TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə124/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   120   121   122   123   124   125   126   127   ...   171

294

masına səbəb olur. Bu isə tamaşaçı diqqətini çəkmək baxımından 

qeyri­realdır. Bir çox hallda görüntü həlli olmayan teleçıxış yoru­

culuq yaratmaqla, tamaşaçını kanalı dəyişməyə sövq edir. 

Qarşısında  mədəni,  sosial,  ictimai  problemlərin  araşdırılması, 

tarixi  gerçəklikləri  tamaşaçı  üçün  yeni  olan  faktlarla  zəngin  bir 

tərzdə təqdimatı kimi vəzifələr qoyan “Qırmızı xətt” silsiləsi özü­

nün dramaturji strukturuna və formasına görə televiziya verilişinin 

poetikasına yaxın olsa da, burada film elementlərindən məharətlə 

istifadə olunması ona yeni, fərqli bir biçim təqdim edirdi. Rejissor 

mövcud formalardan bəhrələnərək, onların simbiozunu yaratmaq­

la tamaşaçıya gündəlik həyat ritminə yaxın tərzdə problemi, reallı­

ğı, həqiqəti qabardaraq, onun altından xətt çəkir. “Saray sakinləri” 

(2000) filmində Saray qəsəbəsində zehni cəhətdən qüsurlu uşaq­

ların  real  həyatı  və  arzuları  axarında  qayğı,  diqqət  həsrəti  özü­

nün  bədii  tərzdə  təqdimatını  tapa  bilir.  Filmin  dramaturji  həlli 

xronoloji ardıcıllıqla uşaq evinə daxil olaraq oradan çıxana qədər 

uzanan məsafə üzərində qurulmaqla, özünün toqquşmasını vali­

deynini gözləyən qızın ağlamasında tapır. Rejissor ümumi tempo­

ritmi, dinamikanı, dəyişkənliyi ifadə vasitəsi kimi təqdim etməklə, 

əslində, bu ziddiyyəti yetişdirir – sakit axarlı adi bir gün, hər şey 

olduğu kimi gedir, uşaqlar sanki, xoşbəxt görünür və birdən onla­

rın həyatında iz buraxan əsas məqam açılır. Məhz qayğı, valideyn 

həsrəti və illərlə övladına baş çəkməyən valideynin xəyali obrazı 

ziddiyyətin  kökündə  durur.  Filmdə  valideynin  axtarılıb  tapıla­

raq onun ittihamı, özünü müdafiəyə durması ilə problemin şərti 

həllinə nail olmaq cəhdinin olmaması olduqca uğurlu bir hadisə 

kimi dəyərləndirilə bilər. Hər şey o məkanda başlayır və elə onun 

divarları arasında da bitir. Montajda videoeffektlərdən, keçidlərin 

mənalı alınması üçün tapıntılardan istifadə edən rejissor publisisti­

kanı televiziya dilinə çevirərək kadrarxası monoloqla deyil, bitkin 

görüntü ilə “danışır”, problemin gücünü, mahiyyətini, dramaturji 

ziddiyyəti  və  onun  sakit  finalını  göstərir.  Tamaşaçı  problemdən 

agah olur, onu görür, yaşayır və özünə lazım olan nəticəni çıxara 

bilir. Çünki film pedaqoq rolunu oynayaraq, dərs keçməkdən çox 

uzaqda duraraq, düşünməyə imkan verərək nəticənin tamaşaçının 

özü tərəfindən çıxarılmasına imkan yaradır.

Rejissorun  “Bakı  binaları”  (2001)  filmində  isə  albom  janrının 

fəndləri özünü bariz şəkildə göstərir. Səyavuş Hüseynli memar­

lıq  cəhətdən  sənət  incisi  olan  Bakı  binalarının  obrazını  yarat­

mağa  çalışır.  Binaların  görüntüsü,  memarlıq  üslubunun  başlıca 

cəhətləri, tarixi barədə məlumatlar maraqlı operator işinin köməyi 




295

ilə bəzən gündəlik qayğılarımızda nəzərdən qaçırtdığımız inciləri 

göstərməklə çatdırılır. Lakin rejissor burada da bədii elementlərə 

– səhnələşdirmələrə əl ataraq,  əsrin əvvəlində özünün  inkişafını 

yaşayan  Bakının  ruhunu,  həyat  tərzini  göstərməyə  çalışır.  Apa­

rıcının nitqi ilə A. Nağıyevin pul qəbzinə gözünü yumaraq imza 

atması səhnəsində zaman məfhumunu aradan götürməyə çalışan 

rejissor dünənə – binaların tikildiyi günlərə bir xəyali körpü ya­

ratmaqla, həm də informasiyanın çatdırılması üçün təkcə yorucu 

bina  kadrları  və  ya  arxiv  materialları  ilə  kifayətlənməyərək,  di­

namika  ilə  zənginlik  yaratmağa  çalışır.  Binaların  üzərində  olan 

naxışlardan  keçid  elementi  kimi  istifadə  edən  rejissor,  aparıcını 

o dövrə aid geyimdə eyvanda oturdaraq, danışdığı əhvalatın özü 

tərəfindən ifa olunmasını bir yaradıcı fənd kimi uğurla həyata ke­

çirir və filmin ümumi üslub cəhətlərinə uyğun tərzdə yenə zaman 

dəyişimini  göstərir.  Keçidlərin  formaca  yeni,  görünüşcə  maraqlı 

bir  tərzdə  edilməsi  filmin  ümumi  dinamikasını  artırmaqla,  ona 

baxımlılıq  verir.  Rejissorun  mizankadrları  kifayət  qədər  tempo­

ritmə  uyğun,  ifadəli  və  ideya­mövzunun  uğurlu  yozumu  ilə 

vəhdət şəklində verməsi onun yaradıcı uğuru sayıla bilər. Səyavuş 

Hüseynli  açıq  havada  olan  muzeyin  incəliyini,  ecazkarlığını  du­

yur, tamaşaçıya zövq almağa imkan verir, sonra bu günə qayıdır 

və göstərilən gözəlliyə öldürücü zərbəni – yeni binaların heç bir 

memarlıq  əhəmiyyəti  daşımadığını  göstərir.  Bu  filmdə  biz  təkcə 

memarlıq tariximizin təbliği, Bakının yaxın tarixinin araşdırılma­

sını deyil, sakin və onun şəhər davranışının biçimlənməsinin bədii 

həllini  görürük.

“Qırmızı  xətt”  silsiləsindən  “Təhlükəli  nikah”  (2000),  “Təriqət 

toru” (2000), “Dilənçi peşəsi” (2001), “Əsirlər” (2001), “Qırmızılar” 

(2001), “Qara daşların əfsanəsi” (2001), “Pulun o biri üzü” (2001) 

kimi filmlər qaldırılan problemlər və tarixi, sosial əhəmiyyət daşı­

yan faktların tamaşaçının mədəni­maariflənməsində böyük yer tut­

ması baxımından uğurlu ekran layihəsi kimi dəyərləndirilməlidir.

Mədəni­maariflənmə işində mədəniyyət proqramlarının xüsusi 

yerini  qeyd  etməliyik.  Mədəniyyət  proqramlarının  tamaşaçının 

ma ariflənməsində  əhəmiyyətli  yeri  vardır.  Bu  tipli  proqramlar 

tamaşaçının sənət dünyasından, mədəniyyət aləmindən xə bər ləri 

öyrənməsinə,  onun  zövqünün,  estetik  dünyagörüşünün  biçim­

lənməsinə xidmət edir. 

Azərbaycan  teleməkanında  mədəniyyət  aləmindən  ilk  xəbər 

ye  tirən  “Mədəniyyət  xəbərləri”  proqramı  oldu.  Özəl  telekanal­

lar  pərvəriş  tapdıqca,  biri­birindən  dürlü  proqramlar  efirlərdə 




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə