TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari


Macəra  filmi  (adventure  film)



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə159/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   155   156   157   158   159   160   161   162   ...   171

371

Macəra  filmi  (adventure  film) 

– 

daha  çox  tamaşaçıların  əylənməsi  üçün 



çəkilən  kəskin  süjetli,  qeyri­adi  hadisələrdən  və  qəhrəmanların  müxtəlif 

sərgüzəştlərindən bəhs edən ekran əsəri.



Maklüenizm (McLuhanism) 

– 

Kanada sosioloqu və TV nəzəriyyəçisi Marşall 



Maklüen  tərəfindən  yaradılan  kommunikasiya  sahəsinin  əsas  müddəalarını 

ifadə edən konsepsiya. Əsasını “vasitə özü məlumatdır” tezisi təşkil edən bu 

konsepsiya  elektron  KİV­i  insanın  hiss  orqanlarının  davamı  kimi  nəzərdən 

keçirir. Bu nəzəriyyəyə görə, cəmiyyətin inkişafı ənənəvi ictimai­iqtisadi for­

masiyalarla  (feodalizm,  kapitalizm  və  s.)  deyil,  kütləvi  ünsiyyət  sahələrinin 

tərəqqisi ilə müəyyənləşir və bu da insana ətraf mühiti qlobal miqyasda dərk 

etmək imkanı verir.

Manipulyasiya (manipulation) 

– 

1) aldatmaq, hiyləyə əl atmaq, ictimai fikri 



çaşdırmaq, fırıldaq; çirkin məqsədlərə nail olmaq üçün verilişlərdə, xüsusən 

informasiya proqramlarında faktları qəsdən təhrif etməklə fikri azdırmaq; 2) 

teleqraf  siqnallarının  verilməsində  iş  prosesinin  radioverici  vasitəsilə  idarə 

olunması.



Marketinq (marketing) 

– 

bazarda (o cümlədən, TV bazarında) fəaliyyət. Ba­



zarın hərtərəfli tədqiqi əsasında istehsal və satışın idarə olunması. M.­in əsas 

funksiyaları: mal çeşidinin, əməliyyatlarının planlaşdırılması, reklamın təşkili, 

malın saxlanılması və nəql edilməsi, servisə nəzarət və s. M.­in əsas vəzifəsi 

istehsalı bazar tələblərinə uyğunlaşdırmaq üçün şərait yaratmaq, malın isteh­

salçıdan son istehlakçıya qədər yolunu təmin etməkdir.

Maska  (mask) 

– 

1)  tok­şoularda  çıxış  edən  əsas  iştirakçının  tanınmaması 



üçün üzünə, yaxud da gözünə taxdığı örtük; göz yerlərinə taxılan üzlük; 2) 

xalq  oyunlarında,  tamaşa  zamanı  artistlərin  üzlərinə  taxdıqları  insan  və  ya 

heyvan şəkilli üzlük.

Mediatənqid (media criticism) 

– 

kütləvi informasiya vasitələrinin yaradıcı 



prosesini izləyərək nəzəri təhlinini verən xüsusi elm sahəsi. Televiziyaşünaslı­

ğa yaxın sahə hesab olunur.



Mərkəzi aparat otağı (central apparatus room/master) 

– 

TV mərkəzinin baş 



kommutasiya ­ paylaşdırıcı qovşağı; APB. ASK­nın tərkibinə daxil olan M. a. 

o. aparat otaqlarının qarşılıqlı şəkildə birləşdirilməsi, eləcə də TV yayımının 

paylaşdırıcı şəbəkəsi ilə canlandırılması üçün nəzərdə tutulub.

Məsul redaktor (editor-in-chief) 

– 

mətbu nəşrə rəhbərlik edən baş redaktor 



(redaktor), yaxud onu əvəz edən şəxs; teleradio təşkilatında verilişlərin (proq­

ramların) yayımına (efirə getməsinə) icazə verən və bu yayım üçün cavabdeh 

olan şəxs.

Mikşer  (mixer) 

– 

fonoqram  yazılışı  pultu,  müxtəlif  xətlərdə  və  kanallar­



da  olan  səsi  uyğunlaşdıran,  seçən,  qarışdıran,  tezliyi  dəyişdirən  qurğu.  M., 

adətən,  dördkanallı  olur:  birinci  və  ikinci  kanallar  mikrofon,  monocihaz­

lar kimi təksəsli girişlərdə,üçüncü və dördüncü kanallar isə stereogirişlərdə 

istifadə edilir; 2) montaj zamanı bir kadrdan digərinə plastik keçidi təmin edən 

pult qurğusu.

Moderator (moderator) 

– 

hər hansı problemə (mövzuya) münasibətdə bir­



birinə zidd mövqe tutan adamların toplaşdığı “dəyirmi masa” tipli verilişlərin 


372

aparıcılarına  bəzi  Qərb  ölkələrində  verilən  ad.  M.­un  əsas  vəzifəsi  tərəflər 

arasında  yaranan  mübahisəni  səmərəli  məcraya  yönəltmək,  vaxt  balansını 

ədalətlə  müəyyənləşdirmək,  çıxış  edənlərin    mövzudan  uzaqlaşmasına  im­

kan  verməməkdir.  M.  mübahisə  və  diskussiyaların  iştirakçısı  deyil,  yalnız 

istiqamətləndiricisidir.



Monitor (monitor) 

– 

təsvirin keyfiyyətinə, kadrın quruluşuna və s. vizual 



nəzarət etmək üçün studiyada və rejissor pultunda qoyulan videonəzarət qur­

ğusu, TV aparatı. Videoyazı, yaxud efirə canlı gedən verilişin təsvir keyfiyyəti 

M.­da izlənilir. Bəzən studiyadankənar çəkilişlərdə də M.­dan istifadə edilir. 

Kompüter sistemində isə M. (displey) mətn və qrafiki informasiyanın ekrana 

çıxarılması üçündür. Burada M. videoadapter adlanan xüsusi aparat qurğusu­

nun idarəsi altında işləyir.



Montaj (edit) 

– 

çəkilmiş filmin, publisistik, ədəbi, musiqili və s. verilişin ayrı­



ayrı hissələrinin (epizodların), parçalarının bədii və məna cəhətdən bütöv, dol­

ğun, tam hala gətirilməsi; çəkilən təsvirlərin məqsədəuyğun şəkildə seçilərək 

birləşdirilməsi; filmin ardıcıl çəkilməyən səhnələrinin ssenariyə uyğun ardıcıl 

seçilməsindən , yəni tamaşaçılara ekranda göstəriləcək qaydada düzümündən 

ibarət yaradıcılıq əməliyyatı. Bu proses montajın texniki mahiyyətidir. Lakin 

M.­ın,  həm də sırf yaradıcılıq cəhətləri var. M. filmin yaradılmasının bütün 

mərhələlərində ­ ssenaridə, operator işində və çəkilmiş materialın şərhində, 

təsvirin səslə birləşdirilməsi prosesində zəruridir. Müxtəlif janrlı filmlərdə M.­

ın müxtəlif üsulları tətbiq olunur. Lakin kinematoqrafik təsirin bütün digər 

elementləri kimi M. da həmişə kino əsərinin zəruri tərkib hissəsidir. TV M.­ını 

iki mərhələyə ayırmaq olar: proqramın istehsal prosesindəki montajı və isteh­

saldan sonrakı montaj. M.­ın konstruktiv, paralel, ardıcıl, dinamik (çevik), rit­

mik, çarpaz, assosiativ və s. növləri vardır.

Montaj  keçidləri  (edit  transition) 

– 

hadisənin  yeri  haqqında  informasiya 



bildirən ünvan planından  sonra standart montaj üsuluna uyğun olaraq hər 

hansı detalın iri planına keçilməsi.



Montaj ritmi (editing rhythm) 

– 

ardıcıl montaj zamanı keçidlərin müəyyən 



ahəngə, ritmə uyğunlaşdırılması. Adətən, bu ritmi göstərilən hadisənin ahəngi 

(ya iştirakçıların hərəkətləri, ya da dialoqda) müəyyənləşdirir. Dinamik mon­

tajda ritm hadisəyə nisbətdə kənar amillərdən daha çox asılıdır. M. r.­ni daha 

çox  yayılmış  iki  üsul  ­  musiqiyə  və  zamana  görə  montaj  üsulları  müəyyən 

edir:  a)  Musiqi  əsasında  montajda  musiqi  əsərinin  ritminə  və  ya  melodiya­

sına uyğun olaraq əlaqəli və ya əlaqəsiz  planların bir­birinə calağı 

– 

yapış­


dırılması  əsas  tutulur.  Belə  montaj  zamanı  plandan­plana  keçid  musiqinin 

ölçüsünə, ahənginə tam uyğun şəkildə, heç bir əyintisiz həyata keçirilir. Daha 

maraqlı  montaj  çözümlərində  plan  keçidləri  melodik  biçimə,  musiqi  tempi­

nin və səslənmə intensivliyinin dəyişməsinə uyğun olaraq gerçəkləşdirilir.; b) 

Zamana görə montaj deyəndə isə planın davametmə müddətini zamana görə 

yox, zaman kəsiyinə görə müəyyənləşdirmək üsulu nəzərdə tutulur. Məsələn, 

ayrılıqda hər planı iki saniyə sürən bir silsilə keçid etmək olar; yaxud həmin 

planları musiqinin ölçüsünə görə montaj etmək də mümkündür. Bu zaman 

müxtəlif uzunluqlu planların bir­birini əvəzləyib təkrar etməsi montajın ritmi­

ni müəyyənləşdirəcək.




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə