TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə106/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   102   103   104   105   106   107   108   109   ...   171

251

(238, səh. 84). Deməli, təkcə verilişdə çıxış etmək azdır, namizədin 

komandası həm öncə, həm də sonra teleçıxışın müzakirəsini təşkil 

etməlidir.  Bunun  üçün  teleçıxışın  siyasi  və  ictimai  əhəmiyyətini 

artıra  biləcək  hazırlıq  aparılmalı,  müxtəlif  qəzet  səhifələrində 

namizədin mühüm fikirlər açıqlayacağı təbliğ olunmalı və digər 

kütləvi metodlardan ustalıqla istifadə edilməlidir. 

Demokratik cəmiyyət iki qarşı duran qrupdan və bir də bunların 

təsiri ilə seçim edən üçüncüdən ibarətdir.  Əslində, siyasətçilərin 

seçki öncəsi məqsədi əks tərəfdən özünə tərəfdaş toplamaq deyil, 

məhz həmin üçüncünün səsini yığmaqdır. Kütləvi mədəniyyətin 

istehlakçısı olan bu qrup insanlar, adətən, çoxluğu təşkil etməklə, 

cəmiyyətin  nizamlayıcısı  rolunu  oynayırlar.  Qərb  ölkələrində 

siyasətçilər  siyasi  mübarizə  zamanı  daha  çox  ideyalarla  deyil, 

görünüş,  davranma  yolu  ilə  tamaşaçıları  cəlb  edirlər.  Tamaşa­

çılar namizədin fikirlərindən daha çox geyimini, əl hərəkətlərini 

müzakirə  edirlər.  Qalstukun  rəngi  və  onun  bağlanma  tərzi  belə 

səsvermənin nə ticələrinə təsir edir. 

2003­cü il seçkilərində və ya digər seçkilər zamanı namizədlərin 

ekrandan  danışarkən  səslərinin  titrəməsi,  duyulan  gərginlik  və 

kəskinliyin  olmaması  onlara  qarşı  inamı  zəiflədirdi.  Bir  çox  hal­

larda qəzet səhifələrində “savaşan” liderlərin meydanlarda öndə 

getməkdən qorxmaları və ya kütləvi aksiyalarda inamsız nitqləri 

onlara qarşı həm də etibarsızlıq hissi yaradırdı. Bir çox siyasətçilərin 

nitqində  həqiqətən  də  dövləti  idarə  etmək  məsuliyyətinin  xofu 

açıq duyulurdu.

Lakin  bu  o  demək  deyil  ki,  sərtlik  aqressiya,  qəzəb  və  dəlilik 

müs təvisində  görünməlidir.  Namizədin  qələbə  şansını  artıran 

digər amil onun inkişaf etmiş intellektidir. Onun bütün sahələrdən 

məlumatlı  olması  və  ağıllı  görünməsi  mühümdür.  Azərbaycan 

misalında Heydər Əliyevin yüksək intellekti və bütün sahələrdən 

maksimum məlumatlı olması ona qarşı seçici inamını artırdı. Bü­

tün  sahələrdə  eyni  dərəcədə  mükəmməlliklə  danışmağı  bacaran 

H. Əliyev bu xüsusiyyəti ilə də opponentlərini hər zaman çox­çox 

geridə qoymuşdur.

Namizədi  fərqləndirən  digər  mühüm  əlamət  onun  vicdan­

lı, mənəviyyatlı olmasıdır. Seçici səs verdiyi adamın vicdanla və 

ədalətlə  idarə  edəcəyinə  inanmalıdır.  Məsələn,  Heydər  Əliyevin 

1969­cu  ildə  Azərbaycana  rəhbərlik  etdiyi  vaxtdan  ölkədə  əda­

ləti  bərqərar  etmək  sahəsində  apardığı  fəaliyyət,  özünün  hə­

rəkətlərində, çıxışlarında duyulan daxili zənginlik və yüksək mə­

nəviyyat onun “ədalətli rəhbər” imicini qazanmasına səbəb oldu. 




252

Ölkə  rəhbərliyinə  qayıdışı  zamanı  insanlar  məhz  onun  ədaləti 

bərpa edəcəyinə inanırdılar. Lakin bir çox siyasətçilərin teleçıxış­

larında, müsahibələrində ədalətli və vicdanlı görünməkdən daha 

çox qisasçı obrazları insanları qorxudur.

Amerikalı  professor  Qoldhaber  siyasətçinin  teleobrazının 

üç  tipini  müəyyən  edir  və  onları  qruplaşdırır.  Birinci  qrupa  – 

qəhrəman,  cəsarətli  obrazı,  ikinci  qrupa  –  sadə  adam,  bizlərdən 

biri  obrazı,  üçüncü  qrupa  –  mistik,  hərəkətlərini  öncədən  proq­

nozlaşdırmaq mümkün olmayan obraz daxildir. Lakin hansı qru­

pa  aidiyyatına  baxmayaraq,  professor  Qoldhaber  siyasi  liderin 

ekran qarşısında 5 başlıca keyfiyyətinin görünməsini vacib sanır. 

Professorun fikrincə, birincisi zahiri görkəm, namizədin nə qədər 

cazibəli  olmasıdır.  Psixoloqların  apardığı  tədqiqatlardan  bəlli 

olur ki, insanda qarşı tərəf haqqında ilk təəssürat zahiri görkəmlə 

biçimlənir. Bir çox hallarda zahirən cazibəli görünən adam haq­

qında olduqca müsbət rəy formalaşır. Digər tərəfdən, cazibəli və 

ya  sadəcə,  görkəmi  gözəgəlimli  olan  şəxs  insanda  –  tamaşaçıda 

müsbət emosiyanı artırır. Azərbaycan təcrübəsində siyasətçilərin 

teleçıxışlarından  sonra  onlar  haqqında  yaranmış  rəylərə  nəzər 

yetirək.  Azərbaycan  tamaşaçısı  Heydər  Əliyevin  hündürboylu, 

şax qamətli və cazibəli görünüşünü xüsusi qeyd edir. Lakin Etibar 

Məmmədovun boyunun balacalığı, Əli Kərimlinin olduqca soyuq 

görkəmi, Lalə Şövkətin böyük gözlük arxasında gizlətdiyi siması, 

İlyas İsmayılovun yorğun görkəmi tamaşaçıda mənfi emosiyala­

rın yaranmasına səbəb olur. Buradan belə bir nəticə çıxır ki, ekran 

qarşısında duran siyasətçi operatorlardan və rejissorlardan onun 

görkəm  qüsurlarını  ortadan  götürəcək  rakursların  seçilməsini 

tələb etməli və bir sıra mənfi emosiya yaradan cəhətləri (soyuqluq, 

yorğunluq və s.) aradan götürməlidir.

Amerika professorunun fikrincə, ikinci cəhət seksuallıqdır. Birin­

ci cəhətin davamı olan seksuallıq daha çox kişinin kişiliyini, qadı­

nın isə incəliyini əks etdirməlidir. Sözsüz ki, bu obrazın yaranma­

sında işıq, qrim və bir də kameranın rakurs seçimi əhəmiyyətlidir. 

Məhz  düzgün  qurulmuş  işıqla  üzdə  olan  problemləri  gizlətmək 

və  çəkiliş  zamanı  obyektiv  qarşısında  yaranan  sonrakı  qüsurları 

aradan  götürmək  olar.  Həmçinin  rakurs  seçərkən  yuxarıdakı  iki 

cəhətə  nail  olmaq  üçün  kameranı  mümkün  qədər  uzaqda  qu­

raraq  eninə  yox,  uzununa  olan  obyektivi  seçib  uzaq  məsafədən 

“yaxınagetmə” kadrdan istifadə etmək lazımdır. Yaxın məsafədən 

kameranın “yaxınagetməsi” sifəti eybəcər hala sala bilər. Ən yaxşı 

məsafə, adətən, 10 metrdən uzaq olan məsafə hesab edilir. Buna 




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə