TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə118/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   114   115   116   117   118   119   120   121   ...   171

280

Naxçıvan  Poeziya  Teatrının  “Ana”  (H.  Cavid),  C.Cabbarlı  adına 

Gəncə  Dövlət  Dram  Teatrının  “Dəli  Kür”  (İ.Şıxlı),  “Cavad  xan” 

(N. Məmmədova), H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili 

Dram Teatrının “Bəxt üzüyü” (V. Səmədoğlu), “Qınamayın məni” 

(Ş.  Arif),  N.  B.  Vəzirov  adına  Lənkəran  Dövlət  Dram  Teatrının 

“Ölülər” (C. Məmmədquluzadə) tamaşaları bu gün də televiziya 

seyrçilərinin  yaddaşında  dərin  iz  buraxmış,  yeni  nəslin  mənəvi 

tərbiyəsində mühüm yer tutmuş, onların bədii ədəbiyyatla, dra­

maturgiya ilə tanışlığını təmin etmiş, teatra maraq oyatmışdır.  

Bir  çox  tənqidçilər  tamaşaların  televiziya  vasitəsilə  verilməsini 

tamaşaçıları  teatra  getməkdən  çəkindirən  bir  hal  kimi  də­

yərləndirirlər.  Burada  nə  qədər  həqiqət  olsa  da,  televiziyanın 

küt ləviliyi  və  onun  Respublikanın  bütün  yerlərini  əhatə  etməsi 

baxımından  bu  vasitədən  istifadə  edərək  teatr  tamaşalarının 

verilməsini  mənəvi  tərbiyə  işində  olduqca  böyük  addım  hesab 

edərək,  vacibliyini  qeyd  etməliyik.  Zaman  göstərdi  ki,  tamaşaçı 

teatr  aurasını,  canlı  aktyor  ifasını  qiymətləndirərək  mədəniyyət 

ocaqlarına  baş  çəkməyi  özünün  asudə  vaxtının  bir  hissəsi  kimi 

dəyərləndirməkdə davam edir. Lakin bir  çox tamaşalar tədricən 

repertuardan  çıxarılır,  aktyorlar  dünyasını  dəyişir  və  bu  səhnə 

nümunələrinin  ekranlaşdırılması  indiyədək  mümkün  olmayan 

teatr sənətinin yaşadılaraq yeni nəsillərə çatdırılması işini həyata 

keçirir. Məhz bu sosial varislik funksiyasına görə çağdaş tamaşa­

çı,  teatrsevər  və  yetişən  nəslin  nümayəndələri A.  İsgəndərovun, 

M.  Məmmədovun,  T.  Kazımovun  və  başqa  böyük  rejissorların 

yaradıcılıqlarını,  milli  teatr  sənətimizdə  iz  buraxan  aktyorların 

ifa tərzlərini görüb, bu barədə təsəvvürə malik olurlar. Televizi­

yada, həmçinin səhnədə səs salan və dövrünün möhtəşəm sənət 

nümunəsi  sayılan  əsərlərin  çəkilərək  qorunması,  yayımlanması 

teatr prosesinə müsbət təsir edərək, yeni yaradıcı nəslin formalaş­

masında, onların işlərində özünün təsirini göstərmiş olur.

Teatr tamaşalarının ekranlaşdırılmasından söz açmışkən bu işə 

daha geniş yer ayıran və böyük yaradıcılıq ənənəsi olan Azərbaycan 

Dövlət  Televiziyasının  işini  yüksək  qiymətləndirməliyik.  Azər­

baycan Milli Teatrının son 40 ildəki ən yaxşı nümunələri məhz bu 

televiziyanın  videotekasında  qorunub  saxlanılır  və  tamaşaçıla ra 

göstərilir. Azərbaycan Televiziyasının bu sahədəki çoxillik ənənəsi 

və yaradıcı metodları digər kanalların işinə də təsir etmişdir. Re­

jissorlar  Tariyel  Vəliyev,  Tofiq  Zeynalov,  Elxan  Məmmədov  və 

digərləri səhnə sənətinin ən maraqlı nümunələrinin ekranlaşdırıl­

ması işində özlərinin yaradıcı üsullarından, axtarışlarından geniş 




281

istifadə edə rək televiziya ilə teatr estetikasının harmoniyasını, üz­

vi  vəhdətini  qurmaq,  teatr  poetikasının  ekran  təcəssümünü  sax­

lamaq və səhnə sənətinin prinsiplərini, onun canlılığını, yaratdığı 

aurasını qorumaq kimi üzərinə düşən vəzifələri yerinə yetirməklə 

maraqlı ekran nümunələrinin müəllifi kimi çıxış etmişlər. 

Teatr tamaşasının ekran həllində quruluşçu rejissorun təfsirindən 

irəli  gələn  ab­havanın  qorunaraq  ifadə  vasitələri  ilə  mövzu­ide­

yanın  bədii  həllinin  açılışının,  aktyor  ifasının  geniş  mənada 

incəliklərinin,  xüsusiyyətlərinin  saxlanılması  olduqca  mühüm 

vəzifədir. Görüntünün dinamikası, kadr və rakurs dəyişimi, onun 

tempo­ritmi  tamaşanın  ümumi  tempo­ritmi  ilə  uyuşmalı,  onun­

la  vəhdət  şəklində  çıxış  etməlidir.  Əks  halda  yaranmış  uyğun­

suzluq tamaşanın təsir gücünü zəiflədə, rejissor və aktyor işinin 

başlıca  uğurlarını  heçə  endirə  bilər.  Teatr  sintetik  sənət  kimi  bir 

neçə sənət növünün birləşməsindən meydana gəlir və bu vəhdətin 

üzvi  şəkildə  tamaşanın  ümumi  poetikasına  uyğun  olması  vacib 

şərt, tamaşanın uğuru sayılır. Televiziya teatrında isə artıq hazır 

tamaşanın işinə daha bir neçə televiziya sənətləri qoşularaq, ümu­

mi  poetikanı  biçimləndirirlər.  Rejissor,  operator,  montajçı,  səs 

rejissoru və digər peşə sahibləri özlərinin yaradıcı fəaliyyətlərini 

artıq hazır olan səhnə əsəri nümunəsinə uyğunlaşdıraraq bitkin, 

bədii cəhətdən kamil ekran nümunəsinin meydana çıxılmasına ça­

lışmalıdırlar. Bütün bu sənətləri tamaşa ətrafında birləşdirən isə 

televiziya rejissorudur. Dramaturji materialdan, teatrın yaradıcılıq 

yolundan xəbərdar olan rejissor, həm də səhnə təfsirinin müəllifi 

quruluşçu rejissorun yaradıcı üslubunu, poetikasını duymalı, ta­

maşanın ümumi ab­havasını hiss etməlidir. 

Burada  mühüm  amil  kimi  televiziya  sənətkarlarının  fərdi  ya­

radıcı  yanaşmaları  qeyd  olunmalıdır.  B.  Qurbanovun  “Tamaşaçı 

həmin  əsərlərə,  bir  növ,  televiziyada  çalışan  sənətkarın  gözü  ilə 

baxır,  onun  bədii  zövqünün,  intellektual  səviyyəsinin,  fərdi  is­

tedad və qabiliyyətinin təsiri altına düşür” (54, səh. 59) fikrində 

televiziya  işçisinin  bədii­yaradıcı  imkanları,  onun  estetik  zövqü 

kontekstində  teatr  tamaşasının  ekran  həllində  yeni  imkanlar  aç­

maqla, tamaşaçının zövqünə müsbət təsir edə, onun bədii­estetik 

tərbiyəsinin düzgün biçimlənməsində iştirak edə biləcəyi vurğu­

lanır.  Lakin  televiziya  işçisinin  sənətkarlıq  qabiliyyəti,  istedadı, 

peşəkarlığı yetərincə olmayanda biz bəsit, zövqsüz halda televizi­

ya dilinə çevrilən, sönük teatr tamaşalarının şahidi ola bilərik ki, bu 

da tamaşaçının bədii­estetik tərbiyəsinə mənfi təsir göstərməklə, 

onun zövqünə də xələl yetirmiş olur.




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə