TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə127/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   123   124   125   126   127   128   129   130   ...   171

301

və  texniki  nailiyyətlər  hesabına  müxtəlif  mövzulu  verilişlərin 

hazırlanmasına  yaranmış  münbit  şərait  mavi  ekran  vasitəsilə 

müxtəlif  ünvanlı  vasitələrə  qulluq  edən  spesifik  proqramların 

yaranmasına  imkan  verdi.  Tədrisin  cəmiyyətdəki  yeri  və  yeni 

nəslin  biçimlənməsində  əhəmiyyəti  audiovizual  sənət  növü 

kimi  televiziyanın  yaradıcı  imkanlarından  bəhrələnərək,  onun 

kütləviliyindən  istifadə  edərək  tədris  verilişlərinə  yer  verilməsi 

hər  bir  ölkənin  teleyayım  işində  vacib  mərhələ  hesab  olunmağa 

başladı.  Dövlət  televiziya  sistemində  olan  ölkələrdə  bu,  birbaşa 

yerinə yetirilirdisə, digər ölkələrdə ictimai və ya kommersiya ka­

nallarında  bu  məqsədə  yönələn  layihələrin  maliyyələşməsi  yolu 

ilə  dövlətin  iştirakı;  özünün  əhatəsini  artırmaq  məqsədi  ilə  tele­

universitet,  teleməktəb,  fiziki  çatışmazlıqları  olan  uşaqlar  üçün 

yardımçı ev məktəbi şəklində tədris müəssisələri və kommersiya 

qurumları maliyyəçi kimi çıxış etdilər. Özünün məzmun və forma 

xüsusiyyətlərinə görə konkret zaman və məkan kontekstində ün­

vanlı tamaşaçı kütləsi üçün nəzərdə tutulan belə verilişlər çoxluq 

tərəfindən deyil, yalnız bunda maraqlı olan şəxslər tərəfindən ba­

xıldığına görə reytinq vermədiyindən və üstəlik bir çox ölkələrin 

qanunvericiliyində uşaq verilişlərində reklamın qadağan olunma­

sı ilə əlaqədar maliyyələşdirilmənin dövlət tərəfindən və ya spon­

sorların cəlb olunması hesabına aparılması zərurət kimi meydana 

çıxır.


Sovet dövləti təhsilə yeni kommunist nəslinin tərbiyəçisi, televi­

ziyaya mühüm ideoloji təbliğat vasitəsi kimi baxdığından bu iki si­

lahın öz məqsədləri naminə birləşdirilməsini televiziya qarşısında 

mühüm vəzifə kimi qoydu. Mərkəzi televiziyanın bazası əsasında 

1956­cı ildə ikinci, üçüncü və dördüncü kanalların açılması və üçün­

cü kanalın birbaşa teletədris üçün nəzərdə tutulması məhz yuxa­

rıda  dediyimiz  ideoloji  yük  daşıyan  təhsil  siyasətinin  mavi  ekran 

vasitəsilə də evlərdə yeniyetmələrə, gənclərə çatdırılması məqsədi 

daşıyırdı. Bu kanal vasitəsilə ədəbiyyat, coğrafiya, tarix, sovet hü­

ququnun  əsasları,  fizika  dərsləri  tədris  olunur  və  əyani  vasitələr, 

həmçinin çəkilmiş filmlər, çarxlarla tədris olunan materialın effek­

tiv təsiri yaradılırdı. 3­cü kanal vasitəsilə həm də qiyabi təhsil alan 

tələbələr üçün  fəlsəfə, elmi kommunizm, Sov. İKP tarixi, riyaziy­

yat  və  digər  fənlər  tədris  olunurdu.  Həmçinin  müxtəlif  sahələrin 

mütəxəssislərinin  təkmilləşdirilməsi  üçün  təsərrüfat,  iqtisadiyyat, 

əməyin təşkili, eləcə də müəllim, həkimlər üçün spesifik verilişlər 

hazırlanırdı. Xarici dili müstəqil öyrənmək istəyənlər üçün və ayrıca 

orta məktəb proqramına əlavə olaraq öyrətimi həyata keçirən xarici 




302

dil verilişləri – ingilis, alman, ispan, fransız dili dərsləri aparılırdı. 

Həmçinin  kanalın  işinə  görkəmli  alimlərin,  ixtiraçıların  və  sənət 

adamlarının cəlb olunması ilə müxtəlif sahələr üzrə bilgilər siste­

minin  yeniləşdirilməsi,  elmi­texniki  yeniliklərin  istehsalata  tətbiqi 

prosesində televiziya mühüm rol oynayırdı. Şahmat, davranış, este­

tika, nitq dərsləri də bu sahə ilə maraqlananlar üçün olduqca böyük 

əhəmiyyət kəsb edən verilişlər kimi Mərkəzi televiziyanın 3­cü ka­

nalında özünə yer almağa başladı.

Mərkəzi  televiziyanın  bu  təcrübəsi  icbari  qaydada  yerlərdə  də 

tətbiq  olunmağa  başladı  və  Azərbaycan  televiziyasında  tədris 

verilişlərinə yer ayrıldı. Burada müxtəlif fənlərlə yanaşı, xarici di­

lin tədrisi üçün verilişlər ekranda görünməyə başladı. Həmçinin 

nitq  mədəniyyəti,  davranış  mədəniyyəti  və  şahmat  dərsləri  də 

Azərbaycan tamaşaçısının ixtiyarına verildi.

Müstəqillik qazandıqdan sonra Azərbaycan televiziyası və yeni 

yaranan kommersiya televiziyaları tədris funksiyasına, o cümlədən 

teledərslərə bir qədər az diqqət ayırmağa başlıdı. Aydın Dadaşo­

vun “sosial televiziyanın strukturunda tədrisin ekran kommuni­

kasiyasına  qoşulması  mühüm  yer  tutsa  da,  keçid  və  müstəqillik 

dövründə sosial sifarişin olmaması bu prosesi ləngitdi” (23, səh. 

144) deməklə ölkəmizin efir məkanında tədris verilişlərinin azlığını 

sosial sifarişin olmaması ilə izah etməsi, hesab edirik ki, bir qədər 

səthi yanaşma ilə bağlıdır. Belə ki, məhz müstəqillik qazandıqdan 

sonra ölkənin təhsil sistemində yeniliklər tətbiq edilməyə, köhnə 

metodlardan, dərsliklərdən imtina olunmağa başlanıldı. Ölkənin 

müharibə ilə üzləşməsi, iqtisadi çətinliklər yeni dərslik çapını bir 

qədər ləngidir, yeni tətbiq olunan test qəbul imtahanları sistemini 

təbliğ edəcək və abituriyentləri, məktəbliləri buna uyğunlaşdıra­

caq vəsaitlərin az olduğu vaxtda, məhz dövlət televiziyası bu işi 

tamlıqla üzərinə götürməli olduğu halda, bunu etməməklə milli 

təhsil sistemində öz iştirakını heçə endirərək üzərinə düşən mü­

hüm  ictimai  vəzifənin  icrasından  boyun  qaçırmış  oldu.  Burada 

televiziya rəhbərliyinin səriştəsizliyi və yeni qaydalar sistemində 

tamaşaçının  tələbini  duymaq  əvəzinə,  göstərişlər  gözləməsi  ilə 

izah olunan diqqətsizlik böyük rol oynamış oldu. Yuxarıda sada­

lanan faktları əsas gətirərək, müəllifin sosial sifarişin olmadığı fikri 

ilə razılaşmayaraq, problemin dövlət televiziyasının istər birinci, 

istərsə də ikinci kanalının bu işə dövlət təhsil sisteminin maraqları 

prizmasından baxmaması ilə izah etmək olar.

Müəllifin  dediyi  kimi  “...inkişaf  etmiş  dünya  dövlətlərində  isə 

tədris  bütünlüklə  ekran  kommunikasiyasına  qoşulmuşdur”  (23, 




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə