TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə27/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   23   24   25   26   27   28   29   30   ...   171

61

Cəmiyyətin, iqtisadi çətinliklərin, sosial problemlərin təzyiqi ilə 

əyilən, özünü gücsüz hiss edən seyrçiyə döyüşkən, haqq uğrunda 

savaşan, haqq­hesab çürüdən obrazı seyr etmək yaşantısı xüsusi 

həzz verir, onun gərginliyini boşaldır. Ekzotik görünüş, sevgi, ro­

mantika  və  tükürpədici  döyüş  insanı  boz  gerçəklikdən  uzaqlaş­

dırmaqla sosial fəallığı azaldır, yeni mənəvi dəyərlər sistemi ya­

radır və seyrçini bu sistemə tabe etdirir. Detektiv janrı daha çox 

dopinq, qavramanı stimullaşdıran qəhrəman kimi çıxış edir. Onun 

nəql fəndləri süjet və personajları özünü sevdirir. Standart araş­

dırma, istintaq formaları yorucu olmur, əksinə psixoloji təsiri daha 

da  gücləndirir.  Detektivin  qanunu  öz  əlinə  alıb  haqqın  bərpası 

üçün çalışması ətrafda olan haqsızlığa cavab kimi qavranılır. Kri­

minal və mafiya həyatından bəhs edən serialda haqqın təntənəsi 

ilə bərabər, pulu olmayan, qaçaqmalçılıqla məşğul olmayan orta 

statistik seyrçiyə bu adi, açmasını gözlədiyi əhvalat kimi maraqlı­

dır. Bir cəhət də qeyd olunmalıdır ki, bu tip seriallarda polis və ya 

istintaq məmuru obrazı bu sahədə çalışanlar üçün etalona çevri­

lir və onun kimi geyinmək, davranmaq, aksessuar seçmək vərdişi 

yaranır.  Azərbaycanda  “Qurdlar  Vadisi”  (Türkiyə)  çoxseriyalı 

filmindən sonra bir sıra hüquq işçilərinin geyiminə, davranışına, 

avtomobilinə fikir versək, bu təsiri görə bilərik. Bu eyniləşdirmə 

həm də seyrçinin bədii zövqünün dolğun olmaması ilə izah olu­

na bilər. Mütaliənin azlığı, incəsənət növləri ilə maraqlanmamaq 

və  TV­də  özünü  oxşatmaq  istədiyi  obrazın  tapılması  onun  işini 

asanlaşdırır. Tədqiqatçı Andre Arkott belə qənaətə gəlib ki, pub­

lika gülmək, ağlamaq, qorxmaq və sarsılmaq istəyir. Serialda olan 

sevgi intriqası, qısqanclıq, xəyanət, şübhə seyrçinin gizli hisslərini, 

yasaq duyğularını, şüuraltı instinktlərini, istəklərini ödəyir. Seyr­

çi gizli hissini reala çevirən qəhrəmanın taleyini diqqətlə izləyir, 

onu sevir. Əsasən seriallar qadın auditoriyasının yasaq hisslərini 

canlandırır.  Bu  seriallar  ədəbiyyatın  bir  qolu  olan  qadın  roman­

larının  janr  təbiətinə  uyğun  olan  “heppi  end”lə  bitməklə  onlar­

da  ümid  yaradır.  Əks  halda  qadınlar  üçün  ciddi  əsəbi  pozuntu, 

stress, hətta özünə qarşı daha kəskin addımlar atmağa vadar edən 

psixoloji durum yarana bilər. Qadın romanlarını seriallar öz dina­

mikası,  rəngarəngliyi  və  ən  əsası  işdən  ayrılmadan  seyrə  imkan 

verməsi ilə üstələyərək, əvəz etdi. Serialın möhkəm əsasları TV­

nin  gündüz  saatlarında,  evdar  qadının  baxacağı  vaxtda  özünə 

yer tutmasına imkan verdi. “Qadın saatı“ anlayışı bir qədər dəqiq 

olmasa da, ümumi mənzərə belədir ki, onlar 14.00­a qədər bütün 

məişət  işlərini  görüb  qurtarırlar.  Bu  müddətdə  televizor  onla­




62

ra  qulaq  yoldaşı  olur  və  bu  saatlarda  görüntü  yox,  audio  infor­

masiya  üzərində  qurulan  verilişlər  yayımlanır.  Məsələn,  faydalı 

məsləhətlər,  mətbəx,  sağlamlıq  verilişləri  və  s.  Saat  14.00­dan 

19.00­a qədər qadının daha çox dincəliş vaxtı hesab olunduğun­

dan  bu  müddətdə  serialın  yerləşdirilməsi  daha  effektiv  olur. 

Azərbaycan  teleməkanında  serialın  yayım  vaxtı  (söhbət  həftəiçi 

yayımlanan  seriallardan  gedir)  saat  19.00–21.00 seçilib ki, bu da 

ailələrdə artıq mübahisələr yaradır. Kişilər evə dönüncə qadının 

seriala baxmasından narazı olur və getdikcə kişi, serialı qadının 

diqqətini çəkən rəqibə bənzədir. Məhz bu yöndə bir çox ziyalılar 

seriallar əleyhinə danışaraq onları milli­mənəvi dəyərlərə zidd ol­

maqda günahlandırırlar. Yəni qısqanclıq, dəyərləri dağıdan vasitə 

kimi əsas verir. Əslində isə serialın təhlükəli tərəfi tamam başqadır 

və bunun əsaslı tədqiqata ehtiyacı var. Bu sahədə ciddi araşdırma­

ların aparılması fərqli nəticələr verə bilər. Tədqiqatçılar L.Vorner, 

U.Henri hesab edirlər ki, serialların seyrçiləri aşağı, orta təbəqənin 

qadınlarıdır. Serial qəhrəmanlarının varlı və ya orta varlı insanlar­

dan  ibarət  olması,  həm  də  bu  qadınların  xəyalı–təcəssümü kimi 

çıxış edir. 45 dəqiqə ərzində evdar qadın öz seçdiyi qəhrəmanın 

cildinə girib, imkanlı həyatın gözəlliyindən həzz alır. Evdar qadı­

nın gündəlik həyatı yeknəsəq, yorucudur, təcrübəsi ailədə gördü­

yüdür və onun dünyadan qırağa çıxması real deyil. Serial isə onun 

görmədiyi dünyanı göstərərək onu tamam yeni mühit və şəraitə 

salır.  Beləliklə,  evdar  qadın  bundan  psixoloji  güc  alır.  Ekranda 

ailə faciəsini görüb bu olayın ondan yan keçdiyinə də sevinir. Se­

rial  qorxutma  və  təskinlik  yolu  ilə  məhz  aşağı,  orta  təbəqələrin 

nümayəndələrinə “Kasıb, lakin sakit yaşamağa davam et!” fikrini 

təlqin  edir,  onları  sosial­siyasi  baxımdan  passivləşdirir.  B.  Nor­

man serialı sentimentallaşdırılmış, romantikləşdirilmiş həyatı əks 

etdirən vasitə kimi dəyərləndirir. 

TV­nin emosional təsirini gücləndirən başqa amili də qeyd edək: 

Seyrçi  kinoteatr  və  konsert  zalında  müəyyən  emosional  duruma 

düşdükdən  sonra  evə  qayıdır,  özünə  gəlir,  yükünü  boşaldır. An­

caq  televizor  evdədir  və  o,  seyrçini  öz  təsirinə  salır.  Seyrçinin  bu 

təsirdən xilas olması çətinləşir. Əgər bu seyr təklikdə baş verirsə, 

onda aldığı emosional təsir insanı uzun müddət tərk etmir,  onun 

psixikasını zədələyir. Bu tip təsir, daha çox, uşaq və yeniyetmələrdə 

özünü büruzə verir.

Şüurun  gücünə  güvənməyən,  əzilmiş  idealları  ilə  yaşayan,  öz 

yaratdığı texnika ilə simasını itirən bədbəxt və çağdaş insan özünə 

mənəvi dayaq axtarır, oxşarlarını tapmaqla, onlarla bərabər olmaq 




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə