TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə116/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   112   113   114   115   116   117   118   119   ...   171

274

köklərini qədimdə axtarmaq, bizim fikrimizcə, daha fundamental 

yanaşma olardı. Çünki hər bir xalqın yaratdığı mif və folklor kimi 

mənəvi dəyərlər var ki, bunlar bəzən bütöv bir region üçün po­

pulyar,  kütləvi  olurdu.  Deməli,  kütləviləşmə  texnikanın  köməyi 

ilə  yalnız  bir  az  asanlaşdı,  amma  heç  də  onunla  yaranmadı. 

Kütləviləşmə  qədim  dönəmlərdə  yaddaş  zoruna  aparılırdı.  Yəni 

yaddaş vasitəsilə mif təkcə nəsildən­nəslə ötürülüb mədəniyyətdə 

varislik  faktorunun  yaranmasına  şərait  yaratmadı,  həmçinin  bu 

dəyərlə rin – mədəniyyətin böyük bir arealda yayılmasına xidmət 

etdi. Məsələn, “Azərbaycan folkloru” anlayışı bu baxımdan xarak­

terikdir. Belə ki, onun əhatə etdiyi coğrafi ərazi böyükdür. Deməli, 

“hələ  qədimdə  mədəniyyətin  kütləvi  forması  mövcud  olub” 

nəticəsinə gəlmək olar.

Digər tərəfdən, eradan çox­çox əvvəl qeyd olunan müxtəlif mə­

rasimlər, məsələn, Dionisin şərəfinə qurulan şənlik və ondan yara­

nan Antik teatr, məhz formaca  kütləvi xarakter daşıyırdı. Eləcə də 

Azərbaycan meydan tamaşaları, el oyunları kütləviliyi ilə seçilirdi. 

Buraya musiqi və başqa sənət növlərinin yayılma metodunu əlavə 

etsək, yuxarıda deyilən fikri təsdiqləmiş olarıq. Deməli, “kütləvi 

mədəniyyət”  anlayışı  hələ  qədimlərdən,  bəlkə  də,  insanlığın  ya­

ranması  ilə  başlanır.  Bu  proses  həm  də  xalqın  formalaşmasında  

iştirak edən başlıca amildir. Belə ki, xalqın formalaşma prosesində 

vahid mədəniyyət amili böyük əhəmiyyət daşıyır. Mədəniyyətin 

kütləviləşmədiyi halda onun vahidliyindən necə danışmaq olar? 

Deməli, bu, qanunauyğun və lazımi proses olduğu qədər də, ta­

rixidir.

Yuxarıda  gəlinən  qənaətlərin  doğruluğunu  qəbul  edərək  bu 

rəyə  gəldik  ki,  kütləvi  mədəniyyət  tarixi  mədəniyyətin  inkişaf 

tarixinə bağlıdır və bu forma mədəniyyətin bir tərkib hissəsi kimi 

fəaliyyət göstərib. Deməli, televiziya yeni növ mədəniyyət yarat­

mayıb, sadəcə, artıq mövcud olan kütləvi mədəniyyətin tamaşaçı 

arasında daha böyük marağa səbəb olmasını nəzərə alaraq məhz 

kütləyə hesablanmış mədəni təbliğatla məşğul olub, özünün yara­

dıcı axtarışları, yenilikçi sənət üsulları ilə incəsənətin bir növünə 

çevrilib.  B. Qurbanov  televiziyanın yaradıcı imkanlarını və na­

iliyyətlərini   əsas götürüb onu incəsənət növü  adlandırır: “Heç 

şübhəsiz, televiziya – aləmə açılan bu “pəncərə” də, özünəməxsus 

ifadə­təsvir vasitələri ilə real varlığın spesifik bədii ifadəsini verə 

bilir və incəsənətin bir növü kimi digər sənət vasitələri arasında 

özünəməxsus yeri tutur” (54, səh. 55).



275

Televiziya  kütləvi  mədəniyyətin  yayıcısı  kimi  bütün  tamaşa­

çıların həyatına daxil olaraq, onların mədəni səviyyəsinin müəy­

yənləşməsində fəal iştirak edir. Bu mənada E. Quliyevin “İndi te­

leviziya insan fəaliyyətinin bütün sahələrinə nüfuz edərək onun 

davranışının, gündəlik həyat tərzinin güclü tənzimləyicisinə çev­

rilmişdir” (51, səh. 108) fikri ilə razılaşmamaq olmaz. Yuxarıda biz 

televiziyanın  cəmiyyətdə  yeri  və  insan  tərbiyəsində  əhəmiyyətli 

rolunu qeyd etmişdik. Televiziyanın bu qədər əhəmiyyətli yer al­

ması, böyük rol oynaması və sosial statusu onun maarifləndirmə 

işini davamlı və ardıcıl olaraq aparmasınının nəticəsidir.

Televiziyada  yayımlanan  audiovizual  əsərlər  insanların  davra­

nışını, həyat tərzini, intellektual səviyyəsini artırmaq gücünə ma­

likdir.  Asudə  vaxtını  televizor  qarşısında  keçirən  insan  oradakı 

danışıq tərzini, geyim və davranış mədəniyyətini mənimsəməklə 

bərabər, orada göstərilən informasiyaları özünün bilik ehtiyatına 

toplayır. Bir çox sosioloqlar televiziyanın inkişafı ilə elmi biliklərin 

kütləvi yayılması fikrini söyləyərək, bunu bilavasitə televiziyanın 

mədəni­maarif funksiyasının göstərdiyi təsirin nəticəsi kimi qeyd 

edirlər.


Şüurlu insan bütün ömrü boyu nələrisə öyrənməyə, elmi biliklər 

toplamağa, özünün mədəni səviyyəsini yüksəltəməyə meyillidir. 

Televiziyanın  audiovizual  imkanları  elmi­kütləvi  informasiyanın 

və mədəni dəyərlərin daha asan qavranılan bir tərzdə çatdırılması­

na imkan yaratdı. “Milyonlarla  teletamaşaçı auditoriyası üçün bu 

müxtəlif informasiyanı, o cümlədən incəsənətin böyük əsərlərini 

qavramaq ən tez ələ düşən vasitədir” (356, səh. 171). Ekran qarşı­

sında oturan tamaşaçı elmi, texniki biliklər sistemi ilə tanış olmaq­

la, tarixi faktların ekranlaşdırılması yolu ilə maariflənməklə yana­

şı, həm də televiziya ekranında göstərilən mədəniyyət əsərlərini 

izləməklə bəşər mədəniyyətinin inciləri ilə yaxından tanış olur və 

mənəvi cəhətdən zənginləşmək üçün bu vasitələrdən faydalanır. 

Televiziya  ekran  qarşısında  onu  izləyən  hər  bir  tamaşaçının 

mə nəvi  zənginləşməsini,  maariflənməsini,  ədəbi­intellektual  sə­

viy yəsinin  artırılmasını  vacib  bir  ictimai,  mədəni  hadisə  kimi 

də yərləndirərək, bu məsələyə xüsusi diqqətlə yanaşmalıdır. “Tə­

rəqqiyə  can  atan  cəmiyyətdə  təhsil,  elm  və  mədəni  tərbiyə  ilə 

bağlı  təbliğat  funksiyası  sosial  televiziyanın  əsasında  dayanır. 

Mədəni təbliğat insan fəaliyyətinin bütün sahələrindəki mütərəqqi 

istiqamətləri kütlələrə çatdırmaqla, maarifçilik funksiyasını yerinə 

yetirir” (23, səh. 143) fikri cəmiyyətdə televiziyanın üzərinə düşən 

sosial­ictimai  vəzifələrin  əhəmiyyətini  əks  etdirir.  Televiziyanın 




276

mənəvi  tərbiyə  işində  oynadığı  vacib  rolu  nəzərə  alsaq,  bu  işin 

bilavasitə dövlətin nəzarətində olmasının vacibliyini xüsusi vur­

ğulamalıyıq. Böyük Britaniya, Rusiya və digər ölkələrin televiziya 

və ona nəzarəti həyata keçirən qurumların televiziyalar qarşısında 

qoyduğu öhdəliklərdə maarifçiik işinin xüsusi çəkisi deyilən fikrə 

əyani sübutdur. 

Televiziya ilk günlərdən bədii filmlərin, teatr tamaşalarının, sim­

fonik musiqinin, sərgilərin verilməsi, elmi, tarixi faktlar əsasında 

silsilə  proqramların  hazırlanması,  sağlamlıq,  din  və  ictimai 

hadisələrlə bağlı maarifçilik işinin aparılmasını öz üzərinə götürən 

audiovizual  əsərlərin  yayımlanması  ilə  mədəni­maarif  işini  qur­

muş  oldu.  Tanınmış  televiziya  nəzəriyyəçisi  Ənvər  Bağırovun 

“Kütlələrin  və  həmçinin  elmi­texniki  sahə  ziyalılarının  mədəni 

tərbiyəsindəki boşluqları doldurmaq televiziyanın borcudur” (398, 

II – səh. 26) fikri istənilən kanalın mədəni maariflənmə işinə yanaş­

masının  cəmiyyətin  bütün  təbəqələri  üçün  vacib  və  əhəmiyyətli 

bir məsələ olduğunu vurğulamaqla, bunun qurulmasında mənəvi 

tərbiyə və ideoloji təbliğat məsələsinin vacibliyini önə çəkir.

Azərbaycan  televiziyalarında  mədəni  maariflənmə  işinin  qu­

rul  ma sı  mənzərəsinə  diqqət  edək:  SSRİ  məkanında  mədəniyyət 

əsərlərinin ideoloji yöndən təbliğatçı rolu oynaması onların qar­

şısında duran başlıca vəzifə olduğundan, televiziya da məhz ha­

kim  kommunist  ideologiyasının,  sosialist  realizminin  təbliğatçısı 

kimi çıxış edərək maarifləndirmə işini məhz bu müstəvidə qurur­

du.  “Kütləvi  informasiya  vasitələri  arasında  xüsusi  yer  tutan  te­

leviziyanın  da  mədəni  təbliğatda  xidməti  onun  mövcud  olduğu 

sistemin ideoloji tələbinə bağlıdır” (23, səh. 143) deyimində ide­

oloji hakimliyin mənəvi tərbiyə işində yeri açıqlanır. Azərbaycan 

televiziyası  sovet  idarəçiliyi  sistemində  özünün  mənəvi  tərbiyə, 

mədəni­maarif işini məhz bu ideologiya əsasında qururdu, çünki 

“Sovet televiziyası və radiosu marksist­leninçi ideologiyanı – fəhlə 

sinfini, bütün əməkçilərin ideologiyasını əks və ifadə etdirir” (52, 

səh. 5). 

Azərbaycan  müstəqillik  əldə  etdikdən  sonra  təşəkkül  tapan 

kom mersiya televiziyaları və milli dövlətçilik ideologiyası əsa sın­

da maariflənmə işini qurmalı olan dövlət televiziyasının qarşı sında 

mədəni­maarif funksiyası tamam yeni, tarixi kökləri olmayan tərzdə 

ortaya çıxdı. Aydın Dadaşovun “Avtoritar rejimin klassisizmindən 

doğan ictimai­plakat janrı keçid dövrünün romantizminin yaratdı­

ğı milli­plakat janrı ilə əvəz olundu” (23, səh. 146) fikri yeni dövr 

Azərbaycan teleməkanında mədəni təbliğat işinin məzmun­ideya 




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə