TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari


Montaj  sıçrayışı  (jump  cut)



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə160/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   156   157   158   159   160   161   162   163   ...   171

373

Montaj  sıçrayışı  (jump  cut) 

– 

buna  “qaçan  kadr”  da  deyilir.  Rakurs  və 



çəkiliş bucaqlarına görə oxşar olan, ancaq yüz faiz üst­üstə düşməyən eyni ob­

yektin iki planının bir­birinin ardınca yapışdırılması zamanı özünü göstərən 

montaj təhrifi. M. s. görüntülər arasında kəskin keçidləri xatırladır. Çünki bir 

plandan  digərinə  keçərkən  çəkiliş  obyektinin  vəziyyətinin  qəflətən,  kəskin 

şəkildə “tullanışları” o vaxt baş verir ki, montaj planının orta hissəsi kəsilir 

və planın əvvəli ilə axırı bir­birinə yapışdırılır. Planın əvvəlində və sonunda 

kadrdakı çəkiliş obyektinin ölçüsü və vəziyyəti eyni olmayanda seyrçiyə elə 

gəlir ki, obyekt ekranın bir hissəsindən digər hissəsinə “tullanıb”. Dərhal gözə 

çarpdığı  üçün  belə  tullanma  və  sıçrayışlardan  qaçmaq  lazımdır.  Hərəkətin 

kadr məkanında inkişaf axarını pozduğundan belə sıçrayışlar montaj yanlış­

lığı kimi qavranılır. Çəkilən obyekt qəfildən, həm də heç bir səbəbsiz ekranın 

digər küncündə peyda olursa, ardıcıl montaj effekti itir.



Montaj vərəqi (edit decision list) 

– 

bir montaj seansı müddətində yerinə 



yetirilməsi  nəzərdə  tutulan  bütün  montaj  əməliyyatlarının  siyahısı.  Ondan 

çox vaxt yubadılmış şəkildə və real zaman miqyasında icra olunmuş montaj 

əməliyyatlarını calaşdırmaq üçün istifadə olunur. M. v.­ində audio və videosı­

ra tam əksini tapır, uyğun taym­kodlar göstərilir.



Mozaik görüntü (mosaic screendisplay) 

– 

1) eyni, yaxud müxtəlif material­



lardan düzəldilən təsvir, naxış; təsvirin ekranda mozaika şəklində göstərilməsi. 

Videokameralarda “fade out/in” işi mozaika təsviri ilə də etmək mümkündür; 

2) hər hansı verilişdən, filmdən dinamik fraqmentlər göstərilməsi.

Mozaik veriliş (insulating mosaic) 

– 

məzmun, məna və formaca bir­biri ilə 



bağlanmayan ayrı­ayrı kiçik süjet, çıxış, müsahibə və digər təsviri materiallar 

toplusundan  ibarət  olan  veriliş  növü.  Məs.,  “Xəbərlər”,  yaxud  “Səhər”  tipli 

proqramlar M. v.­ə aiddir.

Mövzu-tema  (subjet/topic) 

– 

sənətkarın  hər  hansı  əsərində  qoyduğu  və 



müəyyən həyati material əsasında aşkara çıxardığı əsas məsələlərin məcmusu; 

əsərin bədii məzmununun əsas məqamı. M. t. süjetlərdə, motivlərdə, epizod­

larda işlənib hazırlanır.

Müstəqil  montaj  sənətçisi  (independent  editor) 

– 

montaj  texnikasını  və 



montaj texnologiyasını dərindən bilməklə yanaşı, teleproqramın yekun vari­

antını seçmək prosesində məsul qərar çıxarmaq səlahiyyəti olan şəxs. M. m. s.­

nə qısa məzmun yazılmış kağız, çəkilmiş materialla dolu onlarca kaset verilir; 

o, bunların hamısından təyin edilən verilişin xarakteri və tipinə uyğun gələn 

süjet hazırlamalıdır. M. m. s. hansı musiqi və səs effektlərini seçmək, yekun 

varianta hansı fonoqram fraqmentləri və çəkiliş planları artırmaq və hətta sü­

jeti  bütövlükdə necə qurmaq haqqında müstəqil qərar çıxara bilər. Ancaq bir 

qayda olaraq, proqramın quruluşçusu və ya rejissoru bu zaman son söz demək 

hüququnu özündə saxlayır.

Neytral keçid planı (neutral transitory plan) 

– 

montaj zamanı iki qeyri­ar­



dıcıl plandan faydalanmaq məqsədilə onların arasına vurulan plan. Adətən, 

neytral planda göstərilən obyekt ya frontal yöndən göstərilir, ya üzü ekrana 

olan kameraya yaxınlaşdırılır, ya da kameradan uzaqlaşdırılır.



374

Nyusmeyker  (newsmaker) 

– 

jurnalistlərin  diqqətinə  layiq  şəxs,  yaxud 



hadisə.  Hərfi  tərcümədə:  yenilik  yaratmağa  qadir;  mənaca  “newsbreak”  bu 

terminə yaxındır.



Obraz  (image) 

– 

gerçəkliyin  bədii  əksi.  Ümumi  ideyanın  konkret,  fərdi 



su rət lər  vasitəsilə  açıqlanması.  Bədii  O.­ların  yaradılması  predmetin  və  ya 

hadisənin  ən  vacib  və  xarakterik  cəhətlərinin  seçilməsi  və  əks  olunması  ilə 

bağlıdır. O, həm ağıla, həm də hisslərə təsir edir. Reklam O.­ı 

– 

reklam edi­



lən  şirkətin,  malın  hər  hansı  bir  işarə  (əşya,  predmet  və  s.)  vasitəsilə  təsvir 

edilməsidir.  Uğurlu  reklam  O.­ı  firmanın  və  ya  hər  hansı  məhsulun  vizual 

cəhətdən yaddaqalan olmasına kömək edir.

Obyektiv (object lens/objective) 

– 

1) həssas təbəqədə çəkilən əşyanın həqiqi 



təsvirini yaradan, ümumi sağanağa salınmış bir və ya bir neçə linza (bəzən isə 

həm də güzgü) şəklində mövcud olan optik sistem. O.­in bütün hissələrinin 

optik oxları ümumi optik oxun üzərində olur; 2) optik cihazın qabaq şüşəsi və 

ya şüşələri; 3) qərəzsiz, bitərəf.



Obyektivin  diafraqması  (opening/objective  diaphragm) 

– 

optik  sis tem­



də:  kinokamerada,  telekamerada,  fotoobyektivdə  işıq  şüalarının  məh dud­

laşdırılması və ya dəyişdirilməsi üçün xüsusi qurğu. Akustikada  

– 

mikrofo­


nun bir hissəsini təşkil edir və səs dalğalarını şüalandırır, yaxud qəbul edir.

Orta plan (medium close-up) 

– 

 iri planla ümumi planın arası; televizor ek­



ranında bir, yaxud bir qrup şəxsin bütöv və yaxud dizdən yuxarı təsviri.

Öyrədici  proqramlar  (cogmitive  programs) 

– 

qarşısına  auditoriyanı  ma­



arifləndirmək, onu müəyyən biliklər sistemi ilə təmin etmək, qarşısına tama­

şaçılarda mü əyyən zövq və dünyagörüşü formalaşdırmaq məqsədi qoymuş 

teleproqram. Ən klassik Ö. p. müxtəlif kütləvi formalardan istifadə etməklə 

tamaşaçılara ayrı­ayrı sahələrə (tarix, hüquq, coğrafiya, təbabət, dil öyrətmə, 

ətraf mühit, təbiət, mədəniyyət və s.) dair ardıcıl bilik verən proqram sayılır. 

Ö. p. teleradionun ilk illərindən tutmuş bu günədək bir çox yayım şirkətlərinin 

proqram siyasətində əsas yer tutur. ABŞ, Kanada, Yaponiya və s. kimi ölkələrdə 

auditoriyanın geniş bir hissəsini nəzərdə tutan və yalnız öyrədici proqramlar 

yayan ixtisaslaşmış telekanallar mövcuddur.

Özəl televiziya (private TV) 

– 

 əsas məqsədi müxtəlif mövzularda verilişlər 



hazırlayıb efirə verməklə auditoriya toplamaq və reklam cəlb edərək pul qa­

zanmaq olan qeyri­dövlət TV qurumu. Ö. t.­nı, bir qayda olaraq, hüquqi  və ya 

fiziki şəxslər təsis edir. Bəzi ölkələrdə Ö. t. ictimai TV­nin (məs., Böyük Brita­

niyada Ay­Ti­Vi kimi) funksiyasını yerinə yetirir. Ö. t.­da proqram siyasətini, 

yayım şəbəkəsinin əsas cizgilərini, kadr, əmlak və maliyyələşmə məsələlərini 

təsisçi özü həll edir.



Pablik-rileyşinz  (public  relations) 

– 

cəmiyyətlə,  ictimaiyyətlə  əlaqələrin 



yaradılması,  ictimai  informasiyanın  idarəetmə  sistemi;  ictimai  münasibətlər 

(vasitəli  reklam).  Müəyyən  ərazidə  veriliş,  onun  istehsalçısı  haqda  müsbət 

ictimai  fikir  yaratmaq  məqsədi  güdən  tədbirlər  kompleksi.  P.  r.­in  məqsədi 

nəzərdə tutulan auditoriyaya, korporativ maraqlara, ictimai rəyə təsir etmək, 

təşkilat haqqında müsbət imic yaratmaqdır.



Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə