TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari


Pafos (enthusaism/inspiration)



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə161/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   157   158   159   160   161   162   163   164   ...   171

375

Pafos (enthusaism/inspiration) 

– 

1) hissli, ehtiraslı, həvəsli danışıq; telera­



dio mətninin ucadan, şövqlə , xüsusi intonasiya ilə oxunması; adətən, bədii 

əsərlərin tamaşası zamanı aktyorlar tərəfindən tamaşaçıları riqqətə gətirmək 

üçün istifadə olunur; 2) mətnin oxunuşunda, yaxud verilişdə süni olaraq yara­

dılan ab­hava, yalançı ahəng.



Panoram (panoram) 

– 

kinoçəkiliş üsullarından biri; məkan sənəti növlərindən 



biri; kinoçəkiliş aparatının üfüqi, şaquli, yaxud da hər iki istiqamətə çevrilməsi 

ilə həyata keçirilir. P. vasitəsilə yaranan effekt müşahidəçinin başını və gözü­

nü çevirməsinə, yaxud qaldırmasına uyğun olur. P. böyük məkanların ekran­

da göstərilməsi üçün geniş tətbiq olunur. P. tamaşaçıda real məkan illüziyası 

əmələ  gətirdiyindən,  ondan,  əsasən,  geniş  ərazini  və  çoxlu  iştirakçını  əhatə 

edən hadisələrin təsviri üçün istifadə olunur.



Paparassi (paparazzo) 

– 

bir çox ölkələrdə  “kompromat” və məşhur adamla­



rın  həyatından  sensasiyalı,  qalmaqallı  məlumatlar  axtarıb  tapan  fotojurna­

list.  P.­ləri  qalmaqallı,  qeyri­adi  görüntülər  ovuna  çıxmış  bəd  niyyətli  peşə 

sahibləri adlandırmaq olar. Onlar çəkdikləri “qiymətli” fotoların müqabilində 

qəzet, jurnal və  TV­lərdən yaxşı pul alırlar.



Parafraz  (paraphrase) 

– 

1)  bir  ifadənin  və  ya  sözün  mənasını  başqa  ifadə 



ilə təsvir etmə; 2) başqa musiqi əsərlərindən alınmış mövzu əsasında yazılmış 

musiqi fantaziyası.



Paralel montaj (paralel editing) 

– 

ekranda göstərilən hadisələrin gərgin dra­



maturji nəqlinə imkan verən kinematoqrafik vasitə. P. m. müxtəlif  vaxtlarda 

və müxtəlif məkanlarda  çəkilmiş kadrları vahid süjet xəttində birləşdirməyə, 

həm də onların arasında qarşılıqlı əlaqə yaratmağa imkan verir. P. m. tamaşa­

çıda müxtəlif məkanlarda cərəyan edən hadisələrin eyni vaxtda baş verməsi 

təəssüratını  yaradır.  P.  m.­da  hadisələrin  xronoloji  qaydası  tez­tez  pozulur. 

Olayların başlıca açıqlanma xəttinə münasibətdə montajçı geriyə (flashback), 

yaxud irəliyə keçid effekti (flashforward) yaratmaqla, keçmiş və gələcək za­

manları göstərən planları da növbələşdirə bilər.



Patetika (pathetikness) 

– 

burada: estetik kateqoriya kimi müəyyən ardıcıllıq 



kanalları çərçivəsində hər hansı verilişə xas olan hissi, emosional ab­havanı, 

ən ümumi emosional cəhətləri əks etdirir. Hər proqramın öz P.­sı olur. Məs., 

“Yeni il verilişi”nin P.­sı adi veriliş P.­sından xeyli fərqlənir.

Pavilyon (pavilion/film studio) 

– 

verilişlərin, filmlərin, o cümlədən klip və 



reklamların  çəkilişi üçün xüsusi hazırlanmış yer: meydança, çadır, alaçıq. TV 

tamaşasında evin, otağın içini təsvir edən dekorasiya; çəkilişin aparıldığı qa­

palı məkan.

Pavilyon çəkilişi (studio pick-up) 

– 

çəkilişlərin pavilyonda aparılması. Na­



turadan fərqli olaraq P. ç. işıqlandırma, dekorasiya və akustika  üçün müvafiq 

hazırlıqdan sonra aparılır.



Personaj (personage) 

– 

tamaşada, filmdə, kitabda və ya oyunda iştirak edən 



şəxs. Sənət əsərindəki hər bir sima, şəxs, fərd personajdır. Personaj insan, hey­

van, mistik qüvvə və s. ola bilər.  




376

Pik-taym (pick-time) 

– 

radio və TV reklamını nümayiş etdirməyin ən mü­



nasib vaxtı. Bu zaman TV və radio proqramlarına auditoriyanın ən çox hissəsi 

baxır.


Pilot (pilot) 

– 

 sınaq çəkilişi, proqram; verilişin epizodu, nüsxə; auditoriya­



nın mümkün reaksiyasını öyrənmək və bunun üçün xüsusi qrantlar təqdim 

edən reklam sifarişçisinin ­ sponsorların diqqətini cəlb etmək üçün filmin, ya­

xud serialın nümayişi.

Piplmetr (people metr) 

 televizora qoşulan, həmin anda seyrçinin baxdığı 



kanalı müəyyən edən, pultla idarə olunan xüsusi cihazdır.

Plan (plan/map) 

– 

kinematoqrafiya və TV kadrında obyektin fəzada yerləş­



məsi  və  təsvir  miqyası.  Obyektin  tutduğu  vəziyyətə  görə  birinci,  ikinci  və 

uzaq P.­lar, miqyasa görə isə iri, orta və ümumi P.­lar olur. P.­ların dəyişilməsi 

səhnə və epizodların təsvir­montaj kompozisiyalarının qurulması üçün əsas 

formadır.



Planın dərinliyi (fokal length) 

– 

əşyanı fokusda göstərməyin mümkün oldu­



ğu zona. P. d.: a) obyektin kökləndiyi fokus məsafəsindən; b) obyektivin özü­

nün fokus diapazonundan (yaxud trasfokatorun 

– 

“zum”un vəziyyətindən); 



və c) obyektivin diafraqmasının (f) nisbi gözlüyündən asılı olaraq dəyişir.

Plastika (plastic movements/effect) 

– 

hərəkətin çeviklik, rəvanlıq, ifadəliliklə 



səciyyələnən gözəlliyi, hərəkət və jestin ahəngdarlığı; ekran əsərinin estetik ça­

larları. Əsasən heykəltəraşlığa (həmçinin memarlıq, boyakarlıq və s.) xas olan 

həcm formalarının bədii ifadəliliyi; bədən ilə incə ritmik hərəkətlər göstərmə 

məharəti. P.  incəsənətdə xoreoqrafiya və səhnə sənətinin digər formalarında 

əyani şəkildə təzahür edir.

Poetika (poietics) 

– 

TV­nin bədii ifadə vasitələrinə əsaslanan ədəbi veri liş­



lərdə poetik forma və prinsiplər sistemi.

Postfolklor (postfolklore) 

– 

filologiya elmləri, folklor sxemləri üzrə inkişaf 



edən mətnlərdir, lakin, folklorun rəsmi təyinatına uyğun gəlmir. İlk növbədə 

bu, yazılı və şəbəkə folkloru 

– 

 müasir dövrün folklorudur.



Poza (pose/posture/allitude) 

– 

1) ekranda danışan (oxuyan, hərəkət edən) 



adamın bədəninin aldığı vəziyyət; 2) qeyri­səmimi davranış, başqalarını qıcıq­

landırmaq üçün nümayiş etdirilən  davranış tərzi.



Praym-taym (prime-time) 

– 

TV verilişlərinin ən çox baxıldığı vaxt (saat 19.30 



– 

23.00). Ən baxımlı proqramlar məhz bu vaxtda göstərilir. Reklam sifarişçiləri 

üçün P. t. “qızıl vaxt” sayılır.

Prodüser (producer) 

– 

kinostudiyanın , teleşirkətin (filmin, tamaşanın, te­



leverilişin) çəkilişlərə ideya­bədii və maliyyə­təşkilati cəhətdən nəzarət edən 

etibarlı nümayəndəsi; kinofilmləri istehsal edən və maliyyələşdirən müəssisə 

sahibi. Bəzən məşhur rejissor, aktyor və ssenaristlər də P. kimi çıxış edir.

Projektor (projector) 

– 

stənilən tərəfə parlaq işıq salan uzaq təsirli, güclü, 



çökək  aynalı  işıqlandırıcı  cihaz;  P.  işığı  optik  sistem  (güzgülər  və  linzalar) 

vasitəsilə məhdud fəza bucağı altında mərkəzləşdirir. Əsas elementləri optik 

sistem, işıq mənbəyi və döndərmə mexanizmli gövdədir.



Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə