TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə117/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   113   114   115   116   117   118   119   120   ...   171

277

problemlərini  açaraq,  ortaya  çıxan  real  problemləri  göstərmiş 

olur.  Tənqidçi  milli  plakat  janrının  maarifçiliyə  xas  elmçilik  və 

dünyəviliyin tələbinə cavab vermədiyindən daha çox nəsihətçilik, 

ritorika və populizmə yer verməsi üzündən effektini heçə endirdi­

yini deyir və tədricən bu mərhələnin arxada qalaraq, maarifçiliyin 

standartlarına uyğun proqramların yaranmasına imkan verən pro­

sesin başladığını təsdiq edir. Lakin yeni düşüncəli telekanallarda 

mədəni tərbiyə işi arxa plana keçdi, əyləncə və digər gəlir gətirən 

proqramlar  çoxluq  təşkil  etməyə  başladı.  Kommersiya  kanalları 

içərisində BMTİ, “Sara” və ABA yalnız əyləncəyə yer ayıraraq bu 

yönlü kanal kimi teleməkanda qalmaq istəsələr də, tədricən televi­

ziyanın ictimai mahiyyətini qiymətləndirərək mədəni­maarif işinə 

diqqət yetirməyə başladılar. Hazırda yayımlanmasalar da, “Sara” 

və ABA  kanalları  fəaliyyətlərinin  son  il lərində  maarifçilik  proq­

ramlarına yer ayırmağa başlamışdılar.

Bir çox hallarda özünün kommersiya maraqlarını güdən kanal­

larda maarifçilik məsələləri arxa plana keçdiyindən, bu işdə dövlət 

qurumlarının və ictimai təşkilatların nəzarəti olduqca böyük yer 

alır. Azərbaycan gerçəkliyində bu məsələ bir o qədər də kəskinliklə 

əksini tapmadı. İlk kommersiya kanalı ANS və ondan sonra qu­

rulan  digər  teleşirkətlər  öz  yayımlarında  maariflənmə  işinə  yer 

ayırmaqla bunu ya ölkədə istehsal olunan filmlər, teart tamaşala­

rı, yaxud öz istehsalları olan proqramlar, filmlər, ya da bilavasitə 

maariflənməyə  yönəlmiş  sənədli  filmlərin  efirdə  verilməsi  ilə 

həyata  keçirirdilər.  “Lider”  və  ATV  kanallarının  efirində  “Dis­

covery”  kanalının  istehsalı  olan  filmlərin  yayımlanması  deyilən 

fikrin sübutudur. Tədricən kanalların yaradıcı siyasətində özünə 

yer  alan  mədəni­maarif  işi  özünün  konseptual  həllini  tapmaqla 

biçimlənmiş tərzdə əks olunmağa başladı. Doğrudur, bir çox hal­

larda kanallar hələ də mədəni­maarif işinin mahiyyətini düzgün 

dəyərləndirməyərək  yayımı  sosial  plakat  formasında,  şüar  xa­

rakterli  çıxışlar,  maarifçiliyə  heç  bir  aidiyyatı  olmayan  “dərslər” 

üzərində qurmaqla, tamaşaçının ekran qarşısından çəkilərək başqa 

kanallara baş vurmasına imkan verməklə, əslində, maarifləndirmə 

işini tamlıqla yerinə yetirə bilmirlər.

Maariflənmə proqramlarının özünün daşıdığı mənəvi, mədəni, 

sosial  yükü  baxımından  çatdırılması  üçün  onlar  tamaşaçının 

qavrayacağı  forma,  məzmun,  ritm  və  dinamikada  olmalıdır. 

Azərbaycan  Dövlət  Televiziyası  özünün  çoxillik  ənənələrindən 

ayrılmayaraq,  köhnəlmiş  formaları  saxlamaqla,  müasir  mətnləri 

söyləməklə,  əslində  maarifçilik  funksiyasına  deyil,  tamaşaçının 




278

başqa kanal axtarışına çıxmasına xidmət etmiş olurdular. Dövlət 

televiziyası  kimi  AzTV­nin  üzərinə  bu  mənada  daha  böyük 

məsuliyyət  düşdüyündən,  məsələyə  daha  kamil  yanaşılmasına 

ehtiyac var idi. Kommersiya kanalları reytinq və kommersiya ma­

raqlarını daha üstün tutduqlarından, bəzi hallarda mədəni­maarif 

işinin qurulması arxa plana keçməklə başlıca önəm daşımır ki, bu 

da ziyanlı bir tendensiya idi.

Mədəni­maarif funksiyası özünü müxtəlif janrlarda təzahür et­

dirməklə,  müxtəlif  səpkili  audiovizual  əsərlər  vasitəsilə  yayılır. 

Tanınmış  teletənqidçi  Q.  Kuznetsov  belə  düşünür  ki,  “İstənilən 

televiziya verilişi bu və ya digər formada tamaşaçını mədəniyyətə 

yaxınlaşdırır. Hətta informasiya buraxılışlarında göstərilən adam­

ların görünüşü, savadlılıq dərəcəsi tamaşaçıya təsir göstərir” (237, 

səh. 43). Deməli, ekranda hər bir veriliş özünün xarakterindən asılı 

olmayaraq, mədəni­maarif işində iştirak edir. Bu, televiziya yara­

dıcılığı ilə məşğul olan insanların üzərinə konkret tələb qoyaraq 

onların  məsuliyyətini  artırır  və  tamaşaçının  mədəni  səviyyəsinə 

xələl gətirən məqamların proqramlarda yer almamasını bir tələb 

kimi qarşılarına qoyur.

Bütün televiziya verilişlərinin mədəni­maarif yükü daşımağı ilə 

bərabər, konkret elə audiovizual məhsullar var ki, birbaşa mədəni­

maarif  işi  ilə  məşğuldur  və  onun  konsepsiyasında,  məhz  bu  ide­

ya  yer  alır.  Formasından  asılı  olmayaraq,  bu  proqramların  hansı 

təbəqəyə, yaş həddinə ünvanlanmasını nəzərə almayaraq, kanalla­

rın efirində yer almasını müzakirə edərək çağdaş teleməkanımızda 

televiziyanın bu funksiyasının icrası mənzərəsini yaratmış olarıq.

Teatr  tamaşaları  televiziyada  xüsusi  yer  tutmaqla,  yayımın 

tərkib  hissəsi  olaraq  çıxış  edirdi.  Televiziya,  təşəkkülünün  ilk 

dövrlərindən başlayaraq, teatrların tamaşalarını lentə alıb, onların 

geniş yayımını özünün yaradıcı ənənəsinə çevirdi. Qərbi Avropa 

ölkələrində, eləcə də Amerikada tədricən bu o qədər məşhurlaşdı 

ki, kabel televiziyaları arasından yalnız teatr tamaşaları, operalar, 

müzikllər yayımlanmağa başladı. Teatrın bədii təsir imkanları və 

onun mənəvi tərbiyə işində böyük yeri televiziya vasitəsilə təbliğ 

olunması ilə də əhəmiyyətli rol oynamaqda davam etdi. Televizi­

yanın  daha  geniş  auditoriyası  teatr  tamaşasının  ekran  versiyası­

nın yayımını və onun təsir imkanlarını genişləndirdi. Cəmiyyətin 

mənəvi tərbiyə işində teatrın bir sənət ocağı kimi göstərdiyi xidmət 

və  mədəni­maariflənmə  istiqamətində  apardığı  fəaliyyət  ekrana 

gəlməklə daha böyük miqyas almış oldu.



279

Sovet televiziya işində teatrın bu əhəmiyyətli təsir imkanlarını 

nəzərə  alaraq  onun  ekranlaşdırılması  işi  mütləq  və  vacib  sayı­

lırdısa,  kapitalist  cəmiyyətində  tamaşanın  özünün  kommersiya 

əhəmiyyəti kəsb etməsi onun ekrana gəlməsi işini ləngidirdi. O za­

man kanallar analoji imkanlardan istifadə edib mədəni­maarifçilik 

işini maarifləndirici, həmçinin bədii gücə malik seriallar vasitəsilə 

həyata keçirmək yolunu da qəbul etdilər. Bir sıra bədii ədəbiyyat 

nümunələrinin  ekranlaşdırılması  və  televiziya  serialı  kimi 

göstərilməsi məhz bu ehtiyacı ödəməyə yönəlmişdi.

SSRİ­də  tamaşa  müəssisələrinin  işinin  tənzimlənməsi  dövlətin 

əlində  olduğundan  və  onun  kommersiya  marağından  daha  çox, 

sovet  teatrında  təbliğ  olunan  ideyanın  daha  böyük  tamaşaçı 

kütləsini əhatə etməsi marağı teatr tamaşalarının ekrana yolunu 

geniş şəkildə açdı. Tanınmış kinoşünas S. Freylix bu barədə olduq­

ca maraqlı statistika gətirir: “Moskva Akademik Bədayə Teatrına 

60  il  ərzində  25  milyon  adam  gəlib,  həmin  teatrın  “Zəngli  saat 

üçün solo” tamaşasına Mərkəzi Televiziya vasitəsilə eyni vaxtda 

150 milyon adam baxır” (427, .səh. 15). Bu həm ideologiyanın bədii 

təbliğatı, həm də tamaşaçıların mənəvi tərbiyə işinin qurulmasın­

da bir vasitə kimi geniş istifadə olunmağa başladı.

Azərbaycan  televiziyasının  yarandığı  1956­cı  ildən  başlayaraq 

teatrla əlaqələr qurulsa da və televiziya tamaşaları çəkilsə də, te­

atr tamaşalarının çəkilməsi lentin istifadəsindən sonra baş verdi. 

Bakıda və Respublikanın digər yerlərində fəaliyyət göstərən teatr­

ların tamaşaları televiziya vasitəsilə daha geniş yayılmağa başladı. 

Akademik Milli Dram Teatrının “İblis” (H. Cavid), “Dəli yığınca­

ğı”  (C.  Məmmədquluzadə),  “Unuda  bilmirəm”,  “Natəvan”,  “Xi­

yabani”,  “Sevgililərin  cəhənnəmdə  vüsalı”  (İ.  Əfəndiyev),  “Sizi 

deyib gəlmişəm” (Anar), “Yayda qartopu oyunu” (V. Səmədoğlu), 

Gənc  Tamaşaçılar  Teatrının  “Danabaş  kəndinin  məktəbi”  (C. 

Məm­mədquluzadə), “Yazığam, sevmə məni” (Ə. Əylisli), Akade­

mik Opera və Balet Teatrının “Leyli və Məcnun”, “Əsli və Kərəm”, 

“Koroğlu”  (Ü.  Hacıbəyov),  “Vaqif”  (R.  Mustafayev)  operaları, 

“Yeddi gözəl”, “İldırımlı yollarla” (Q. Qarayev), “Min bir gecə”, 

“Nizami” (F. Əmirov) baletləri, Musiqili Komediya Teatrının “Hic­

ran” (S. Rəhman), “Qayınana” (M. Şamxalov), C. Cabbarlı adına 

İrəvan  Dövlət  Azərbaycan  Dram  Teatrının  “Əks­səda”  (N.  Xəz­    

ri),  “Ömür  gözləyir  bizi”  (N.  Hacızadə),  “Didərginlər”  (Z.  Ya­

qub),  “Məhəbbət  yaşayır  hələ”  (Hidayət),  C.  Məmmədquluzadə 

adına  Naxçıvan  Dövlət  Musiqili  Dram  Teatrının  “Elektra”  (So­

fokl),  “Anamın  kitabı”  (C.  Məmmədquluzadə),  H.  Cavid  adına 




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə