TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə126/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   122   123   124   125   126   127   128   129   ...   171

299

biləcək və əks reaksiyanı təlqin edəcək tədris verilişlərinin, xüsusən 

də gənc nəslin mənəvi, intellektual tərbiyəsinin əhə miy yətini önə 

çəkərək,  bu  cür  veriliş  və  filmlərin  yaradıcı  cəhətdən  mü kəmməl 

olmasının  keyfiyyətcə  yüksək  olan  zorakı  filmlərlə  rəqabətə  girə 

biləcək səviyyədə olmasını xüsusilə qeyd etməliyik.  Zorakı filmlərin 

kifayət qədər gəlirli olması bu mövzunu Hollivud və bir sıra digər 

kütləvi film istehsal edən ölkələr üçün sərfəli edib. Film yaradıcıla­

rı keyfiyyət sıçrayışlarına nail olaraq, hər dəfə daha qüvvətli bədii 

həllə malik ekran nümunəsinin üzə çıxmasına çalışırlar. Bu, televizi­

ya sənətkarları qarşısında daha sanballı və müasir gəncliyin baxaca­

ğı verilişləri ərsəyə gətirmək, yenilikçi axtarışlarla zənginləşdirmək 

vəzifələrini qoyur.

Belə  proqramlarda  müəllif,  rejissor  və  digər  yaradıcı  heyət 

üzvləri  üzərlərinə  düşən  vəzifənin  mahiyyətini  anlayaraq  yara­

dıcı  yenilikçiliyi  efirə  gətirməklə  bərabər,  özlərinin  vətəndaşlıq, 

ziyalılıq  borclarını  düzgün  anlamaqla  mənəvi  tərbiyə  və  tədris 

işinə  daha  diqqətlə  yanaşmanı  həyata  keçirməlidirlər.  Efirdən 

görünən  və  kadr  arxasında  qalan  hər  işçi  verilişin  sosial  yükü­

nü  anlayaraq  onun  ünvanladığı  tamaşaçının  marağını,  istəyini 

dəyərləndirməyi  bacarmalıdır.  Həmçinin  tamaşaçının  marağını 

düzgün  qiymətləndirib  onun  zövqünə  uyğun  verilişin  onun  ba­

xacağı  və  bu  bilgiləri  qəbul  edəcəyi  vaxtda  göstərilməsini  təşkil 

etmək  olduqca  vacib  məsələ  kimi  önə  çıxır.  Burada  sosioloq  və 

psixoloqların işə cəlb olunması yolu ilə verilişin ünvanlandığı au­

ditoriyanın mövzunu qavramaq iqtidarında və imkanında olduğu 

vaxtı düzgün müəyyən edib, proqram şəbəkəsində onu lazımi sa­

atda yerləşdirmək vacibdir. Əgər uşaq proqramlarının ən uyğun 

saatı iş günləri 17.00­dan 20.00­a qədər hesab olunursa, evdar qa­

dınlar üçün saat 13.00­dan 18.00­a, gənclər üçün 21.00­dan 03.00­a 

qədər, yaşlı nəsil üçün daha çox gündüz və axşam efiri ən baxılan 

olur. Lakin təbii ki, saat 01.00­da tədris verilişi vermək bir o qədər 

də effektli olmaz. Buna görə də saatların dəqiq müəyyən olunması 

vacibdir.

Tədris elə bir mühüm prosesdir ki, hər bir insan ömrü boyu on­

dan bəhrələnərək, yeni biliklərin əldə olunması üçün istifadə edir. 

Bəzən elə düşünülür ki, televiziya qarşısında oturan şəxsin kitablar­

dan ayrılması baş verir və bu, insanların maariflənməsinə, xüsusən 

yeni elmi bilgilərin alınmasına mane olur. Lakin yuxarıda mədəni­

maariflənmə  funksiyası  ilə  bağlı  araşdırmamızda  gətirdiyimiz 

sübutlar, həmçinin “Televiziyanın uşaqları” kitabından gətirilmiş 

sitata  (51,  səh.  233)  əsaslanıb,  evdə  olan  “mavi  qutunun”  təsiri 




300

ilə  insanların  kitab  oxumaq  maraqlarının  oyanması  faktını  qeyd 

etməliyik. Həmçinin televiziya vasitəsilə elmi məlumatların, kəşf­

lərin, araşdırmaların yayılması, müxtəlif fənlərin tədrisi və lazım 

olan  bilgilərin  aşılanması  tədris  verilişlərinin  əhəmiyyətini,  ona 

olan yaradıcı tələbləri artırmış olur. Teletədrisi tamaşaçının anla­

dığı və baxmaq istədiyi tərzdə çatdırmaqla televiziyanın ən böyük 

imkanı – görüntülülükdən məharətlə istifadə edərək əyaniliyi ya­

ratmağı bacarmaq lazımdır. Məhz görüntünün mükəmməl, ətraflı, 

bilgilərin vizual ardıcıllıqla göstərilməsi ilə qurulması verilişi ba­

xımlı edə bilər. Danışılan mövzunun mahiyyətindən asılı olmaya­

raq, onun görüntüsü dinamik və zövqlə hazırlanmalıdır. Texniki 

tərəqqi və yeni texnikaların televiziya sistemində tətbiqi kompyu­

ter qrafikası vasitəsilə əyaniliyin istənilən tərzdə və canlı şəkildə, 

həmçinin  zövqlə  çatdırılmasına  imkan  verir.  TriDmax  və  Maya 

kompyuter proqramlarının geniş istifadə olunması ilə virtual re­

allığın  yaranması  mümkün  olur  və  danışılan  hər  bir  mövzunun 

mikrobioloji və ya astronomik, tarixi keçmiş və ya gələcək, bitki­

nin yaranışı və mayalanması, digər indiyədək dərsliklərdə cansız 

rəsmlərin  vasitəsilə  aydınlaşan  gerçəkliklər  hərəkətlə  göstərilə 

və  tamaşaçını  öz  aləminə  apara  bilər.  Kompyuter  qrafikasının 

təkmilləşməsi  əyaniliyi  daha  qabarıq  və  olduğu  kimi,  görmək 

istədiyimiz ölçüdə, tərzdə, rakursda təqdim etmək iqtidarında ol­

duğundan  onun  tədris  verilişlərinə  tətbiqi  təsir  gücünü  artırmış 

olar.

Uşaq  verilişlərinin  tədrisi  prosesində  bilavasitə  iştirak  edən 



in tellektual  oyunların  və  adi  bilgilərin  tədrisi  ilə  məşğul  olan 

verilişlərin rəngarəngliyi, forma əlvanlığı, mövzu tutumu hər bir 

telekanalın  qarşısında  mühüm  bir  vəzifə  kimi  televiziya  işində 

önə  çıxır.  Uşaq  verilişlərinin  əyləncəli  tərzdə,  rəngarəngliklə, 

uşaq  dilinə  və  onun  dünyasına  yaxın  tərzdə  təqdim  olunması;  

intellektual  oyunların  dinamik,  baxımlı  tərzdə  qurulması;  intim, 

mətbəx və ya digər mühüm bir həyat sahəsi ilə bağlı məlumatların 

verilməsi ilə məşğul olan verilişin mükəmməl tərzdə qurulması, 

bədii  cəhətdən  baxımlı  şəkildə  təqdimatı  yaradıcı  heyətin  qar­

şısında  duran  başlıca  vəzifədir.  Burada  məzmunun  dəqiqliyi, 

peşəkarlığı və mənbələrə söykənərək təzahür olunması nə qədər 

həyati əhəmiyyətlidirsə, onun görüntü həlli, bədii tərəfləri, estetik 

zövqə təsir baxımından yüksək tələblərə cavab verməsi də bir o 

qədər vacibdir. 

Azərbaycan  televiziyasında  tədris  verilişlərinin  mənzərəsinə 

nəzər  yetirək.  Televiziyanın  təsir  imkanlarının  genişlənməsi 




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə