TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə148/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   144   145   146   147   148   149   150   151   ...   171

347

prinsiplərinin  qurulmasındadır.  Müəllifin  nəzəri  məsələlərin 

həlli  nəticəsində  əldə  etdiyi  qənaətlər  əsasında  yeni  televiziya 

modelinin qurulması, teleyayım işinə ictimai nəzarət mexanizmi 

prinsiplərinin hazırlanması mümkündür ki, bu da ictimai­mədəni 

prosesdə olduqca mühüm və əhəmiyyətlidir. 

Tədqiqatda müəyyən problemlər ətrafında müzakirələr zamanı 

gətirilmiş praktik misallar yayım işinin keyfiyyətinin artırılması­

na, verilişlərin konseptual əsaslarının müəyyən edilməsinə, onun 

müasirləşdirilməsinə, ictimai əhəmiyyətinin artırılmasına, bayağı, 

yaradıcılıqdan uzaq proqramların efirdən uzaqlaşdırılmasına im­

kan  verər  ki,  bu  da  yayım  işinin  sosial­mədəni əhə miy yətini  ar­

tırmış olar. Həmçinin nəzəri təhlil aparmaq yolu ilə mövcud olan 

köklü problemlərin üzə çıxarılması, onların həlli yollarının müəy­

yənləşdirilməsi,  bununla  da  ölkəmizdə  teleyayım  fəaliyyətinin 

mü kəm məlləşdirilməsi prosesi işlənərək tədqiqat nəticəsində gös­

tə rilmişdir. 



348


349

QLOSSARİ

Açıq keçid (open transfer)

 – 


filmdə və ya TV verilişində bir epizoddan baş­

qa epizoda yumşaq, incə keçid; a.k. tamaşaçının diqqətini yayındırmamalı, hər 

hansı ziddiyyətli duyğu oyatmamalıdır.

Açıq  proqram  (open-end  program)

  – 


1)  kinolentdə,  yaxud    videoyazı­

da  ha zırlanmış  reklam  əlavələri  olmayan,  amma  yerli  reklamvericilərin  fili­

al stansiyalar vasitəsilə efirə qoşulmasını nəzərdə tutan proqram; 2) reklam 

məlumatının daxil edildiyi proqram (rartici­pation proqram); 3) studiyadakı 

auditoriyanın iştirakı ilə hazırlanan teleproqram.

ADLİB (ad-lib) 

 – 


ekspromt, improvizasiya. TV və ya radio verilişləri zama­

nı ekspromt. Diktor çıxışı və ya verilişin musiqi müşayiəti zamanı yol verilən 

improvizasiya.

Afaziya (aphasi)

 – 


 nitq qabiliyyətinin tamamilə və ya qismən pozulması; A. 

zamanı bütün nitq sistemi ­ sözlərin deyilişi, başqasının nitqini anlama, sözləri 

yaddasaxlama, yazı, oxu prosesləri pozulur.

Afişa  (advertisement/poster/placard)

  – 


teatr  tamaşası,  konsert,  film,  mü­

ha zirə  və  s.  haqqında  elan,  reklam  növü;  çap  reklamının  ən  geniş  yayılmış 

növlərindən biri; TV­ də anons mənasında işlədilir.

Agentlik    (agency)

  – 


iri  təşkilatların  reklam,  təşkilat,  ictimaiyyətlə  əlaqə 

və s. məsələlərə dair sifariş və tapşırıqlarını yerinə yetirən qurum; hər hansı 

idarə  və  ya  müəssisənin  nümayəndəliyi;  KİV  və  s.  üçün  məlumat  toplayan 

müəssisə. Reklam agentliyi 

 – 

reklamın planlaşdırılması və reklam sifarişinin 



icrası üzrə tam, yaxud məhdud miqyasda xidmətlər göstərən təşkilat. A. təklif 

etdiyi xidmət növlərinə görə universal və ya ixtisaslaşmış ola bilər.



Axtarma  qurğusu  (edit  search)

  – 


videokamerada  yazıların  axtarılmasını 

təmin edən qurğu. 



Ailə saatı (family viewing time)

 – 


TV verilişlərinə kütləvi (ailəvi) baxış vax­

tı; məsələn, ABŞ­ın yayım təşkilatları ilə razılaşdırılmış müddət

 – 

axşam saat 



19.00­dan  21.00­a  qədər  olan  vaxt.  Həmin  müddətdə  göstərilən  proqramlar 

məhz bütün yaş qrupları üçün nəzərdə tutulur.



Ajiotaj  (agiotage)

  – 


hər  hansı  bir  hadisə,  yaxud  sual  ətrafında  yaranmış 

həyəcan, qarışıqlıq, hay­küy, maraqlar mübarizəsi; xəbər proqramlarında icti­

mai effekt yaratmaq məqsədilə hər hansı faktın süni olaraq şişirdilməsi.

Aksent (accent) 

 – 


1) hər hansı mətndə, təsvirdə və ya musiqidə müəyyən 

mənanın xüsusi vurğulanması; ayırma, sezdirmə, nəzərə çarpdırma, üzərinə 

vurğu  düşən  səsin  fərqli  dərəcədə  gücləndirilərək  deyilişi;  2)  əcnəbi  şəxsin 

tələffüzündə özünü göstərən səs

 – 

intonasiya elementi.



Akt  (indictment)

  – 


1)  şahidlərin  iştirakı  ilə,  yaxud  yoxlama  nəticəsində 

müəyyən  edilən  bir  faktı  təsdiq  edən  sənəd,  yazı,  protokol  və  s.;  2)  dövlət 




350

əhəmiyyəti və ictimai dəyəri olan fərman, qərar. Bəzən A. hər hansı süjet, ya­

xud iri veriliş üçün fakt materialı rolunu  oynayır.

Aktual (actual/up-to-date/urgent) 

 – 


vacib, önəmli, ən mühüm; mövcud şə­

raitdə məna kəsb edən, həllini tələb edən.



Akustika (acoustics) 

 – 


1) səs haqqında təlim. Səsləri, o sıradan infra, ultra 

və  hiper  səs  dalğalarını  öyrənən  təlim;  fizikanın  səs  hadisələrini  və  onların 

digər fiziki hadisələrlə qarşılıqlı təsirini öyrənən bölməsi. A. sahəsində diqqəti 

cəlb edən nəzəri və praktik problemlər XVI əsrdən başlayaraq işlənmişdir. XX 

əsrin 20 ­ci illərində elektron lampaları vasitəsilə səsin gücləndirilməsi imkan­

ları kəşf edildi. Bunun nəticəsində radiotexnikanın inkişafı və radio verilişləri 

şəbəkəsinin geniş yayılması A. ­ nın yeni inkişaf dövrünün başlanğıcı oldu; 

2) hər hansı örtülü məkanın, binanın (məs., teatr, kino salonu və s.) daxilində 

səsi əksetdirmə qabiliyyəti; bina içərisində musiqinin, danışığın və s. eşidilmə 

dərəcəsi.



Alleqoriya  (alleegory) 

– 

mücərrəd  anlayışların  konkret,  həyati  obrazlar 



vasitəsilə əks etdirilməsi. İncəsənət və reklamda işlənən məcaz növlərindən 

biri.


Ampula (role part)

 – 


müasir teatr, kino və TV­də aktyorun öz səhnə gös­

təricilərinə,  qabiliyyət  və  istedadının  diapazonuna  görə  ixtisaslaşması. Akt­

yorların  A.­ya görə bölgüsü şərti xarakter daşıyır.

Anafora  (anaphora)

  – 


reklam  mətnində  eyni  söz  və  ya  ifadənin,  bir  neçə 

cüm lənin, misranın, yaxud hər hansı nitq parçasının əvvəldə təkrarlanması.



Analitik  (analyst)

  – 


siyasi  və  iqtisadi  proseslərin    təhlili  ilə  məşğul  olan 

mütə xəssis.



Analiz  və  sintez  (analysis  and  synthesis)

 – 


1)  təhlil;  2)  tamın  fikri  və  ya 

faktik olaraq hissələrə bölünməsindən  ibarət olan elmi­tədqiqat metodu. Bu 

metod analitik verilişlərə də tətbiq olunur.

Analogiya (analogy)

 – 


mahiyyətcə tam eyniyyət təşkil etməyən hadisələr, 

əşyalar,  məfhumlar  və  s.  arasında  oxşarlıq,  bənzərlik,  uyğunluq;  müxtəlif 

cəhətlərdən bir­biri ilə əlaqədar olan veriliş ünsürlərinin bir­birinə təsirindən 

meydana gələn bənzəyiş.



Animalistik  janr  (genre  animastic)

  – 


boyakarlıq,  heykəltəraşlıq  və  qra­

fikada  heyvanlar  aləminin  təsviri.  Janr  kimi  Çində  yaranmışdır  (VIII  əsr). 

Heyvanın təsvirində vərdişləri və yaşadığı mühit animalist rəssamın diqqət 

mərkəzində olur. İbtidai incəsənət nümunələrindəki heyvan və quş təsvirləri 

rəssam­ovçuların yüksək müşahidəçilik qabiliyyətini göstərir. Müasir kinoda 

və telefilmlərdə A.j.­ın elementlərindən istifadə olunur.



Animasiya (animation)

 – 


canlanma, multiplikasiya. Videokameralarda isti­

fadə  olunan  multiplikasiya  funksiyası;  ayrı­ayrı  kadrlarla,  yaxud  müəyyən 

uzunluğu olan fraqmentlərlə çəkilişlər aparmağa imkan verən çəkiliş, yaxud 

montaj üsulu.



Animasiya effekti (effects animation)

 – 


multiplikasiya vasitələri ilə perso­

najların deyil, yağışın, tüstünün, işığın, suyun və s. hərəkətinin təsviri.




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə