TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə125/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   121   122   123   124   125   126   127   128   ...   171

296

gö ründükcə “Mədəniyyət xəbərləri” arxa plana keçdi və tamam 

unuduldu.  Bununsa  başlıca  səbəbi  verilişin  günün  tempindən, 

seyrçinin gözlədiyi dinamikadan uzaq olması idi. Dramaturji mo­

deli  mükəmməl  olmayan  bu  veriliş,  televiziya  sənətinin  qanun­

larından  uzaqlaşdığına  görə  nə  informasiya,  nə  də  təhlil  verilişi 

kimi təzahür tapa bilməyərək yorucu təəssürat yaradırdı. Verilişin 

aparıcısı uzun müddət AzTV­nin peşəkar jurnalisti kimi tamaşaçı 

sevgisi qazanmış Telli Pənahqızının aramlı aparıcılıq tərzi verilişin 

funksiyası ilə ümumiyyətlə düz gəlmirdi. Onun klassik görkəmi, 

ləngərli nitqi heç bir halda mədəniyyət verilişi üçün qəbulolunan 

deyildi. Verilişin rejissor həllində nəzərə çarpan qüsurlar, süjetlərin 

tempdən uzaq, yorucu tərzdə qurulması ona olan tamaşaçı mara­

ğını azaldırdı.

Mədəniyyət  proqramı  kimi  kommersiya  kanalları  arasında  ilk 

dəfə “Space” ekranında “SOY production”un istehsalı olan “Həftə 

çal­çağırı” (1998) əyləncəli­informasiya proqramı oldu. Proqramın 

rəngarəngliyi,  zövqlü  biçimi  və  ən  başlıcası  orijinal  quruluşun­

dan danışmadan bircə bunu deyək ki, bu proqram teleməkanda 

mədəniyyət xəbərinin yeni qaydalarını ortaya qoydu. TV sənəti və 

informasiya yayma qaydalarına əməl etməklə əyləncəli­informa tiv 

proqram olan “Həftə çal­çağırı” seyrçilərdə mədəniyyət xəbəri an­

layışını büsbütün dəyişərək, bütün telekanallar üçün örnək oldu. 

Proqramda  mədəniyyət  ocaqlarından  verilən  xəbərlərlə  yanaşı 

həftəlik “Afişa”, tamaşaçıları milli kinomuzla bağlı bilgiləndirmək, 

həvəsləndirmək məqsədi daşıyan “Kinomüsabiqə”, sənət adamla­

rı  barədə  gəzən  şayiələrə  aydınlıq  gətirən,  əyləncə  üzərində  qu­

rulan  “Pıçhapıç”  rubrikası  və  onun  aparıcısı  Dilarə  Əliyevanın, 

həmçinin  xəbərçi  qarıların  maraqlı  ifaları,  kino  yeniliklərini  çat­

dıran “Qərib filmlər” rubrikaları milli ruhda köklənərək ölkə ta­

maşaçısını  mədəniyyət  xəbərlərindən  bilgiləndirib,  onun  müasir 

biçimdə təbliğini həyata keçirirdi. 

“Lider” kanalında mədəniyyət aləmində baş verənlərdən bəhs 

edən verilişlər ekrana çıxdı. Musiqidən və digər sənət növlərindən 

ayrıca  verilişlərə  yer  verən  kanalda  bir  müddət  əvvəl  yayımla­

nan “Biz” (2000) mədəniyyət proqramı öz bədii həllini, biçimini 

normal tapmadığından, daha çox xaotik xarakter daşıyırdı. Apa­

rıcının  təcrübəsizliyi  və  ciddi  maraq  kəsb  etməyən  söhbətləri, 

bütünlüklə  yorucu  quruluş  seyrçini  özündən  elə  ilk  vaxtlardan 

uzaq saldı. 2002­ci ildən yayımlanan “Xeyli xəbər” daha maraqlı 

və baxımlı proqram kimi tamaşaçılar arasında məşhurlaşdı. 2003­

cü  ildən  efirdə  yayımlanan  “Xeyli  xəbər+”  mədəniyyət  aləminin 




297

və  şou­biznes  xəbərlərini  çatdırmaq  məqsədini  daşısa  da,  onu 

maarifləndirici proqram adlandırmaq mümkün deyil.

“Lider” kanalında sırf teatr və onun yaradıcı prosesinə həsr olun­

muş “Teatral” (2001) verilişi teatr xəbərləri verməklə bərabər, akt­

yor və rejissorla tanışlıq üzərində qurulurdu. Verilişdə hazırlanan 

süjetlərin  yorucu,  tempsiz  olması,  qonaqla  söhbətin  uzunçuluq­

la  müşayiət  olunması  ümumi  tempo­ritmi  zəiflətməklə  bərabər, 

onun baxımlılıq gücünü də azaldırdı. 

Mədəniyyət  verilişlərindən  danışarkən  AzTV­nin  “Xalq  yara­

dıcılığı” redaksiyasının “İrs”, “Karvan”, “Yaddaş”, “Yallı”, “San­

dıqca”, “Qaravəlli”, “Yazı”, “Buta”, “Bərəkət”, “Qoşma”, “Yurdun 

min bir naxışı”, “Sazın, sözün sehrində”, “Dəmirqapı Dərbənd”, 

“Elat”, “Oğuz”, “Qala”, “Dastan”, “Eldən­elə”; “İncəsənət və te­

atr”  redaksiyasının  “Sənət  söhbətləri”,  “Turan”,  “Romantika”, 

“Premyera”, “Telemizan”; “Kino” redaksiyasının “Kinoalmanax”, 

“Kino tariximizdən”, “Kinotəqvim” verilişləri özünün məzmunu 

etibarı ilə böyük amallara hesablansa da, bir çox hallarda özünün 

yaradıcı solğunluğu, primitivliyi ilə tamaşaçı marağına səbəb ola 

bilmirdi. Forma etibarı ilə artıq ömrünü başa vurmuş metodlarla 

tamaşaçı görüşünə gələn bu cür verilişlərin müasirləşərək mədəni­

maarif işində daha cəsarətli, yaradıcı cəhətdən kamil tərzdə çıxış 

etməsinə ehtiyac duyulurdu.

Kommersiya kanallarının mədəniyyətlə bağlı verilişlərindən söz 

açmışkən  ANS  kanalının  “Filmin  əvvəli”,  “Seans”,  “Lider”  ka­

nalının  “Muzey”,  “Kinoman”  verilişlərini  nümunə  gətirərək,  bu 

sahədə maraqlı ekran işlərinin olduğunu söyləməliyik. Mə də niy­

yət, incəsənət, onun tarixi, çağdaş dönəmi, yaradıcılıq axtarışları 

barədə  tamaşaçını  məlumatlandırmaq,  onun  bu  sahədə  bilgisini 

artırmaq  olduqca  əhəmiyyətli  və  vacib  məsələ  kimi  televiziyala­

rın mədəni­maarifçilik fəaliyyəti kontekstində ciddi məsələ kimi 

durur. Bu vəzifənin icrasının müasir tamaşaçının qavrayacağı bir 

tərzdə olması olduqca əhəmiyyətli və vacibdir. 

Televiziya  maarifçiliyindən  danışarkən  sağlamlıq,  din,  tarix, 

coğrafi  səyahət,  heyvanlar  aləmi,  bitkilər  və  bir  sıra  digər  möv­

zuda  olan  verilişlərin  böyük  əhəmiyyətini  qeyd  etmək  gərəkdir. 

Televiziya, tamaşaçısının maariflənməsi, bütün sahələrlə bağlı in­

formasiya, lazımi məlumat alması üçün bu mövzuları əhatə edən 

verilişlərin  bədii  cəhətdən  kamil  tərzdə  hazırlanmasını  özünün 

başlıca fəaliyyət istiqaməti seçməlidir. 




298

4.5 Televiziyanın yeni nəslə təsir imkanlarının təhlili. Tədris funksiya-

sının yaradıcı problemləri 

 Tədris funksiyasının ictimai­sosial əhəmiyyəti hər bir televiziya­

nın ona yanaşma və bu məqsədi daşıyan verilişlərin yaranma pro­

sesini vacib yaradıcı mərhələyə çevirməklə bərabər, mahiyyətdən 

irəli gələrək məsuliyyətli və əsaslanmış iş müstəvisinə çevirməyi 

zəruri  edir.  Tədris  verilişlərinin  yaradıcı  tərəflərini  müzakirə 

edərkən burada ciddi elmi­kütləvi və tədris metodikasına, proq­

ramına, həm çinin yaş psixologiyasına, ünsiyyət qaydalarına, ma­

raqlara,  sosial  sifarişə;  müasir  elmi  yeniliklərə,  məişətdə  lazımi 

sahələr  üzrə  bilgilərə  söykənən  mükəmməl  dramaturji  materialı 

və bədii cə hətdən rəngarəng, estetik platformaya əsaslanmış, gü­

nün tə ləbinə uyğun, dinamik görüntü həllini qeyd etmək lazımdır. 

Televiziyada bir çox hallarda zorakılığı göstərən filmlərə və ya 

verilişlərə rast gəlmək olur ki, bunun təsiri barədə kifayət qədər 

ziddiyyətli  mübahisələr  aparılır.  Bir  çox  ölkələrdə  belə  filmlərin 

nümayişi qadağan olunsa da, biz Azərbaycan teleməkanında zora­

kılıq görüntülərilə zəngin filmlərin tamaşaçısı olmaqdan sığorta­

lanmamışıq. Xüsusən də, gənclər və uşaqlar arasında belə mövzu­

lu filmlərin təsiri tədqiqatçılar arasında daimi mübahisəyə səbəb 

olan mövzulardandır. Zorakılığın göstərilməsi ətrafına iki prinsi­

pial bir­birinə zidd mövqedə duran fikir – zorakılığın mənfi təsir 

etməsi və onun müsbət tərbiyəvi təsir göstərməsi söylənilir. Hər 

iki fikir öz­özlüyündə müəyyən psixoloji vasitələrlə izah olunur. 

Zorakılığın mənfi təsir göstərdiyi rəyinə gələnlər bunu aşağıdakı 

səbəblərlə izah edirlər: stimulyasiya – yəni zorakılığın göstəricisi 

aqressivliyə hazırlığı təlqin edir; öyrəşmə – yəni zorakılığın tez­tez 

göstərilməsi ona baxanı cinayətə öyrəşdirir və bu, onun üçün adi 

həyat normasına çevrilir; imitasiya – bu, daha çox, uşaq və gənc­

lərin özünü qəhrəmana oxşatmasını nəzərdə tutur; ümumi emo­

sionallıq – yəni zorakılığın nümayişi ona baxanı qıcıqlandırır və 

onun hərəkətlərinin nəzarətdən çıxmasına səbəb olur. Zorakılığın 

efirdə  görünməsinin  tərbiyəvi  əhəmiyyət  daşıması  isə  belə  izah 

olunur:  koqnit  –  yəni  dəstək;  zorakılıq  tamaşaçıda  aqressiyaya 

nəzarət fantaziyasını yaradır; yolverilməzlik – zorakılıq elə aqres­

siya xofu yaradır ki, bu, aqressiyanın sıfıra enməsinə səbəb olur; 

katarsis  –  zorakılıq  potensiallarının  şüurda  yaşanılması  yolu  ilə 

aqressivlikdən uzaqlaşma. 

Bu fikirlərin hər biri (465, səh. 223) öz­özlüyündə müəyyən təc­

rübəyə və ya nəzəri araşdırmalara söykənsə də, zorakılığın efirdən 

görünməsini qeyri­məqbul addım kimi dəyərləndirib, ona qarşı çıxa 




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə