TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə165/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   161   162   163   164   165   166   167   168   ...   171

383

edir. Adətən, Ş. əvvəlcə verilişdə aktyor, təhqiqat, müzakirə xarakterli proq­

ramda isə jurnalist aparıcı olur. Hər iki halda Ş. çevik olmalı, aktyor istedadı 

göstərməlidir.  Ş.  verilişin  mövzusunu  elan  edir,  ekspertlərin,  auditoriyanın 

rəyini soruşur, müxtəlif baxışları qarşı­qarşıya qoyur, söhbətin qızğın inkişa­

fına mane olur, onu kulminasiyaya çatdırır. Ş. hər an adamlarla psixoloji kon­

takt  yaratmağı, auditoriyanı öz iradəsinə tabe etməyi bacarmalıdır.

Telesuflyor (autocue) 

– 

TV­də hər hansı məlumatın (əsasən informasiya ma­



teriallarının), çıxışın mətnini nəzərə çarpmadan oxumaq üçün xüsusi qurğu.

Teletamaşaçının gündəliyi (audiolog)  

–  


xaricdə bəzi şirkətlərin teleauditori­

yanın sayı, onun demoqrafik, sosial tərkibi haqqında müəyyən etdiyi məlumat. 

Bu  məlumatlardan  hər  hansı  verilişin  kütləviliyinin  müəyyənləşdirilməsi 

üçün istifadə edilir.



Televiziya  filmi  (telefilm/vidpic) 

– 

TV  verilişləri  şəbəkəsi  ilə  göstərilmək 



üçün yaradılan və xüsusi çəkiliş ­ montaj texnologiyası olan film. T. f.­ndə TV­

nin texniki imkanları və tamaşaçıların televizor ekranındakı təsvirləri qavraya 

bilməsi xüsusiyyətləri nəzərə alınır. T. f. bədii quruluşuna 

– 

ümumi planların 



sayca az olmasına, kadrda təsvirin çox xırda detallarının verilməməsinə, kadr­

da sıxlıq diapazonunun kiçikliyinə və təsvirdəki kontrastlığın zəifliyinə görə 

kinofilmlərdən fərqlənir. T. f.­nin kino metodları ilə çəkilişində həm 35 mm, 

həm də 16 mm­lik neqativ və dönər kinoplyonkalardan istifadə olunur. Vide­

onun meydana gəlməsindən sonra T. f. əsasən videolentə çəkilir.

Televiziya verilişləri (TV programs) 

– 

TV yayımı üçün nəzərdə tutularaq 



hazırlanan, təşkilati və tematik baxımdan TV proqramlarının ayrıca,  bitkin 

hissəsi sayılan məlumat və digər materiallar toplusu; kütləvi xəbərləmə, maa­

rifçilik, əyləndirmək, əhalinin mədəni istirahətini təşkil etmək vasitələrindən 

biri. T. v.ictimai rəyin formalaşmasına təsir göstərən vasitə kimi də nəzərdən 

keçirilir.

Temp (speed/rate) 

– 

verilişin, oxunun, danışığın, musiqi əsərinin vaxtla əla­



qədar ifa olunma sürəti. Bütöv əsərin, yaxud onun bir hissəsinin daimi T.­i 

notda XVII əsrdən italyan terminləri ilə işarə olunur. EE danışığının, yaxud 

kadrarxası mətn oxunuşunun normativ T.­i mövcuddur.

Temperament (temperament) 

– 

danışıqda və hərəkətdə coşqunluq, ehtiras, 



həvəs,  xasiyyət;  şəxsiyyətin  fərdi  xüsusiyyətlərinin  onun  psixi  fəaliyyətinin 

dinamikasını  səciyyələndirən  məcmusu.  T.  hisslərin  gücündə,  onların 

dərinliyində,  yaxud  səthiliyində,  gedişinin  sürətində,  sabit liyində  və  tez 

dəyişməsində təzahür edir.



Tədris (training, tutoring)  

– 

şagirdin bilik və bacarıqlarının kəmiyyət və 



keyfiyyətini lazımi səviyyəyə qaldıran təhsil fəaliyyətinin bir növüdür. 

Titr (title/lettering/caption) 

– 

kinofilmlərdə, TV verilişlərində məzmuna aid 



informativ, izahedici yazı və ya danışıq mətninin yazı ilə əks etdirilməsi.

Tok-şou (talk-show) 

– 

hərfi mənada: danışıq tamaşası. Studiyada ictimai­



siyasi, elm, incəsənət və mədəniyyət xadimlərinin, habelə müxtəlif tərkibli au­

ditoriyanın (və ekspertlərin) iştirakı ilə hazırlanan veriliş forması. Müsahibə 

və diskussiya janrlarının əlamətlərini özündə birləşdirən T­ş., adətən, sərbəst 

şəraitdə  aparılır.  Daha  çox  aparıcının  fərdi  keyfiyyətlərinə  və  şəxsiyyətinə 




384

söykənən T­ş.­da hər hansı problemin dərin və ciddi müzakirəsi istisna edi­

lir. Əksər hallarda aktual problemlərin tədqiqinə həsr edilən T.­ş. əyləncəli, 

qalmaqallı mövzularda olub, kəskin diskussiya və situasiyalarla müşayiət olu­

nur. İlk T.­ş. ABŞ TV­lərində yaranıb.

Ton (tone) 

– 

1) oxu və ya danışıq zamanı gərginləşmiş səs tellərinin ritmik 



şəkildə  (ahəngdar) rəqsetmə tezliyi ilə müəyyənləşən səsin fiziki keyfiyyəti; 

nitqin ahəngdarlığını (melodika) təmin etmək üçün səsin qalxması və enməsi. 

Əsas  ton  (sadə  ton)    ­  saitlərin  akustik  əsasını  təşkil  edən  və  onların  yaxşı 

eşidilməsinə imkan verən səs tonu. Səs tonu 

– 

hava təzyiqi nəticəsində bir­



birinə yaxınlaşmış gərgin səs tellərinin titrəyişi (vibrasiya) ilə əmələ gələn səs

2) rəng keçidlərini özünə tabe edən rəng ahəngi. Ekran əsərinin koloriti, həm 

də rəng T.­u ilə müəyyənləşir.

Uzaq  plan  (zoom  plan) 

– 

bütövlükdə  hadisə  yerini,  şəraitin  ümumi  ab­



havasını  seyrçiyə  göstərmək,  adamlarla  əşyaların  məkandakı  nisbətlərini 

anladan görüntü. U. p.­ın çatışmazlığı odur ki, tamaşaçı detalları, incəlikləri 

görmür.  Məsələn, o, futbolçunun topu qovduğunu seyr edə bilir. Ancaq topu 

itirərkən futbolçunun üzündə hansı ifadə yarandığını görmür. U. p. görünən 

mənzərə barədə ən ümumi təsviri oyadır. Bu planın əsas üstünlüyü odur ki, 

seyrçiyə fikrini cəmləmək, ekranda baş verənləri saf­çürük etmək, düşünmək 

imkanı yaradır. Yəni seyrçinin fikrini özündə cəmləşdirməklə, diqqətin xırda 

detallara yayınmasının qarşısını alır.



Uzaqlaşdırma 

– 

yaxınlaşdırma (zoom) 



– 

çəkiliş zamanı kameranın irəliyə, 

yaxud geriyə hərəkəti ilə fokus məsafənin dəyişdirilməsi. U­y. prosesi kame­

ranın dayanmadan, fasiləsiz hərəkəti ilə və bir uzun planla gerçəkləşdirilir. 

U.  iri  plandan  ümumi  plana  keçərək  obyektin  kiçildilməsi,  Y.  isə  obyektin 

böyüdülməsi və tamaşaçıya yaxınlaşdırılması deməkdir.



Ünvan planları (adress plan/narrow plan) 

– 

montaj prosesində tamaşaçıları 



hadisənin yeri və hadisə iştirakçılarının nisbi yerləşdirilməsi ilə tanış edən eks­

pozisiya və ya köklənmə planı. Ü. p.­ın köməyi ilə hadisənin yerini seyrçilərə 

göstərəndən sonra məntiqi olaraq ardıcıl montajın bir sıra digər üsulları ortaya 

çıxır.


VHS (video home system)  

– 

ev videosistemi.  JVC şirkəti tərəfindən istehsal 



olunan və 1976­cı ildə Yaponiya bazarına verilən videoyazının bənzər forma­

tıdır.  


Videoklip (videoclip) 

– 

kadrların qısamüddətli, bədii şəkildə ard­arda yı­



ğılmasıdır.   

Videoplyonka (video film)  

– 

audiovizual informasiyanı yazma, saxlama və 



oxuma üçün nəzərdə tutulan maqnit lentdir. 

Virual (virual) ­ mümkün olan, müəyyən şəraitdə üzə çıxa bilən, yaxud çıx­

malı olan gerçəklik.



Vizual  (visual) 

– 

adi  gözlə  və  ya  optik  cihaz  vasitəsilə  görünən  tamaşaçı 



müşahidəsidir. 

Yardımçı kadrlar (auxiliary frames) 

– 

montaj vaxtı hər hansı epizodun tam, 



bitkin  hala  gətirilməsi,  bütövləşdirilməsi  üçün  istifadə  olunan  köməkçi,  ara 

planlar; əlavə kadrlar.




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə