TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə139/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   135   136   137   138   139   140   141   142   ...   171

326

sənətinin dili meydana gəlmiş və ekranlarda özünə yer ala bilmiş­

dir. Televiziya sənətinin dilinin əhatə etdiyi bütün tamaşaçıların 

–  onların  zövq  və  istəklərindən  asılı  olmayaraq,  intellektual  im­

kanları çərçivəsində  olması başlıca şərtdir. Tamaşaçı ekran qarşı­

sında baxdığını anlamalı, görmək istədiyi şəkildə hadisələrin ekran 

həllinin şahidi olmalıdır. Bu sadəlik, əslində, kütləvi mədəniyyət 

qarşısında  qoyulan  vəzifə  ilə  eyniləşdirilməklə  XX  əsr  incəsənət 

və  mədəniyyətinin  yaradıcı  təmayülləri  ilə  bağlı  olan  fəaliyyət 

tələbləridir.

Mədəniyyət  insandan  onun  verə  biləcəyindən    çox  şey  tələb 

edirsə,  “onda  fərddə  üsyan  və  ya  nevroz  yaradır,  ya  da  onu 

bədbəxt edir” (426, səh. 132) fikri televiziyanın tamaşaçıya rekrea­

tiv məqsədlə yayımladığı proqramın audiovizual həlli qarşısında 

qoyulan tələbin psixoloji, şüura təsiri baxımından açılışını vermiş 

olur. Z. Freyd insan instinktlərinin blokadaya alınması hesabına 

aqressivliyin  aradan  qaldırıldığını  deyərək,  bunun  əvəzində,  in­

sanın səhhətinə mənfi təsir etdiyini – yəni insanın təbii meyilləri 

ilə mədəni normaların, seksual istəkləri ilə sosial qaydaların, aq­

ressiya ilə mənəvi qaydaların arasında daim vurnuxmasının insan 

psixikasına ciddi zərbə vurduğunu göstərirdi. Mədəniyyətin ge­

niş  anlamında  izah  olunan  bu  prosesin  adi  bir  rəsm  əsərinin  və 

ya  teatr  tamaşasının  tamaşaçıya  təlqin  etdiyi  prinsiplərin  təsiri 

ilə  yarandığını  və  incəsənətin  XX  əsr  böhranı  ilə  bağlı  olduğu­

nu  tamlıqla  göstərmək  olar.  Məhz  yeni  tip  sənətdə  insanın  təbii 

ünstinktlərin və şüuraltı istəklərinin təcəssümünə yer ayrılması in­

sanlar tərəfindən daha rahatlıqla qəbul olundu. Tədris funksiyasın­

dan danışarkən zorakılıq, seks və aqressiyanın ekranda görünməsi 

və onun təsirini, tamaşaçıda oyatdığı marağı izah etmişdik və bu 

yerdə onun hansı zərurətdən meydana gəlməsini də anlamaq olar. 

Çağdaş dönəm mədəniyyətini “duyğu mədəniyyəti” adlandıra­

raq onun obyektiv gerçəklik və mənasının duyğulu olması prin­

sipi üzərində kökləndiyini deyən məşhur kulturoloq və sosioloq 

P.  Sorokin,  bu  mədəniyyətin  dindən,  mənəviyyatdan  və  ideya­

sional  mədəniyyətin  digər  dəyərlərindən  azad  olmaq  istədiyini, 

onun  dəyərlərinin  real  dünyanın  gündəlik  həyatı  ilə  bağlı  oldu­

ğunu,  qəhrəmanlarının  fermer,  fəhlə,  evdar  qadınlar,  hətta  cani 

və dəlilər olduğunu deyir (253, səh. 45). Mədəniyyətin rekreativ 

funksiyasında insanın mənəvi qüvvəsini bərpa etmək, ilham po­

tensialını yüksəltmək, daxili dünyasını tənzimləmək və bununla 

da  “təmizlənmək”  anlayışlarının  başlıca  meyarlardan  olduğunu 



327

nəzərə alıb, mədəniyyətdə baş verən bu dəyişmənin məhz sosial 

sifarişin – yəni tamaşaçı, dinləyici istəyinin tələbi olduğu qənaətinə 

gəlirik. Hər bir kəs mənəvi ehtiyaclarını, ruhi durumunu ödəmək, 

yeniləşdirmək üçün özü seçim edir. Bu baxımdan mədəniyyətdə 

kütləviləşmə,  həmçinin  hər  bir  fərdə  ünvanlı  müraciətin  yanlız 

onun danışdığı, anladığı dildə, onu “alçaltmadan” aparılması mə­

dəni  əsərləri  yayan  və  rekreativ  məqsədlə  tamaşaçı  toplayaraq 

kom mersiya maraqlarını ödəyən televiziya üçün başlıca fəaliyyət 

prinsipini təşkil etmiş oldu. 

XX  əsrdə  sosial  darvinizmin  pozitiv  konsepsiyasından  doğan 

“dövlət optimizmi kultu” tendensiyası – ideal və uydurma həyat 

modelinin  yaradılaraq  təbliği,  yaxud  bir  hərəkat  kimi  incəsənət 

aləmində  özünə  yer  aldı,  bununla  da  “Amerika  arzusu”  adı  ilə 

tanınan  konsepsiyanın  yayılmasına  təkan  vermiş  oldu.  Bu  kon­

sepsiyanın  təməlində  duran  ideya  Amerikanın  həddən  artıq  in­

kişaf etdiyi, hər bir amerikalının xoşbəxt, bərabər yaşadığı fikri­

ni  özündə  cəmləşdirirdi  və  tezliklə  yayılaraq  yeni  məzmunlarla 

zənginləşdirilən forma kimi təbliğ olunmağa başladı. 

Sovet İttifaqında bu konsepsiyanı “xoşbəxt həyat – kommunizm 

ideyalarının  təntənəsi”  əvəz  edərək,  bədii  yaradıcılığın  başlıca 

tematikasına  çevrilmişdi  və  bütün  yayıcı  vasitələr,  o  cümlədən, 

televiziya  tərəfindən  təbliğ  olunurdu.  Təməl  prinsipində  opti­

mist  ruh  yaratmaq  duran  bu  konsepsiya,  bir  çox  hallarda  həyat 

gerçəkliyinin uydurulmuş, dövlət siyasətinə uyğun, rəngarəng ça­

larlarla təqdimatına, sənayedə, iqtisadi həyatda, elmdə və həyatın 

digər  sahələrində  böyük  uğurların  təşviqinə,  həmçinin  həyat 

tər zinin  diktə  olunmasına  hesablanmış  rəyyaradıcı  mexanizm 

idi.  İstər  “Amerika  arzusu”,  istər  “Parlaq  Kommunizm”  ideyası  

qütbləşən siyasi düşərgə ölkələrində eyni qaydada təbliğ olunur 

və  rekreativ  işin  –  insanın  təmizlənməsinin,  yeni  qüvvələrinin 

bərpasının əsas forması kimi hakim ideologiyanın şüurlara yerit­

diyi əsas fikir olur. Yəni “insanlar qüvvələrinin bərpasını kino, te­

atr, serial, musiqi nömrələri tərəfindən təbliğ olunan bu konsepsi­

ya ilə apararaq siyasi itaətsizlik, aqressiyadan uzaq düşünsünlər” 

fikri bu təbliğatın başlıca məqsədi idi. Həmçinin bu konsepsiya, 

əslində  təbii  ünsürləri,  şüuraltı  istəkləri  təcəssüm  etdirən  kon­

sepsiyanın əleyhinə hesablansa da, o, həyat reallığından uzaqlığı 

səbəbindən tam qələbəsini çala bilmədi və son olaraq kommunizm 

ideyasının sıradan çıxması, “Amerika arzusu” ideyasının qismən 

iflası ilə nəticələndi. Hazırda dünya ekranlarında Hollivud filmləri 



Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə