TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə128/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   124   125   126   127   128   129   130   131   ...   171

303

səh.  144)  və  ölkəmizdə  də  bu  tipli  verilişlərin  yayılmasına  ehti­

yac  var.  Abituriyentlərin,  habelə  yuxarı  sinif  şagirdlərinin  test 

imtahanlarına hazırlığı prosesində repititor xidmətindən istifadə 

etməsi  və  sınaq  imtahanları  vasitəsilə  öz  bilgilərini  sınaması 

prosesinə televiziya cəsarətlə qoşulmalı, bu işdə özünün imkanla­

rından, kütləviliyindən istifadə edərək, sınaq imtahanları və ya ha­

zırlıq aparan verilişlərə yer verməlidir. Azərbaycan dövlət televi­

ziyası özünün tarixi ənənələrini unudaraq teletədris verilişlərinə, 

ümumiyyətlə,  yer  verməyərək,  yalnız  əyləncəli  və  intellektual 

oyunlarla  uşaqların  və  yeniyetmələrin  görüşünə  gəlməklə  özü­

nün daşımalı olduğu başlıca funksiyanı icra etməmiş olurdu. Uşaq 

verilişləri və “Gənclik və idman” redaksiyalarının bu istiqamətdə, 

ümumiyyətlə, heç bir veriliş hazırlamaması ciddi nöqsan kimi or­

taya  çıxırdı.  Dövlət  televiziyası  kimi  milli  təhsil  sistemində  mü­

hüm rol oynamalı olan AzTV­nin bu  iş metodu qüsurlu və ziyanlı 

tendensiya kimi təzahür edirdi.

Kommersiya  kanallarının  tədris  işinə  münasibətinə  gəlincə, 

bu rada  da  nöqsanlı  cəhətlər  üzə  çıxırdı.  ANS,  ATV  və  “Space” 

ka nallarının  efirində  tədris  verilişlərinə  rast  gəlmək  mümkün 

deyildi. Bunun da başlıca səbəbi kommersiya strukturlarının, sa­

hibkarların  bu  tipli  verilişlərə  sponsorluq  etmək  təşəbbüslərinin 

olmaması  və  ölkədə  fəaliyyətdə  olan  təhsillə  bağlı  qeyri­hö ku­

mət  təşkilatlarının  televiziya  tədrisinə  düzgün  olmayan  müna­

sibətindən  irəli  gəlirdi.  Azərbaycan  televiziyaları  arasında 

yalnız  “Lider”  kanalının  efirində  test  imtahanları  ərəfəsində  ha­

zırlıq məqsədi daşıyan silsilə verilişlərin efirə getməsi təqdirəlayiq 

hadisə kimi dəyərləndirilməlidir. Bu verilişlərin sistematik halda, 

tədris proqramına uyğun tərzdə təşkil olunması və bədii cəhətdən 

daha  mükəmməl  təqdimatla  efirə  çıxması  arzuolunan  hal  kimi 

qeyd olunmalıdır. 

Tədris əhəmiyyəti daşıyan tədris filmlərinin yayımı da olduqca 

əhəmiyyətli məsələ kimi önə çıxır. “Lider” kanalında “Discovery” 

saatı, “Uşaq ensiklopediyası”, “Coğrafi aləmə səyahət”, “Heyvan­

ların qəribə aləmi”, ANS­də və “Space” də silsilə tədris filmləri bu 

sahədə  atılmış  addımlar  kimi  dəyərləndirilməlidir.  Lakin  kom­

mersiya kanallarının efirində tədris proqramlarının artırılması mü­

hüm bir vəzifə kimi öndə durur və bu məsələnin həllində prosesin 

tənzimlənməsində qeyri­hökumət təşkilatları da iştirak etməlidir.

Tədris  funksiyası  ölkənin  milli  təhsil  sisteminin  tərkib  hissəsi 

kimi  çıxış  edərək  müasir  dünyanın  tətbiq  etdiyi  teletəhsil  dən 

məharətlə istifadə edib, efirdə bu metodun genişlənməsinə doğ­




304

ru  məqsədyönlü  və  konseptual  əsaslara  söykənən,  pedaqoji 

əhə miyyət  daşıyaraq  elmi  yanaşma  tərzi  ilə  müasir  televiziya 

sə nətkarlığının prinsiplərinə uyuşan tərzdə təqdimatına yer ver­

mə   lidir.  Bu  məsələnin  reallaşmasında  Azərbaycan  Respublikası 

Təh  sil Nazirliyi, pedaqogika ilə bağlı elmi­tədqiqat institutları və 

öl kənin tədris müəssisələri iştirak etməlidirlər.

Azərbaycan  teleməkanında  tədris  verilişlərindən  danışarkən 

məişət  mövzusunda  bilgilərin  verilməsi  ilə,  əsasən  yaşlı  tama­

şaçıların  müəyyən  mövzu  daxilində  biliklər  sisteminin  tək mil­

ləşdirilməsinə xidmət edən, bilavasitə öyrədici əhəmiyyət da şıyan 

mətbəx, intim həyat, kosmetika, dəb, dizayn və digər mövzula rı 

əhatə  edən  proqramları  da  qeyd  etmək  gərəkdir.  Özünün  ide­

ya  yükünə  görə  öyrədici  vəzifəni  icra  edən  belə  verilişlər  mü­

təxəssislərin  iştirakı  ilə  insanların  müəyyən  sahələr  üzrə  dəqiq 

biliklərlə  silahlanmalarına  imkan  verir.  Teleməkanımızda  “Kö­

nüllü  aşpazlar”,  “Qaynar  qazan”  (ANS),  “Nuş  olsun”  (“Space”) 

“Ləziz saat” (ATV), “Nəm­nəm” (“Lider”) kimi mətbəx verilişləri 

xörəklərin hazırlanma texnologiyasının öyrədilməsinə, reseptlərin 

icra mexanizminin icrasına həsr olunmuş verilişlər kimi nəzərdə 

tutulsa da, onların bir çoxuna qonaq kimi dəvət olunan populyar 

adamların xörək hazırlaması başlıca qayədən uzaqlaşmağa gətirib 

çıxarır  və  peşəkar  məsləhətindən  daha  çox,  diletant  fəaliyyətinə 

bənzədiyindən  özünün  konseptual  mahiyyətini  itirmiş  olurdu. 

“Əgər  kulinariya  verilişlərində  məşhur  aşpaz  geniş  kütləyə  mə­

lum olmayan, digər xalqın mətbəxinə aid yeni xörəyin hazırlan­

ması sirlərini öyrədərkən akademik nəşrlərə istinad edirsə, tədris 

funksiyası yerinə yetirilir”; əks halda, verilişin daşıdığı əhəmiyyət 

arxa  plana  keçir.    “Bu  verilişlərə  müğənnilərin  dəvət  olunması 

nə zəri  cəhətdən  özünü  doğrultmur  və  tədris  prosesinə  əyləncə 

funksiyasını da şərik edir” (23, səh. 147) ki, bu da yolverilməzdir. 

“Qaynar qazan” və “Ləziz saat” da  peşəkar aşpazların iştirakının 

ideyanın konseptual həllinə uyğun olmasını önə çəkərək, burada 

aparıcı kimi teatr aktrisalarının – Xalq artistləri Gülşən Qurbanova 

və Firəngiz Mütəllimovanın cəlb olunmasını maraqlı çözüm kimi 

qeyd  etmək  istərdik.  Hər  iki  aktrisanın  aparıcılığında  müəyyən 

qüsurlar  nəzərə  çarpsa  da,  onların  sərbəst  davranmaları,  aktiv 

müdaxilələri verilişi maraqlı edən cəhətlərdəndir.

İstər mətbəx, istərsə də digər tədrisə yönəlmiş verilişlər: “Eybi 

yox”,  “Kişi  işi”  (ANS),  “Usta  işi”  (“Space”)  yaradıcı  cəhətdən 

ma raqlı  yanaşmaları  ilə  seçilsə  də,  bu  sahədə  ciddi  yeniliklərin 



Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə