TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə123/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   119   120   121   122   123   124   125   126   ...   171

291

dillə təqdim olunduğu elmi­bədii tipə isə – “Etnoqrafik etüdlər” 

(rejissor – Rövşən Almuradlı) kimi filmləri aid etmək olar.

Nazim Abbasın “Azərbaycan təbiəti” filmi çoxçalarlı Azərbaycan 

təbiətinin  əsrarəngiz  gözəlliklərinin  çatdırılması,  göstərilməsi 

baxımından  olduqca  əhəmiyyətli  və  vacib  hadisə  kimi  televizi­

ya  məkanında  özünə  layiqli  yer  ala  bilmişdir.  Peşəkar  rejissor 

və  operator  işi  təbiətin  ən  gözəl  guşələrinin  müşahidə  edilərək 

videotablosunun  yaranmasına  imkan  vermişdir.  Musiqi  ilə  gö­

rüntünün  qarşılıqlı  həmahəngliyini  televiziya  sənətinin  tələbləri 

çərçivəsində özünün dərinliyi, rəngarəngliyi ilə verməyə nail ol­

muş  Nazim Abbas,  kütləvi  tamaşaçıda  bu  təkrarsız  mənzərənin 

təəssüratını yaratmaqla bərabər, sosial, mədəni, həmçinin ekoloji 

sahədə  təbliğatı  yerinə  yetirmiş  olur. Azərbaycan  tamaşaçısı  ek­

ran vasitəsilə bütövlükdə təbiətin mənzərəsini müşahidə etməklə 

bərabər, rejissorun yaratdığı teledünyaya daxil olaraq, onu həm də 

duyur və sevir.

“Azərbaycan mətbəxi” (SOY) filmində isə gənc rejissor Səyavuş 

Hüseynli  bilavasitə  mədəni­maariflənməyə  həsr  olunmuş,  elmi, 

həmçinin  də  kütləvi  əhəmiyyət  daşıyan  ideyanı  bədii  ifadə  va­

sitələri ilə ustalıqla çatdırmağa nail olur. Qədim kökləri olan milli 

mətbəximizin ən ləziz nemətlərinin hazırlanması sirlərini peşəkar 

aşpazların canlı şərhi və bu şərhi milli oyun havalarının müşayiəti 

ilə dinamik həll etməsi  tamaşaçının marağına səbəb olur. Filmin 

yaradıcısı onu əyani vasitə kimi xanımların, aşpazların istifadəsi 

üçün çəksə də, özünün yaradıcı üslubunu, axtarışlarını da tətbiq 

etməklə  mükəmməl  ekran  nümunəsinin  ərsəyə  gəlməsinə  nail 

olmuşdur.  Dörd  saat  həcmində  olan  film  milli  mətbəximizin  in­

cəliklərini,  bişirilmə  texnologiyasının  əsaslarının  yaşadılması  və 

audiovizual  formatda  gələcək  nəsillərə  ötürülməsi  ilə  barəbər, 

özünün yaradıcı fəndləri, maraqlı tapıntıları, dinamikası, görüntü 

zənginliyi, estetik həlli ilə televiziya filmləri arasında yerini alma­

ğa layiqdir.  

ATV­də  “Tanımadığımız  tanışlar”,  “Azərbaycan  sirləri”  filmlər 

silsiləsində  Azərbaycan  televiziyasının,  mədəniyyətinin,  ictimai, 

mədəni həyatda mühüm yeri olan insanların həyat və yaradıcılı­

ğı  önə  çəkilmişdir. Azərbaycan  televiziya  aləminin  “Azərbaycan 

sirləri” layihəsi bir çox tarixi məsələlərə fərqli yanaşmanı ortaya 

qoyur  və  bu  yanaşmanı  mükəmməl,  rəvan  mətnli  ifadə  ilə  əks 

etdirirdi. Bir çox hallarda isə layihə real tarixi hadisələrlə mif və 

əsatirləri  paralel  apararaq,  əsl  tarixi  gerçəyin  üzə  çıxarılmasına 



292

nail olurdu. Qax, İlisi, Lahıc, Qəbələ, Qalakənd, Qız qalası, Şirvan­

şahlar  sarayı  haqqında  çəkilmiş  filmlərin  mükəmməl  dramaturji 

quruluşu tamaşaçını ekran qarşısında həyəcan içində saxlayaraq, 

tarixi gerçəkliyi üzə çıxara bilmişdir. 

“Tanımadığımız tanışlar” filmlər silsiləsi Azərbaycanın müxtəlif  

sənət sahələrində sözü və çəkisi olan görkəmli insanlarının keçdi­

yi həyat yolunu, uğurlarını, çətinliklərini əks etdirməklə onların 

mükəmməl portretinin yaranmasına nail ola bilmişdir. 

Hər iki proqramın struktur və məzmunu televiziya yaradıcılığı 

işində xüsusi əhəmiyyətə malikdir. 

 Lakin bütün bu yaradıcı axtarışlara, uğurlu ekran nümunələrinə 

baxmayaraq, bir çox hallarda ekranlarda yaradıcı cəhətdən qüsur­

lu  olan  elmi­kütləvi  filmlər  də  özünə  yer  alır  ki,  bu  da  mədəni­

maarif  funksiyasının  icrasını  zəiflətmiş  olur.  Son  illərdə  sənədli 

filmlərə  yaranan  daha  böyük  maraq  elmi­kütləvi  filmləri  bir 

qədər diqqətdən kənarda qoymuşdur. Elmi­publisistik, elmi­bədii 

filmlərin yaranması ölkə teleməkanı üçün olduqca vacib bir hadisə 

kimi dəyərləndirilməlidir.

Mədəni­maariflənmə yükü daşıyan müəllif proqramlarının yayı­

mının təşkili telekanallar qarşısında əsas vəzifə kimi durur. Televi­

ziya özünün təşəkkül dönəmində bütün sahələrin peşəkarlarının 

işə cəlb olunması ilə mədəni­maarifçilik yükü daşıyan proqram­

ların yaranmasına çalışdı. Müxtəlif sahələri əhatə edən proqram­

larda  peşəkarların  tədqiqatı,  araşdırması,  yeni  faktarı  söyləməsi 

olduqca uğurlu və tamaşaçıya təsir edən cəhətlərdir.

Azərbaycan  teleməkanında  müəlliflərin  yaradıcı  işə  cəlb  olun­

ması,  müəllif  proqramlarının  yaranması  olduqca  ciddi,  yaradıcı, 

maarifləndirici, həmçinin ictimai əhəmiyyət daşıyırdı. 1991­ci ilin 

sonu, 1992­ci ilin əvvəllərində AzTV­nin ekranında “Videokanal” 

silsiləsi  ilk  müəllif  proqramı  kimi  qeyd  oluna  bilər.  Həmçinin 

AzTV­də Aydın Məmmədovun “Astana” (1990), Mehriban Vəzirin 

“Həftəaşırı”  (1994),  Camal  Yusifzadənin  “Televiziya  videosalo­

nu”, “Space” kanalında Nərgiz Cəlilovanın “Azərbaycan musiqi­

si  antologiyası”  (1997),  “Vizit”(1997),  Mehriban  Ələkbərzadənin 

“Fövqəldünya  və  mən”  (1997),  “Telebenefis”  (1997),  “Persona” 

(2000),  “Azərbaycan  xanlıqları”  (2002), ANS  kanalında  Mirşahin 

Ağayevin “Təmiz söhbət” (1998), Sevil Nuriyevanın “Sevilən saat” 

(2000),    ABA  kanalında  “SOY  production”ın  istehsalı  “Qırmızı 

xətt” silsiləsi (2000), “Lider” kanalında “Proyekt 066” (2000) uğur­

lu müəllif layihələri kimi qeyd oluna bilər. 



293

Mehriban  Ələkbərzadənin  “Telebenefis”  müəllif  proqramında 

milli  teatr  sənətində  özünün  dəst­xətti  olan  böyük  sənətkarlar 

haqqında indiyədək deyilməmiş faktlarla zəngin məlumatlar ve­

rilir,  yaradıcı  cəhətlər  açıqlanırdı.  Müəllif­aparıcı  teatr  sənətini 

mükəmməl  bildiyindən,  onu  duyduğundan  peşəkar  yanaş­

ma sı  ilə  tamaşaçının  maariflənmə  işinə  bilavasitə  xidmət  edir­

di.  Teleməkanda  səs  salan  və  tamaşaçılar  tərəfindən  sevilən  bu 

proq ramda  maraqlı  rejissor  işi,  yaradıcı  yanaşma,  məzmundan 

irə li  gələn  forma  axtarışı  kifayət  qədər  ustalıqla  icra  olunur­

du.  “Telebenefis”də  tapılan  maraqlı  forma  “Persona”  layihəsinə 

cəsarətlə  tətbiq  olunaraq,  yaradıcı  kamilliklə  istifadə  olunurdu. 

“Persona”da  Mehriban  Ələkbərzadə  ictimai  və  mədəni  həyatda 

yeri  olan  tanınmış  adamlarla  həmsöhbət,  olaraq  onların  insani 

keyfiyyətlərinin  açılmasına  çalışırdı.  Tamlıqla  söhbət  üzərində 

qurulan  proqramda  aparıcı  xüsusi  bir  aura  yaradaraq,  gedişa­

ta  ağırlıq  gətirərək  həmsöhbətinin  etirafına  nail  olmaq  istəyirdi. 

ANS  kanalında  Mirşahin  Ağayevin  “Açıq  söhbət”  layihəsində 

də  ictimai­siyasi  və  mədəni  həyatda  tanınmış  insanlarla  söhbət 

zəminində  tamaşaçıya  məşhurların  iç  dünyasının  açılışı  başlıca 

məqsəd daşıyırdı. Peşəkar jurnalist yanaşması, düzgün qurulmuş 

suallar həmsöhbətin etirafına gətirib çıxarmaqla aparıcı­müəllifin 

uğurunu təmin edirdi. Mirşahin Ağayevin ölkə telejurnalistikasın­

da tanınan sima olması, ən qaynar vaxtlarda reportyor fəaliyyəti 

və hələ dövlət televiziyasının ekranında yer alan “Xəbərçi” proq­

ramının ilk aparıcısı kimi ciddi imic qazanması söhbətin gedişinə 

təsir  etməklə  bərabər,  onun  tamaşaçı  tərəfindən  baxılmasını  da 

təmin etmiş olurdu.

Azərbaycan tarixinin əhəmiyyətli hissəsi olan XVII–XIX əsr xan­

lıqlar dövrünü araşdırma predmeti kimi əsas götürən “Azərbaycan 

xanlıqları” telelayihəsi özünün ictimai əhəmiyyətinə görə mühüm 

yer  tutur.  Sovet  dövrü  dərsliklərinə  salınmayan,  gizli  arxivdə 

gizlədilən  faktların  açılması  baxımından  böyük  maarifləndirmə 

işi  aparan  layihə  tarixə  fərqli,  obyektiv  münasibət  kimi  ciddi 

əhəmiyyət  daşımış  olur.  Xanlıqlar  ətrafında  yaranan  düzgün  ol­

mayan rəyi dəyişdirmək, onların milli dövlətçilik tariximizin bir 

parçası  olması  fikrini  aşılamaq  kimi  məqsədləri  qarşıya  qoyan 

müəllif mədəni­maariflənmə işində böyük yer alan tarixin televi­

ziya  vasitəsilə  təbliği  işinə  nail  ola  bilir.  Görüntü  həllində  əhatə 

olunan dönəmin lent həllinin mümkünsüzlüyü və indiyədək bu 

dönəm barədə cəmisi bir filmin – “Fətəli xan”ın olması görüntü 

həllini çətinləşdirir və layihəni daha çox, söhbət üzərində qurul­




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə