TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə138/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   134   135   136   137   138   139   140   141   ...   171

324

vasitəsi kimi çıxış edir. “Manipulyasiya” anlayışı və onun texnolo­

giyası araşdırılan mövzu olsa da, televiziyanın yaranışı, geniş yayıl­

ması, peyk vasitəsilə artıq qitələri belə əhatə etməsi manipulyativ 

fəaliyyətin yeni biçimini və texnologiyalarını yaratmış oldu. Artıq 

təsir müəyyən bir qrupa deyil, milyonlarla insana hesablandığın­

dan, manipulyasiyanın yeni qaydaları və fəndləri yaranaraq insa­

na daha şiddətli təsir göstərməyə başladı. Çağdaş cəmiyyətimizdə 

hər  addımbaşı  televiziya  manipulyasiyasının  məntiqi  nəticəsinə 

rast gəlmək olar – insanların dünyagörüşləri, münasibətlər siste­

mi,  ictimai  passivliyi  açıq  görünən  fəsadlardırsa,  daha  dərindən 

işlənən və təsiri hələ neçə illər sonra görünəcək gizli dəyişmələr də 

mövcuddur. Azərbaycanda  informasiya  təhlükəsizliyinin  qorun­

ması istiqamətində elmi­nəzəri araşdırmaların az aparılması və bu 

sahədə müəyyən fəaliyyət proqramının nəzərə çarpmaması xari­

ci manipulyasiyanın da təsirinə şərait yaratdığından, bu problem 

daha kəskinliklə qarşımızda durur. 

  Çağdaş  insan  medianın  əhatəsində  yaşayaraq,  onun  təsiri  ilə 

özünün  həyat  tərzini,  dünya  duyumlarını  biçimləndirir.  Mədəni 

prosesə müdaxilə edən televiziya təkcə nəqliyyat rolu oynamaqla 

kifayətlənməyərək, yeni mədəniyyət nümunələrinin və görüşlərin 

yaradıcısı kimi çıxış edir. Mədəni, sosial, siyasi həyata fəal müda­

xilə  edən  televiziya  yaşam  tərzinin  parametrlərini  təyin  edərək 

müxtəlif dünyagörüşlü insanların şüuruna təsir etməklə təfəkkür 

tərzlərini  yaxınlaşdıraraq  qloballaşma  prosesini  sürətləndirdi. 

Televiziya  ilə  “yaşayan”,  onun  etdikləri  və  göstərdikləri  tərzdə 

fəaliyyət  göstərən,  onun  təlqin  etdiyi  kimi  düşünən  insan  ordu­

su  cəmiyyətin  olduqca  böyük  hissəsini  təşkil  edir.  Televiziya 

yeni  dəyərlər  yaradaraq  həvəsləndirici,  əyləncəli  oyun  marağı 

ilə  insanları  öz  tərəfinə  çəkməklə,  əslində,  mürəkkəb  strukturlu 

subyekti asanlıqla ram edir. Çağdaş televiziya nəzəriyyəçiləri bu 

yayım növünün əsas aspekti kimi səs və obrazlar yaradan vasitə, 

güclü  iqtisadi  və  sosial  institut,  insan  – dünya  münasibətlərinin 

yayımçısı  olduğunu  söyləyərək,  onu  mərkəzləşmiş  nəzarətdən 

çıxan, möcüzələr yaradan, güclü, təsiredici bir amil hesab edərək 

manipulyasiya  işində  əvəzsiz  vasitə  hesab  edirlər.  Televiziyanın 

manipulyativ təsir mexanizmi və onun istifadə etdiyi fəndlər, tex­

nologiyalar yeni araşdırmalara rəvac verən elmi, sosial əhəmiyyət 

daşıyan  məsələ  kimi  həm  də  sənətşünaslığın  qarşısında  durur. 

Manipulyativ fəaliyyətin əsasında məhz televiziyanın öz yaradıcı 

və bədii imkanları vasitəsilə təsiri böyük yer alır.



325

Kommersiya  qaydalarına  söykənən  televiziya  yayımının  başlı­

ca  məqsədi  seyrçi  marağını  ətrafında  sıx  toplamaq  olduğundan, 

təlqin  onun  ən  əsas  vasitəsi  kimi  hər  zaman  çıxış  edir.  Kütləvi 

mədəniyyət  istehlakçılarının  bədii  tələblərinin  ödənilməsi 

üçün  televiziyanın  yaranan  geniş  imkanları  onun  manipulya­

tiv fəaliyyətinə də rəvac verdi – televiziyaya manipulyasiya yolu 

ilə  sadiq  seyrçi,  manipulyatorlara  sadiq  seyrçisi  olan  televizi­

ya vasitəsilə təlqin gərəkdir və bu qarşılıqlı maraqlar tez bir za­

manda  sistemləşərək  telekommersiyanın  başlıca  istiqamətinə 

çevrildi.  Televiziyanın  fərdin  şüurunun  yüksəlişinə  deyil,  onun 

təqlidinə yönəlmiş fəaliyyəti inkişaf etmiş ölkələrin üçüncü dünya 

ölkələrinin əhalisinə əsas təsir vasitəsinə çevrilərək, onları özünə 

gərəkli  olan  ideyaya  inandırmağa  yönəldildi.  İngilis  tədqiqatçısı 

Rozmari  Rayter  “İxrac  olunan  nəşrlər  və  televiziya  proqramla­

rı  istehlakçı  ideologiyasını  yayırlar  ki,  bu  da  gəlirin  az  olduğu 

ölkələrdə  sosial  bərabərsizlik  hissini  gücləndirir”  (512,  səh.  214) 

deyir və bunun nəticəsi kimi pul qazanmaq üçün kənd əhalisinin 

heç bir sənaye təminatı olmayan şəhərlərə axınını sürətləndirdiyi, 

intellektual elitanın başqa ölkələrə üz tutmasına gətirib çıxardığı 

qənaətini söyləyir. Təbliğ olunan xarici modellər hökumətləri də 

çətin vəziyyətdə qoyaraq, onları icrası mümkün olmayan borclar 

almağa sövq edir ki, bu, əhalinin daha mürəkkəb sosial vəziyyətlə 

üzləşməsi ilə nəticələnir. Elə inkişaf etmiş ölkələrin maddi maraq­

larından irəli gələn məqsədi də budur ki, onun icrasını televiziya 

məhsullarının ixracı yolu ilə həyata keçirmək asanlaşıb.



4.8 Rekreativ fəaliyyətin nəzəri əsasları 

Rekreativ  fəaliyyətlə  məşğul  olan  verilişlərin  üzərinə  qoyulan 

yaradıcı  və  ictimai  əhəmiyyətli  tələblər  tamaşaçının  efirdə  gör­

mək  istədiyi  ilə  bilavasitə  bağlıdır.  Burada  verilən  informasiya­

nın  işlənmə  dərəcəsi,  videocərgənin  və  ssenarinin  hazırlanması, 

quruluşu,  ədəbi  materialın  bütöv  şəkildə  digər  komponentlər 

və  ya  mozaik  strukturla  üzvi  bağlılığı,  mütənasibliyi  qoyulan 

başlıca  tələblərdəndir.  İstirahət  edən  tamaşaçı,  bir  növ,  biçim­

li  ekran  nümunəsinin  təcəssümünü  görmək  istəyi  ilə  daha  çox 

anladığı  sənətin  –  yumorun,  oyunun,  musiqinin,  idmanın  gözəl 

təqdimatını  görmək  arzusundadır.  Məhz  bu  arzudan  irəli  gələn 

yaradıcı tələblər tamaşaçının gözəl sandığı biçimli, bir­biri ilə qar­

şılıqlı vəhdətdə olan, kompozisiya tələblərinə uyğun televerilişin 

ekran  ömrünü  həll  etmiş  olar.  Bu  tələbdən  irəli  gələrək  kütləvi 

mədəniyyətin,  pop­artın  yaradıcı  dilinə  uyğun  yeni  televiziya 



Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə