TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə151/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   147   148   149   150   151   152   153   154   ...   171

355

və s. aşkara çıxarmaq mümkündür. Bu baxımdan jurnalistlər tez­tez B.m.­dan 

yararlanırlar.

Birbaşa yayım (live broadcasting)

 – 


canlı yayım. Əvvəlcədən lentə yazılma­

dan, montaj olunmadan və studiyada işlənmədən, bilavasitə hadisə yerindən 

həyata keçirilən yayım. İngiliscə “Live” sözü ilə informasiyanın birbaşa çatdırıl­

ması mənasını verən xeyli termin əmələ gətirilir: hadisə yerindən reportaj; birba­

şa telekörpü; birbaşa translyasiyadan natura çəkilişi, birbaşa peyk translyasiyası 

və s. Bu terminoloji ifadələr studiya montajları ilə müqayisədə birbaşa translya­

siyaların populyarlığı və perspektivinin artması ilə şərtlənir. 

Birgə montaj (joint editing)

 – 


video və səs sırasının eyni vaxtda montajı. 

Buna birgə yapışdırma da deyilir. Müsahibə və dialoqlardan ötrü əsas montaj 

tipi də məhz bunlar sayılır. Fonoqramın digər montaj tipi “ayrıca yapışdırma” 

adlanır. Belə montaj zamanı görüntü və səs sırası ayrı­ayrılıqda montaj edilir: 

öncə fonoqram (yaxud videosıra), sonra isə müvafiq görüntü (yaxud fonoq­

ram) yapışdırılır.



Birkameralı  videomontaj  (camera-to-tape  editing)

 – 


  bir  sıra  ilə  çəkilmiş 

orijinal təsviri materialların montajı.



Canlı proqram (live programme) 

 – 


hazırlanması ilə efirə verilməsi arasında 

zaman fərqi olmayan proqram. Studiyada canlı telefon bağlantılarından ibarət 

olan və həmin anda yayımlanan proqram.

Canlı  yayım  (live  stand-up)

  – 


teleradio  verilişlərinin  əvvəlcədən  lentə 

alınmadan  birbaşa  ötürülməsi;  hər  hansı  bir  TV  proqramının  və  ya  önəmli 

bir  mövzunun  müzakirəsinin  TV  studiyasından,  yaxud  özəl  səyyar  yayım 

vasitəsilə birbaşa yayımı; teleradio verilişlərinin əvvəlcədən lentə yazılıb mon­

taj edilmədən birbaşa yayımlanması; danışığın və təsvirin eyni vaxtda tama­

şaçıya təqdim edilməsi.



Cinql (jingle)

 – 


 reklam anonslarını müşayiət edən və təkrarlanan qısa musi­

qi çağırışı. C.­in efirdə peyda olması populyar reklam imicləri ilə əlaqədardır. 

C.­dən istifadə reklamçılara satılan məhsullar barədə informasiyanı auditori­

yaya  daha  yaddaqalan  yığcam­işarə  formasında  çatdırmağa  imkan  verir  və 

analitiklərin  rəyinə  görə,  reklam  işinin  ilkin  mərhələləri  üçün  səciyyəvidir. 

Radiostansiyaların çağırışlarını da C. adlandırırlar.



Çoxkameralı video-çəkiliş (multikamera production)

 – 


 məkanından asılı 

olmayaraq bir neçə kamera ilə gerçəkləşdirilən videoçəkiliş.



Çökük linza (concave lens)

 – 


ox qalınlığı nisbətən az olan linza; Ç.l.­ya ikili 

çökük, yastı­çökük və qabarıq­çökük linza növləri aiddir.    



“Danışan başlar” (talking head)

 – 


TV ilə çıxış edən jurnalistlərə, yaxud daha 

çox danışığa üstünlük verən proqramların ünvanına zarafatyana deyilən ifadə.



Debüt  (debut)

 – 


hərfi  mənada:  başlanğıc.  Hər  hansı  sahədə  ilk  dəfə  çıxış 

etmək, fəaliyyətin başlanğıcı. Məs., aktyorun səhnədə ilk çıxışı, aparıcının ek­

rana ilk çıxışı və s.

Deduksiya (deduction) 

 – 


1) mühakimə prosesində ümumi müddəalardan 

xüsusi  nəticəyə  gəlmə;  hər  hansı  bir  ümumi  fikirdən  məntiqi  yolla  yeni 

müddəa çıxarmaq (induksiya ilə qırılmaz surətdə bağlıdır). Daha dəqiq desək, 



356

D. məntiqi qanunlar əsasında bir neçə fikirdən  (müqəddimələrdən) nəticə ha­

sil edilməsidir; 2) bədii ədəbiyyatda, kinoda, radio və TV­də işlənilən yaradı­

cılıq metodu.



Deduktiv metod (deductive method) 

 – 


elmi nəzəriyyələr qurmaq üsulu; 

spesifik xasiyyətini deduktiv nəticə çıxarmaq texnikasının tətbiqi təşkil edir. 

Bəzən  D.m.­u  digər  metodlardan  (məs.,  induktiv  metoddan)  ayırmaq,  de­

duktiv mühakiməni təcrübədənkənar mühakimə kimi şərh etmək və elmdə 

deduksiyanın rolunu həddindən artıq şişirtmək cəhdləri olub. Həqiqətdə isə 

deduksiya və induksiya bir­biri ilə sıx bağlıdır və deduktiv mühakimənin ge­

dişi insanın çoxəsrlik təcrübi­idrak fəaliyyətindən asılıdır.

Deklamasiya (recitation/deeclamation)

 – 


1) şeir və nəsri pafoslu səs və hə­

rəkətlə  söyləmə;  bədii  oxu  məharəti;  2)  təmtəraqlı,  qeyri­təbii  danışıq  tərzi, 

süni pafos.

Dekor (decor/scenery)

 – 


bəzək, bədii tərtibat; dekorativ elementlərin bəzək 

vəhdəti


Dekorasiya (decoration/sscenery)

 – 


1) hadisələrin cərəyan etdiyi yerin və 

şəraitin  teatr  səhnəsində    (TV  tamaşasında)  rəssamlıq,  yaxud  memarlıq  ba­

xımından  təsviri;  2)  səhnə  tərtibatı;  studiyanın,  konkret  bir  verilişin  bədii 

tərtibatı.



Dekorativ (decorative)

 – 


1) bəzək üçün düzəldilmiş, bəzək üçün olan;2) ef­

fektli, mənzərəli.



Dekorativ  sənət  (decorative  art)

  – 


ən  geniş  yayılmış  plastik  sənət  sahəsi. 

Memarlıq  və  dizayn  kimi  D.s.  də  insanların  yaratdığı  maddi  mühitin  bədii 

cəhətdən formalaşmasına xidmət edir, ona estetik və ideya­bədii keyfiyyətlər 

aşılayır. Monumental D.s. (fasad və interyerləri bəzəyən memarlıq dekorları, 

divar naxışları, relyef, vitraj, mozaika və eləcə də park heykəltəraşlığının yara­

dılması) , dekorativ­tətbiqi sənət və tərtibatçılıq sənəti (bayram şən lik lərinin, 

muzey və sərgi ekspozisiyalarının, vitrinlərin və s. bədii tərtibatı) sahələrinə 

bölünür. Meydan, küçə, park kompozisiyasının, həmçinin interyer, kostyum 

və  s.  elementi  kimi  yaradılan  D.s.  əsəri  TV  çəkilişində  göstərilən  təsvirin 

ahəngdarlığında  da mühüm rol oynayır.



Detal  (detail)

 – 


ən  xırda  təfərrüat;  kinematoqrafik  plan.  Bəzən  kadrda  iri 

göstərilən əsas süjetin (yaxud məkanın, əşyanın) bir hissəsi. Kadrdakı bütün 

tam parçadan bütöv haqqında daha dolğun informasiya verir.

Detektiv filmi (detective)

 – 


casusların gizli sərgüzəştlərini təsvir edən ekran 

əsəri.


Deyiliş (prononciation)

 – 


deyilmə tərzi, tələffüz üslubu; tələffüz. Məs., sö­

zün deyilişi.



Diafraqma (iris/diaphragm)

 – 


kamerada, eləcə də başqa cihaz, maşın, me­

xanizm  və  qurğularda,  adətən,  lövhə,  yaxud  arakəsmə  şəklində  olan  his sə 

(gözlüklü və ya bütöv hissə). Ölçü D.­sı, adətən, gözlüyü olan diskdir. Bə zi ci­

hazlarda analoji detala membran deyilir. D. vasitəsilə işığa həssaslığı müəyyən 

etmək olur.



Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə