TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə115/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   111   112   113   114   115   116   117   118   ...   171

272

maraqlandırır, həmçinin onun sosial maariflənməsinə xidmət edir. 

Infoteynment postmodernist mahiyyət daşıyaraq yuxarıda sadala­

dığımız kimi onun dəyərlərini istifadə edir, kütləvi mədəniyyətin 

cəhətlərindən bəhrələnir və digər sənət növlərinə təsir edir. 

4.4 Televiziyanın kulturoloji  təhlili. Televiziya mənəvi tərbiyəçi kimi 

Televiziyanın cəmiyyətin mənəvi tərbiyəsində, məhsuldar qüv­

vələrin istiqamətləndirilməsində, düşüncə tərzinin, zövqlərin bi­

çimlənməsində  böyük  və  əhəmiyyətli  yer  tutması  birbaşa  onun 

kütləviliyi ilə bağlı bir amildir. Televiziya yarandığı ilk günlərdən 

incəsənət nümunələrinin çatdırılması, işıqlandırılması və qorunub 

saxlanılaraq  yeni  nəsillərə  təbliğ  olunması  işini  özünün  başlıca 

vəzifəsinə  çevirdi.  “Televiziya  elə  ilk  addımından  səsli­görümlü 

informasiyanı  vermək  və  bədii  mədəniyyət  əsərlərini  reproduk­

siya etmək üçün müəyyən texniki kanal, kütləvi kommunikasiya 

vasitəsi kimi fəaliyyətə başladı” (296, səh. 156) fikri televiziyanın 

mədəniyyət  sistemində  bir  təbliğatçı  və  onun  başlıca  funksiya­

larından  olan  sosial  təcrübənin  ötürülməsi  –  varislik  funksiyası­

nı  daşımaqla  özünün  maarifləndirmək  məqsədinə  xidmət  etmiş 

oldu. Televiziya mədəniyyət sisteminə cəsarətlə daxil olub onun 

tərkib  hissəsi  kimi  kütləviləşmənin,  yayımın  təminatçısı  olaraq 

ümumi  inkişafını  stimullaşdırdı.  “Yaxın  gələcəkdə  televiziya­

nın  …inkişafını,  əsasən  mədəniyyət  tərəqqisi  müəyyən  edəcək, 

onlar  isə  öz  növbəsində  milli  və  dünya  mədəniyyəti  sistemi  ilə 

birləşəcəklər”  (51,  səh.  112)    fikri  mədəniyyətlərin  inteqrasiya­

sının  gerçəkləşdirilməsi,  onların  qarşılıqlı  münasibətlərinin  ya­

ranmasında  televiziyanın  oynadığı  əvəzsiz  rolu  və  televiziyanın 

tərəqqisinin  bilavasitə  mədəniyyət  prosesindən  asılı  olduğunu 

açıb göstərir.

Televiziya özünün yayım saatının və əhatəliliyinin artması hesa­

bına hər bir evə, hər bir insana nüfuz etməklə, onun formalaşmasın­

da başlıca təsiredici amil kimi çıxış edir. “Kütləvi kommunikasiya 

vasitələrinin, ilk növbədə isə televiziyanın XX əsrin ortalarından 

başlanan  zəfər  yürüşü  yeni  növ  mədəniyyətin  formalaşmasına 

gətirib  çıxartdı”  (51,  səh.  112)  fikrində  kütləvi  mədəniyyətin  ya­

ranmasının  bilavasitə  televiziyanın  üzərinə  qoyulması  təsdiqini 

tapır. Müəllifin bu fikri ilə razılaşmayaraq kütləvi mədəniyyət an­

layışının tarixinə nəzər yetirməklə, əslində, televiziyanın yeni növ 

mədəniyyət yaratmadığını, əksinə, mədəniyyətin, incəsənətin bir 

növü kimi inkişaf etdiyini təsdiqləməyə çalışaq. 



273

Mədəni dəyərlərin istehsalı və istehlakının xüsusiyyətləri kultu­

roloqlar tərəfindən mədəniyyətin iki sosial formasının mövcudlu­

ğunu ortaya qoymağa imkan verdi: elitar mədəniyyət və kütləvi 

mədəniyyət.  Bir  çox  kulturoloq,  filosoflar  mədəniyyətin  bu  iki 

sosial formasının çözümü və onların cəmiyyətin inkişafında rolu­

nu müəyyən etməyə çalışmışlar. Bu baxımdan X. Orteqa­i­Qas set, 

M. Maklüen, E. Moren, D. Düi, E. Fromm, R. Mixels, Q. Moska,                  

B. Astafyev kimi tanınmış alimlərin tədqiqatları maraqlı və elmi­

dir. Elitar və kütləvi mədəniyyətin izahını hələ e.ə. V əsrdə mövcud 

olan Kirenaik məktəbinin yaratdığı etik təlim – gedonizm və onun 

böyük nümayəndəsi Aristipdə, sonrakı dönəmdə A. Şopenhauer, 

F.  Nitsşe,  Z.  Freyd  kimi  filosof  və  psixoloqların  əsərlərində  tap­

maq olar. Yəni bütün zamanlarda mədəniyyətin formaları filosof­

ları düşündürmüş və bu ətrafda fikirlər söyləməyə vadar etmişdir. 

Kütləvi mədəniyyətin yaranma tarixi müxtəlif cür hesablanır. Elmi 

ədəbiyyatda,  kulturologiyada  kütləvi  mədəniyyətin  insanlığın 

yaranması ilə və ən azından xristianlıq sivilizasiyasının bərqərar 

olmasına bağlandığı fikrinə az rast gəlinmir. Bunun üçün ən ba­

riz  nümunə  kimi  müqəddəs  kitabların  sadələşmiş  nüsxələrinin 

meydana  gəlməsi  göstərilir.  Məsələn,  “Yoxsullar  üçün  Bibliya” 

və s. Digər qrup kulturoloqlar isə bu prosesi XVII–XVIII əsrlərdə 

macəra, detektiv, avantürist romanların meydana gəlməsi ilə bağ­

layır. Misal kimi ingilis yazıçısı Daniel Defo, onun “Robinzon Kru­

zo” və çoxlu sayda digər romanları göstərilir. 

Bir başqaları Avropada kütləvi savadsızlığa qarşı aparılan mü­

barizə və bunun nəticəsində XIX əsrdə real nəticələrin əldə olun­

ması ilə o dövrün ən populyar bədii yaradıcılıq növü olan romanın 

kütləvi oxunuşunun asanlaşması ilə bağlayırlar. 

Əksəriyyət  isə  bütün  yuxarıda  sadalananların  giriş  olduğunu 

və  həqiqi  kütləvi  mədəniyyətin  XIX–XX  əsr  ABŞ­da  yarandığı­

nı  deyirlər.  Hətta  Amerika  politoloqu  Zbiqnev  Bjezinski  “Əgər 

Roma bəşəriyyətə hüquq, İngiltərə parlament fəaliyyətini, Fransa 

mədəniyyəti və respublika millətçiliyini verdisə, indiki ABŞ dün­

yaya elmi­texniki inqilabı və kütləvi mədəniyyəti bəxş etdi” (253, 

səh. 176) fikrini söyləməklə, kütləvi mədəniyyət fenomeninin XIX–

XX əsrlərdə həyatın ümumsahəli kütləviləşməsindən yarandığını 

deyən filosofların fikrinə tərəfdar çıxdığını bildirmişdir. 

Sonuncu fikir reallıqla səsləşsə də, burada yalnızca kütləviliyin 

daha  çoxtirajlı  olmasından  söhbət  gedə  bilər.  Elə  çap  maşınının 

kəşfi  və  ya  elektron  KİV­i  yalnızca  tirajın  artırılmasına  xidmət 

edən  vasitə  idi.  Əslində,  “kütləvi  mədəniyyət”  anlayışının  tarixi 




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə