TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari


Annotasiya (annotation/blurb)



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə149/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   145   146   147   148   149   150   151   152   ...   171

351

Annotasiya (annotation/blurb) 

 – 


kitabın, ədəbi­elmi mövzuda yazılmış ma­

terialın, əlyazmanın, teleproqramın, radio verilişinin, reklam predmeti, ya xud 

reklam mətninin və s. məzmunu, məqsədi haqqında qısa məlumat.

Anonim (anonymous author/poison pen writer) 

 – 


1) adını gizlədən müəllif; 

2) TV verilişlərində kimliyini və üzünü gizlətmək üçün maska taxan şəxs.



Anons  (announce(ment))

  – 


yaxın  müddətdə  göstəriləcək  teleməhsullar, 

eləcə də gələcək tamaşalar, konsertlər, filmlər,kinofestivallar, habelə yeni mal­

lar və xidmətlər haqqında radio və TV vasitəsilə qabaqcadan verilən şərhsiz 

məlumat, elan xarakterli materiallar.



Antikometa  projektoru  (anti-comet-tail  gun)

  – 


təsvirin  hərəkəti,  yaxud 

ötü rülməsi  zamanı  üzə  çıxan  təhriflərin  aradan  qaldırılması  üçün  istifadə 

olunan  xüsusi  projektor.  Bəzən  tərkibində  parlaq  obyektlər  olan  təsvirlərin 

(səthi parıltılı işıq mənbələri) çəkiliş zamanı, yaxud parıltılı obyektlərin təsvir 

sahəsində hərəkəti və ya ötürücü kameranın panoramı zamanı TV təsvirində 

xarakterik təhriflər yaranır (“kometa quyruğu” və s.). Həmin təhriflərin əsaslı 

şəkildə zəiflədilməsi üçün A.p.­dan istifadə edilir.

Antipatiya (antipathy/aversion/dislike)

 – 


hər hansı teleaparıcını, yaxud ve­

rilişi bəyənməmək; onu sevməmək.



Antoloji  seriyalar  (anthology  series)

  – 


TV­də  əvvəllər  efirə  getmiş  proq­

ramlar  əsasında  yaradılan  TV  dramaturgiyası  janrı.  Əsasən,  ABŞ­da  yayıl­

mış A.s.  mövzuların,  süjetlərin  rəngarəngliyi  ilə  fərqlənir,  yeganə  və  bitkin 

süjetə əsaslanmır, əksinə, mozaiklik serialların süjet istiqamətləri üzrə inkişaf 

etməsi imkanı yaradır ki, bu da həmin telejanra həyatilik verir, auditoriyanın 

diqqətini ona yönəldir.



Aparat otağı (apparatus room)

 – 


kinotexnoloji avadanlığın  cəmləşdirildiyi 

və spesifik işlərin yerinə yetirildiyi məkan. Kinostudiyalarda səsyazma, səs­

köçürmə və kinoproyeksiya; TV­də bunlarla yanaşı efir aparat otaqları olur, ki­

noteatrlarda işıq otaq kompleksindən ibarət kinoaparat otaqları mövcuddur.



Aparat-proqram bloku - APB (apparatus program block - APB)

 – 


əvvəlcədən 

hazırlanmış və yazılmış yayım verilişlərindən bitkin mətnli TV proqramları­

nın yaradılması və həmin proqramların TV yayımının verilməsi üçün lazım 

olan otaq lar və avadanlıq kompleksi.



Aparıcı (host/presenter)

 – 


radio və TV ilə müxtəlif məlumatlar (xəbərlər) 

ve rən, söhbətlər, müsahibələr, yaxud müxtəlif tok­şoular aparan şəxs; ha belə 

TV və radio verilişlərinin hazırlanmasında iştirak edən və onu EE­də audito­

riyaya  təqdim edən jurnalist.  Bu  terminin  sinonimləri kommunikator  (com­

municator)  və  ankorman  (ancorman)  sözləridir. A.­nın  diktordan  əsas  fərqi 

onun  efirəqədərki  yaradıcılıq  prosesində  fəal  iştirak  etməsi,  danışdığı  möv­

zuya bələdliyi və müzakirə olunan hər hansı məsələyə fəal müdaxilə etmək 

qabiliyyətinə yiyələnməsidir. 



Aparıcı  passivliyi  (conducting  passivity)

  – 


televiziya  yayımı  vaxtı  aparı­

cının  situasiyanı  düzgün  qiymətləndirməməsi  və  müdaxiləsiz,  kənardan 

müşahidə aparmaqla nəzarəti itirməsi.

Ara plan (add-on plan)

 – 


əsas mövzu ilə bağlı olan, lakin onun bilavasitə 

tərkib  hissəsi  sayılmayan  hərəkət,  yaxud  predmet  planı.  Əsas  hərəkətdən 




352

diqqəti müvəqqəti yayındırmaq, yaxud onu, bir növ, şərh etmək üçün istifadə 

edilir. A.p. kadrda məkan, mühit, psixoloji vəziyyət və s.haqqında əlavə infor­

masiya verməyə xidmət edir. Ən çox yayılmış A.p. nümunələrinə iri planda 

mikrofon, danışan adamın əli, stolun üstündəki yazı, qələm, zalda əyləşənlər, 

otaq əşyaları və s. aiddir. A.p. daha çox TV­yə aid olan hadisədir. 



Arbitron (arbitron)

 – 


ayrı­ayrı TV verilişlərinin tamaşaçılar arasında popul­

yarlıq dərəcəsini dərhal müəyyənləşdirməyə imkan verən sistem. Bunun üçün 

adekvat seçim üsulu ilə müəyyənləşdirilmiş tamaşaçıların evindəki televizor­

lara xüsusi elektron qurğular qoyulur və lazımi məlumatlar həmin qurğularla 

telekompaniyanın hesablama mərkəzinə ötürülür.

Ardıcıl montaj (consecutive editing)

 – 


zaman və məkan baxımından təhrifə 

yol vermədən ekranda söz­təsvir vasitəsilə aparılan təhkiyənin axıcı inkişafı. 

Çəkiliş sonrakı işin xarakteri nəzərə alınmaqla “montaj axarında” aparılıbsa, 

videosıranın ardıcıl montajı asanlaşır. Ancaq studiyadankənar çəkilişdə mon­

tajın xarakteri nəzərə alınmasa belə, səmərəli ardıcıllığa nail olmağa kömək 

edən müxtəlif  montaj üsulları mövcuddur.



Arxa işıq (back light) 

 – 


bir cismin üst və ya alt tərəfinə arxadan verilən düz 

işıq.


Arxalıq  (backdrop)

  – 


üzərinə  rəmzi  şəkil  çəkilmiş,  yaxud  foto  vurulmuş 

kətan;  studiyada  pəncərədən,  qapıdan  görünən  mənzərənin  təsviri  üçün 

istifadə olunur.

Arxetiplər (archetypes) 

 – 


şüura şüursuz təsir edən vasitə. Bu fəaliyyət növ­

ləri insanın daxili instinktlərində baş verir. 



Arxitektonika (architectonics) 

 – 


verilişin, filmin (ayrıca süjetin, bədii əsərin) 

strukturunu, onun ayrı­ayrı elementlərinin ümumi harmoniyasını

 – 

uyumunu 


müəyyənləşdirən mühüm estetik kateqoriya. A. elementlərin sistem daxilində 

sənətkarlıq  cəhətdən  düzülüş  nisbətinin  səviyyəsini  müəyyənləşdirir  və 

diqqəti vahid tamın estetik planına yönəldir.

Asma işıq cihazları  (suspension light)

 – 


studiya şəraitində çəkiliş obyekt­

lərini yuxarı nöqtədən işıqlandırmaq, yaxud müəyyən effekt yaratmaq məqsə­

dilə tavandan yönəldilən işıq cihazları.

Asma mikrofonlar (suspension mikes)

 – 


studiyada və studiyadankənar çə­

ki liş zamanı yuxarı nöqtədən asılan həssas mikrofonlar. Adətən, belə mikro­

fonlar hərəkətin baş verdiyi meydançanın üzərindən asılır.

Aspekt (aspect) ­ yönüm, təzahürün, anlayışın nəzərdən keçirildiyi baxış bu­

cağı; problemin müxtəlif yönləri;  hadisəyə, fakta müxtəlif prizmalardan baxış.



Audiovizual  (audiovisual)

  – 


hər  şeyi  eyni  zamanda  göz  və  qulaqla  hiss 

etmə,  qavrama;  vizual  və  səsli  informasiyadan  birgə  istifadə;  A.  vasitələrə 

klassik nümunə səsli filmlər, video, yaxud TV ola bilər. A. vasitələrdən çox 

vaxt təlim­tədris məqsədi ilə istifadə olunur.



Audiovizual  landşaft  (audiovisual  landscape)

  – 


TV  və  radio  yayımının 

təşkili zamanı cəmiyyətin bütün təbəqələrinin marağının nəzərə alınması. 



Auditoriya  (audience/auditorium/lecture  room)

  – 


1)  mühazirə,  nitq,  tele­

radio  verilişi  və  s.  yayım  materiallarını  dinləyənlərin  toplusu;  2)  mühazirə 

oxumaq, iclas və s. keçirmək üçün zal, otaq və s.; 3) kommunikasiya xətləri, 



Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə