TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə120/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   116   117   118   119   120   121   122   123   ...   171

285

viziya kanallarında istehsal olunan “Orson Uelsin yazı dəftərçəsi” 

və  “Orson  Uelslə  dünyanın  dörd  yanı”  (rejissor  O.  Uels,  Böyük 

Britaniya),  “Sehrli  fleyta”  və  “Mərasim”  (rejissor  İ.  Berqman,  İs­

veç) və başqa filmlərin uğurundan danışmaq olar. Sənədli­xronika 

serialları  “Kapitan  Kusto”  (Fransa),  “XX  əsr”  (Fransa),  “Adi  Fa­

şizm” (SSRİ), “Hitlerin son günləri”, “İkinci Cahan Savaşı” (Böyük 

Britaniya)  çağdaş  televiziya  ekranlarında  ardıcıl  göstərilən  sənət 

nümunələri kimi özünün tarixi maarifçiliyini və sənət axtarışları 

ilə yenilikçiliyni yaymış olur.

Azərbaycan  televiziyasında  telefilm  sənəti  elə  təşəkkül  dövrü­

nün  ilk  dönəmindən  yaranmağa  başladı. Azərbaycan  televiziya­

sında çəkilən ilk sənədli film rejissor Arif Babayevin 1959­cu ildə 

çəkdiyi  “Dostluğun  dili”  adlı  film  oldu.  1960­cı  ildə  ekranlarda 

görünən “Mənim respublikam haqqında hekayət” adlı A. Babaye­

vin filmi televiziya yaradıcılığında milliliyin başlanğıcı sayıla bilər. 

İstər həmin illərin siyasi, ideoloji “istiləşməsi”, istərsə də televizi­

yaya  toplaşan  vətəndaş­sənətkarlar  Azərbaycanın  salnaməsini 

yaratmaq  üçün  geniş  imkanlar  qazanmışdılar.  O  dövrdə  çəkilən 

filmlərdə Azərbaycan və onun mənəvi, maddi sərvətləri təbliğ olu­

nurdu.

1970­ci  ildə  ən  irimiqyaslı  iş  6  seriyalı  “Sovet  Azərbaycanının 



salnaməsi” adlı televiziya filmi oldu. Bu filmin ərsəyə gəlməsin­

də rejissorlar N. Abbasov, R. Şabanov, O. Babazadə, T. Bəkirzadə, 

A.  Kazımov  çalışmışdılar.  Azərbaycanda  sovet  hakimiyyətinin 

qu  rulmasının  50  illiyinə  həsr  olunmuş  film  bütöv  dövrün  siya­

si,  mədəni,  iqtisadi  inkişafını,  rus  ordusunun  gəlişini,  müharibə 

və  orada  xalqımızın  iştirakı,  sonrakı  quruculuq  dönəmini  əks 

et dirərək,  bədii­sənədli  hesabatı  xatırladırdı.  Təkrarsız  və  ələ­

düşməz kadrların qorunması baxımından bu film bu gün də bö­

yük əhəmiyyət daşıyır. 

Rejissor kimi maraqlı tapıntıları və yenilikləri ilə ekranlara gə­

lən Vasif Babayev bir­birinin ardınca kifayət qədər maraqlı filmləri 

ilə tamaşaçılarda tamam fərqli görüntü təəssüratı yaratdı: “Sovet 

Azərbaycanı  –  Oktyabrın  övladı”,  “Azərbaycan  iri  addımlayır”, 

“Zaman və adamlar”, “Xuraman”, “Həqiqət anı” və digər filmlər 

yeni bir mərhələnin – təsvir və araşdırma, mənzərəlilik və drama­

turji modelin vəhdətində olan filmlərin əsasını qoydu. 

Azərbaycan  televiziyasında  1960­cı  illərdən  başlayaraq  “Bu, 

Səttar Bəhlulzadədir” (müəllif – Anar, rejissor – R. Axundov), “Bi­

zim qadınlar” (müəllif – M. Mikayılzadə, rejissor – N. Yüzbaşov), 

“Üzeyir Hacıbəyov” (müəllif və rejissor – K. Kərimov), “Hakim” 




286

(müəllif – N. Rəhimov, rejissor – O. Babazadə), “Şəhərin ritmləri” 

(müəllif və re jis sor – R. İsmayılov) “Bakı və bakılılar” (müəllif – 

C. Əlibəyov, re jis sor – N. Abbasov), “Bakı dünən, bu gün, sabah” 

(müəllif – Ə. Əli ye va, rejissor – R. Şahmalıyev) və digər ölkəmizin 

maraqlı yerlərinə, həm çinin qədim sənət növlərinin yaranmasının 

təsvirinə həsr olunmuş çoxlu sayda filmlər istehsal olundu. 

Televiziya bədii filmi janrında “Aygün”, “İnsan və zəncir”, “Yun 

şal”, “Poçt qutusu”, “Quzu”, “Bizi dağlarda arayın”; musiqili te­

lefilmlərdən  rejissorlar  A.  Qazıyev,  T.  Mirzəyev,  R.  Mirzəyevin  

“Təs nif”, “Şur”, “Sevinc”, “Salam, Zeynəb”, “Qaya”nın mahnıla­

rı”, “Dir çəliş”, “Oxuyur Qasımova bacıları”, “Üç çeşni”, “Respub­

likamı vəsf edirəm”, “Odlar yurdunun melodiyaları” kimi filmləri 

tamaşaçı  rəğbətini  qazanmaqla  bərabər,  televiziya  sənətində 

mədəni,  ədəbi  irsimizin  ekranlaşdırılması  ilə  yanaşı,  sənətkarlıq 

axtarışlarına,  yenilikçiliyə  və  televiziya  yaradıcılığında  artıq 

biçimlənən  yeni  üsulların,  metod  və  tapıntıların  tətbiqinə  rəvac 

vermiş oldu. 

Televiziyaya cizgi filmi “Danışan ocaqlar” (müəllif və rejissor –  

Rasim  İsmayılov,  operator  – Vaqif Behbudov) filmi ilə gəldi, ilk 

rəngli cizgi filmi isə “Qırmızılar, qaralar və başqaları” oldu; sonra­

kı dövrdə rejissor və operator – Vaqif Behbudovun “Göyçək Fat­

ma”, “Sağol, Vəfalı”, “Möcüzəli ada”, “Başlanğıc”, “Qız qalası” və 

digərləri Ümumittifaq film festivallarında mükafatlandırıldılar.

Bu yaradıcılıq ənənələri televiziya filminin mədəni­maarif işində 

böyük  əhəmiyyətindən,  onun  görüntü  və  nitq  vəhdəti  ilə  tarixi 

faktları,  informasiyanı,  ədəbi  əsərləri  çatdırmaqla  bu  günün  ta­

maşaçısının  mədəni,  intellektual  səviyyəsinin  artmasına,  onun 

daha da dünyagörüşlü olmasına xidmət edir. Televiziya düşüncə 

tərzinə  təsir  etməklə  onun  biçimlənməsində  böyük  rol  oynadı­

ğından  ekranda  nəyin  və  hansı  tərzdə  verilməsi  olduqca  vacib 

və əhəmiyyətlidir. Televiziya filmləri janr fərqindən asılı olmaya­

raq, bilavasitə mənəvi tərbiyə işinə yönələn ən təsirli vasitə kimi 

mədəni­maarif işinin qurulmasında əhəmiyyətli rol oynayır.

Mədəni­maarif funksiyasına xidmət edən sənədli və elmi­kütləvi 

filmləri qeyd etmək gərəkdir. Tədris və cizgi bədii filmləri televi­

ziyanın digər funksiyalarının yerinə yetirilməsində daha çox işti­

rak etdiyindən, bu barədə aşağıda qeyd edəcəyik. Bədii televiziya 

filmləri ədəbi əsərlərin reproduksiyası baxımından mədəni­maarif 

işini  görürsə  də,  özünün  təsir  dairəsinə  görə,  daha  çox,  əyləncə 

xarakteri daşıyır. Cizgi filmləri içərisində böyüklər üçün nəzərdə 

tutulan elə nümunələr var ki, orada mədəni­maarif işini aydınlıqla 




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə