TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə114/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   110   111   112   113   114   115   116   117   ...   171

270

təsviri, detallara diqqət, qeyri­tipik qəhrəman və şəraitlərə maraq, 

montaj  imkanlarından  fəal  istifadə,  Monti­payton­animasiya  ob­

razlarının sənədli kadrlarda “dirilməsi”, müsahibə­klip­emosional 

təsirə hesablanan qısa audiovizual əsər kimi ifadə vasitələrindən 

bəhrələnməsi ilə rusiyalı tamaşaçı üçün, yenilik oldu.

İnfoteynmentlə  bərabər,  dünya  teleyayım  işində  geniş  xalq 

kütlə ləri  üçün  hesablanmayan  informasiya  proqramları  əyləncə 

ele mentindən istifadə etməyərək, daha çox, peşəkar istifadəsində 

qə bul  olunan  klassik  qaydalarla  qurulur.  Unutmaq  olmaz  ki, 

cəmiyyətin çoxçeşidliliyi balanslaşmış şəkildə qurulmalıdır. Çağ­

daş  Azərbaycan  teleməkanında  informasiya  işi  ilə  məşğul  olan 

bir  çox  jurnalistlər  əyləncəyə  ziyalı  element  kimi  baxaraq,  onu 

efirə  buraxmayaraq,  “çəkilərini”  qorumaq  kimi  kökündən  yan­

lış düşüncəyə sadiqdirlər. Əyləncəli təqdimat özünün mürəkkəb 

strukturu,  sadələşdirilməsi,  effekt  yaradacaq  məqamların  tapıl­

ması  ilə  müşayiət  olunur  ki,  bu  da  böyük  peşəkarlıq  tələb  edən 

işdir.  Təəssüflə  deməliyik  ki,  dünyada  mövcud  yeni  yaradıcı­

lıq prosesindən xəbərsiz bir çox şərhçi və jurnalistlər mövzunun 

üzərində işləmək əvəzinə, onu olduğu kimi təqdim etməyə, yaxud 

da söhbətə güvənərək yoruculuğa meyil edirlər. Məhz bu cür ya­

naşmanın məntiqi nəticəsi özünü reytinq cədvəlində və tamaşaçı 

marağında  göstərir.  İnfoteynmentin  azlığı,  yaxud  ümumiyyətlə, 

mövcud  olmaması  sadə  insanı  informasiyadan  uzaq  salaraq 

onu “xəbərsiz qoyur”. Hesab edirik ki, ölkə kanalları bu gərəkli 

təcrübəni informasiya, eyni zamanda mədəni­maarif, təşkilati, so­

sial­pedaqoji fəaliyyətdə istifadə etməlidirlər. Bu, geniş anlamda 

informasiyanın  çatdırılması  üçün  ən  effektiv  vasitə  ola,  bundan 

imtina “özü üçün televiziya” formatı yarada bilər.

İnfoteynmentin  informasiya  buraxılışında  və  jurnalist  yaradı­

cılığında  iştirakı  heç  də  rekreativ  funksiyanın  digərlərini  sıxış­

dırması  kimi  qəbul  olunmayaraq,  onun  təqdimat  biçimi  olması 

gerçəkliyindən  yayım  işində  istifadə  edilməlidir.  O,  informasiya 

proqramında  klip,  film  fraqmentlərindən  istifadə  edərək  süjetin 

ideyasının çatdırılmasını daha təsirli etməklə bərabər, mədəniyyət 

hadisəsinə istinadla tərbiyələndirici məna da kəsb edir. Leksik­sin­

taktik quruluşda eyni köklü sözlərin təkrarı, mozaik nitq, kalambur 

oyun təəssüratı yaradaraq tamaşaçını özünə cəlb edir, onu azarke­

şə,  müəllifin  iti  zəkasının  izləyicisinə  çevirir.  O.  Fikrətoğlunun 

və  yaxud  M.  Ağayevin  çıxışları  məhz  bu  maraq  hesabına  geniş 

şəkildə  izlənilir.  Həmçinin  süjetlərdə  az  əhəmiyyətli  detalların 

çoxluğu  nitqin  tempini  artıraraq,  informasiya  yüngüllüyü  və  iş­




271

tirak effekti yaradır ki, bu da qavrama, inam, etibar baxımından 

əhəmiyyətlidir.  Problemin  vizuallaşdırılması,  semiotik  yanaşma 

tapmaca təəssüratı yaradır ki, bu da seyrçini düşünmək, açmağa 

cəhd etmək hissinə sövq edir. Bu məqamda sadəliyin qorunması­

nın vacibliyini söyləməliyik, əks halda məntiqi məsələ həllində do­

laşığa düşən seyrçi, sadəcə, kanalı dəyişməklə xilas yolunu axtara 

bilər. İnfoteynmentdə sirr və onun açılışı barədə səslənən anons xa­

rakterli başlıq intriqa yaradır ki, bu da seyrçini sonadək gözləməyə 

vadar  etməklə  bərabər,  sosial­pedaqoji  funksiyanı  yerinə  yetirir. 

Belə  ki,  seyrçi  həqiqəti  bilənə  kimi  öz  versiyalarını  irəli  sürür, 

analiz edir, nəticələr çıxarır ki, bu da analitik düşüncənin yaran­

masına  imkan  verir.  İnfoteynment  rejissor,  operator,  montaj  və 

qrafika işinin təkmilləşməsinə xidmət edərək vizual həllin inkişa­

fına, kamilləşməsinə, bədii çalarlar almasına şərait yaratmış olur. 

Burada  görüntü  estetikasının  yeni  ifadə  vasitələrinin  yaranışını 

xüsusilə qeyd etməliyik: keçidlər, arakəsmələr, əyani görüntü, qu­

raşdırılmış səhnələr. Bütün bunlar mürəkkəb yaradıcı prosesə, ax­

tarışlara, durmadan yenilikçiliyin tətbiqinə sövq etməklə, görüntü 

təkrarsızlığının yaradılması prosesində iştirak edir. İnfoteynmen­

tin vizual həllindəki uğurlar son illərin kinematoqrafiyasında da 

cəsarətlə istifadə olunur.

Deyilənlərdən gəldiyimiz qənaəti ümumiləşdirərək söyləməliyik 

ki,  informasiya  axını  ilə  meydana  çıxan  reallıqdan  qaçış,  televi­

ziyaların  yeni  gələn  vasitələrinin  tapılması,  təqdimat  biçiminin 

yeniləşməsi  mərhələsi  ölkəmizdə  də  baş  tutmalıdır.  İnformasi­

ya  xofu  götürülməli,  sosial­pedaqoji  funksiyanın  əsas  məqsədi 

baş  verənləri  təfərrüatı  ilə  izah  etmək  olduğundan,  bu  məramlı 

verilişlər yeni biçimdə ekrana gəlməlidir. 

Infoteynment  məhz  bu  tələbləri  yerinə  yetirə  biləcək  intellek­

tual  “oyun”  ənənəsinə  söykənən,  xüsusi  fəndlərlə  tamaşaçını 

özü  də  bilmədən  evristik  prosesə  cəlb  edən  vasitədir.  K.  Bü­

lerin  “funksional  həzz”  nəzəriyyəsi  nəticədən  asılı  olmayaraq 

hərəkət  prosesindən  həzz  almaq  xüsusiyyəti  ilə  oyunu  digər 

məşğuliyyətlərdən  fərqləndirir.  Y.  Heyzinqanın  “oyunu  ciddiyə 

almayan insan onun vasitəsilə inkişaf edir və bütün mədəniyyətin 

növləri: poeziya, fəlsəfə, musiqi, rəqs, təsviri sənət, hüquq ilk baş­

lanğıcında oyun kimi yaranmışdır” fikrini əsas götürərək infoteyn­

mentin təsir və inkişaf perspektivini proqnozlaşdırmaq olar.

Süjetin  obrazlılığı,  problemin  vizuallaşdırılması,  sadələşdirmə, 

kadrla oyun, dil oyunu və kinayə, dramatikləşdirmə, intriqa ele­

menti,  sürətli  temp  infoteynmentin  əsas  vasitələri  kimi  seyrçini 




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə