TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari


Kinodramaturgiya  (film  drama)



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə158/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   154   155   156   157   158   159   160   161   ...   171

369

Kinodramaturgiya  (film  drama) 

– 

kinematoqrafiyanın  ədəbi  yaradıcılıq 



sahəsi. Bilavasitə söz formasında ortaya çıxan və dramatik, prozaik ədəbiyyatın 

və bir çox vasitələrindən istifadə edən K. öz süjetlərini onların sonrakı ekran 

həyatının vəzifələrinə uyğun olaraq yaradır,  işləyib­hazırlayır  və əks etdirir, 

eyni  zamanda  kinonun  spesifik  xüsusiyyətlərini  və  imkanlarını  nəzərə  alır. 

K.­nın  inkişafının  bütün  mərhələlərində  əsas  vəzifəsi  ekran  obrazlarını  söz 

vasitəsilə yaratmaqdır.



Kollaj  (collage) 

– 

təsviri  incəsənətdə  texniki  üsul;  rənginə  və  fakturasına 



görə fərqli materialların nəyə isə yapışdırılması. TV və qəzetlərdə də bu üsulla 

hazırlanan əsərlərə K. deyilir.



Kolliziya (collision) 

– 

bədii əsərdə süjet xəttinin inkişafının, xarakter, qüv­



və və hadisələr arasındakı mübarizənin əsasını təşkil edən bədii konflikt, mü­

naqişə, toqquşma.



Konformizm (conformism) 

– 

hazırda cəmiyyətdə və ya qrupda hakim olan 



quruluş, fikir, qavrama, davranış və digər anlayışların fərd tərəfindən dəyiş­

di rilməsidir. 



Kommersiya  televiziyası  (commercial  television) 

– 

reklam  sifarişçilərinə 



TV vaxtının satılmasından əldə olunan gəlir hesabına  maliyyələşən özəl TV 

sistemi; kommersiya prinsipi ilə işləyən TV.



Konstruktiv montaj (constructive editing) 

– 

kadrların lentdə müəyyən ar­



dıcıllıqla ­ düşünülmüş, aydın və əlaqəli şəkildə birləşdirilib yapışdırılması. 

Özündə  texniki  montajı  da  ehtiva  edən  K.  m.­ın  məqsədi  ekranda  hərəkəti 

düzgün göstərməkdir. Montajın bu növü iki əsas tələbə cavab verməlidir:  bi­

rincisi, kadr elə növbələnməlidir ki, hərəkətin ardıcıllığı məntiqi cəhətdən düz­

gün olsun; ikincisi isə hər kadrın uzunluğu elə seçilməlidir ki, onun məzmunu 

tamaşaçıya qaranlıq qalmasın.



Kontent  təhlil  (content  analysis) 

– 

sosial  informasiyanın  məzmununun 



dolayı  yolla,  yəni  qəzet,  radio,  TV  verilişləri  vasitəsilə  öyrənilməsi.  An­

ket  sorğularına  açıq  cavablar  da  K.  t.  növü  sayılır.  K.  t.­in  əsas  mahiyyəti 

müəyyən məlumatlar toplusu içərisində jurnalisti, tədqiqatçını maraqlandıran 

məsələlərin necə əksini tapmasını öyrənməkdir. Bu üsulla mətnin mahiyyətini, 

naşirin,  jurnalistin  məqsədini,  auditoriyanın  maraqları  ilə  bağlı  proqnozları 

öyrənmək mümkündür. K. t. mətnin, informasiya şəbəkəsinin bütöv təhlilini 

verməyə imkan yaradır.

Kontrapunkt (counter point) 

– 

hərfi mənası: “nöqtəyə qarşı nöqtə”.1) polifo­



niya, başqa sözlə, iki və daha çox müstəqil melodiyanın (səsin) eyni zamanda 

uyumlu səslənişi və inkişafı, çoxsəslilik növü; 2) başlıca melodik səsi izləyən 

melodiya; 3) k.­u çoxsəslilik biçimi kimi öyrənən fənn; 4) TV­də səs, söz və 

təsvirin tama çevrilməsi, uzaqlaşaraq vahid məzmun 

– 

harmoniya yaratması; 



sözlə təsvirin eyni deyil, müxtəlif mənaları (informasiyaları) ifadə etməsi.

Köməkçi  işıq  (auxiliary  illumination) 

– 

əsas  işığa  uyğun  olaraq  qurulan 



yardımçı, ikinci dərəcəli işıq.

Kulminasiya  (culmination) 

– 

xarakter  və  situasiyaların  toqquşması  anı; 



müəllif  mövqeyinin  həyata  keçməsinin,  düşüncənin,  yaxud  münaqişənin 


370

gərginliyinin ən yüksək nöqtəsi. Kinoda və ədəbiyyatda 

– 

bədii əsərin kom­



pozisiyasının tərkib hissəsi; süjet xəttinin inkişafının ən gərgin anı, zirvəsi. K.­

da konflikt həlledici dönüş nöqtəsinə çatır və açılış mərhələsinə daxil olur. K. 

əsərdə qoyulan problemi kəskinləşdirir, qəhrəmanın xarakterinin açılmasında 

həlledici rol oynayır.



Kuluar (lobby)  

– 

parlamentdə, hökumət idarələri binalarında, teatr, konsert 



salonlarında, çəkiliş pavilyonlarında, videoyazı studiyalarında istirahət, qeyri­

rəsmi görüşlər, söhbətlər və fikir mübadiləsi üçün əlavə otaq (lar), dəhliz.



Kütləvi kommunikasiya (mass comunication) 

– 

müxtəlif vasitələri öyrənən 



intizamdır. Bunun köməyi ilə ayrı­ayrı insanlar və təşkilatlar eyni anda geniş 

kütləyə mobil rabitə, internet, sosial şəbəkələr vasitəsi ilə informasiyanı ötü­

rür.  

Qabarıq linza (convex lens) 

– 

ox qalınlığı kənarların qalınlığından artıq (qa­



barıq) olan linza. Q. l.­lara ikili­qabarıq, yastı­qabarıq və çökək­qabarıq linza­

lar aiddir.



Qaranlıqdan  peyda  olma  (exposure  development  shot) 

– 

ekspozisiyanın 



normal səviyyəyədək tədricən böyüdülməsi yolu ilə yerinə yetirilən kinoçəkiliş 

üsulu. Bundan sonra kinoçəkiliş (dayanmadan) adi qaydada davam etdirilir.



Qeyri-xətti montaj (hard disc editing/non- linear editing) 

– 

məqsəddən asılı 



olaraq təsvirlərin qeyri­ardıcıl, sərbəst şəkildə seçilməsinə və düzülməsinə im­

kan verən montaj üsulu; montajın proqram qoyulmuş kompüterdə aparılma­

sı. Bir qayda olaraq, rəqəmli təsvirlərin montajı (kompüterdə) zamanı tətbiq 

olunan bu üsul hazır materialdan istənilən təsviri çıxarmağa, yaxud hansısa 

zəruri kadrı asanlıqla əlavə etməyə imkan verir. Bu zaman montaj materia­

lının  ümumi  strukturunu  dəyişməyə,  lenti  köçürməyə,  yaxud  əlavə  montaj 

əməliyyatı aparmağa ehtiyac qalmır. Q. x. m.­ı çox vaxt “kompüter montajı” 

da adlandırırlar.



Qrafika (drawing/graphics) 

– 

TV­də də tez­tez müraciət olunan təsviri sənət 



növü; ştrix və cizgilərlə şəkil çəkmə üsulu; bu üsulla çəkilmiş şəkillər; kitab 

rəsmləri,  plakat  və  karikaturalarda  istifadə  olunan  rəsm  sənəti  növü;  rəsm, 

qravüra, litoqrafiya və s. sahələri əhatə edir. Forma etibarilə rəsmə əsaslanan 

Q. özünəməxsus ifadə vasitələrinə və bədii imkanlara malikdir. Q.­da rəngin 

rolu nisbətən məhduddur. Kontur xətlər, cizgi, ləkə, həmçinin rəsm çəkilən 

əsas materialın 

– 

kağızın ağ yerliyi (nadir hallarda rəngli və qara) Q.­nın əsas 



bədii  vasitələridir.  Reklam  qrafikası  rəsmdən  ifadə  vasitələri  ilə  fərqlənir. 

Onun əsasını cizgilər və kontur xətlər təşkil edir. TV­də kompüter qrafikasının 

əsasında da Q. prinsipləri dayanır.

Qreyzinq (grassing ot çeynəmək) 

– 

televizor qarşısında əyləşib pultla müx­



təlif kanallara keçərək seyr etmək anlamını verir.

Layihə (design/project) ­ çəkiləcək film, veriliş, yaradılacaq studiyanın, qur­

ğunun, məlumatın quruluşu və s. haqqında lazımi təsəvvürü verən və sonra­

kı mərhələdə iş sənədlərinin hazırlanması üçün zəruri məlumatı əks etdirən 

sənədlər toplusu.



Leybl (label) 

– 

yarlıq, nişan, damğa. Telekompaniya və proqramların tanın­



ma nişanı, onların adını, mənsubiyyətini və s. göstərən etiket. 


Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə