TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə122/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   118   119   120   121   122   123   124   125   ...   171

289

qətiyyətli, iradəli, mübariz, xalqının xilası naminə yenidən yorul­

madan çalışan insan obrazı – bütün bunlar, filmin ideyasını təşkil 

edən cəhətlər kimi tamaşaçı üçün olduqca maraqlı, yaxın tariximi­

zin təbliği işində əhəmiyyətlidir. Rejissor sənədli filmin dili ilə bö­

yük liderin obrazını və insan kimi videoabidəsini yaratmağa nail 

olur.

Epopeyaya  daxil  olan  “Heydər  Əliyev.Əsl  məhəbbət  haqqın­



da” filmi böyük siyasi xadimin, bütün ömrünü ictimai fəaliyyətə 

həsr  etmiş  dövlət  adamının  şəxsi  keyfiyyətləri,  ən  incə  duyğu­

ları və ölməz məhəbbətinin obrazını yaratmış olur. Filmdə Hey­

dər  Əliyev  özünün  məhəbbətindən,  görkəmli  alim,  akademik 

Zərifə  Əliyeva  barədə  danışır  və  xatirələri  yada  salır.  Rejissor 

xa ti rələrin  axarında  qurma  səhnələr  vasitəsilə  məhəbbətin  obra­

zını  yaratmış  olur.  Tamaşaçı  ekranda  məhəbbətin  böyüklüyünü, 

səmimiliyini iradəli, inamlı bir səsin – Heydər Əliyevin ifasında 

eşidir  və  səhnələşdirmələr  vasitəsilə  onun  ekran  həllini  görür. 

Sənədli filmdə bədii elementlərin uğurla işlədilməsi, məhəbbətin 

bütövlükdə filmin poetikasına çevrilməklə plastik həlldə, musiqi 

tərtibatında öz əksini tapmaqla ideyanın estetik həll ilə vəhdətdə 

çıxış etməsinə imkan verir. Geniş tamaşaçı marağına səbəb olmuş 

bu  filmin  IV Avrasiya  Teleforumunda  2001­ci  ildə  əsas  mükafa­

tı  alması,  həmçinin  “Görkəmli  siyasi  xadim  obrazının  istedadlı 

təqdimi  üçün”  xüsusi  mükafatına  layiq  görülməsi  böyük  hadisə 

kimi dəyərləndirilməlidir.

Sənədli  televiziya  filmlərindən  danışarkən  “Lider”  kanalının 

“Azər baycan” redaksiyasının işlərini xüsusilə qeyd etmək lazımdır. 

Rejissor  Mirsadıq  Ağazadənin  “Bayatı­Şiraz”  filmində  gö­

zünün  nurunu  itirmiş  bir  şəxsin  şəfa  taparaq  dünyanı  görməsi 

təsvir edilir. Film onun zülmətdə olduğu vaxt oxuduğu Bayatı­Şi­

razla  başlayıb  və  onun  nura  qovuşduqdan  sonrakı  ifası  ilə  başa 

çatır. Rejissor milli musiqimizin bu incisini obrazlı bir üsul kimi 

istifadə  edib,  zülmətdən  nura  gedən  yolu  göstərmiş  olur.  Rejis­

sor işinin mükəmməlliyi bir insan taleyi axarında böyük ictimai 

əhəmiyyət  daşıyan  yükün  verilməsini  bədii  dillə  etməsindədir. 

Bu barədə İlhamiyyə Rzayeva yazır: “Müəllif də elə bu filmində 

“Bayatı­Şiraz” muğamının, əslində, musiqidən daha artıq, bir an­

layış olduğunu anlatmaq ehtiyacını əks etdirərək, bəşəri fəlsəfənin 

dərin qatlarını təsvirlə, sözlə, duyğuyla, əsəblə, ağrıyla, göz yaşıy­

la de məyə çalışıb” (43). Musiqi, fəlsəfə və insan taleyinin obrazlı 

birliyinə nail olan rejissorun bu işi uğurlu ekran nümunəsi kimi 

dəyərləndirilməlidir.




290

ANS kanalının istehsalı olan “Əsirlər və sirlər” (rejissor – Gül şən 

Əliyeva), “Erməni soyqırımı” (rejissor – Qənirə Paşayeva), “Çin­

giz  zirvəsi”  (rejissor  –  İlqar  Mikayıloğlu)  filmləri  özünün  tarixi 

araş dırma,  gerçəkliklərin  açılması  baxımından  dəyərli  işlər  kimi 

diq qətəlayiqdir. “Erməni soyqırımı” müəllif filmində Qənirə Pa­

şayeva uydurulmuş 1915­ci il erməni soyqırımının yalanının ifşası 

və əslində, ermənilərin dinc türklərə qarşı törətdikləri qanlı soy­

qırım barədə danışaraq tarixin bu təzadını açmağa, faktların dili 

ilə danışmağa başlayır. İndiyədək Azərbaycan tamaşaçısına bəlli 

olmayan gerçəkliklərin verilməsi, zəngin araşdırma filmin ictimai 

əhəmiyyətini artırır, onun tarixi və siyasi yerini müəyyən edir.

Ölkə  telekanallarında  mədəni­maarif  funksiyasının  icrasına 

yönəlmiş  televiziya  filmləri  ənənəsi  özünün  yeni,  daha  yaradıcı, 

yeniliklərin tətbiqi, axtarışlarla zəngin bir dövrünə qədəm qoyaraq, 

müasir düşüncəli tamaşaçı üçün bütünlüklə tarixi, coğrafi faktların 

açılışı, təbiət, din, mədəniyyət, folklor barədə məlumatlandırma, 

problemlərin  qabardılması  kimi  vəzifələrin  öhdəsindən  yaradı­

cı cəhətdən kamil tərzdə gəlməyə çalışır. Bir çox hallarda kifayət 

qədər ciddi nöqsanları olan filmlərə rast gəlinsə də, ümumilikdə 

bu proses uğurludur və inkişafdadır. Sənədli televiziya filmi rejis­

sora geniş yaradıcılıq imkanları verməklə bərabər, onun üzərinə 

məsuliyyət də qoymuş olur. 

Televiziyada  elmi­kütləvi  filmlər  televiziya  yaradıcılığı  işində 

olduqca  əhəmiyyətli  olmaqla,  maarifləndirmədə  xüsusi  yer  tu­

tur.  Geniş  tamaşaçı  kütləsi  arasında  elmi  araşdırmaların  təbliği, 

maariflənmə  işinin  aparılması,  təbiət  və  humanitar  elmlərinin  

hamının başa düşdüyü tərzdə şərh olunması, elmi dünyagörüşü­

nün aşılanması, elmi­texniki nailiyyətlərin yayılması, elm adam­

larının həyat və yaradıcılıqları, elmi axtarışlar barədə məlumatın 

verilməsinə ünvanlanmış elmi­kütləvi filmlər əsasən elmi­kütləvi, 

elmi­publisistik və elmi­bədii tiplərə bölünür.  

Azərbaycan  teleməkanında  yaranan  elmi­kütləvi  filmlərdən 

elmi araşdırmalarla təbiət, humanitar elmlər barədə elmi faktlar­

la  zəngin  elmi­kütləvi  tipə  – “Azərbaycan  təbiəti”,  “Dəmirağac” 

(rejissor – Nazim Abbas), “Tanış olun: Azərbaycan”, “Azərbaycan 

mətbəxi” (Səyavuş Hüseynli), elmi cəhətdən araşdırılmış faktların, 

hadisələrin publisistik təqdimatı ilə verilən elmi­publisist tipinə­ 

“Atəşgah” (rejissor – Nazim Rza), “Gəncə abidələri” (rejissor – Na­

zim Abbas), “Xan sarayı”, (rejissor  – Vəli Səyyadi), “Qobustan”, 

“Qax  abidələri”  (rejissor  –  Rövşən  Almuradlı),  elmi  cəhətdən 

əsaslanmış  hadisələrin,  faktların  bədii  ifadə  vasitələri  ilə,  bədii 




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə