TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə163/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   159   160   161   162   163   164   165   166   ...   171

379

noreportaj yaratmağın çətinliyi ondadır ki, bəzən həyatda baş verən hadisələr 

ekranda tamamilə başqa cür görünə bilər.

Reportyor (reporter) 

– 

ən yeni, ən qaynar xəbərləri axtarıb tapan və ope­



rativ şəkildə hazırlayıb efirə verən TV və radio müxbiri. Qəzet, jurnal, radio, 

TV  redaksiyasının,  habelə  məlumat  agentliyinin  həmin  təşkilata  lazım  olan 

məlumatı operativ və dolğun şəkildə toplayıb xəbər verən əməkdaşı. R. hadisə 

mərkəzində birinci olub hər şeydən tez xəbər tutmağa, məlumat toplayıb efirə 

verməyə  çalışır.  R.­un  işinə  verilən  əsas  tələblər  vacib  və  aktual  informasi­

yanın  tez  toplanması,  operativlik,  materialın  emosional  tərzdə  verilməsi  və 

dəqiqliklə bağlıdır.

Reproduksiya (reeproduction) 

– 

yenidən çap olunmuş, yaxud üzü çıxarıl­



mış şəkil, rəsm və s. görüntü. R. poliqrafik və ya fotoqrafik üsulla şəkil, rəsm, 

çertyoj və çap olunmuş mətnin, hər hansı bir sənət əsərinin surətinin istənilən 

sayda çıxarılması deməkdir.

Reytinq  (rating) 

– 

konkret  proqramın  (bəzən  ayrı­ayrı  aparıcıların)  tama­



şaçı  auditoriyasının  müxtəlif  sosial  təbəqələri  arasında  populyarlığını  təsbit 

və əks etdirən statistik informasiya. Daha çox reklam sifarişçisinin istifadə və 

istinad etdiyi R. hər hansı telekanala, yaxud  konkret verilişə baxan tamaşaçı 

sayının  faizlə  ifadəsidir.  KİV  sahəsində  R.  vasitəsilə  bu  və  ya  digər  verilişə 

baxanların  sayı  müəyyənləşdirilir.  Adətən,  populyarlıq  indekslərində  ifadə 

olunan R. məsələləri ilə xüsusi xidmətlər və şirkətlər məşğul olur. Analitiklər 

R. məlumatları əsasında KİV sahəsində əsas tendensiyaları tədqiq edir, media 

bazarında onların rəqabət qabiliyyətini yüksəldən proqnozlar və məsləhətlər 

hazırlayırlar.

Reytinq xallarının cəmi (cross rating points) 

– 

mövcud bazarda toplanan və 



reklam roliklərinin efirdə nümayiş etdirmə cədvəlinin tərtibi zamanı istifadə 

olunan reytinq xallarının məcmusu.



Rəqəmli montaj (digital editing) 

– 

təsvirin kompüter avadanlığına köçü­



rülərək xüsusi proqrama əsaslanan rəqəmli üsullarla montaj edilməsi.

Rəqəmsal (digital) 

– 

elektronikada olan, diskret vəziyyəti istifadə edən siq­



nallar və formatlar növüdür. Rəqəmlərin köməyi ilə ifadə olunan informasiya.  

Rəqəmli  televiziya  (digital  television) 

– 

rəqəmli  texnologiya  əsasında 



işləyən sistem, teleavadanlıq. Rəqəmli texnologiya ilə yayım aparan şitkətlər 

bir  peyk  retranslyatoru  kanalında  dörd  proqramın  (hər  biri  8  Mbit/san) 

rəqəmli kodlaşdırılmasını həyata keçirə bilir. Müasir R.t. sistemləri radioya­

yım şirkətlərinə bir peyk kanalında 16 proqram yayımlamağa imkan verir.



Rəng barı (baars) 

– 

betacam və digər professional kameralarda çəkilişdən 



öncə kasetin əvvəlində yazılan 20­30 saniyəlik ştrix təsvir.

Rubrika  (rubric/heading/column) 

– 

qəzet,  jurnal  səhifələrində,  teleradio 



verilişlərində hər hansı bölmənin sərlövhəsi, başlığı, ümumi adı.

Sabun operası (soap opera) 

– 

1) film qəhrəmanlarının həyatından uzun­uza­



dı, ləng bir tərzdə, amma ardıcıl söhbət açan, çoxlu epizodlardan ibarət radio

yaxud TV serialı; 2) kinematoqrafiya və TV sənətində son illərin populyar fak­

tına çevrilmiş çoxseriyalı filmlərə 

– 

seriallara verilmiş qeyri­rəsmi ad; janr.




380

Semantika (semantics) 

– 

1) sözün, ifadənin qrammatik formasının mənası; 



2) məna.

Semiotika (semiotics) 

– 

1) kino, TV və radionun müxtəlif işarələrə əsaslanan 



dil  sistemi;  2)  işarələr  sistemi  haqqında  təlim;  işarələr  sisteminin  müxtəlif 

xüsusiyyətlərini öyrənən elmi nəzəriyyələr kompleksinin ümumi adı.



Serial  (serial) 

– 

çox seriyadan ibarət, televiziya üçün nəzərdə tutulan bədii 



və ya sənədli kinoəsərdir. 

Seriyalılıq (seriality) 

– 

bir detaldan bir neçə dəfə ardıcıl istehsal olunması. 



Seriyalılıq məhsulu ucuzlaşdırır.  

Sənədli  filmlər  (documentary  film) 

– 

kinematoqrafiya  növüdür.  Bünöv­



rəsində həqiqi hadisələr və real insanlar duran filmlər sənədli adlanır. 

Səyyar televiziya stansiyası (mobile TV station) 

– 

 studiyadan kənarda TV 



verilişləri yayımlamaq, yaxud videoyazıya almaq üçün xüsusi avtobusda qu­

raşdırılmış aparatlar kompleksi; təkər üstündə TV mərkəzi.



Simulyakr (simulacrum) 

– 

realda orijinalı olmayan surət.



Simvol  (symbol) 

– 

1)  hər  hansı  bir  anlayışın,  ideyanın  şərti  əlamətini 



ifadə  edən  işarə,  rəmz;  2)  konkret  bir  əhvalatın,  yaxud  hadisənin  ideya  və 

fərqləndirici  cəhətlərini  yüksək  dərəcədə, ümumiləşdirilmiş  formada,  təsirli 

şəkildə ifadə edən obraz.

Simvolika  (symbolics) 

– 

təşkilat,  qrup,  dövlət  tərəfindən  istifadə  olunan  



sim vollar toplusudur.  

Sinxron (sync) 

– 

simultan, birməzarlıq. 1) eyni vaxtda birgə səslənən; eyni 



zamanda baş verən; 2) səsin və təsvirin birgə, eyni vaxtda yazılması (kinokadr­

ların  sinxron  çəkilməsi);  3)  danışanın  sözlərini  həmin  anda  tərcümə  etmək 

(sinxron tərcümə).

Sinxronun itməsi (lock out) 

– 

montaj, yaxud efir zamanı danışanın tələffüzü 



ilə  artikulyasiyası  (dodaqların  hərəkəti)  arasında  uyğunsuzluq;  ekranda 

təsvirin, yaxud səsin pozulması.



Sitkom  (sitcom-situation  comedy) 

– 

vəziyyətlər  komediyası;  seriyalar  və 



seriallarla yanaşı, kütləvi videoəyləncə mədəniyyəti üçün səciyyəvi növ kimi 

qiymətləndirilən populyar TV janrı.



Sonluq titrləri (end titles) 

– 

filmlərin, verilişlərin sonunda izahedici yazı, 



mətn.

Sosial mesaj (social message) 

– 

ictimai rəyə təsir edəcək, ona ünvanlanan 



əsas fikir, ideya.

Soyuq  işıq  (cold  light) 

– 

lüminessent  lampalarının,  aşağı  təzyiqli  yüksüz 



civə lampalarının və digərlərinin işığı. S. i. kifayət qədər intensiv olmur.

Spiker (speaker) 

– 

parlament palatasının sədri. Bu termin siyasi leksikon­



da daha çox istifadə olunur, lakin rəsmi şəkildə ingilisdilli ölkələrdə  istifadə 

olunur. 


Sponsor (sponsor) 

– 

özünün, adının tanınması, ticarət markasının şöhrət­



lənməsi, yaxud imicinin yüksəlməsi məqsədilə hər hansı verilişin təşkilinə və 

maliyyələşməsinə kömək edən fiziki (yaxud hüquqi) şəxs.




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə