TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə147/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   143   144   145   146   147   148   149   150   ...   171

345

Televiziyanın yaranış və təşəkkül tarixi, keçdiyi inkişaf yolu, ya­

radıcı  meyarların  müəyyənləşməsi,  axtarışlar,  özünün  konseptual 

prinsiplərinin biçimlənməsi mərhələləri tədqiqatımızda yer alaraq, 

çağdaş mənzərənin çözülməsində tarixilik, mənəvi varislik və ye­

nilikçilik  meyilləri  önə  çəkilmişdir.  Teleyayım,  bu  xüsusda  Azər­

baycanda teleyayım, onun tarixi və inkişaf yolları, həmçinin çağdaş 

dönəmi, yaradıcı problemləri, yerli yayımın teleleviziya pro sesində 

iştirakı,  inteqrasiya  və  inkişafında  müxtəlif  modellərdən  bəh­

rələnməsi geniş şəkildə araşdırılmışdır. 

“Televiziya yayımının təhlil metodologiyasının əsas istiqamətləri” 

adlı  tədqiqatımızda  televiziya  nəzəriyyəsinin  başlıca  prinsip  və 

istiqamətlərini  müəyyən  edərək,  onu  bir  neçə  elmi  nəticələrin 

əsasında  formalaşdıraraq,  konseptual  əsaslarını  meydana  qoyub 

təhlilin  cəhətlərini,  formasını  hazırlayaraq,  çözüm  metodlarını 

təyin  edərək  sənətşünaslıqda  ciddi  problemə  çevrilmiş  televizi­

ya  təhlilinin  əsas  mənzərəsini  yarada  bilmişik.  Bir  çox  hallarda 

tədqiqatlar, təhlillər və ya resenziyalar birtərəfli, müəyyən istiqamət 

üzərində  qurularaq,  ədəbi  mətnin  və  ya  quruluşun,  görüntünün 

çözümü  ilə  yekunlaşmış,  bununla  da  bir  çox  komponentlər  təd­

qiqatdan  uzaq  qalmış,  tam  olmayan  mənzərə  yaradılmışdır.  Hər 

hansı proqram, veriliş adi bir hadisə deyil, bu anda milyonların seyr 

etdiyi, onların  həyatında iştirak edən, gündəmini, tərzini müəyyən 

edən mühüm alətdir. Bu alətin quruluşu, bədii­estetik həlli, görün­

tü keyfiyyəti, audio imkanları, aparıcının şəxsiyyəti, sosial mesajı, 

sosial  əhəmiyyəti,  təsir  gücü,  yönləndirdiyi  istiqamətlər,  onların 

ictimai əhəmiyyəti müəyyən olunmaqla bərabər, həmin anda top­

ladığı  reytinq  göstəriciləri  kommersiya  əhəmiyyəti,  seyrçinin  ona 

münasibəti, təsirinə düşmək dərəcəsi, manipulyativ təsir nəticələri 

dəqiq müəyyən olunmalıdır. Məhz bu cür yanaşma kompleks, bü­

töv ola bilər. Ölkəmizdə televiziya tənqidi daha çox hansısa proq­

ramın məzmunu, milli­mənəvi dəyərlərə münasibətdə yeri, aparı­

cının  qüsurlarının  sadalanması  ilə  kifayətlənir.  Bu  mənada  insan 

həyatında,  onun  fəaliyyətində  iz  buraxacaq  amillər,  aktiv  və  ya 

passiv  təsir,  ümumi  teleyaradıcı  fəaliyyətin  siyasəti,  yönü,  qarşı­

ya  qoyulan  açıq  və  gizli  vəzifələr,  onun  yerinə  yetirilmə  dərəcəsi 

diqqətdən kənarda qalır. Həmçinin verilişin dramaturji quruluşu, 

onun bu məna düzülüşü, bədii ifadə vasitələrinin məzmunluluğu, 

görünüş gözəlliyi, montajın fikri ifadə edən bir vasitə kimi kamilliyi, 

yönləndiyi istiqamət də çözülməlidir.

Bəzən diqqətdən kənarda  qalan hansısa veriliş də sosial funksiya 

daşıyır, onu seyr edən var və bu prosesə ötəri baxış ciddi mədəni, 




346

ictimai  problemlər  törədə  bilər.  Tədqiqat  boyunca  televiziyanın 

təsirini müxtəlif prizmalardan təqdim etmişik və bu mənada onun 

vaxtaşırı analizinin aparılması həm elmi əhəmiyyət daşıyır, həm də 

ictimaiyyətin nəzərinə çatdırılacaq mühüm ictimai əhəmiyyəti ilə se­

çilir. Deməliyik ki, ölkəmizdə bu tip analizlərə az rast gəlinir. Tədqiqat 

işi bu analizlərin aparılması üçün model olaraq əhəmiyyətlidir və 

sonrakı elmi tədqiqatlar üçün fundamental əsasdır. 

Elmi işdə Azərbaycan televiziyalarının çağdaş dönəmi sistemli 

analiz olunaraq yayım vahidlərinin janrı mövzu və daşıdığı funk­

siya əsasında təsnifatlandırılaraq qoyulan meyarlardan irəli gələn 

yaradıcı tələblərə münasibəti araşdırılmışdır. Son illərin elmi ax­

tarışları  nəticəsində  “Dünya  teleyayımı  fəaliyyətinin  yaratdığı 

estetik, sosial, kulturoloji problemlərin cəmiyyətdə yeri” mövzu­

su əsasında ölkəmizdə bu proseslərin real mənzərəsi yaradılaraq 

televiziya  verilişlərinin  istər  yaradıcı­estetik  tərəfləri,  istərsə  də 

mədəni­sosial təsir imkanları konkret misalların tədqiqi ilə üzə çı­

xarılmışdır. 

Düzgün qurulmayan yayım, yayım siyasətinin qüsurları, proq­

ramların  bəsitliyi,  yaxud  ictimai,  mədəni  anlamda  ziyanlılığı, 

mənəvi  dəyərlərə  zidd  istiqamətləri,  bədii­estetik  qüsurların 

başlıca  məqsədə  nail  olmadan  yaratdığı  əngəllər  konkret  misal­

ların üzərində göstərilməklə yaranan ümumi mənzərə dəqiqliklə 

araşdırılaraq, məhz təklif olunan sistem təhlil metodologiyasının 

köməyi  ilə  aparılaraq  tədqiq  olunur.  Sosioloji  sorğular,  müxtəlif 

qurumların topladıqları reytinq göstəriciləri diqqətlə toplanaraq, 

onun əsasında teleməkanda ayrıca verilişlərin maraq dairəsi, ba­

xımlılıq  məsələsi  müəyyən  edilib,  təklif  olunan  təhlil  metodolo­

giyası  əsasında  təhlil  aparılmış,  meyarlara,  tələblərə  uyğunluq 

dərəcəsi, qüsurlar təyin edilmişdir.

Araşdırmanın  nəzəri  və  təcrübi  metodlarından  istifadə  edərək 

teleleviziya nəzəriyyəsinin ümumi prinsipəri, analizin göstəricilə­

ri,  təhlilin  real  mənzərəsi  və  diqqətdən  kənarda  qalan  tərəfləri, 

bu  sahədə  yaranan  problemlərin  kompleks  təhlili  verilmişdir. 

Elmi  tədqiqat  televiziya  nəzəriyyəsinin  yeni  vəzifələrinin  həlli 

məqsədini daşıyaraq sənətşünaslığın, estetikanın, sosiologiyanın, 

kulturologiyanın  nailiyyətləri  əsasında  əldə  olunmuş  və  onların 

sübuta yetirilmiş nəticələrinə söykənir.  

Elmi işin nəticələrinin praktiki və elmi faydası televiziyanın nə­

zəri  əsaslarını  müəyyən  etməklə  sənətşünaslıq  elmində  yeni  bir 

sahənin  –  televiziyaşünaslığın  inkişafına  rəvac  verməsində,  sis­

temli  sahə  tədqiqatına  meydan  yaratmasında,  teletənqidçiliyin 




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə