TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə157/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   153   154   155   156   157   158   159   160   ...   171

367

İri plan (close up) 

– 

bütün detalları, hətta bəzən tam artıq detalları da özündə 



əks etdirir. Bu plan çox vaxt böyüdülmüş məkanın əsl ölçü və nisbətinin real 

miqyasını  itirərək,  seyrçiyə  mənzərəni  tam  görmək  imkanı  vermir,  onun 

diqqətini mənzərənin yalnız bir hissəsinə yönəldir.

İşığın səpilməsi (light splitting) 

– 

mürəkkəb (məs., ağ) işığın müxtəlif uzun­



luqlu dalğaların şüalanması üçün eyni olmayan sınma göstəricisi nəticəsində  

sınma  mühitindən  keçməsi  zamanı  monoxromatik  axınlara  parçalanması. 

Bütün şəffaf materiallar səpilməyə (dispersiyaya) malikdir və işıq yalnız boş­

luqdan pz tərkibinin mürəkkəbliyindən asılı olmayaraq  dispersiyasız keçir. 

Dispersiya linzalı obyektlərin xromatik  aberrasiyasının nəticəsidir.

Janr (genre) 

– 

bədii yaradıcılığın (o cümlədən publisistikanın) tarixən forma­



laşmış növü; kino  və TV­də müəllif və rejissor ideyasının həyata keçirilməsinə 

uyğun olan  bədii və publisistik əsər forması. Bədii yaradıcılıq əsərlərinin janr­

lara bölünməsi xeyli pozuq sənədlərə malikdir. İncəsənətin hər bir növündə 

tarixən  mövcud  olan  müəyyən  J.­lar  var.  Kinematoqrafiyanın  tematik  müs­

təvisində  tarixi,  tarixi­inqilabi,  elmi­fantastik,  psixoloji,  detektiv  və  digər  J.­

lar fərqlənir. Həyatın müxtəlif cəhətlərinin əks etdirilməsi ilə əlaqədar TV və 

radio jurnalistikasında da müxtəlif  J.­lar yaranmışdır. Bu J.­lar gerçəkliyi əks 

etdirmə üsullarına görə: a) informativ; b) analitik; c) bədii­publisistik növlərə 

bölünür.

Kabel  televiziyası  (cabel  television) 

– 

proqramı,  informasiyanı  mərkəzi 



stansiyadan  fərdi  abonentlərə  kabel  vasitəsilə  çatdıran  TV  sistemi.  KTV 

efir  TV­sindən  abunəçilərin  fərdi  tələblərini  ödəmək  baxımından  fərqlənir. 

KTV­də istənilən yayım stansiyası (o cümlədən peyk vasitəsilə yayımlanan), 

qəbuledici stansiya (bəzən öz studiya) və kabel­televizoru iştirak edir.



Kadr  (frame/film/picture) 

– 

1)  kinoçəkiliş  aparatının  ekspozisiya  (kadr) 



pəncərəsinin ölçüləri ilə məhdudlaşan kinolentdəki  ayrıca fotoqrafik çəkiliş. 

Kadrın ölçüləri və tərəflərinin nisbəti müxtəlif enlikli lentlər və kinematoqraf 

növü üçün fərqlidir; 2) montaj kadrı ­ bu, ayrıca montaj parçasıdır, adətən, bir 

nöqtədən çəkilmiş, hadisənin bu və ya digər məqamından ibarət olan  filmin 

tərkib hissəsi; 3) ssenari kadrı ­ ayrıca çəkilmiş hər bir səhnənin quruluşunun, 

yaxud rejissor ssenarisində məzmununun şərhi və ətraflı təsviri. K. dedikdə 

həmçinin TV borusunun ekranındakı təsvir; lentə çəkilən obyektin hərəkətinin 

ardıcıl fazalarından birinin, yaxud onun statik vəziyyətinin əks olunduğu ay­

rıca fotoqrafik çəkiliş də nəzərdə tutulur. K. çəkiliş obyektlərinin bilavasitə gö­

rüntü qavrayışından əsaslı şəkildə fərqlənir. K.­ın görüntü formasının bütün 

elementləri  çəkilən  səhnənin,  yaxud  hadisənin  ideya  və  məzmununun  tam 

açılmasına xidmət edir.



Kadr addımı (frame bar) 

– 

Kinofilmin uzunluğuna görə iki bitişik kadrın 



eyni nöqtələri arasında məsafə.

Kadr çərçivəsi (frame) 

– 

teleekranın üfüqi xətlərlə çərçivələnmiş düzbucaqlı 



forması. Çəkilən bütün təsvirlərin məhz bu çərçivədə göstərilməsi nəzərdə tu­

tulur. Bir səbəbdən onları lap çox iri planda çəkərək,  ekranı başdan­başa tut­

maq olar. Ancaq bəzi obyektlər ekran üçün xeyli “iri” ola bilər. Obyekt ekrana 

yerləşməyəndə,  bəzən kadra uyuşmaq üçün elə çəkiliş nöqtəsi seçilməlidir 

ki,  kamera onu yuxarıdan­aşağı, yaxud aşağıdan­yuxarı tam göstərə bilsin. 



368

Operator çəkiliş obyektinə çox yaxın dayanarkən, bu obyektin bir hissəsi “kadr 

arxası”  qalaraq,  “kəsilir”.  TV  cihazlarının  əksəriyyəti  görüntünün  rastrdakı 

(teleekrandakı işıqlı sətirlər) maksimum ölçüsünü verə bildiyindən (həmin ci­

hazlar o cür səslənir), təsvir planlarının qıraq­bucağı kəsilib atılır.Seyrçinin çox 

vacib sayılacaq bir şeyi, məsələn, titrləri görməsi üçün gərək çəkiliş planı elə 

qurulsun ki, bu titrlər və ya hər hansı digər vacib detal ekranın “təhlükəsizlik 

zonası” na  düşsün.



Kadr  pəncərəsi  (picture  aperture) 

– 

kino  proyektorun  film  kanalında  ki­



nolentə düşən işıq axınını məhdudlaşdıran müəyyən ölçülərə malik düzbu­

caqlı kəsik.



Kadrarxası musiqi (background music) 

– 

filmin, bilavasitə təsvirlə bağlı ol­



mayan musiqi müşayiəti. K. m.­nin səslənməsi kənar səbəblə bağlı deyil, ek­

randa göstərilənin emosional mahiyyətini parlaq və tam əks etdirmək üçün 

daxili tələbatdan doğur.

Kadrbakadr çəkiliş (frame by frame shooting) 

– 

multiplikasiyaların, yazı­



ların, hərəkətli (yüyrək) diaqramların və s. çəkilişi zamanı geniş istifadə olu­

nan üsul. Bu cür çəkiliş ekranda hərəkəti tezləşdirməyə imkan verir. K. ç.­də 

hərəkət tempini və hər bir kadrda baş verən dəyişiklikləri müəyyənləşdirmək 

vacibdir.



Kadrda çıxış (telescreen speech) 

– 

insanın teleekran vasitəsilə kütləvi audi­



toriyaya üz tutması. K. ç. zamanı həmin insan əsas (çox vaxt yeganə) görüntü 

obyekti olur.



Kadrdaxili montaj (interframe editing) 

– 

hərəkətli kamera ilə çəkiliş K. m. 



effekti yaradır. Kadrın məzmununu tədricən dəyişməklə bir kadr çərçivəsində 

məkan ­ zaman fasiləsizliyini saxlamaq  mümkündür. K. m. birbaşa TV veriliş­

ləri üçün səciyyəvidir.

Kadrın  kompozisiyası  (picture  composition) 

– 

kadrın  xətti  quruluş 



xüsusiyyətlərinin məkan, tonal və rəng koloriti cəhətdən həllinin, işıqlandır­

manın, görünüş nöqtələrinin və rakurslarının rejissor həlli.



Kalambur  (calembour/pun) 

– 

ikimənalılıq,  omonimlik  və  ya  səslənmə 



oxşarlığına  əsaslanmış,  komik  effekt  yaradan,  səs  bənzərliyinə  və  məna 

müxtəlifliyinə əsaslanan söz oyunu, cinas.



Kanal (channel) 

– 

1) informasiyanın mənbəyi və qəbul edəni (telefon, radi­



oyayım, teletranslyasiya və s.) arasında rabitə vasitələri kompleksi; istənilən 

informasiyaötürücü qurğu (vasitə); 2) tezlik zolaqları, verilişin vaxtı və xəbərin 

verilməsi üçün rabitə sistemlərində ayrılan başqa efir ehtiyatları.

Kapital  şoular  (capital  shows)   

– 

iştirakçılarını  qələbə  zamanı  pul  və  ya 



digər qiymətli əşyalarla mükafatlandıran yarış və ya intellektual oyun­şou.

Kaşe (matte) ­ kinoçəkiliş kamerasının obyektivi qarşısında qurulan, fiqurlu 

gözlüyü olan qeyri­şəffaf qapaq. K. istehsal şəraitində zağlı poladdan hazır­

lanır,  formaca müxtəlif  

– 

binokl, açar dəliyi və s. şəkillərində ola bilər; TV 



kadrının ağ haşiyəyə alınmasından ibarət olan kinoeffekt.

Kiç (kitsch) 

– 

kütləvi sənətin şəkillərindən birini göstərən termindir. Eks­



travaqant xarici görkəmə və onun elementlərinin qışqırıcılığına xüsusi diqqət 

göstərən yalançı sənətin sinonimidir. 




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə