TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari


Diafraqma süzgəci (diaphragm/light filter)



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə152/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   148   149   150   151   152   153   154   155   ...   171

357

Diafraqma süzgəci (diaphragm/light filter)

 – 


videokamera və fotoaparatın 

obyektivinin içərisində yer alan işıq səviyyəsinə nəzarət edən kiçik qurğu. D.s. 

öndən düşən işığın lent üzərinə istənilən səviyyədə yazılmasını təmin edən 

sistemin tərkib hissəsidir.



Diaqram (diagram/graph)

 – 


müxtəlif  kəmiyyətlər arasında nisbəti göstərən 

qrafik təsvir; verilişlərdə əyaniliyi təmin edən cədvəl (vasitə), təsvir elementi.



Diktor (announcer/script reader) ­ 1) münasib görünüşə, aktyorluq məha­

rətinə,  müəyyən  intelektə,  yüksək  nitq  mədəniyyətinə  malik  olan,  EE­də 

müxtəlif məzmunlu verilişlər apara bilən radio və TV işçisi; 2) müəllif, redak­

tor və ya hər hansı jurnalistin (müəllifin) yazdığı informasiya və ya publisistik 

mətnləri kağızdan, suflyordan efirə oxuyan şəxs.

Diktor mətni (announcer s text) 

 – 


sənədli, elmi­kütləvi və tədris filmlərində, 

eləcə də TV verilişlərində geniş tətbiq olunan kadrarxası şəhr, yaxud aydın­

laşdırıcı mətn. D.m. bir sıra tələblərə cavab verməlidir: fikir dəqiq, aydın və 

yığcam  ifadə  olunmalıdır;  auditoriya  üçün  anlaşıqlı  olan  sözlərdən  istifadə 

edilməlidir;  rəngarəng  nitq  formalarına  müraciət  olunmalıdır.  D.m.­nə  ob­

razlılıq  xasdır;  bu  mətnlərdə  publisistik  ifadələrə,  atalar  sözlərinə,  ritorik 

suallara, müqayisələrə, aforizmlərə, hiperbolaya geniş yer verilməlidir. D.m. 

üzərində  işləyərkən  yadda  saxlamaq  vacibdir  ki,  mətni  obrazlı  sözdən  və 

bədii ifadələrdən məhrum etmək olmaz. Hər bir filmdə sözlə kadrın qarşılıq­

lı, fasiləsiz şərtlənməsi əsas amildir. Buna görə də D.m.­də söz filmin təsvir 

hissəsinin, kadrın üzərinə dəqiq düşərək filmin (verilişin) vahid görüntü­səs 

təbiətini təşkil etməlidir.



Dinamik  montaj  (dynamic  editing) 

– 

hadisələri,  fikir  və  ideyanı,  sadəcə, 



məntiqi ardıcıllıqla  göstərmək üçün deyil, həm də çəkilmiş səhnənin seyrçiyə 

təsirini  maksimum  gücləndirməkdən  ötrü  tətbiq  edilən  montaj  üsulu.  D.m. 

əsas  parametrinə  görə  ardıcıl  montajdan  fərqlənir:  o,  düzümünə  görə  daha 

mürəkkəbdir və sadəcə, məlumat vermək üçün yox, həm də çəkiliş materi­

alının təsirini gücləndirməkdən ötrü istifadə edilir. D.m. olayların bir qədər 

qabarıq və dramatik təqdiminə, kəskin rakurslara, çox iri planlara və s. üstün­

lük verir.

Disk (disc) 

– 

informasiyanı yazmağa və canlandırmağa qabil olan material­



lar təbəqəsi ilə örtülmüş dairəvi val formasında informasiya daşıyıcısı; yastı, 

girdə  lövhə.  Örtük  tipindən  asılı  olaraq  D.­lər  lazer  şüasının  köməyi  ilə  in­

formasiyanın yazılışı və hazırlanması üçün nəzərdə tutulan maqnit, optik və 

səthin müvafiq sahələrini qızdırmaq yolu ilə məlumatları poza bilən, həmçinin 

yazılış və hesablama funksiyalarını yerinə yetirən maqnit­optik növlərə bölü­

nür. TV və radioda tamaşaların, kliplərin, musiqi nömrələrinin, yaxud çı xış­

ların rəqəmli texnologiya ilə yazıldığı xüsusi vasitə.

Diskrentlik  (step-type  behaviour) 

– 

ayrılan,  qeyri­müntəzəm  işləyən.  İki 



cür anlaşılır: 1) bir neçə müxtəlif sabit vəziyyətlər arasında dəyişən. Məsələn, 

elektrik açarı ya sönülü, ya da yanılı olanda ; 2) Ayrı­ayrı  hissələrdən ibarət 

olan qırıqlıq, dağınıqlıq. Məsələn, qırıq spektr, qırıq strukturlar.

Disk-jokey  (disc  jokey) 

– 

müxtəlif  zövqlü  adamların  və  dinləyicilərin 



istəyi  ilə  hazırlanan  musiqi  ­  mahnı  proqramının  aparıcısı,  radio  studiyası­


358

nın əməkdaşı. Qısaca di­cey adlanan D.j.­in xüsusi musiqi hazırlığı olmalıdır, 

çünki o yalnız ayrı­ayrı musiqi nömrələrini elan etmir, həm də dinləyicilərə 

mahnının yaranması, müəllifi, ifaçısı,  eləcə də səslənən musiqinin mahiyyəti, 

melodik çalarları və s. haqqında müəyyən məlumatlar, şərhlər verir. D.j. üçün 

improvizasiya bacarığı xüsusilə vacibdir. Verilişlər canlı efirə gedir və di­cey 

dinləyicilərlə söhbət edir, onların suallarını cavablandırır.

Divikam (DVCAM) 

– 

videoyazı formatı; xüsusi olaraq  B&I kompleks rə­



qəmli sistemi üçün SONY şirkətinin  mütəxəssisləri hazırlayırlar.  D. məişət 

formatının modifikasiyasıdır. Formatların əsas fərqi ondan ibarətdir ki, yazı 

cığırının eni ¼ dyümlük videolentdə 10­15 mkm­dək genişlənir. Bu, təsvirin 

keyfiyyətinin lazımi səviyyəyə çatdırılmasına və peşəkar avadanlıqlarla mon­

tajın  imkanlarının  artırılmasına  kömək  edir.  Digər  məsələlərdə  formatlar 

bənzərdir və bir­birini əvəz edir.



Dizayn  (design)  

– 

estetik  görkəmin  qurulması,  layihələşdirilməsi. Veriliş 



ya zılan studiyanın bədii tərtibatı.

Dizayner (designer) ­ dizayn mütəxəssisi, bəzəkçi rəssam. Verilişlərin bədii 

tərtibatı və ekran təqdimatı ilə məşğul olan kompüter mütəxəssisi.



Döşəmə ştativi (tripod mount/stacker)  

–  


üçayaq tipli oturacağı olan qurğu. 

Bəzən təkərləri və “durna”sı da olur. Bu ştativlər mikrofonu danışana tərəf 

yönəltməyə, tuşlamağa, irəli çıxartmağa və dayandığı yerdən uzatmağa imkan 

verir. Belə ştativlər, əsasən, telefilm çəkilişində kara gəlir, çünki çəkilişlərdə 

aktyorların yerdəyişmələri ciddi nəzarətdə saxlanılır və onlar çəkiliş meydan­

çasının nisbətən kiçik hüdudları ilə kifayətlənməli olurlar.



Dövlət yayımı (state cast) 

– 

dövlətin yaratdığı, maliyyələşdirdiyi, nəzarət 



etdiyi, o cümlədən verilişlərin məzmununa müdaxilə etdiyi yayım.

Dramatizm  (dramatic  effect/dramatic  nature/qualities  tensity) 

– 

film  və 



tamaşalarda hadisələrin dramaya xas olan gərginliyi; dramatiklik; faciəlilik; 

estetik kateqoriya; insan həyatının ziddiyyətlərini və münaqişələrini, insanın 

onu əhatə edən ictimai və təbii mühitlə qarşılıqlı münasibətini əks etdirir və 

ümumiləşdirir.  D.­in  əsasını  insan  davranışlarının,  ideyalarının,  səylərinin, 

ehtiraslarının dramatik münaqişəsi (konflikt) təşkil edir.

Dramaturgiya (the drama) 

– 

1) hər hansı bir sənətkarın, xalqın və ya dövrün 



dram əsərlərinin məcmusu; 2) tamaça və ya filmin süjet­obraz konsepsiyası 

(TV və kino D.­sının xarakterik forması ssenaridir); 3) dram əsərlərinin quru­

luş prinsiplərini öyrənən incəsənət nəzəriyyəsi.

Dublyaj (dub) 

– 

nəyinsə surətini yaratmaq. Kinofilm fonoqramının başqa 



dildə yenidən yaradılması. D.­ın başlıca şərti ekranda aktyorun dodaqlarının 

hərəkəti ilə mətnin tələffüzünün sinxronluğudur. Azərbaycanda ilk dəfə “Ça­

payev” filmi (1937) dublyaj edilmişdir.

Düşən və dönən işıq (direct/indirect light) 

– 

çəkiliş səhnəsinə yönələn işığa 



düşən işıq, çəkiliş səhnəsindən əks etdirilən işığa isə dönən işıq deyilir. Onla­

rın hər ikisinin miqdarını hesablamaq üçün eksponometrdən istifadə olunur. 

Düşən işığı ölçərkən eksponometri çəkilən obyektin yerinə qoyaraq növbə ilə 

bütün işıq qaynaqlarına yönəldirlər. Bu zaman həmin cihaz nisbətən yüksək 

göstəriciləri əks etdirir. Belə ölçü üsulu bir az gözəyarı sayılsa da, çox etibarlı­



Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə