TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə153/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   149   150   151   152   153   154   155   156   ...   171

359

dır. Çəkilən obyekt və ya materiallar eyni qayıdış əmsalına malikdirsə, düşən 

işıqdan əsas işıqlanma göstəricisi kimi faydalanmaq mümkündür.  

Effekt (effect) 

– 

1) səmərəli və təsirli nəticə; 2) hər hansı hərəkətin, fəaliyyətin 



müsbət,  səmərəli  nəticəsi;  3)  TV­də  montaj  prosesində  xüsusi  qurğuların 

köməyi ilə mənalandırma elementi.



Efir  (ether/broadcasting/over-the-air)  ­  1)  qədim  yunanların  təsəvvürünə 

görə, atmosferin ən yuxarı qatı, həm də  Allahların yerləşdiyi məskən; bütün 

varlığın ilkin maddi elementi, ədəbi hərəkət; 2) dünyanı əhatə edən fəza, radi­

odalğaların, TV və radio verilişlərinin yayıldığı hava boşluğu.



Efir  yayımı  (over-the-air-broadcasting) 

– 

radio  və  telesiqnalların  efir 



məkanından  verilməsi.  E.y.  qeyri­efir  məkanı  ilə  müqayisədə  daha  ənənəvi  

forma sayılır. Qeyri­efir məkanı dairəsinə kabel TV­si ilə yanaşı, videokaset 

informasiya  da  aid  edilir.  Yayımın  bu  formaları  arasında  auditoriya  uğrun­

da kəskin rəqabət getsə də, analitiklərin fikrincə, istehsalçıların zövq və ma­

raqlarının maksimal dərəcədə nəzərə alınması bu rəqabətin taleyini həll  edə 

bilər.


Efirdə montaj (standup editing) 

– 

əvvəlcədən hazırlanmış verilişin efir də 



göstərilməsi zamanı strukturca  (montaj baxımından) və məzmunca dəyiş diri­

lib montaj edilməsi.



Eklektika (eclecticism) 

– 

nəzəriyyələrdə, inam və əqidədə bütövlüyün, ba­



xış birliyinin, ardıcıllığın olmaması; sənətdə, o sıradan EE proqramlarında ay­

rı­ayrı üslubların üzdən və necə gəldi birləşdirilməsi.



Ekran (screen) 

– 

1) elektrik qurğusunu, cihazı və insanın, özünü elektromaq­



nit sahəsinin, istinin, işığın, şüalanmanın ziyanlı təsirindən qoruyan qalxan, 

lövhə, lay; 2) çərçivə üzərində tarım çəkilmiş parça və ya plastmas örtük, özəl 

maddə doldurulmuş şüşə təbəqə. Belə çərçivələrin hamar səthinə kino, foto, 

TV  və  ya  rentgen  görüntüləri  proyeksiya  edilir;  3)  kineskop  kolbasının  ön 

şüşəsinin iç üzünə çəkilmiş lüminofor örtük.

Ekran əsərinin bütövlüyü (wholeness of filming) 

– 

ayrı­ayrı hissələrə (ele­



mentlərə) xas olmayan, amma müəyyən əlaqə sistemində bu hissələrin qar­

şılıqlı  fəaliyyəti  nəticəsində  yaranan  yeni  keyfiyyət  və  xüsusiyyətlər.  E.ə.b. 

seçilmiş  forma  və  məzmunun  vəhdəti  sayəsində  əldə  olunur.  Məzmunla 

formanın qarşılıqlı fəaliyyətinin dialektikası məzmunun elementlərinin müx­

təlif keyfiyyətli səviyyəsindən irəli gəlir. Bu və ya digər janr forması həmişə 

jurnalistin qarşısında duran vəzifələrlə diktə olunur. Bir halda o, ictimaiyyəti 

hansısa əlamətdar hadisələr barədə xəbərdar etməlidir, digər halda baş verən 

hadisəni təhlil etməlidir, üçüncü halda isə müasirinin tipik obrazını yaratma­

lıdır.

Ekran  əsərinin  kompozisiyası  (screen  composition) 

– 

müəllifin  topladığı 



(rejissorun  çəkdiyi)  faktik  materialın  ədəbi  quruluş  cəhətdən  tərtib  oluna­

raq  müəyyən  formaya  salınması.  Bu  yaradıcı  vəzifənin  gerçəkləşdirilməsi 

prosesində əsərdə məzmunun bütün elementləri təkcə formal vasitələr olan 

süjet və kompozisiya  vasitəsilə deyil, həm də fakt, rəy, problem və s. arasında 

çoxölçülü əlaqə və münasibətləri birləşdirən ideya sayəsində qaydaya salınır.



360

Ekran-kadr kompozisiyası (screen-frame compossition) 

– 

ekranın kompo­



zisiya  baxımından  şaquli  və  üfüqi  olaraq  cüt  sayda  xəyali  hissələrə  (tən 

yarı,  dörd  bərabər  hissəyə  və  s.  )  bölünməsi.  Kadrda  görünən  obyektlərin 

vəziyyətinə  onların  ölçüsü,  forması,  parlaqlığı,  fona  uyuşub­uyuşmaması, 

nisbi vacibliyi və s. təsir etdiyindən, kadrda düzgün kompozisiya qurmağa 

nail olmaq üçün müxtəlif üsullardan, o cümlədən “üçqat bölüm qaydası”ndan 

istifadə olu nur. Bu qayda görüntünün kompozisiyasını qurmağa kömək edir. 

Həmin qay daya uyğun olaraq, fikrən monitorda elə xanalar çəkilməlidir ki, 

ekran şaquli  və üfüqi xətlərlə üç bərabər hissəyə bölünsün. Bundan sonra kad­

rın kom pozisiyasını elə qurmaq lazımdır ki, əsas obyektlər həmin xanaların 

xətti üzərində və ya onların kəsişmə nöqtələrində yerləşsin.



Ekranşünaslıq    (screen  studies)  —  Ekran  və  ekran  mədəniyyətinin  nəzə­

riy yəsi,  tarixi  və  sosiologiyası  haqqında  elm.  Müasir  ekran  prosesinin  qiy­

mətləndirilməsi, veriliş və filmlərə operativ baxış ekran tənqidi ilə həyata ke­

çirilir.


Ekranlaşdırma  (filming/screening) 

– 

ədəbi  əsər  (hekayə,  povest,  roman, 



po ema və s.) əsasında film yaradılması; ədəbi əsərlərin ekranlaşdırılması ilə 

kino sənətində yeni janrlar (kinoroman, kinopovest və s.) yaranmış, bu janrlar 

tədricən  müstəqil  kino  əsəri  növü  kimi  forrmalaşmışdır.  Ədəbi  əsərin  oriji­

nalına ehtiyatla yanaşmaq, onun bədii ideyası, üslubu və obrazlar sistemini 

ekranda canlandırmaq E.­nın əsas prinsipidir.

Ekspozisiya (exposition/exposure) 

– 

1) bədii əsərdə  süjetin təkib hissəsi; 



təhkiyənin  inkişafı  üçün  hazırlıq  olan  bir  hadisəni  izah  edən  epizod;  2) 

fotoşəkil çəkdikdə, yaxud fotoşəkil çap etdikdə işığahəssas təbəqədə (fotoma­

terialda) alınan işığın miqdarı. E. işıqlanma dərəcəsinin işıqlandırma vaxtına 

hasili ilə ölçülür.



Elmi kino (science film) 

– 

kinematoqrafiya sahələrindən biri. 4 əsas növü 



var: elmi­kütləvi kino, tədris kinosu, elmi­tədqiqat kinosu, elm­istehsalat ki­

nosu. E. k. növlərinin özünəməxsus obyekti, funksiyası və ifadə vasitələri olur. 

Kinematoqrafiyası inkişaf etmiş bütün ölkələrdə E.k. müstəqil sahə təşkil edir. 

1947­ci ildə yaradılan Beynəlxalq Elmi Kino Assosiasiyası bu sahənin inkişa­

fına kömək edir.

Emosiya (emotion) 

– 

həyəcanı, duyğunu danışmaq (göstərmək); gerçəkliyin 



əks etdirilməsi prosesində insanda yaranan ovqat.

Empatiya (empathy) ­ özünü başqa insanın və ya canlının yerində hiss etmə 

bacarığı, başqasının dərdinə şərik olma hissi.



En-ti-si (NTSC-National Television Standarts Committee) 

– 

ABŞ­da qəbul 



olunmuş və bir sıra digər  ölkələrə  (Yaponiya və s.) uyğunlaşdırılmış 525 sətir, 

60 Hs göstəricisinə malik video­standart.



Epitet  (epithet) 

– 

məcazın  növlərindən  biri  olub,  hər  hansı  leksik  vahidi 



qüvvətləndirmək  və zənginləşdirmək, xassə vermək üçün əlavə edilən söz.

Epizod  (episode) 

– 

1)  bədii  əsərin  bitkin,  müstəqil  parçası;  hadisələr  sil­



siləsində bir məqam; 2) ssenarinin əsas kompozisiya vahidi. Pyesdə və bədii 

filmin ssenarisində əsərin ümumi toxumasına üzvi şəkildə daxil olaraq onun 

süjetinin inkişafında mərhələ təşkil edən, özünün başlanğıcı, davamı və sonu 



Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə