TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə130/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   126   127   128   129   130   131   132   133   ...   171

307

vasitəsilə bir çox digər kanalları sərbəst izləmək imkanı ölkəmizin 

yetişməkdə  olan  nəslinin  fərqli  dünyagörüş  və  mədəniyyətlərə 

uyğunlaşmasına,  bununla  da  milli  köklərdən,  adət­ənənələrdən 

uzaqlaşmasına  imkan  verə  bilər.  Deməli,  ölkə  kanalları  uşaq­

ların  zövqünə,  dünya  teleekranlarında  yayımlanan  verilişlərin 

səviyyəsinə uyğun, dinamik, rəngarəng, adətlərimizə, dövlətçilik 

prinsiplərinə  söykənən,  milli  təhsil  sisteminə  uyğun  tərzdə 

verilişlər  təqdim  edərək  həm  kənar  təsirləri  zərərsizləşdirməli, 

həm də azyaşlı tamaşaçıları öz efir saatı ətrafına toplayaraq, on­

ların  intellektual  imkanlarının  genişlənməsinə  çalışmalıdırlar.

Uşaq verilişlərinin ölkə telekanallarında təcəssüm mənzərəsinə 

nəzər yetirərkən, bu sahədə kifayət qədər ciddi problemlərin möv­

cudluğu göz önünə gəlir. Azərbaycan Respublikası Milli Televizi­

ya və Radio Şurasının monitorinqinin nəticələrinə əsasən gündəlik 

efirində ANS uşaqlara 48 dəqiqə, “Space” – 39 dəqiqə, ATV – 37. 5 

dəqiqə, “Lider” kanalı isə 19 dəqiqə vaxt ayırır (317). Bu göstəricilər 

az olsa da, hesab edirik ki, mühüm olanı verilişlərin keyfiyyəti və 

yaradıcı gücüdür. Bir çox hallarda kanallar uşaq və yeniyetmələr 

üçün veriliş hazırlayarkən yaş qruplarının tələblərini nəzərə alma­

yaraq ya qarışıq tərzdə hamısını , yaxud da bir yaş həddini nəzərə 

almaqla işlərini bitmiş sayırlar. Hər bir televiziya tədris funksiyası­

nın icrasından irəli gələrək bütün yaş qruplarının psixologiyasını, 

onlarla  efir  ünsiyyətinin  pedaqoji  əsasları nı  mükəmməl  öyrənib 

azyaşlılar, məktəblilər və yeniyetmələr üçün ekran nümunələrini 

təqdim etməlidirlər. Bu məsələ kanalları daha çox narahat etməli 

və onlar zövqlü proqramların hazırlanmasına çalışmalıdırlar.

Azərbaycan Dövlət Televiziyasında başlıca yaradıcı və fəaliyyət 

siyasəti kimi  uşaq verilişləri önə çıxaraq dövlətin təhsil proqramı­

na və uşaqların mənəvi tərbiyələnmə işinə uyğun tərzdə təqdim 

olunmalıdır.  AzTV­nin  kəmiyyət  etibarı  ilə  çeşidli  proqramla­

rı  ekrana  gəlsə  də,  uşaq  və  yeniyetmə  auditoriyasını  cəlb  edən 

verilişlərdən  danışmaq,  sadəcə,  mümkün  deyil.  “Sehrli  güzgü”, 

“Dərədən­təpədən”,  “Pəncərə”,  “Çıraq”,  “Birimiz,  hamımız”, 

“Şən  mozaika”,  “Macəra”,  “Qlobus”,  “Məktəblilərin  “Tusi”  klu­

bu” özü  nün yeknəsəqliyi, zövqsüz və primitiv təqdimatı ilə seçilir, 

ta  maşaçının marağını cəlb etməkdən xeyli uzaq dururdu. Dövlət 

Televiziyasında uşaq verilişlərinin bədii cəhətdən sönük və uşaq­

ların marağına uyğun tərzdə olmadığını vurğulayan Elşad Quliye­

vin “Tusi”, “Sehrli güzgü” və “Qlobus” verilişlərini tənqid edərək 

axırıncı barədə dediyi “Bu veriliş keçən əsrin sonundan efirə çıxıb 

və o vaxtdan indiyədək yeknəsəq, ibrətverici tutumu zərrə qədər 




308

də  dəyişməyib”  (52,  səh.  176)  fikri  uşaq  verilişlərində AzTV­nin 

bütün  qalan  verilişlərdə  olduğu  kimi  basmaqəlibi  saxlayaraq 

illərlə eyni metod, eyni studiya və estetik həll ilə işləmək yolunu 

seçməsini sübut etmiş olur.

Tənqidçi    Elnur Aslanbəyli  özünün  “Onlar  uşaq  olsalar  da…” 

məqaləsində  AzTV­nin  bu  sahədə  yarıtmaz  fəaliyyətdə  olduğu­

nu deyərək “Macəra” verilişi barədə “sü jetlərin sönük, maraqsız 

hazırlanması  bir  yana,  uşaqların  yaşına  və  dünyagörüşünə  uy­

ğun gəlməyən lətifələrin onların ifasında səhnələşdirilməsi xeyli 

yumşaq desək, qeyri­peşəkarlıq əlamətidir” (8) tənqidi fikirlərini 

söyləyir.  Hesab  edirik  ki,  müəllif  haqlıdır:  veriliş  hazırlanarkən 

yaş psixologiyası və pedaqogikası düzgün müəyyənləşdirilməli və 

tərbiyəvi əhəmiyyət önə çə kilməlidir. Yalnız bəsit gülüş naminə, 

bəzən uşaq yaşına aid olmayan lətifələrin səhnələşdirilməsi və bu­

nunla da vaxtilə Moskva kinematoqrafçıları tərəfindən uğurla ha­

zırlanan “Yeralaş” uşaq satirik jurnalının yersiz təkrarına efir vaxtı 

vermək ciddi səhv kimi dəyərləndirilməlidir.

Məqalə müəllifinin gündəlik axşam efirində (19:40) yer alan 15 

də qiqəlik “Sehrli güzgü” verilişinin konsepsiyasının bəlli olmadı­

ğını önə çəkərək onun “Spokoynıye noçi, malışi!” verilişinin pro ­

fessionallıqdan uzaq təqlidi olduğunu söyləməsi AzTV­nin uşaq 

verilişlərinin  uğursuzluğu  barədə  gerçək  mənzərəni  gös tərmiş 

olur. Təəssüflə qeyd etməliyik ki, yeniyetmələrin mənəvi tərbiyə­

si,  onların  mədəni­intellektual  səviyyələrinin  yüksəldilməsi  və 

bilavasitə  tədrisinə  yönələn  verilişlərin  ümumiyyətlə,  AzTV  efi­

rində  görünməməsi,  bu  nəslin  nümayəndələrinin  diqqətdən 

kənarda  qalması,  onların  marağına  səbəb  olacaq  intellektual 

veri liş lərin  sönük,  ekran  estetikası  prinsiplərindən  uzaq  tərzdə, 

aşağı  sə viyyəli  rejissor  həlli  ilə  təqdimatı  kifayət  qədər  ciddi  və 

narahatlı a səbəb ola biləcək məsələdir. 

Kommersiya  kanallarının  uşaq  və  yeniyetmə  verilişləri  barədə 

danışarkən onu deməliyik ki, fəaliyyət müddətləri az olan kanal­

larda bu sahədə işlərin tarixi də az olduğundan və təcrübə azlığı 

uşaq təlimi, onun ənənəvi tərbiyəsinə yönəlmiş fəaliyyət özünün 

təşəkkül  dönəmini  yaşamaqdadır.  Baxımlılığına  görə  dövlət  ka­

nalından öndə olan kommersiya televiziyalarının uşaqların daha 

baxımlı  saatlarında  onların  zövq  və  maraq  dairəsinə  daxil  ola 

biləcək, qayəsində mənəvi tərbiyələnməni ehtiva edən, müasir bi­

çimli verilişlərə yer ayırması olduqca vacib, yeni nəslin formalaş­

ması işində mühüm məsələdir. 



Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə