248
allarına cavab veririk”, “Aktual söhbət” və digər bu səpkili proq
ramlar partiya təbliğatı funksiyasını yerinə yetirirdi. Elşad Quli
yev sovet televiziyasının spesifikasından danışıraq onun sosialist
həyat tərzini, sovet həqiqətlərini açıqladığını, məhsuldar qüvvələri
kommunist quruculuğuna yönəltdiyini və “geniş kütlələrə dünya
da baş verən hadisələrin gedişini izah etdiyini”, “…bu verilişlərin
yaradıcı kollektivin partiyanın qoyduğu tələblərə cavabı olduğu
nu” söyləyir (52, səh. 29).
Müstəqillik qazandıqdan sonra demokratikləşmə Azərbaycan
cəmiyyəti üçün yeni standartlar irəli sürdüyündən dövlət televi
ziyası və sonrakı illər kommersiya telekanalları analitik proqram
lara partiyanın ideoloji zəminindən deyil, məhz sosialpedaqoji və
peşəkar tələblərlə yanaşaraq sərbəst fikir, söz azadlığı prinsipləri
ilə qurulan proqramların yaranması üçün çalışmağa başladılar.
Belə addımlardan biri tanınmış jurnalist və televiziya nəzə
riyyəçisi Qulu Məhərrəmlinin rəhbərliyi ilə 1993cü ildə yaranan
“7 gün” informasiya proqramı oldu. Bu, Azərbaycan televiziya
sında özünün ictimai əhəmiyyətinə, siyasi analizlərinə, analitik
süjetlərinə görə ən cəsarətli proqram kimi yeni bir mərhələnin
başlanğıcı oldu. Peşəkar jurnalistlərin proqramın işinə cəlb olun
ması hesabına ölkənin ictimai və siyasi həyatına nüfuz edən, baş
verənlərə aydınlıq gətirən, obyektivliyi ilə seçilən “7 gün” Dövlət
televiziyasının informasiya məkanında yerini möhkəmlətməklə
bərabər, sosialpedaqoji fəaliyyəti tənzimləyən, müasir biçimli
proqram oldu.
XX əsrin 90cı illərinin əvvəlində kommersiya kanallarının ya
ranışı ilə ekranlarda analitik proqramların artması baş vermədi.
Ölkə telejurnalistikası bunun üçün müəyyən bir mərhələ, hazır
lıq keçməli oldu. Burada yeni təfəkkürlü jurnalistlərin yetişməsi,
cəmiyyətin analitik proqramlara vərdişi və bir də təcrübənin
öyrənilməsi belə verilişlərin ekrana gəlməsinə zəmin ola bilərdi.
Bu məsələdə Rusiya kanallarında analitik proqramların artması,
yeni baxış bucağının ekranda görünməsi başlıca stimul rolu oy
namaqla, Azərbaycan tamaşaçısını da sosialmaarifləndirici işə,
konkret desək, analitik ekrana yaxınlaşdırdı.
Seçkilər vaxtı televiziyanın rolu olduqca əhəmiyyətlidir. Seçki
hər bir demokratik cəmiyyətdə həlledici, mühüm bir aksiyadır
və televiziya ondan kənarda qala bilməz. Çünki o, “adi insanlar
üçün seçkilərin mübahisəli məsələləri və namizədlər haqqında
əsas informasiya mənbəyidir” (27, səh. 5). Kütləvi informasiya
vasitələrinin cəmiyyətdə rolu və xüsusən də, televiziyanın aparı
249
cı mövqeyi siyasi proseslərin içində olmaqla, təkcə informasiya
nı və siyasi maarifləndirməni həyata keçirməsinə deyil, həmçinin
ölkənin ictimaisiyasi həyatında böyük yer tutan və demokratik
cəmiyyətlərin ayrılmaz tərkib hissəsini təşkil edən seçkilərdə ol
duqca mühüm təbliğatçı rolunu oynamasına imkan verir. Televi
ziyanın istifadəçi tərəfindən daha tez əldə olunması şərti və onun
vizuallığı, həmçinin çap mətbuatından fərqli olaraq yüksək ope
rativliyi tamaşaçının seçim etməsi və yekun qərarın verilməsində
təsiredici element kimi seçkilərdə daha effektiv rol oynamasına
imkan verir.
Ekran qarşısında oturan tamaşaçı siyasətçinin nitqini dinləmək
lə bərabər, onun görünüşünü, özünü aparmaq qaydalarını izlə
yir və həmin siyasətçi haqqında özündə müəyyən təsəvvürü
biçimləndirir. Əgər radio çıxışında namizəd özünün rəvan və
qətiyyətli nitqi ilə seçicini riqqətə gətirə bilirsə, televizorda bunu
etmək daha çətindir. Yəni təkcə inamlı nitq köməyə yetmir. Bu
rada mimika, jestikulyasiya, artikulyasiya və bir sıra digər şərtlər
önə çıxır. Bu şərtləri yüksək peşəkarlıqla yerinə yetirən siyasətçi
şəriksiz qələbənin sahibi olur.
İndiki demokratik cəmiyyətdə natiqdən eyni vaxtda bütün
əhaliyə üz tutub danışması tələb olunur. Televiziyasız və radiosuz
bunu etmək, sadəcə, mümkün deyil. Vətəndaşların isə namizədlə
ünsiyyəti Qədim Yunanıstanda olduğu kimi mümkün olmasa da,
“interaktiv sorğular”, “azad mikrofonlar” və “studiya zəngləri” bu
canlı ünsiyyəti əvəz edir.
Çağdaş həyatda televiziya həm də siyasətçinin obrazını yarada
raq, onu tamaşaçıya “istədiyi” kimi təqdim edir. Namizədin oxu
nuş yorğunluğu gətirən kifayət qədər rəsmi yazılan və cansıxıcı
platformasını divarlarda asmaqla seçicilərin ona səs verməsinə
nail olmaq olmaz. Hər bir tamaşaçı seçəcəyi adamı tanımaq istəyir:
ailədə, iş başında, xalqla ünsiyyətdə və s. Məhz bu cür yerlərdə dav
ranış, qətiyyətli nitq tamaşaçıda müsbət reaksiya yarada bilər. Ona
görə də televiziyanın cəmiyyətdə rolunun artması ilə siyasətçilərin
kamerayla “oynamaq” vərdişi də onların fəaliyyətinin ayrılmaz
tərkib hissəsi oldu.
Televizorun məişətin ayrılmaz hissəsinə çevrilməyə başlama
sı və insanların informasiya, bilgi almaq obyekti kimi şəriksizliyi
siyasətçilər üçün yeni üfüqlər açmış oldu. Artıq ötən əsrin 50ci
illərindən siyasətçilər televiziya qanunlarına öyrəşməyə başladılar.
ABŞ prezidenti Eyzenhauerin okeanın hər iki tayındakı tələbələrlə
telekörpüsü bu sahədə atılmış cəsarətli addımlardan idi. 1977ci
250
ildə Sibies televiziyasının təşəbbüsü ilə Misir prezidenti Sədat və
İsrailin baş naziri Begin arasında olan telekörpü isə sülh danışıqla
rının əsasını qoydu (238, səh. 53).
Demokratik cəmiyyətlərdə siyasi qruplar arasında taleyüklü
məsələlər ətrafında ciddi fikir ayrılığının olmaması və onların plat
formalarının birbirinə bənzəməsi siyasi mübarizədə daha çox ide
yalarla deyil, görünüş, davranma yolu ilə tamaşaçıları – seçiciləri
cəlb etmək formasında kəskinləşir. Namizədin telegörünüşü, onun
çıxış tərzi, davranışı və digər əlamətləri ciddi müzakirə obyektinə
çevrilərək, seçkilərin nəticəsinə təsir edir.
Siyasətçi tamaşaçının bu marağından məharətlə istifadə etməli
və ekran qarşısında müəyyən müsbət obrazın yaranması üçün
çalışmalıdır. Siyasi lider eyni zamanda hamıdan fərqlənməli və
hamıya bənzər olmalıdır. Yəni namizəd, əslində, bizim hamımıza
bənzəməli, eyni zamanda, bir neçə mühüm keyfiyyəti ilə bizlərdən
seçilməlidir. Hamıdan fərqlənmək üçün ilkin əlamət güclü, iradəli
görünməkdir. Baltasar Qrasianın təbirincə deyilsə: “Hökmdarın
comərd olması vacib deyil, əsas odur ki. bu cür görünsün” (164,
səh. 11). Yəni siyasətçi iradəli və kəskin obraz yaratmağı bacarma
lıdır. Azərbaycan təcrübəsində bunu prezident Heydər Əliyevin
şəxsində müşahidə etmək olar. 1993cü ildə xalqın ağır günlərdə
böyük inamla ona bağlanması və etibar etməsi, məhz onun şəxsi
iradə və qətiyyəti ilə bağlıdır. Ən çətin məqamlarda və çıxışlarda
iradəlilik və güclülük ona qarşı bütün vasitələrlə aparılan təbliğata
rəğmən qələbə çalmasını, xalqın inamını qazanmasını zəruri etdi.
Televiziyada siyasətçinin çıxışının qurulması və debatlarda iş
tirakı cəmiyyətin siyasi maariflənməsində mühüm əhəmiyyət
daşıyan məsələdir. Peşəkar jurnalistlərin tokşou və ya analitik
söhbət janrında qurulan verilişləri şəxsiyyətin açılması baxımın
dan əhəmiyyətli məsələdir. Burada yaradıcı heyətin üzərinə düşən
vəzifələrdən biri özünün siyasi maraqlarını bir kənara qoyub de
mokratik mühitin və hər bir namizədə bərabər şəraitin yaradılma
sıdır. İstər rejissor işində, istərsə də montaj vaxtı siyasi maraqlar
televiziya etikasını və yaradıcılıq prinsiplərini üstələməməli, tama
şaçı və onun informasiya almaq hüququ hör mətlə qarşılanmalıdır.
Prezidentliyə namizədlərin televiziya çıxışlarının başlıca cə hət
lərini təhlil edərək araşdırmışıq. Müxtəlif ölkələrin təcrübəsi tele
viziya çıxışlarının həlledici olmasını və yekun qələbəyə böyük təsir
göstərdiyini sübut edir. “Lakin namizəd daha çox studiyada deyil,
verilişin mətbuatda və qruplar arasında müzakirəsində qazanır”
Dostları ilə paylaş: |