357
Diafraqma süzgəci (diaphragm/light filter)
–
videokamera və fotoaparatın
obyektivinin içərisində yer alan işıq səviyyəsinə nəzarət edən kiçik qurğu. D.s.
öndən düşən işığın lent üzərinə istənilən səviyyədə yazılmasını təmin edən
sistemin tərkib hissəsidir.
Diaqram (diagram/graph)
–
müxtəlif kəmiyyətlər arasında nisbəti göstərən
qrafik təsvir; verilişlərdə əyaniliyi təmin edən cədvəl (vasitə), təsvir elementi.
Diktor (announcer/script reader) 1) münasib görünüşə, aktyorluq məha
rətinə, müəyyən intelektə, yüksək nitq mədəniyyətinə malik olan, EEdə
müxtəlif məzmunlu verilişlər apara bilən radio və TV işçisi; 2) müəllif, redak
tor və ya hər hansı jurnalistin (müəllifin) yazdığı informasiya və ya publisistik
mətnləri kağızdan, suflyordan efirə oxuyan şəxs.
Diktor mətni (announcer s text)
–
sənədli, elmikütləvi və tədris filmlərində,
eləcə də TV verilişlərində geniş tətbiq olunan kadrarxası şəhr, yaxud aydın
laşdırıcı mətn. D.m. bir sıra tələblərə cavab verməlidir: fikir dəqiq, aydın və
yığcam ifadə olunmalıdır; auditoriya üçün anlaşıqlı olan sözlərdən istifadə
edilməlidir; rəngarəng nitq formalarına müraciət olunmalıdır. D.m.nə ob
razlılıq xasdır; bu mətnlərdə publisistik ifadələrə, atalar sözlərinə, ritorik
suallara, müqayisələrə, aforizmlərə, hiperbolaya geniş yer verilməlidir. D.m.
üzərində işləyərkən yadda saxlamaq vacibdir ki, mətni obrazlı sözdən və
bədii ifadələrdən məhrum etmək olmaz. Hər bir filmdə sözlə kadrın qarşılıq
lı, fasiləsiz şərtlənməsi əsas amildir. Buna görə də D.m.də söz filmin təsvir
hissəsinin, kadrın üzərinə dəqiq düşərək filmin (verilişin) vahid görüntüsəs
təbiətini təşkil etməlidir.
Dinamik montaj (dynamic editing)
–
hadisələri, fikir və ideyanı, sadəcə,
məntiqi ardıcıllıqla göstərmək üçün deyil, həm də çəkilmiş səhnənin seyrçiyə
təsirini maksimum gücləndirməkdən ötrü tətbiq edilən montaj üsulu. D.m.
əsas parametrinə görə ardıcıl montajdan fərqlənir: o, düzümünə görə daha
mürəkkəbdir və sadəcə, məlumat vermək üçün yox, həm də çəkiliş materi
alının təsirini gücləndirməkdən ötrü istifadə edilir. D.m. olayların bir qədər
qabarıq və dramatik təqdiminə, kəskin rakurslara, çox iri planlara və s. üstün
lük verir.
Disk (disc)
–
informasiyanı yazmağa və canlandırmağa qabil olan material
lar təbəqəsi ilə örtülmüş dairəvi val formasında informasiya daşıyıcısı; yastı,
girdə lövhə. Örtük tipindən asılı olaraq D.lər lazer şüasının köməyi ilə in
formasiyanın yazılışı və hazırlanması üçün nəzərdə tutulan maqnit, optik və
səthin müvafiq sahələrini qızdırmaq yolu ilə məlumatları poza bilən, həmçinin
yazılış və hesablama funksiyalarını yerinə yetirən maqnitoptik növlərə bölü
nür. TV və radioda tamaşaların, kliplərin, musiqi nömrələrinin, yaxud çı xış
ların rəqəmli texnologiya ilə yazıldığı xüsusi vasitə.
Diskrentlik (step-type behaviour)
–
ayrılan, qeyrimüntəzəm işləyən. İki
cür anlaşılır: 1) bir neçə müxtəlif sabit vəziyyətlər arasında dəyişən. Məsələn,
elektrik açarı ya sönülü, ya da yanılı olanda ; 2) Ayrıayrı hissələrdən ibarət
olan qırıqlıq, dağınıqlıq. Məsələn, qırıq spektr, qırıq strukturlar.
Disk-jokey (disc jokey)
–
müxtəlif zövqlü adamların və dinləyicilərin
istəyi ilə hazırlanan musiqi mahnı proqramının aparıcısı, radio studiyası
358
nın əməkdaşı. Qısaca dicey adlanan D.j.in xüsusi musiqi hazırlığı olmalıdır,
çünki o yalnız ayrıayrı musiqi nömrələrini elan etmir, həm də dinləyicilərə
mahnının yaranması, müəllifi, ifaçısı, eləcə də səslənən musiqinin mahiyyəti,
melodik çalarları və s. haqqında müəyyən məlumatlar, şərhlər verir. D.j. üçün
improvizasiya bacarığı xüsusilə vacibdir. Verilişlər canlı efirə gedir və dicey
dinləyicilərlə söhbət edir, onların suallarını cavablandırır.
Divikam (DVCAM)
–
videoyazı formatı; xüsusi olaraq B&I kompleks rə
qəmli sistemi üçün SONY şirkətinin mütəxəssisləri hazırlayırlar. D. məişət
formatının modifikasiyasıdır. Formatların əsas fərqi ondan ibarətdir ki, yazı
cığırının eni ¼ dyümlük videolentdə 1015 mkmdək genişlənir. Bu, təsvirin
keyfiyyətinin lazımi səviyyəyə çatdırılmasına və peşəkar avadanlıqlarla mon
tajın imkanlarının artırılmasına kömək edir. Digər məsələlərdə formatlar
bənzərdir və birbirini əvəz edir.
Dizayn (design)
–
estetik görkəmin qurulması, layihələşdirilməsi. Veriliş
ya zılan studiyanın bədii tərtibatı.
Dizayner (designer) dizayn mütəxəssisi, bəzəkçi rəssam. Verilişlərin bədii
tərtibatı və ekran təqdimatı ilə məşğul olan kompüter mütəxəssisi.
Döşəmə ştativi (tripod mount/stacker)
–
üçayaq tipli oturacağı olan qurğu.
Bəzən təkərləri və “durna”sı da olur. Bu ştativlər mikrofonu danışana tərəf
yönəltməyə, tuşlamağa, irəli çıxartmağa və dayandığı yerdən uzatmağa imkan
verir. Belə ştativlər, əsasən, telefilm çəkilişində kara gəlir, çünki çəkilişlərdə
aktyorların yerdəyişmələri ciddi nəzarətdə saxlanılır və onlar çəkiliş meydan
çasının nisbətən kiçik hüdudları ilə kifayətlənməli olurlar.
Dövlət yayımı (state cast)
–
dövlətin yaratdığı, maliyyələşdirdiyi, nəzarət
etdiyi, o cümlədən verilişlərin məzmununa müdaxilə etdiyi yayım.
Dramatizm (dramatic effect/dramatic nature/qualities tensity)
–
film və
tamaşalarda hadisələrin dramaya xas olan gərginliyi; dramatiklik; faciəlilik;
estetik kateqoriya; insan həyatının ziddiyyətlərini və münaqişələrini, insanın
onu əhatə edən ictimai və təbii mühitlə qarşılıqlı münasibətini əks etdirir və
ümumiləşdirir. D.in əsasını insan davranışlarının, ideyalarının, səylərinin,
ehtiraslarının dramatik münaqişəsi (konflikt) təşkil edir.
Dramaturgiya (the drama)
–
1) hər hansı bir sənətkarın, xalqın və ya dövrün
dram əsərlərinin məcmusu; 2) tamaça və ya filmin süjetobraz konsepsiyası
(TV və kino D.sının xarakterik forması ssenaridir); 3) dram əsərlərinin quru
luş prinsiplərini öyrənən incəsənət nəzəriyyəsi.
Dublyaj (dub)
–
nəyinsə surətini yaratmaq. Kinofilm fonoqramının başqa
dildə yenidən yaradılması. D.ın başlıca şərti ekranda aktyorun dodaqlarının
hərəkəti ilə mətnin tələffüzünün sinxronluğudur. Azərbaycanda ilk dəfə “Ça
payev” filmi (1937) dublyaj edilmişdir.
Düşən və dönən işıq (direct/indirect light)
–
çəkiliş səhnəsinə yönələn işığa
düşən işıq, çəkiliş səhnəsindən əks etdirilən işığa isə dönən işıq deyilir. Onla
rın hər ikisinin miqdarını hesablamaq üçün eksponometrdən istifadə olunur.
Düşən işığı ölçərkən eksponometri çəkilən obyektin yerinə qoyaraq növbə ilə
bütün işıq qaynaqlarına yönəldirlər. Bu zaman həmin cihaz nisbətən yüksək
göstəriciləri əks etdirir. Belə ölçü üsulu bir az gözəyarı sayılsa da, çox etibarlı