355
və s. aşkara çıxarmaq mümkündür. Bu baxımdan jurnalistlər teztez B.m.dan
yararlanırlar.
Birbaşa yayım (live broadcasting)
–
canlı yayım. Əvvəlcədən lentə yazılma
dan, montaj olunmadan və studiyada işlənmədən, bilavasitə hadisə yerindən
həyata keçirilən yayım. İngiliscə “Live” sözü ilə informasiyanın birbaşa çatdırıl
ması mənasını verən xeyli termin əmələ gətirilir: hadisə yerindən reportaj; birba
şa telekörpü; birbaşa translyasiyadan natura çəkilişi, birbaşa peyk translyasiyası
və s. Bu terminoloji ifadələr studiya montajları ilə müqayisədə birbaşa translya
siyaların populyarlığı və perspektivinin artması ilə şərtlənir.
Birgə montaj (joint editing)
–
video və səs sırasının eyni vaxtda montajı.
Buna birgə yapışdırma da deyilir. Müsahibə və dialoqlardan ötrü əsas montaj
tipi də məhz bunlar sayılır. Fonoqramın digər montaj tipi “ayrıca yapışdırma”
adlanır. Belə montaj zamanı görüntü və səs sırası ayrıayrılıqda montaj edilir:
öncə fonoqram (yaxud videosıra), sonra isə müvafiq görüntü (yaxud fonoq
ram) yapışdırılır.
Birkameralı videomontaj (camera-to-tape editing)
–
bir sıra ilə çəkilmiş
orijinal təsviri materialların montajı.
Canlı proqram (live programme)
–
hazırlanması ilə efirə verilməsi arasında
zaman fərqi olmayan proqram. Studiyada canlı telefon bağlantılarından ibarət
olan və həmin anda yayımlanan proqram.
Canlı yayım (live stand-up)
–
teleradio verilişlərinin əvvəlcədən lentə
alınmadan birbaşa ötürülməsi; hər hansı bir TV proqramının və ya önəmli
bir mövzunun müzakirəsinin TV studiyasından, yaxud özəl səyyar yayım
vasitəsilə birbaşa yayımı; teleradio verilişlərinin əvvəlcədən lentə yazılıb mon
taj edilmədən birbaşa yayımlanması; danışığın və təsvirin eyni vaxtda tama
şaçıya təqdim edilməsi.
Cinql (jingle)
–
reklam anonslarını müşayiət edən və təkrarlanan qısa musi
qi çağırışı. C.in efirdə peyda olması populyar reklam imicləri ilə əlaqədardır.
C.dən istifadə reklamçılara satılan məhsullar barədə informasiyanı auditori
yaya daha yaddaqalan yığcamişarə formasında çatdırmağa imkan verir və
analitiklərin rəyinə görə, reklam işinin ilkin mərhələləri üçün səciyyəvidir.
Radiostansiyaların çağırışlarını da C. adlandırırlar.
Çoxkameralı video-çəkiliş (multikamera production)
–
məkanından asılı
olmayaraq bir neçə kamera ilə gerçəkləşdirilən videoçəkiliş.
Çökük linza (concave lens)
–
ox qalınlığı nisbətən az olan linza; Ç.l.ya ikili
çökük, yastıçökük və qabarıqçökük linza növləri aiddir.
“Danışan başlar” (talking head)
–
TV ilə çıxış edən jurnalistlərə, yaxud daha
çox danışığa üstünlük verən proqramların ünvanına zarafatyana deyilən ifadə.
Debüt (debut)
–
hərfi mənada: başlanğıc. Hər hansı sahədə ilk dəfə çıxış
etmək, fəaliyyətin başlanğıcı. Məs., aktyorun səhnədə ilk çıxışı, aparıcının ek
rana ilk çıxışı və s.
Deduksiya (deduction)
–
1) mühakimə prosesində ümumi müddəalardan
xüsusi nəticəyə gəlmə; hər hansı bir ümumi fikirdən məntiqi yolla yeni
müddəa çıxarmaq (induksiya ilə qırılmaz surətdə bağlıdır). Daha dəqiq desək,
356
D. məntiqi qanunlar əsasında bir neçə fikirdən (müqəddimələrdən) nəticə ha
sil edilməsidir; 2) bədii ədəbiyyatda, kinoda, radio və TVdə işlənilən yaradı
cılıq metodu.
Deduktiv metod (deductive method)
–
elmi nəzəriyyələr qurmaq üsulu;
spesifik xasiyyətini deduktiv nəticə çıxarmaq texnikasının tətbiqi təşkil edir.
Bəzən D.m.u digər metodlardan (məs., induktiv metoddan) ayırmaq, de
duktiv mühakiməni təcrübədənkənar mühakimə kimi şərh etmək və elmdə
deduksiyanın rolunu həddindən artıq şişirtmək cəhdləri olub. Həqiqətdə isə
deduksiya və induksiya birbiri ilə sıx bağlıdır və deduktiv mühakimənin ge
dişi insanın çoxəsrlik təcrübiidrak fəaliyyətindən asılıdır.
Deklamasiya (recitation/deeclamation)
–
1) şeir və nəsri pafoslu səs və hə
rəkətlə söyləmə; bədii oxu məharəti; 2) təmtəraqlı, qeyritəbii danışıq tərzi,
süni pafos.
Dekor (decor/scenery)
–
bəzək, bədii tərtibat; dekorativ elementlərin bəzək
vəhdəti
Dekorasiya (decoration/sscenery)
–
1) hadisələrin cərəyan etdiyi yerin və
şəraitin teatr səhnəsində (TV tamaşasında) rəssamlıq, yaxud memarlıq ba
xımından təsviri; 2) səhnə tərtibatı; studiyanın, konkret bir verilişin bədii
tərtibatı.
Dekorativ (decorative)
–
1) bəzək üçün düzəldilmiş, bəzək üçün olan;2) ef
fektli, mənzərəli.
Dekorativ sənət (decorative art)
–
ən geniş yayılmış plastik sənət sahəsi.
Memarlıq və dizayn kimi D.s. də insanların yaratdığı maddi mühitin bədii
cəhətdən formalaşmasına xidmət edir, ona estetik və ideyabədii keyfiyyətlər
aşılayır. Monumental D.s. (fasad və interyerləri bəzəyən memarlıq dekorları,
divar naxışları, relyef, vitraj, mozaika və eləcə də park heykəltəraşlığının yara
dılması) , dekorativtətbiqi sənət və tərtibatçılıq sənəti (bayram şən lik lərinin,
muzey və sərgi ekspozisiyalarının, vitrinlərin və s. bədii tərtibatı) sahələrinə
bölünür. Meydan, küçə, park kompozisiyasının, həmçinin interyer, kostyum
və s. elementi kimi yaradılan D.s. əsəri TV çəkilişində göstərilən təsvirin
ahəngdarlığında da mühüm rol oynayır.
Detal (detail)
–
ən xırda təfərrüat; kinematoqrafik plan. Bəzən kadrda iri
göstərilən əsas süjetin (yaxud məkanın, əşyanın) bir hissəsi. Kadrdakı bütün
tam parçadan bütöv haqqında daha dolğun informasiya verir.
Detektiv filmi (detective)
–
casusların gizli sərgüzəştlərini təsvir edən ekran
əsəri.
Deyiliş (prononciation)
–
deyilmə tərzi, tələffüz üslubu; tələffüz. Məs., sö
zün deyilişi.
Diafraqma (iris/diaphragm)
–
kamerada, eləcə də başqa cihaz, maşın, me
xanizm və qurğularda, adətən, lövhə, yaxud arakəsmə şəklində olan his sə
(gözlüklü və ya bütöv hissə). Ölçü D.sı, adətən, gözlüyü olan diskdir. Bə zi ci
hazlarda analoji detala membran deyilir. D. vasitəsilə işığa həssaslığı müəyyən
etmək olur.