TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə154/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   150   151   152   153   154   155   156   157   ...   171

361

olan əhvalat, təsadüf və hadisələrə E. deyilir. Kino şəklinin məzmunca bitmiş 

hissəsi; teatr tamaşasında əhvalatın inkişafı ilə birbaşa bağlı olmayan səhnə, 

pərdə.


Eskepizm (escapism) 

– 

1) gündəlik həyatın reallıqlarından, problemlərindən 



qaçmaq cəhdi, xüsusilə mənəvi və intellektual fəaliyyətin müxtəlif növlərində 

abstrakt mülahizələr  irəli sürmək; 2) asiyasilik, ictimai­siyasi həyatda iştirak 

etməkdən qaçmaq.

Eskiz (scetch/outline) 

– 

1)  bir şəklin, rəsmin və ya onun bir hissəsinin ilk 



qaralaması. Ani çəkilən, sürətlə yerinə yetirilən ilkin rəsmə E. deyilir. Rəssam 

gördüyü naturanı yadda saxlamaq üçün kağızda müəyyən cizgilər çəkir və 

burada əşyanın ən vacib əlamətlərini əks etdirir. Sonra bu E.­lərin əsasında 

əsəri tamamlayır; 2) heykəltəraşlıq əsərinin kiçildilmiş miqyasda hazırlanan 

ilk nümunəsi, modeli.

Estetik hiss (aesthetical feeling (emotion)) 

– 

bizi əhatə edən gerçəkliyin es­



tetik özünəməxsusluğunun: ictimai münasibətlərdə, insanların davranışında, 

incəsənətdə gözəlliyin, ülviliyin qavranılması sayəsində insanda əmələ gələn 

spesifik  həyəcan.  Belə  gözəllik  obyekti  hər  şey 

– 

təbiət  və  onda  baş  verən 



müxtəlif hadisələr, ictimai həyat, insan, onun rəftarı, həmçinin varlığı düzgün 

və yüksək bədii səviyyədə əks etdirən incəsənət (kino, teatr və s.) və ədəbiyyat 

əsərləri ola bilər. E. h. ictimai xarakter daşıyır. Estetik tələb və normalar tarixən 

şərtlənir, müxtəlif olur. Bu, bir tərəfdən həmin hissləri keçirən adamların dün­

yagörüşü, ümumi inkişaf  səviyyəsi, zövqləri, aldıqları tərbiyə, fərdi fərqlərə 

malik olmaları, digər tərəfdən isə həmin hissləri doğuran obyektlərin hədsiz 

çoxcəhətliliyi və müxtəlifliyi ilə izah olunur.

Estetik qavrayış  (aesthetic(al) perception) 

– 

insanın ətrafdakı predmetlərin 



gözəlliyini  (onların  formasını,  rəngini,  musiqi  səsini  və  s.)  hiss  etmək 

qabiliyyəti. E. q. hissi qavrayış əsasında müxtəlif predmetlərin insanın görmə 

və  eşitmə  üzvlərinə  təsir  edərkən  əsəb  sisteminin  oyanması,  onun  beyinə 

verilməsi və orada yeni şəkil alması ilə əşyaların məkan formalarını, rəngini, 

səsini və s. əks etdirmək (hiss etmək) qabiliyyəti əsasında inkişaf edir.

Estetik tərbiyə (aesthetical training) 

– 

insana həyatın və incəsənətin gözəllik 



və ülviliyini qavramaq, başa düşmək, qiymətləndirmək və yaratmaq bacarı­

ğının aşılanması və onun təkmilləşdirilməsinə yönəldilmiş tədbirlər sistemi. 

E.  t  ­nin  məqsədi  cəmiyyət  üzvlərinin  əqli,  siyasi,  əxlaqi  və  fiziki  cəhətdən 

hərtərəfli inkişafına kömək etmək, onlarda gözəllik hissini təkmilləşdirmək, 

gözəllik qanunları üzrə yaratmaq həvəsi oyatmaqdır.

Estetik  zövq  (aesthetic  taste) 

– 

insanın  təbiət  və  cəmiyyətin  pred­



met  və  hadisələrinin  estetik  xüsusiyyətlərini  duymaq,  başa    düşmək  və 

qiymətləndirmək  qabiliyyəti.  E.  z.  insanın  gerçəkliyə,  estetik  keyfiyyətlərin 

zənginliyinə,  ictimai  praktika  prosesində  gözəllik,  eybəcərlik,  komiklik, 

faciəvilik  və  s.  kimi  təsəvvürlər  mövqeyindən  verdiyi  qiyməti  ifadə  edir. 

Həmin qiymətvermənin predmeti incəsənət əsəri olduqda bu qabiliyyət “Es­

tetik zövq” adlanır.



Ədəbi  ssenari  (literary  script) 

– 

gələcək  ekran  məhsulunun  səs  və  gö­



rüntü həllini plastik dramaturji keçidlər, dialoqlar, montaj üsulları və digər 


362

ifadə  vasitələrinin  köməyi  ilə  verən  xüsusi  ədəbi  əsər.  Çəkiləcək  ekran  

əsərinin tam dolğun təsəvvür edilməsi ssenaristin məharətindən və Ə. s.­nin 

mükəmməlliyindən  çox  asılıdır.  Ekranda  nələrin  olacağı  barədə  sözlə  ay­

dın təsəvvür yaratmaq, dramaturji qanunlara və əyaniliyə əməl edərək əsas 

elementlərin, kadrların uyğunluğunu tam göstərmək Ə.s. üçün əsas şərtdir.



Əldən çəkiliş (manual shooting) 

– 

TV çəkilişinin dayaqsız (ştativsiz) aparıl­



ması. Bu halda operator görüntüləri çiyninə qoyduğu (TV­də), yaxud əsində 

saxladığı (kinoda) kamera ilə çəkir. Ə. ç. yalnız operativ hadisə süjetlərinin 

çəkilişi zamanı tətbiq olunur. Bütövlükdə çəkilişin ştativsiz (operator dayağı) 

aparılması məqbul deyildir.



Əsas fokus (basic focus) 

– 

əsas optik oxun sonsuz uzaqlaşmış obyekti gös­



tərən nöqtəsi. Hər bir linzada və hər bir obyektivdə iki əsas fokus olur: ön və 

arxa.


Əsas xəbər proqramı (primenews) 

– 

axşam saatlarında (saat 20­dən 22­dək) 



göstərilən, ən çox tamaşaçı toplayan və günün əsas xəbərlərini çatdıran geniş 

informasiya proqramı.



Əsas işıq (main ligth) 

– 

hər yerdə rastlaşdığımız, ancaq bəlli qaynağı olma­



yan işıq. Gün işığı birbaşa düşməyən yerlərdə (təbiətdə) belə işıqla üzləşirik. 

Ə. i.­ı süni yolla seyrəldici cihazlar dəstinin və güzgüləyicilərin köməyi ilə al­

maq mümkündür.

Əyləncəli  proqram  (entertainment  program) 

– 

müasir  mass­medianın 



informasiya  sahəsində  əhəmiyyətli  dərəcədə  payı  olan  və  müxtəlif  oyunla­

ra    əsaslanan  bədii­musiqi  proqramları. Analitiklər  Ə.  p.  ­ı  təkcə  medianın 

asudə vaxt funksiyaları spektrinin genişləndirilməsi ilə deyil, həm də KİV­in 

reklam sponsorluğundan asılılığının güclənməsi ilə əlaqələndirirlər. Belə ki, 

onlar əyləncəli proqramlardan özlərinin kommersiya maraqları üçün istifadə 

edərək  bunun  köməyi  ilə  reklam  həvəsləndirməsinin  müxtəlif  formalarını 

təşkil edirlər. Ə. p. ­ın xəbər proqramları ilə birləşməsi prosesi də inkişaf edir. 

Bu  proseslər  nəticəsində  meydana  çıxan  infoteynment  calaq  janrları    KİV­

in  kütləvi  sahəsini  daraldır  və  əyləncəli­informasiya  proqramlarının  yayım 

şəbəkəsində mövqeyini möhkəmləndirir.



Fabula (plot/story 

– 

1) bədii əsərdə (kinofilmdə, teatr tamaşaasında, ədəbi 



əsərdə)  təsvir  olunan  hadisələrin  müəyyən  zaman  ardıcıllığı  ilə  nəql  olun­

ması. F. Süjetlə sıx bağlıdır: hadisələrin xronoloji ardıcıllıqla təsvir olunduğu 

bbədii əsərdə F. və süjet məfhumları bir­birinə uyğun gəlir; 2) hadisələrin nəql 

edilməsi üsulu. Bu termin çoxmənalı olduğuna görə bəzən süjet anlayışı ilə 

səhv salınır. Əgər süjet dedikdə təsvir edilən hadisələrin xronoloji ardıcıllığı 

başa düşülürsə, F. dedikdə hadisələrin nəqledilmə qaydası nəzərdə tutulur. 

Bəzi ədəbiyyatşünaslar xronoloji ardıcıllığı F., onların bədii düzülüşünü isə sü­

jet adlandırırlar. F. ədəbi əsərin məzmunu, burada təsvir olunan hadisələrdir. 

Beləliklə, materialın  F. düzülüşü süjet düzümündən onunla fərqlənir ki, bu­

rada jurnalistin əsas işi hər hansı sosial təzahür, yaxud problemi aça biləcək 

daha əlamətdar hadisələri fərqləndirməkdir.

Fakt  (fact/case) 

– 

1)    süjet  və  veriliş  üçün  ilkin  material,  hadisə,  istinad 



sənədi, əsas, dəlil, sübut; 2) fəlsəfi anlayış 

– 

obyektiv və elmi F. anlayışları bir­




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə