TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə144/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   140   141   142   143   144   145   146   147   ...   171

336

daha çox pul qazanmağa və həmin saatı baha satmağa çalışır. Proq­

ramlaşdırma  səmərəli  olmadıqda  və  ya  veriliş  istənilən  nə ticəni 

vermədikdə dərhal çevik qərar qəbul olunur və müvafiq dəyişiklik 

aparılır. Əsas hədəf verilən saatı daha maraqlı etmək, baxımlılığı 

təmin etməkdir. Bu rəqabət daha baxımlı və daha bahalı verilişlər 

hazırlamağa, layihə şəklində xarici kanallardan alıb yerləşdirməyə 

sövq edir ki, nəticədə kanalın kommersiya dəyəri artır.

Ancaq yuxarıda da qeyd etdiyimiz kimi, reytinq verilişin yalnız 

baxımlılıq göstəricisidir. Onun nə bədii mahiyyətini, nə manipul­

yativ gücünü, nə də kommunikativ təsirini müəyyən etmək olmaz. 

İctimai  rəydə  ən  doğru  uğur  tipi  kommersiya  uğuru  olduğun­

dan,  TV­lərin  məhz  kommersiya  uğuru  onların  liderliyini  təmin 

edir.  Əsasən  yayım  vahidinin  bədii­estetik  və  kulturoloji­sosial 

əhəmiyyəti, hətta əxlaqi məziyyətləri də bəzən maliyyənin qurba­

nı olur.


Yaradıcılıq  tələbata  uyğun  qurulur,  yaradıcı  şəxsin  üzərinə 

“sənin  ideyan  gəlir  gətirməlidir”  tələbi  düşür.  Fransa  sosioloqu 

Pyer  Burdye  reytinq  məfhumunu  çözərək  “reytinq  mexanizmi 

vasitəsilə  kommersiya  məntiqi  yaradıcı  məhsulların  istehsalını 

idarə edir” deyir. Reytinq yeni oyun qaydaları, yeni düşüncə tərzi 

meydana qoyur. Təfəkkür bircə şeyə yönəlir: reytinqliliyə. Bu da 

kommersiya  televiziyasının  əsas  gəlir  yeri  olduğundan,  başlıca 

mahiyyətə  çevrilir.  Televiziya  pulsuzdur.  Seyrçi  baxdığına  görə 

pul  ödəmir.  Bəs  televiziya  gəliri  haradan  almalıdır?  O,  seyrçini 

ekran qarşısında əyləşdirib, onu reklama baxmağa vadar edərək 

pul qazanmağa məhkumdur. Ona görə də “kim daha çox tama­

şaçı topladı” sualı hamını maraqlandırır. Yayımçılar arasında qı­

zışan bu rəqabət onları çevik və düzgün qərar verməyə sövq edir. 

Nəzərə alsaq ki istənilən teleyayım vahidinin efirə çıxması uzun 

hazırlığın nəticəsində mümkün olur və bura maddi, eləcə də insan 

resursları cəlb olunur, bu səbəbdən hər şey vaxtında düşünülməli, 

bu  layihənin  kommersiya  əhəmiyyəti,  gəlir  gətirmə  imkanla­

rı  əvvəlcədən  müəyyənləşdirilməlidir.  Bu  məsələdə  isə  qətiyyən 

səhvə yol vermək olmaz. 

Televiziya fəaliyyətinin reytinqli modeli bir çox hallarda ictimai 

rəylə  uzlaşmır:  ictimaiyyətin  xoşuna  gəlmir  və  haqlı  tənqidlər 

səslənir.  Məhz  peşəkar  tənqidçi  və  yazarların  analiz  yazıları, 

tənqidləri yayımın keyfiyyətinin yaradıcı meyarlarını artıra, onu 

peşəkarlaşdıra bilər. TV idarəçiliyində reytinq və ictimai rəy ara­

sında  balanslaşdırma  aparmaq  yolu  ilə  yayımın  tənzimlənməsi 

çox  vacibdir.  İctimai  rəyin  xoşuna  gələn,  aktual  olan,  tədris  və 




337

sosial­pedaqoji mahiyyət kəsb edən proqramların yerləşdirilməsi 

yalnız  reytinqli  verilişlərdən  əldə  olunan  gəlirlə  mümkündür. 

Uşaq proqramı, mədəniyyətlə bağlı verilişlərin az baxımlılığı on­

ların satışını da çətinləşdirir. Yayımı hərtərəfli və mövzu əlvanlığı 

ilə təmin etməyi öhdəsinə götürən yayımçı satılan proqramın pulu 

ilə digər vacib, sosial və mədəni, ictimai mahiyyət daşıyan yayımı 

maliyyələşdirir. Dolayısıyla yayımın ictimai rəydə müsbət rəy ya­

ratması, onun nüfuzunun artması satılmalı proqramların satışını 

asanlaşdırır, əlavə divident gətirir. TV­nin satdığı məhsul yaradı­

cı və intellektual məhsuldur. Onun satılmasında kanalın ümümi 

imici, cəmiyyətdə yeri, mövzu rəngarəngliyi böyük önəm daşıyıır. 

Reytinq yayımçının risk etməyini, eksperimentlərə yer verməyini 

də  məhdudlaşdırır.  O  da  daha  çox  tanınmış,  qəbul  olunmuş 

layihələri almaq və ya onun əsasında bənzərini yaratmaqda ma­

raqlıdır.  Yeni  ideyanın  uğuru  sual  altındadır. Artıq  təsdiqini  ta­

pan layihənin uğuru isə təmin olunmuş olur. Bu səbəbdən yerli 

teleməkanda  Rusiya,  Avropa  və  Türkiyə  TV­lərində  olan,  geniş 

şöhrət qazanan verilişlərin adaptasiya ənənəsi çox yayılıb ki, bu da 

bütün dünya yayımçılarına xas olan addımdır. Bəzən mətbuat TV­

lərin bu işini pisləyərək onu plagiat adlandırır, pis təkrarçılıqda 

ittiham edir. Amma unutmaq olmaz ki, istənilən proqram böyük 

işçi  ordusunun  çalışdığı,  böyük  xərclər  hesabına  və  xeyli  vaxt 

ərzində ərsəyə gələn intellektual mülkiyyətdir. Bu mənada təsdiqi 

və reytinq təminatı olmayan layihəni həyata keçirmək ancaq çox 

güclü maliyyə imkanları olan, oturuşmuş TV­lərdə mümkündür. 

Yerli yayımçıların (kommersiya) bu cür riskə gücü çatmaz, böyük 

uğursuzluqla  ümumi  reytinqi  itirə  bilərlər.  Sensasiya  üzərində 

qurulmuş  haldan  başqa,  bütün  digər  hallarda  veriliş  reytin­

qi  mərhələli  şəkildə  toplayır.  Və  onu  bir  dəfə  itirməklə  yenidən 

bərpa  etmək  çox  çətindir.  Təcrübə  göstərir  ki,  reytinqini  itirmiş 

proqramın yenidən yerinə qaytarılmasını çətin hesab edən yara­

dıcı  heyət,  top  menecerlər  onun  adını  və  formatını  dəyişib  yeni 

məhsul kimi təqdim edirlər. Yeni adla məhsulun uğur qazanmağı 

daha asandır, nəinki itirilmiş uğuru bərpa etmək. Ona görə otu­

ruşmuş reytinqi və auditoriyası bəlli olan verilişlərin olduğu kimi 

adaptasiyası və ya işlənmiş təqdimatı qəbulolunandır. Əgər dün­

ya teleməkanına diqqətlə nəzər yetirsək, layihələrin oxşarlığını və 

proqramlaşdırmanın  təkrarını  görə  bilərik. Aprobasiya  olunmuş 

kommersiya uğuru təyin olunan layihələrə maraq göstərmək, eyni 

zamanda, uğursuzluq halında layihəni asanlıqla bağlamaq və ya 

digər  kanaldan  aparıcı  transfer  etmək  yolu  ilə  qurulan  fəaliyyət 




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə