TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari


Hipertrafiya (hypertrophy)



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə156/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   152   153   154   155   156   157   158   159   ...   171

365

Hipertrafiya (hypertrophy)  

– 

müxtəlif faktorların təsirindən həcmin böyü­



məsi.

Hollivud üslubu (Hollywood style)  

– 

Amerika kino sənətinin mərkəzinə 



çevrilmiş Hollivudun istehsal və yaradıcılıq üslubunun məcmusu. ABŞ kine­

matoqrafiyasının başlıca xüsusiyyətlərini (“kino ulduzları” sistemi, standart 

kinodramaturgiya, filmlərin axın istehsalı) özündə əks etdirən sistem.

Xarakter (nature/character) 

– 

1) şəxsiyyətin ictimai həyat şəraiti və tərbiyənin 



təsiri  ilə  formalaşan  mühüm,  əsas  fərdi  xüsusiyyətlərinin  məcmusu.  Bu 

fərdi xüsusiyyətlər insanın iradi fəallığında, ətraf aləmə, həmçinin öz­özünə 

münasibətində ifadə olunur və onun psixoloji simasına müəyyənlik verir; 2) 

incəsənətdə, o cümlədən EE­də insanın sabit, mühüm psixi xüsusiyyətlərinin 

məcmusunun  bədii  cəhətdən  təcəssüm  etdirilməsi.  Bu  xüsusiyyətlər  in­

san  üçün  müxtəlif  şəraitdə,  onun  digər  adamlara  münasibətində,  həyat  ha­

disələrini  qiymətləndirməsində,  fərdi  hərəkət  tərzində  təzahür  edir;  3) 

xasiyyət;  hər  hansı  bir  adamın  hərəkət  və  davranışında  təzahür  edən  psixi 

xüsusiyyətlərin  məcmusu.  Ədəbi  əsərlərdə,  teleradio  tamaşalarında  ruhi, 

mənəvi xüsusiyyətləri qabarıq şəkildə fərqləndirilən insan surəti. X. surətin 

ətrafındakı adamlara, mühitə, tarixi şəraitə münasibətinin göstərilməsi yolu 

ilə yaradılır. Sənətkarın fikirləri, əsasən, xarakterlər vasitəsilə ifadə edilir və 

bu, əsə rin forma və məzmun özünəməxsusluğunu şərtləndirir. Sənətin ayrı­

ayrı tarixi inkişaf mərhələlərindəki cərəyanların özünəməxsus insan X.­i kon­

sepsiyaları olmuşdur.

Xatırlatma  anonsları  (back  announcement)   

– 

uzun  çəkən  proqramların 



gedi şində radionu yenicə açmış dinləyicilər üçün verilişdə olmuş və olacaqları 

xatırladan anons.



Xəbər  prodüseri  (the  news  producer) 

– 

xəbər  proqramının  məzmununa, 



süjetlərin düzümünə, mətnə, videotəsvirə, fotomateriallara, xronometraja, bir 

sözlə, buraxılışda hər şeyə cavabdeh olan şəxs. Məhz X. p. süjetin hansı for­

mada (şifahi, kadrarxası mətnlə, təsvirlə, sinxron, reportaj, səs effektləri ilə və 

s.) veriləcəyini müəyyən edir. Gündəlik xəbər buraxılışının ümumi planının 

tutulması, qrafikadan istifadə, kadrların yerləşdirilməsi, süjetlərin ssenari pla­

nını təsdiq etmək və s. məsələlərlə məşğul olan X. p., özü də reportyora, yaxud 

nyusrayterə tapşırılmamış ,  amma təcili efirə gedəcək süjetlər yazır.

Xətti montaj (linear editing) 

– 

təsvirlərin yalnız bir xətt boyunca və yalnız 



ardıcıl düzülməsini şərtləndirən montaj üsulu. X. m. zamanı montaj olunmuş 

hazır  materiala  hansısa kadrı  əlavə etmək, yaxud oradan nəyi isə çıxarmaq 

üçün  təsvir  bütünlüklə  (yaxud  qismən)  yenidən  köçürülüb  işlənməlidir. 

Qeyri­xətti montajda belə geniş əməliyyata ehtiyac qalmır.



İcmal (review/comment) 

– 

1)  mövzuca yaxın olan bir neçə hadisə, yaxud 



fakt haqqında  qısa məlumat, bir məsələnin ümumi şəkildə qısaca şərhi; 2) TV 

və qəzetlərdə günün (ayın, həftənin) siyasi hadisələrini ümumi şəkildə xülasə 

edən çıxış, yazı; 3) analitik­publisistika janrlarından biri.

İcmalçı (reviewer/commentator) 

– 

EE­də müntəzəm icmal verən şəxs; icmal 



yazan jurnalist; aktual mövzularda icmal müəllifi.


366

İcraçı prodüser (executive producer) 

– 

filmin istehsalına  görə məsuliyyət 



daşıyan adam; özü çəkilişlərdə nadir hallarda iştirak edir. Əksər hallarda bir 

neçə  quruluşa  eyni  zamanda  nəzarət  edir  və  filmə  dair  işgüzar  məsələlərlə 

məşğul  olur.  TV­də:  konkret  gün  ərzində  xəbər  buraxılışlarının  bütün 

cəhətlərinə cavabdeh olan şəxs. Çox vaxt məhz İ. p. müəyyən edir ki, report­

yorlar nə çəkəcək və efirə hansı süjetlər gedəcək. İşin təşkilinə və ssenari planı­

nın tərkibinə də o cavabdeh olur. İ. p. həmçinin xəbər rejissorunun işini görür. 

O,  xüsusi  buraxılışların  hazırlanması,  yaxud  xəbərlərin  seçilməsi,  cədvəlin 

tutulması,işə adam qəbul etmə və işdən çıxarma ilə məşğul olur. Kiçik studi­

yaların çoxunda İ. p.­in funksiyalarını xəbər rejissoru, yaxud prodüser yerinə 

yetirir.


İctimai  rəy  sorğusu  (public  opinion  poll)   

– 

əhatə  dairəsinin  əsas  statis­



tik  öyrənilmə  forması,  radio  və  TV­nin  auditoriyaya  təsirinin  məzmunu  və 

nəticələri.  Sorğuların  köməyi  ilə  kontent­təhlillər  aparılır,  seçki  kompaniya­

larında və digər ictimai məqsədlərə görə KİV­dən istifadə etməklə elektron­

informasiya biznesinin səmərəsinin artırılması taktikası və strategiyası işlənib 

hazırlanır.

İlkin kadr (primary frame)  

– 

uzun, yaxud uzaq plandan çəkilən kadr (adə­



tən, epizodun əvvəlində çəkilir). İ. k. hərəkət yerinin ümumi mənzərəsini ve­

rir, səhnənin məkanca yerləşməsini və şəraitini müəyyənləşdirir. İ. k. ünvan 

planı da adlana bilər.

İnformasiya  proqramlarının sıralanması (agenda setting) 

– 

informasiya­



nın obyektivliyini və ardıcıllığını təmin etmək məqsədilə müxtəlif məlumat 

mənbələrindən və həyatın müxtəlif sahələrindən alınmış materialların proq­

rama  salınması  və  müəyyənləşdirilmiş  saatlarda  onların  efirə  verilməsi. 

Hərçənd ki, bu proses nə xəbərlərin süzgəcdən keçirilməsini, nə də təkrar olu­

nan süjetlərin və “xəbər dəyərlərinin” (news values) saxlanmasını istisna edir. 

Çünki bunların köməyi ilə cəmiyyətdə sosial qayda və sabitlik qorunur.



İnfoteynment (infotainment) 

– 

informasiya həzzi və ya “xoş informasiya”.



İnteqrasiya (integration) ­ televiziyanın dini, milli mənsubiyyətindən asılı 

olmayaraq bütün təbəqələri, sosial qrupları öz ətrafında birləşdirməsi.



İntermətnlik (intertextuality) 

– 

Sitatlarla “oynamaq” intermətnlik yaradır. 



Postmodernizm  nəzəriyyəsində  intermətnlik    “müəllifin  ölümü”  termini  ilə 

xarakterizə  edilir.  R.  Barta  görə  hər  bir  oxucu  müəllif  səviyyəsinə  qalxa  və 

istənilən fikirdə dəyişiklik  etmək üçün qanuni hüquq qazana bilər.

İntellektual aparıcı (intellectual (highbrow)host) 

– 

fakt və hadisələrə ya­



naşmasına, ağıl, düşüncə və təfəkkürünün ifadə tərzinə görə fərqlənən, bu­

nunla da tamaşaçının rəğbətini qazanan aparıcı.



İntellektual proqram (highbrow program) 

– 

mədəni kütlə, yüksək savadlı 



adamlar üçün ciddi veriliş. İntellekt (highbrow) sözü “zəka əsilzadəsi”, “incə 

zövqlü insan” kimi tərcümə oluna bilər. Bu anlayışın antonimi sadə, adi zövq­

lü adamlar üçün nəzərdə tutulan proqramdır.

İntervyü (interview) 

– 

hərfi mənada: görüş, söhbət. Publisistika janrı. Jurna­



listin siyasi, ictimai, yaxud digər xadimlə aktual məsələlər barədə müsahibəsi. 

İ. həm də fikir, fakt, məlumat mübadiləsi kimi izah olunur.




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə