TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə121/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   117   118   119   120   121   122   123   124   ...   171

287

müşahidə etmək olar. Həmçinin folklor nümunələrinin və ədəbi 

əsərlərin animasiya ilə tamaşaçıya çatdırılmasında mədəni­maarif 

işi görülürsə, bu daha çox uşaqlara ünvanlandığından həm tədris, 

həm  də  əyləncə  funksiyalarına  aid  oluna  bilər.  Bir  çox  hallarda 

funksiyalar  arasında  dəqiq  sərhədlərin  olmasına  baxmayaraq, 

hər  hansı  bir  televiziya  məhsulu  eyni  vaxtda  bir  neçə  funksiya­

nı  özündə  ehtiva  edə  bilər.  Bu  zaman  onun  təsir  dairəsini  daha 

çox hara ünvanlaması və televiziyada məhz hansı vəzifəni yerinə 

yetirməyi öz qarşısına məqsəd kimi qoyması əsas götürülür. Məhz 

bu baxımdan, televiziya filmləri bütövlükdə mədəni­maarif işini 

həyata keçirsə də, birbaşa bu funksiyanın icrasına aidiyyatı olan 

sənədli və elmi­kütləvi filmləri qeyd etməliyik.

Sənədli televiziya filmləri televiziya filmləri içərisində xüsusi yer 

tutur.  Televiziyanın mövcudluq forması olan proqram indiki za­

mana hesablandığından, onun birdəfəlik yayımı nəzərdə tutulur. 

Yəni televiziya proqramı konkret gündəmə aid və ya onu əhatə edən 

mövzuları ehtiva etdiyindən, onun sonrakı illərdə təkrar verilməsi 

mümkünsüzdür. Lakin televiziya filmi proqramdan fərqli olaraq 

birdəfəlik yayım üçün deyil, müxtəlif dövrlərdə təkrar göstərilmək 

üçün nəzərdə tutulub. Bununla bağlı, proqramdan fərqli olaraq te­

leviziya filmi daha uzunömürlü hesab oluna bilər. Bu baxımdan 

artıq onilliklərlə televiziya ekranlarından göstərilən filmləri misal 

gətirərək, onların bir çoxunun ölməzlik qazanıb sənət incisi kimi 

qızıl fondda saxlanıldığını qeyd etmək olar. 

Televiziya filminin dramaturji materialı, onun poetikası televizi­

yanın kütləviliyi, həmçinin informasiya vasitəsi olması ilə bilavasitə 

bağlı olaraq, proqramların axarında öz yerini tapır. Sənədli telefilmə 

tərifi, gerçək həyatdan alınan hər hansı bir hadisəni öz təbii çevrəsi 

və axını içində, ya da buna ən yaxın şəkildə sonradan qurulmuş 

hadisə çərçivəsində canlandırıb müəyyən məqsədlə əks etdirən te­

leviziya filmi növü kimi vermək olar. Deməli, sənədli film həyat 

gerçəkliyi  və  hadisəsi  ilə  bağlı  olaraq,  onun  ekran  təcəssümünü 

həyata keçirir. Televiziya sənədli filminin öz dili və ifadə vasitələri 

var. O, həyat gerçəkliyini, reallığı göstərməklə, tamaşaçını hadisə 

ilə tanış etməklə bərabər, mədəni­maarif işini öz üzərinə götürür.

Sənədli  televiziya  filmləri  özünün  məzmun  və  formasına  görə 

çoxşaxəli olur: problemlərin əks olunması, teleportret, müşahidə, al­

bom, analitik və mədəni irsi təbliğ edən filmlər ölkə teleməkanımızda 

özünə  daha  çox  yer  alır.  Mövzu  genişliyi  və  sərhədsizlik  sənədli 

filmlərin formaca müxtəlif olmasına imkan verməklə bərabər, yara­

dıcı heyətin – rejissor və ssenari müəllifinin bəşəri ideyalara sadiqli­




288

yi, vətəndaş­sənətkar mövqeyi və üzərinə düşən ictimai məsuliyyəti 

düzgün  dəyərləndirməklə,  ortaya  çıxardığı  məzmun­forma  vəh­

dətinin təsir imkanını da artırmış olur.

Televiziya  filmləri  istehsalında  böyük  yaradıcılıq  ənənəsi  olan 

Azərbaycan  Dövlət  Televiziyasının  1960­cı  ildə  əsası  qoyulan 

“Azərbaycantelefilm” Yaradıcılıq Birliyi uzun illər ərzində ekran­

larımızda xüsusi yer alan filmlərin yarandığı məkan kimi hazırda 

da bu sahədə ən məhsuldar qurum kimi seçilir. İllik film istehsa­

lına 14 saat ayıran birlik elmi­kütləvi, etnoqrafik filmlərlə yanaşı, 

musiqili  filmlərin  istehsalı  ilə  də  AzTV­nin  ekranında  mədəni­

maariflənmə  işini  uğurla  davam  etdirir.  “Odlu  məmləkət”,  (re­

jissor  –  Nazim  Rza),  “Deportasiya”  (rejissor  –  Vaqif  Behbudov), 

“Tənha  ruh”  (rejissor  –  Miri  Rzayev),  “Dvorjakın  melodiyası”, 

“Qara ney”, “Sənsiz”, “Xiffət”, “Muğam” (rejissor – Nazim Abbas), 

“Ümid çıraqları” (rejissor – Vəli Səyyadi), “Abbas və Gülgəz” (re­

jissor – Rövşən Almuradlı), “Olqa” (rejissor – Vasif Məmmədzadə) 

filmləri çağdaş televiziya yaradıcılığı işində böyük yer alan ekran 

nümunələri kimi qeyd olunmalıdır.

İstedadlı  rejissor  Nazim  Rzanın  öz  ssenarisi  əsasında  çəkdiyi 

“Od lu  məmləkət”  12  seriya,  7  filmdən  ibarət  sənədli  filmi  Bakı 

nefti, onun tarixi keçmişi, Azərbaycanın mədəni, siyasi həyatında 

yeri və bu günü mövzusunda çəkilmiş, miqyasına görə bu möv­

zunu əhatə edə biləcək bütün filmlərdən daha geniş, məlumatlı, 

yeni  tarixi  faktlarla  zəngin  ekran  nümunəsidir.  Rejissor  filmdə 

tarixi gerçəkliklərin, indiyədək ictimaiyyətdən gizlədilən bir çox 

faktların  açılması,  onların  sənədli  filmin  dili  ilə  ifadəli  tərzdə 

təqdimatına nail olmaqla bərabər, tarixə və bu günə iri miqyasda 

baxmaqla tamaşaçıya reallığı olduğu kimi çatdırmağa çalışır.

Televiziya  filmlərindən  danışarkən  istedadlı  kinorejissor  Vaqif 

Mustafayevin  çəkdiyi  “Heydər  Əliyev”  film­epopeyasını  xüsu­

si qeyd etmək gərəkdir. Azərbaycan xalqının görkəmli oğlu, bö­

yük  siyasətçi  Heydər  Əliyevin  keçdiyi  həyat  yolunu  əks  etdirən 

çoxseriyalı televiziya filmi tarixi şəxsiyyətin, bizim müasirimizin 

geniş  şəkildə,  tam  olaraq  həyat  bioqrafiyasını  yaratmağa  çalışır. 

Onun  həyat  yolunu,  siyasi  mübarizəsini  əks  etdirən  film  yaxın 

keçmişimizə bir baxış, araşdırmanı əks etdirməklə bərabər, böyük 

şəxsiyyətin real obraz cizgilərini yaratmış olur. Heydər Əliyevin 

fəaliyyəti, Azərbaycanda 1969–1982­ci illərdə hakimiyyətdə oldu­

ğu dövrdə ölkənin qüdrətlənməsində şəxsi keyfiyyətinin oynadı­

ğı başlıca rolu, 1982–1987­ci illərdə SSRİ Nazirlər Soveti sədrinin 

birinci müavini kimi gördüyü xidmətlər və qarşılaşdığı xəyanət,  




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə