TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə150/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   146   147   148   149   150   151   152   153   ...   171

353

KİV  ilə  verilən  reklamı  oxuyan,  eşidən,  ona  baxan  şəxslərin  cəmi,  reklamın 

ünvanlandığı istehlakçı kateqoriyalarının məcmusu.

Avtomatik fokuslaşdırma qurğusu (auto focus (AF))

 – 


obyektivdə görünən 

yayğın,  bulanıq  təsvirin  müasir  videokameraların  əksəriyyətində  olan  av­

tomatik fokuslaşdırma sistemi vasitəsilə aydınlaşdırılması. 

Aydınlatma  (illumination/İLL)

  – 


kameranın  qarşısındakı  müstəvidə  olan 

cismin və səhnənin aydın görmə həddinədək işıqlandırılması.



Ayırma (sekance)

 – 


kadr daxilində bütöv meydan yaradan səhnələr və ya 

çəkilişlər “seriyası”. A.­lar tək və bir neçə dekorasiya içindən keçə bilər.                                             



Bağlanmaq  (bridging)

  – 


auditoriyanı  ələ  almaq  və  onu  başqa  TV­lərin 

verilişlərindən yayındırmaq üçün proqramın vaxtından əvvəl başlanması üsu­

lu. Qərb kinorejissorlarının leksikonundakı “bridging” sözü müəyyən zaman 

daxilində,  yaxud  filmin  hadisələrində  parçalanmanı  aradan  qal dı ran  kadr 

deməkdir. Kompüter əməliyyatlarında, proqramların, yaxud mə lumatların bir 

EHM­dən digərinə köçürülməsi də həmin sözlə ifadə edilir.



Bağlantı (link) 

 – 


mozaik tipli proqramlarda, həmçinin xəbər mətnlərində 

bir mövzudan digərinə keçid zamanı işlədilən cümlə, deyim, musiqi, yaxud 

musiqi ilə müşayiət olunan təsvirli keçid.

Bağlayıcı  kadr  (link  frame)

  – 


montaj  zamanı  hərəkətlər  arasında  kəskin 

fərqləri, sıçrayışları pərdələmək üçün istifadə olunan istənilən kadr. Məs., ara 

plan, yaxud köməkçi kadr; b.k. rolunu oynaya bilər.

Balans (balance)

 – 


1) hər hansı bir fəaliyyətin, prosesin qarşılıqlı əlaqədar 

olan  göstəricilərinin  nisbəti;  2)  münaqişəli  məsələlərin  işıqlandırılması  za­

manı tərəflərin mövqeyinin balanslaşdırılması; adətən, KİV­in təhqiqatçılıq fə­

aliyyətində obyektiv jurnalistikanın şərtlərindən biri kimi qərəzsizlik , ədalət 

prinsipinin təminatı sayılır. Güman edilir ki, münaqişəli vəziyyətlər haqqında 

məlumatlar  verildikdə  bu  prinsipə  riayət  olunması  vəziyyətin  mahiyyətinə 

dair müxtəlif baxışların sərbəst ifadəsini bildirir; 3) çəkilişdən əvvəl kamera­

nın, yaxud videoyazı aparatının işıq­rəng tənasübünün nizamlanması.



Balıqgöz linza (“fish eye” lens) 

 – 


spesifik f8 işıq səviyyəsində 180 dərəcəlik 

bir bucağı əhatə edə bilən çox kiçik mərkəzli linza növü.



Başqa vaxta keçirilən veriliş (delayed broadcast)

 – 


əvvəllər teleşəbəkə ilə 

göstərilən, lakin məhz həmin stansiya ilə göstərilməyən proqramın yer li stan­

siya ilə efirə çıxması; TV­nin müxtəlif səbəblərdən təxirə salınmış proq ramı.

Başlanğıc titri (billing/credits)

 – 


hər bir filmin, yaxud verilişin əvvəlində ən 

mühüm informasiyaları (ad, müəlliflər, iştirakçılar və s.) bildirən yazı.



Başlıq  titrləri  (opening  bilboard)

  – 


müəlliflik  barədə,    zaman,  məkan, 

verilişdə (kinoda) istifadə olunan materialların məzmunu, mənbəyi və s. haq­

qında məlumat verən TV proqramına giriş.

Betakam (Betakam)

 – 


SONY firmasının studiya və studiyadankənar vide­

oistehsal,  eləcə  də  videojurnalistika  üçün  işləyib  hazırladığı  çağdaş  video­

yazılışı biçimi; format. B.­da parlaqlıq və rəng siqnallarının yazılışı müxtəlif vi­

deobaşlıqlı ayrı­ayrı videocığırlarda aparılır. Videolentin yuxarı hissəsində səs 

siqnallarının yazılışı üçün iki köndələn cığır yerləşir. Lentin aşağı hissəsində 



354

sinxrosiqnal və ünvan

 – 

zaman kodunun (ÜZK) cığırları yerləşir. Hər qoşa 



videobaşlıqdan əvvəl fırlanan pozucu başlıq yerləşir ki, bu da videoyazılış za­

manı əlavə imkanlar açır. Bu cür başlığın olması artıq siqnaloqramların oldu­

ğu yerdə videoyazılışın davam etdirilməsinə imkan verir.

Betakam SX (Betakam SX)

 – 


SONY firmasının rəqəmli videoyazı formatı. 

İnformasiya  daşıyıcısı  kimi  düymlü  metal  tozlu  lentlərdən  istifadə  olunur. 

Videosiqnalı sıxma metodu

 – 


10:1 təzyiq əmsallı 4:2:2 Studio Profile cihazı. 

Bu formatın avadanlığı materialı yerindəcə montaj etməyə və yüksək sürətlə, 

keyfiyyətə xələl gətirmədən ötürməyə imkan verir. B. SX avadanlığı Betakam 

və Betakam  SP aparatlarına oxşardır. Birbaşa kameranın arxa panelində rəngi 

əks etdirmək qabiliyyəti bu formatın əsas üstünlüklərindən biri sayılır.

Betakam SP (Betakam SP) 

 – 


metallaşdırılmış oksid lentindən istifadə im­

kanı olan videoyazılışın analoqu, komponent formatı; tərkibində zaman kodu, 

yoxlama  cığırları  və  dörd  səs  kanalı  olur;  b.  formatının  daha  təkmilləşmiş 

tipidir. SP abbreviaturasını (superior performance) hərfi mənada “əla xarak­

teristika”  kimi  tərcümə  etmək  olar.  B.və  B.  SP  formatlarının  avadanlığı  öz 

aralarındakı videosiqnallara görə tamamilə bir­birinə uyğundur. Hər ikisində 

eyni maqnit lentləri tipindən istifadə etmək olar. Lakin B. SP ­də əldə olunan 

müsbət keyfiyyətləri adi B.­da almaq mümkün deyil. B.­a yazılmış təsvirləri 

B. SP­yə köçürdükdə keyfiyyət yaxşılaşmır. Bundan başqa, B. SP üçün iki ölçü 

tipində videokasetlərdən istifadə nəzərdə tutulur.



Bədii metod (artistic method)

 – 


idrak üsulu, təbiət və cəmiyyət həyatının 

təzahürlərinin  tədqiqi;  EE­də  (teleradio  tamaşalarında)  bədii  obrazlar  vasi­

təsilə təsvir üsulu.

Bədii obraz (image)

 – 


kino və TV­də (ədəbiyyat və incəsənətdə) gerçəkliyi 

əksetdirmə üsulu və forması; bədii yaradıcılığın ümumi kateqoriyası. Həyat 

həqiqətini  bədii  ümumiləşdirmələr  əsasında  konkret,  real  və  fərdi  emosio­

nal  boyalarla  canlandıran  B.o.­ın  obyektiv  mənbəyi  maddi  aləmin  predmet 

və  hadisələrindədir.  Onun  obyektivliyi  hadisələri  düzgün  əks  etdirməsidir. 

B.o.  öz  xüsusiyyətlərinə  görə  elmi  anlayışlardan,  siyasi  ideyalardan,  əxlaqi 

prinsiplərdən fərqlənir. B.o. hissi və məntiqinin, konkret və abstraktın, fərdi və 

ümuminin, təsadüf və zərurətin, xarici və daxilinin, hissə və bütövün, hadisə 

mahiyyətin, forma və məzmunun dialektik vəhdətindən ibarətdir.

Bədii  təxəyyül  (artistic  imagination)

  – 


keçmiş  duyğuların,  qavrayışların, 

təsəvvürlərin, hisslərin, təəssüratların xəyalda, xatirədə bərpa edilməsi və şü­

urlu surətdə yenidən işlənib hazırlanması əsasında bədii obrazlar yaratmaq 

bacarığı. 



Bərabər paylanmış işıq (equal light distribution) 

 – 


kadrdakı əşyaların nis­

bi vəziyyətini, ölçüsünü, forma və səth fakturasını xüsusi olaraq sezdirməmək 

üçün istifadə edilən işıqurma üsulu.

Bioqrafiq  müsahibə  (biographic  interview)

  – 


müsahibin  sosial  portretini 

yaratmaq,  onun  xarakterini  və  gerçəkliyə  münasibətini  dolğun  açıqlamaq 

məqsədilə  aparılan  müsahibə.  Hər  hansı  fərdlə  qarşılıqlı  etimad  şəraitində 

söhbət zamanı onun həyatının maraqlı, həlledici epizodlarını, təəssüratlarını 




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə