TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə162/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   158   159   160   161   162   163   164   165   ...   171

377

Proqram (program) 

 1) ekran və efirə gedən verilişlər toplusu; müəyyən 



bədii  ideya  prinsipində  hazırlanmış  verilişlər  sırası;  2)  təşkilatın,  yaxud 

müəyyən xadimin fəaliyyətinin əsas müddəalarının şərhi.



Proqram rejissoru (broadcasting director) 

– 

konkret efir günündə verilişlərin 



proqram üzrə ardıcıllıqla efirə getməsini izləyən buraxılış rejissoru; videore­

jissor.


Proqramların  tipinin  müəyyənləşdirilməsi  (program  type  definitions) 

– 

kütləvi auditoriyanın maraqlar spektri nəzərə alınmaqla efir vaxtının səmərəli 



bölüşdürülməsi.  Əsas  proqram  dairəsi  tipinə  bunlar  daxildir:  informasi­

ya,  aparıcı­analitiklərin  şərhləri  və  hava  haqqında  məlumat,  idman,  ticarət 

yenilikləri ilə müşayiət olunan yerli, ümumdövlət, beynəlxalq xəbərlər proq­

ramları;  lokal,  dövləti,  yaxud  beynəlxalq  xarakter  daşıyan  diskussiyaların, 

söhbətlərin, çıxışların, şərhlərin, forumların, dəyirmi masaların daxil olduğu 

ictimai məsələlər proqramları; iqtisadi proseslər, biznes, marketinq və kənd 

yerlərində  həyatın  digər  sahələrinə  dair  problemlərə  toxunan  proqramlar; 

musiqi  verilişlərini,  teatr  tamaşalarını,  oyunları  və  s.  əhatə  edən  əyləncəli 

proqramlar; əyləncəli­musiqili verilişlər, teatr tamaşaları, xəbərlər və oyunlar 

şəklində dini proqramlar; idman, tədris proqramları və s.



Proqramlaşdırma  (programming) 

– 

1)    efirə  gedəcək  TV  və  radio 



verilişlərinin müəyyən müddət üçün ardıcıllıqla tərtib edilməsi; bu verilişlərin 

efir vaxtının (gün, saat) və həcminin qabaqcadan müəyyənləşdirilməsi; 2) hər 

hansı  məsələnin  elektron  hesablama  maşınında  həlli  üçün  proqramın  tərtib 

olunması.  P.­nın  mühüm  bölməsi  avtomatik  P.­dır.  Bu,  hesablayan  maşın 

üçün proqramın tərtib üsullarını öyrənir.

Pult (desk/stand) 

– 

1) kameranı, ekranı və s. obyektləri müəyyən məsafədən 



idarə etmək üçün üzərində cihazlar qurulmuş xüsusi stol, stend və s. şəklində 

qurğu; studiyanı uzaqdan idarə etmək üçün texniki vasitələr məcmusu; 2) uca 

dayaqlar üstündə duran maili çərçivə şəklində not altlığı.

Rakurs  (fore/shortening) 

– 

baxış  bucağı;  çəkilən  predmetə  baxış  nöqtəsi; 



məqsəddən asılı olaraq tətbiq edilən operator sənəti üsulu; çəkiliş zamanı op­

tik oxun mailliyi; əşyanın kinokameraya çəkiliş nöqtəsinə nisbətən vəziyyəti. 

Bu zaman daha uzaq hissələrin perspektivli ixtisarı müşahidə olunur. Kino­

kadrlarda kinoçəkiliş aparatına yaxın olan çəkiliş obyekti hissələri böyüdülə 

bilər. Təsviri montaj kompozisiyası üçün R. geniş istifadə olunur. R. Müəllifin 

ideyasını  ifadə  etməyə,  montaj  parçalarında  hadisənin  dinamikasını  nəzərə 

çarpdırmağa xidmət edir.

Rapid-çəkiliş  (rapid  shooting) 

– 

sürətli  kinoçəkiliş:  saniyədə  yüz  və  min 



dəfələrlə  tezlikli  kadr  çəkilişi;  bəzən  yavaşıdılmış  hərəkət  effekti  yaradan 

çəkiliş üsulu. Bu effekti həm kamera ilə çəkiliş anında, həm də montaj zamanı 

yaratmaq mümkündür.

Realiti-şou (reality-show) ­ məhkəmə, tibbi, kriminal problemlərlə bağlı te­

leproqram tipi. R. ş. Qərb TV­lərində geniş yayılmışdır.



Redaktor  (editor)  ­  efir  üçün  hazırlanan  verilişə  cavabdeh  olan,  verilişin 

ideoloji  istiqamətindən  tutmuş,  fakt  və  informasiyaların  dəqiqliyi  nə  qədər 




378

hər şey üçün məsuliyyət daşıyan şəxs; çap edilən əsərə rəhbərlik edən, onun 

məzmununu təsdiq edən şəxs.

Rejim çəkilişi (mode shooting) 

– 

günün batma anında xüsusi təsviri effekt 



almaq məqsədilə aparılan çəkiliş.

Rejissor  (producer) 

– 

ekranda  müəllif  ideyasını  (ümumiyyətlə,  hər  hansı 



ideyanı) gerçəkləşdirən əsas yaradıcı sima; TV, radio, kino və teatr əsərlərində 

əsas  hərəkəti,  dramaturji  gedişi  müəyyənləşdirən,  əsas  mizanları  verən, 

bütövlükdə əsərin tərtibinə və quruluşuna rəhbərlik edən şəxs; bədii rəhbər. 

R. konkret bir filmin çəkilişi ilə bağlı yaradıcılıq və istehsalat işinə başçılıq edir. 

R.  ssenari  əsasında  filmin,  tamaşanın,  verilişin  ideya­bədii  çərçivəsini,  əsas 

istiqamətini,  formaya  uyğun  olan  bədii  düşüncəni  müəyyənləşdirir  və  onu 

aktyorların, operatorların, rəssamların, bəstəkarların, eləcə də yaradıcı qrupun 

digər iştirakçılarının birgə işinə rəhbərlik etməklə tam hala salır.



Rejissor  ssenarisi  (script  of  production) 

– 

filmin  məzmununu  açmaq  və 



onun gerçəkləşdirilməsi üçün rejissorun ssenari üzərində apardığı yaradıcı­

lıq işini əks etdirən ssenari növü. R. s. ədəbi ssenari (yaxud libretto) əsasında 

işlənir. Bu ssenaridə bütün film epizodlar və kadrlar üzrə bölünür, eyni za­

manda, hər kadrın uzunluğu (metrlə), məzmunu, musiqi və səs effektləri ilə 

müşayiəti ayrıca göstərilir. Başqa sözlə, R. s.­ində  filmin hansı parçalardan 

(epizod və kadrlardan) yığılacağı, hər kadrda nəyin təsvir olunacağı və necə 

çəkiləcəyi aydın göstərilir.

Rejissura (producing/production) 

– 

obrazlı tam kimi filmin estetik və məna 



təşkilinə  yönəlmiş  peşəkar  fəaliyyət  sahəsi.  Kinoda  və  TV­də  R.  çəkilən  fil­

min, verilişin məzmun formalarının bütün komponentlərini vahid sistem və 

idarəçilikdə birləşdirmək yolu ilə həyata keçirilir.

Reklam  çarxı  (advertise  roller) 

– 

dəfələrlə  ekranda  nümayiş  etdirilmək 



üçün nəzərdə tutulan və qruplaşdırılaraq ayrıca kasetə yazılan reklam, yaxud 

reklamlar bloku.



Reklam  fasiləsi  (advertising  break/commercial  breal/pug) 

– 

R  və  TV 



verilişlərini kəsən, auditoriyanın diqqətini kommersiya informasiyasına cəlb 

edən qısa müddət. Lakin filmlərin, konsertlərin, oyunların və digər janrların 

tam mənimsənilməsinin pozulması reklam fasilələrinə və bütövlükdə reklam 

yayıcılarının qıcıqlandırıcı fəaliyyətinə mənfi münasibət yaradır.



Reportaj (report/reporting) 

– 

1) olayın işindən xəbərləmə; xəbər vermək; baş 



verən hadisələr haqqında dolğun, operativ informasiya. Olayın başvermə za­

manı ilə həmin olayın xəbərlənməsi üst­üstə düşür, yaxud olayı baş verdiyi za­

manda izləyən jurnalist gördüklərini sonra xəbərləyir; 2) daxili və beynəlxalq 

həyatda  baş  verən  hadisələr  haqqında  məlumat  toplanması  və  verilməsi 

(mətbuat, radio, TV vasitəsilə); 3) jurnalistlik fəaliyyətinin bir növü; 4) müx­

birin şahidi olduğu hadisə barədə radio, TV üçün verdiyi operativ məlumat; 

jurnalistikanın  xəbər  janrlarından  biri.  R.­da    hadisənin,  təzahürün,  müəllif 

tərəfindən faktların seçilməsinin fərdi mənimsənilməsi ön plana çəkilir. Kino­

reportaj müəllifin şahidi olduğu faktların özünün maraq doğurduğu informa­

siya xarakteri daşıyır. Xronikal kinojurnallar buna nümunə ola bilər. Yaxşı ki­




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə