TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə24/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   20   21   22   23   24   25   26   27   ...   171

54

Bu fərq qarşılıqlı dözümsüzlüklərə və gərginliklərə səbəb ola bilər 

və olur da. Televiziya öz mifini, stereotiplərini quraraq ona baxan 

seyrçinin düşüncəsini öz arzusunda qurur. Politoloq L. Saqal de­

yir:  “Jurnalistlər  musiqi  bəstələmirlər,  ifa  da  etmirlər,  onlar  yal­

nız səsi gücləndirirlər”. Bir çox hallarda televiziya yaradıcı işçiləri 

nəyi  təbliğ  etdiklərini,  nə  dediklərini  və  bunun  sonrakı  təsirini 

qiymətləndirə  bilmirlər.  Kor­koranə  informasiyanı  ötürürlər.  Te­

leobraz və onun sosial maskası özü də bilmədən informasiya ötü­

rür, manipulyativ mərhələdə öz payı ilə iştirak edir. Hətta adi bir 

hadisənin işıqlandırılması zamanı montaj vasitəsilə qurulan dra­

maturgiya  müəyyən  manipulyativ  istiqamətə  yönəlir.  Reportyor 

montaj yolu ilə tamam başqa, gizli olan informasiyanı ötürə bilər. 

Bəzən hər TV öz yaradıcı siyasətinə uyğun xəbərvermə metodunu 

seçir, bununla da eyni bir hadisəni hər TV öz mənafeyinə uyğun 

şəkildə təqdim edir və manipulyasiya prosesi başlayır. Lakin bu 

proses elə ustalıqla icra olunmalıdır ki, müəyyən bir fikrin təlqin 

olunmağı bilinməsin. Televiziya önündə olan seyrçi də ustalaşaraq 

hər informasiyanı qəbul etmir. Bu mənada “no­comment” xəbər 

bloklarına daha çox baxılır. Əlavə şərh verilmədən, montaj yolu 

ilə aksentlərlə zənginləşməyən informasiyanı izləməyi daha effek­

tiv sayan seyrçi bununla da özünü manipulyativ təsirdən sığorta­

lamış olur. Amma “no­comment”lərin də öz fəndləri var. Bu da 

informasiyanın, görüntünün düzülüşü ilə əldə olunur. Televiziya 

hadisənin çözümündənsə, onun özünü göstərir. Əsas diqqəti də 

tələsən,  iş­güclə  məşğul  olan  insanların  üzərinə  qoyur.  Həm  də 

əyləncənin  –  əsas  gəlir  gətirən  yayımın  vaxtına  girməmək  üçün 

xəbər buraxılışlarının yayım vaxtı qısa olur. Xəbər buraxılışlarının 

quruluşu, şərhlər və icmallar nə düşünmək lazım olduğunu diktə 

edir. Bununla da müstəqil düşünmək istəyini öldürür, gerçək sosi­

al­siyasi­iqtisadi problemlərdən insanı uzaqlaşdırır. 

TV­nin təqdim etdiyi həyat tərzini, davranışı təkrarlamaq seyr­

çinin əsas fəaliyyətlərindən birinə çevrilib. Ölüm hadisələri, sui­

qəsdlərin  yardımı,  bu  barədə  danışılması  və  bədii  nümunələrin 

göstərilməsi  bu  cür  hərəkətləri  tirajlayır.  Suisid  baş  verməsi  ilə 

bağlı xəbərlərin verilməsi bu hadisəni populyarlaşdırır. Ölkəmizdə 

“Aşkı­məmnu”  (Türkiyə)  çoxseriyalı  filminin  həyəcanlı  finalında 

baş qəhrəmanın özünü öldürməsindən sonra ötən üç ay ərzində 

özünə qəsd edənlərin (xüsusən də sevgi kontekstində) sayı şiddətlə 

artmış və yetmiş səkkiz belə hadisə qeyd olunmuşdur. Həmçinin 

qısqanclıq  zəminində  qətllərin  sayının  artması  məhz  bu  seria­

lın total­psixoloji təsirindən irəli gəlirdi. Yaxud “Qurdlar vadisi” 




55

(Türkiyə) çoxseriyalı filmində baş verən cinayətlərin təkrarlanması 

halları dözülməz həddə çatmışdır. Hətta birinci  çoxseriyalı filmin 

neçə  ailədə  problemlər  yaratdığını  hesablamaq  çətindir  (556). 

Özünəqəsdə cəhd etməyən insanlarda əsəb pozuntusu, dağınıqlıq 

hökm sürür ki, bu da avto­qəzalara və ya hər hansı ehtiyatsızlıq 

ucbatından özünə xəsarət yetirməyə gətirib çıxara bilər. Deyilən 

müddətdə  baş  verən  suisidlərin  üç­dörd  gün  fasilələrlə  baş  ver­

məsini aşağıdakı kimi izah edək: bu, birbaşa psixoloji hadisədir.    

D. Filipsin tədqiqatından məlum olur ki, yeniyetmə qızların arasın­

da hansısa  özünəqəsddən sonra növbəti hadisə yeddi gün ərzində 

baş vermişdir və bu məlumat yayımlandıqdan sonra 12585 nəfər 

məhz bu xəbəri eşidib özlərinə qəsd ediblər. Tərəddüd içində olan 

bir insan kiminsə özünə qəsd məlumatını oxuyunca, bunun yeganə 

çıxış yolu olduğunu düşünüb oxşar addım atır. Qəzet və telexəbər 

onunçün bir növ nümunə rolunu oynayır. Psixologiya elmi bu ha­

disəni “Verter sindromu” adlandırır (116). Məhz 1774 ­ cü ildə Hö­

tenin “Gənc Verterin iztirabları” romanı çap olunan kimi Avropa­

da göy frak, dairəvi şlyapa, sarı jilet, başı qatlanan çəkmələr dəbə 

minməklə bərabər, qarşılıqlı sevgini qazanmayan gənclərin özünü 

öldürməsi də dəbə mindi. Elə məhz buna görə də roman Avropa­

nın bir neçə ölkəsində qadağan olundu. Televiziya gün ərzində on­

larla  təlqin  obyektini  insanlara  təqdim  edir.  Müsbətli­mənfili  bu 

obyektlər cəmiyyətə köçür və hər kəs özünü birinə oxşadır (bura­

da seçdiyi obrazın yaşıd olması olduqca önəmli amildir). Yaponi­

yada bir müddət öncə bir məktəbli Təhsil nazirinə məktub yolla­

yıb məktəbdəki zorakılığa dözməyərək özünü öldürmək istədiyini 

yazmışdır. Bundan sonra nazir dərhal mətbuat konfransı çağıraraq 

canlı  yayımla  məktəblini  bu  addımdan  çəkindirdi  və  nazirliyin 

veb səhifəsində çağırış yerləşdirildi. Sonradan nazirə ünvanlanan 

məktubların sayı ilə bərabər, özünə qəsd edənlərin də sayı artdı. 

Baş verənlərin qarşısını almaq üçün tədbirlər görülsə də, polis və 

valideyn müdaxiləsi olsa da, heç nə kömək etmədi. Bir il ərzində 

özünü  öldürən  məktəblilərin  sayı  608­ə  çatdı.  Mətbuat  hansı­

sa  bir  faktı  yazdıqca  oxşar  hadisələr  yenidən  vüsət  alırdı.  Lakin 

məsələ adiləşəndən və hay­küy səngiyəndən sonra ölümlərin sayı 

kəskin azaldı. Bir növ, KİV məktəbdə qorxudulan uşaqlara gələcək 

fəaliyyət ssenarisini təqdim edirdi (555). 

TV həm də yeni model insan yaradıb. Özü də uşaqlıqdan cizgi, 

uşaq filmləri hesabına yetişən yeni insan modeli təqdim olunub. 

Nəsli, inamı bilinməyən, baxışları, emosiyası, tələbatı biçimli, su­

bay 35­49 yaşları arasında, qida, içki və şəxsi gigiyena qaydalarını 




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə