda gerçək kimi qa­

lır. Televiziya öz obrazları vasitəsilə insanı reallıqdan ayırır, onu 

uydurulmuş  dünyanın  sakini  edir  və  yeni  qaydalar  yaradır.  Bu 

qaydalar adətlərdən xeyli fərqlənir. Xalqlar sürətlə qloballaşırlar. 

Daha mental fərq, adət fərqi nəzərəçarpacaq dərəcədə olmur və M. 

Makluenin “qlobal kənd” modeli artıq gerçəyə çevrilir. 



Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə