TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə146/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   142   143   144   145   146   147   148   149   ...   171

341

görünəcək. Bu proses idarəolunmaz durumdadır. Və bəlkə də, bu 

elə insan xislətinin mahiyyətini təşkil edir.

Janr  çeşidliliyi  TV­yə  insanın  müxtəlif  hisslərilə  oynama  yolu 

ilə onu özünə cəlb etmək imkanı verir. Oyunlar, idman yarışları 

insanın  oynamaq  azartını,  realiti  proqramlar  digərinin  həyatını 

kənardan izləmək, konfliktə baxmaq, müşahidə aparmaq, jurna­

listik yayım isə qayğıları unudub gerçəklikdən ayrılmaq istəkləri 

üzərində  qurulur.  Bu  yayımın  məqsədi  müxtəlif  insan  tiplərini 

öz başına toplamaqdır. TV bu işin öhdəsindən gələ bilir. Mövzu 

rəngarəngliyi və görüntü çalarlılığı, dinamika seyrçini aludə edir. 

Reytinqin hesablanmasında göstəriciləri əsas tutan reklamvericilər 

auditoriyanın psixotiplərinə uyğun addımlar atırlar. Psixotiplərə 

nəzər yetirək:

•etibar edən tip – reklama inanır və böyük reklamvericilərin ya­

lan danışmayacağını düşünür.

•bir markaya güvənənlər – bir brendə, bir şirkətin məhsuluna 

üstünlük verirlər. 

•ehtiyatlı – az tanınan şirkətlərin məhsullarını almır.

•komformist – tanışların, yaxınların rəyi əsasında seçim edir.

•qənaətcil  –  ilk  növbədə  sərfəli  olmasını  hesablayır,  endirim 

mövsümünü gözləyir.

•dindar – islam dininə daha çox etiqad edənlər məhsulun ha­

lallığına və hansı ölkədə istehsal olunduğuna görə seçim edirlər.

•islahatçı  – müxtəlif firmaların məhsullarını almağa, yeni brend­

ləri öyrənməyə çalışır.

•impulsiv qərar verən insan – əhvalına uyğun məhsul alır, brend 

amili onun üçün heç bir əhəmiyyət daşımır.

•Dəbi izləyən – məhsulun bu anda məşhurluğunu nəzərə alan, 

tanınmış firmalara üstünlük verən insandır.

Etibar  edən,  əgər  ünvanlanmış  reklam  tanınmış  brenddirsə, 

o,  bunu  qəbul  edəcək.  Yeni  məhsulun  təqdimatı  üçün  çoxlu  səy 

göstərmək  lazım  gələcək.  Ona  görə  də  bu  tipi  maraqlandırmaq 

üçün yeni məhsulun reklamı uzun müddət yayımlanmalıdır.

Bir markaya üstünlük verənlər isə aydındır ki, bütün yenilikləri 

qəbul etməyəcək. Reklam zamanı məhsulun hansı brendə mənsub 

olduğunu vurğulamaq da məhz bu zərurətdən irəli gəlir.

Ehtiyatlı, I tip kimi artıq etibar etdiyi brendə inanır və onu ancaq 

bu brendlə bağlı yenilik maraqlandıra bilər.

Komformist, reklamla bağlı yalnız ətrafdakıların rəyindən sonra 

qərar çıxara bilər. Reklamverici bu qrupu maraqlandıran yayımçı 

proqramda çarx yerləşdirməklə, onu cəlb etməyə çalışır.




342

Qənaətcilə ünvanlanan reklamda endirim, sərfəlilik mühüm in­

formasiya kimi təsir edəcəkdir.

İslahatçı yalnız dəqiq əmin olsa ki bu məhsul yenidir, o zaman 

onun alıcısına çevrilə bilər.

Impulsiv  qərar  verən  insanlar  üçün  rəngarəng,  qeyri­adi  təq­

dimat təsirli ola bilər.

Dəbi bilənsə, təbii ki, onun yeni dəb olduğunu bilən kimi dərhal 

qəbul edəcəkdir.

Reklamvericini  maraqlandıran  GRP  – Gross Rating Point ( rey­

tinq maddəsinin tutumu) verilən vaxtda əhatə etdiyi auditoriyanın 

göstəricisidir.  Tanınmış  şirkətlər  məhz  GRP­ni  qiymətləndirərək 

alırlar. GRP = reklam kampaniyasının əhatəsi X təsirin orta tezliyi 

düsturuyla hesablanır. Bunun əsasında Cost Per Point – CPP reytinq 

maddəsinin qiyməti müəyyənləşir. CPP = həftəlik yerləşdirmə xərci.  

GRP  Target Rating Point, yəni TRP məqsədli reytinq maddəsini 

ifadə  edir.  Piplmetr  və  ya  sorğu  –  gündəlik  yolu  ilə  alınmış 

məlumat  reytinq  şirkəti  tərəfindən  aşağıdakı  iki  prinsiplə  he­

sablanır. RP proqramın reytinqi = auditoriyanın həcmi X 100% : 

ölçülmələrdə iştirak edən evlərin sayı. Proqramın baxımlılıq fai­

zi isə SHARE = müəyyən proqrama birləşdirilən evlərin sayı : te­

levizoru olan evlərin sayı. Pyer Bronder “teleseyrçi gördüyünün 

tərkib hissəsinə çevrilib. Televizoru söndürmək, kanalı dəyişmək 

özünü  söndürmək  deməkdir.  Baş  artıq  seyrçinin  deyil.  O,  onu 

televizora  həvalə  edib.  Bununla  da  öz  intellektual  sərbəstliyini 

itirib” yazır. Televizorun daha bir gücü də var: hər bir seyrçi te­

leverilişin  yalnız  onun  üçün  göstərildiyinə,  onun  üçün  olduğu­

na  inanır.  Bu  inam  seyrçini  mütiləşdirir,  ekrana  bağlayır.  Seyrçi 

bəzən televiziyanı səhvən missioner, öyüd verən, müəllim, həyat 

yolunun maarifləndiricisi kimi görmək istəyir. Bizim cəmiyyətdə 

sovet  dövründən  qalan  bu  vərdiş  TV­ləri  də  çıxılmaz  vəziyyətə 

salır. Dünya TV praktikasında televiziya yalnız kommunikativ di­

aloqun iştirakçısı rolunu oynayır, layihələr də bu məramı daşıyır. 

Ona görə də bizdə bu tip telelayihələr birmənalı qarşılanmır, ciddi 

tənqid obyektinə çevrilir.

Seyrçi­televiziya  və  televiziya­seyrçi  münasibətlərinə  yenidən 

baxılması, TV peşəkarları ilə TV tədqiqatçılarının bir araya gələrək 

dialoqun  gerçəkləşməsi  və  vaxtaşırı  ictimai  müzakirələrin  apa­

rılması  bu  anlaşılmazlıqları  aradan  qaldırmağa,  problemləri 

çözməyə  imkan  verə  bilər.  Televiziya  təhlili  metodologiyasında 

reytinq nəticələrinin kontent analizi böyük əhəmiyyət daşıyır və 

reytinqlərin ictimaiyyətə açıqlanması, onlarla bağlı mətbuatda vax­




343

taşırı analizlərin verilməsi olduqca vacibdir. Dünya təcrübəsində 

reytinq nəticələrinin ictimailəşdirilməsi tətbiq olunur və bununla 

da bir çox problemlər aradan qaldırılır.  




344

NƏTİCƏ

Elmi işin başlıca yekunu XX əsrin ikinci yarısından başlayaraq 

televiziyanın  mədəniyyət  prosesində  fəal  iştirak  edən,  sosial­si­

yasi,  mənəvi  dəyər  daşımaq  gücü  əldə  edən,  özünün  yaradıcı 

axtarışları, yenilikləri ilə seçilən incəsənət növü kimi mühüm ic­

timai vəzifələrlə insanların həyatına daxil ola bilərək ona yalnızca 

KİV  kimi  yanaşma  rəyinin  yanlış  olduğunu,  özünün  mütərəqqi 

yaradıcı  istiqamətinin,  yeni  audiovizual  janrlarının  yaranışı, 

sənət  növlərinin  birləşməsindən  üzə  çıxardığı  bədii  yaradıcı­

lıq  nümunələri  ilə  ona  incəsənət  növü  kimi  dəyər  verməyin  və 

sənətşünaslığın predmeti kimi araşdırmağın doğru olmasıdır.

Televiziya  bütün  digər  sənət  növləri  kimi  ictimai  vəzifələri  ilə 

cəmiyyətdə özünə yer alaraq fəaliyyətinin konseptual prinsiplərini 

bunun əsasında qurur və funksiyalarının genişliyi, əhatəliliyi, so­

sial­siyasi,  mədəni  əhəmiyyətliliyi  ilə  seçilir.  Elmi  işdə  telelevi­

ziya  nəzəriyyəsinin  əsasları,  prinsipləri  və  təhlil  metodologiyası 

sənətşünaslığın  başlıca  problemi  kimi  götürülərək  tədqiq  olun­

muş, yaradıcı, struktur, ictimai, kulturoloji və sosial əhəmiyyəti, 

istiqamətləri dəqiqləşdirilmiş, televiziyanın bütöv proses kimi və 

ya ayrıca vahidlərinin tədqiq üsulları təklif edilmişdir. 

Tədqiqat işimizdə televiziyanın insan şüuruna təsiri, onun mə lu­

matlandırılmasında, maariflənməsində, bilgiləndirilməsində, qüv­

vələrin bərpasında, eyni zamanda insanın estetik zövqünün, elmi, 

mədəni  dünyagörüşünün  biçimlənməsində,  yeni  nəslin  mənəvi­ 

elmi tərbiyəsində oynadığı həlledici rolu önə çəkərək, məsələnin 

təkcə sosial tərəflərini, ictimai­kulturoloji əhəmiyyətini deyil, yara­

dıcı məziyyətlərini də araşdıraraq Azərbaycan sənətşünaslığında 

tamam yeni bir sahənin – televiziya, onun yaradıcı, sosial, kulturo­

loji problemlərinin elmi araşdırılması işində iştirak etmişik. 

Televiziya yayımının həyata keçməsində və onun vahidi – veri­

lişin (digər audiovizual nümunələr) hazırlanmasında, ideya­məz ­

mununun  müəyyənləşməsində,  ekran  həllinin  tapılmasında,  es ­

tetik  cəhətdən  görüntü,  ekran  plastikası  və  ümumi  poetikanın 

bi çimlənməsində  sənət  növləri,  onların  əhəmiyyəti,  yaradıcı  tə­

ləblər və konseptual məsələlər tədqiq olunaraq, bütövlükdə vahid 

orqanizm şəklində televiziyanın yaradıcılığı prosesi araşdırılmış­

dır. 



Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə