TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə129/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   125   126   127   128   129   130   131   132   ...   171

305

tətbiqi, daha baxımlı olması üçün forma axtarışları, estetik həllin 

cəzbediciliyi ciddi zərurət kimi önə çıxır.

Azərbaycan televiziyasında uşaq verilişlərinin təhlili televiziya­

şünaslığın çözümünü gözləyən problemlərindəndir. Böyüməkdə 

olan  nəslin  mənəvi  tərbiyəsi  və  onun  cəmiyyətə  hazırlanması 

mək  təb pedaqogikası, ailə tərbiyə metodları ilə yanaşı, televiziya­

nın  da  üzərinə  düşən  mühüm  bir  vəzifədir.  Müəyyən  zaman 

daxilində əhatə etdiyi məkanın, bəzənsə peyklə yayımlanması he­

sabına dünyanın bir çox yerlərində eyni bir informasiyanı yaymaq 

gücünə malik, insanların məişətinə, davranışına, dünyagörüşlərinə 

nüfuz  edərək  şəxsiyyətin  biçimlənməsində  iştirak  edən  televiziya 

yayımı, uşaqların da həyatından izsiz ötüşə bilməz. Televiziya ilk 

yaradılış tarixindən uşaqları bir auditoriya kimi nəzərə alaraq, onla­

rın zövqünə, qavrama gücünə uyğun, maraqlandırıcı, həvəsyaradıcı 

tərzdə bilgilərin verilməsi, tərbiyəvi tövsiyələrin çatdırılması yolu 

ilə  mənəvi­intellektual  formalaşmalarında  iştirak  edən  layihələrlə 

çıxış etməyə başladı. Burada müxtəlif yaş qrupları, onların istəkləri 

nəzərə alınaraq əyləncəli, intellektual, tədris və musiqili xarakter da­

şıyan verilişlər müəlliflərin başlıca ideyasını – cəmiyyətə yeni insan 

hazırlamaq, onun intellektual qabiliyyətini yüksəltmək, bilgilərini 

zənginləşdirmək,  davranış  qaydalarını  öyrətmək  və  bununla  da, 

ümumiləşmiş şəkildə desək, lazımi biliklərlə silahlandırmaq, yəni 

tədris etmək işi uğurla təcəssüm olunmağa başlayırdı.

Televiziyada  tədris  və  ya  uşaq  verilişlərinin  özünün  lazımi 

təsirini verə bilməsi üçün günün marağı, uşaqların dəyişkən zöv­

qü diqqətlə nəzərə alınmalı və onların məhz istədiyi və ya qav­

raya  biləcəyi  tərzdə  verilişlərlə  onlara  təsir  etmək  imkanı  əldə 

etmək olar. Burada mövzu əlvanlığı özünün ekran təcəssümündə 

uşaq  dünyasına  uyğun  tərzdə  biçimlənmiş  forma  ilə  təqdim 

olunduqda  o,  ekran  qarşısında  maraqla  əyləşərək,  onun  üçün 

nəzərdə tutulan verilişi izləyə bilər. Belə verilişlərin müsbət təsiri 

barədə  müxtəlif  mülahizələr  və  fərziyyələr  irəli  sürülsə  də,  bir 

şey  aydındır  ki,  onlar  televiziyadan  maraqlandıqları  məlumatı 

almaqla,  sevimli  personajları  ilə  görüşməklə  dünyagörüşlərini 

artırmaq  imkanı  qazanırlar.  “Tədqiqatçıların  fikrincə,  hər  gün 

televiziya  qarşısında  orta  hesabla  bir  saat  oturan  uşaqlar  özlə­

rinin inkişaf səviyyəsinə, maraq dairəsinə görə televizora az ba­

xan yaşıdlarından üstündürlər” (52, səh. 176) və onların televizor 

vasitəsilə  aldıqları  bilgilər  tədris  prosesində  köməkçi  vasitə  ki­

mi  daha  ətraflı  məlumata  yiyələnmələrinə,  həmçinin  qavranılan 

məlumatların  yaddaşda  daha  möhkəm  qalmasına  imkan  verir. 




306

Verilən  informasiya  görüntü  ilə  müşayiət  olunduğundan  onun 

təsir  effekti  çox  olmaqla  bərabər,  yaddaşa  həkk  olunaraq,  uzun 

müddət özünə yer almasına imkan verir. Deməli, uşaqlar və ye­

niyetmələr  televizor  qarşısında  oturmaqla  həm  asudə  vaxtla­

rını  səmərəli  keçirərək  mədəni  səviyyələrini  artırmaq,  həm  də 

müəyyən sahələr ətrafında biliklər əldə etmək imkanı qazanırlar.

Uşaq və yeniyetmələr üçün verilişlər, ilk növbədə, yaş qrupları­

na görə bölünür və onların qavrama imkanlarına uyğun təqdimat 

formaları seçilir. Azyaşlı və məktəbəqədər uşaqlar üçün hərflərin, 

sayların öyrədilməsi, gülməli personajların ifasında nağıl danışıl­

ması, cizgi filmlərinin nümayişi yolu ilə tədris icra olunur və on­

lara  ümumi  məlumatlar  verilir.  İbtidai  və  yuxarı  sinif  şagirdləri 

üçün  məzəli  əhvalatlar,  mahnılar,  ensiklopedik  məlumatlar, 

müəyyən  sahələr  –  din,  mədəniyyət,  davranış  və  s.  üzrə  ətraflı 

məlumat, tədrislə paralel ədəbi əsərlərin səhnələşdirilməsi, uşaq 

teatrı, rəqs, heyvanlar aləmi ilə tanışlıq, təhsildə uğurları ilə seçilən 

yaşıdları  ilə  tanışlıq,  idman  yarışları,  müxtəlif  oyunlar  üzərində 

qurulan verilişlər təqdim olunur. Yeniyetmələr və buraxılış sinif 

şagirdləri üçün intellektual oyunlar, yaşıdlarının üzləşdiyi sosial, 

psixoloji problemlər, onların yaradıcı fəaliyyəti ətrafında qurulan 

və  daha  çox  zərərli  vərdişlərin  əleyhinə  təbliğat  aparan,  onları 

əməyə, təhsilə, sənətə yönəldən, mənəvi, mədəni dəyərlərə yaxın­

laşdıran,  humanizm,  vətənpərvərlik  tərbiyəsini  aparan  verilişlər 

təqdim olunur. Dünya televiziya təcrübəsində uşaqlar üçün seri­

allar, silsilə proqramlar və əyləncəli şoular ən çox yayılmış forma 

kimi neçə­neçə nəslin inkişafında əhəmiyyətli rol oynamışdır: SSRİ 

dönəmində  “Gecəniz  xeyrə  qalsın,  körpələr”,  “ABVQD­eyka”, 

“Budilnik”,  “Nağılların  qonağı,  “16­ya  qədər  və  ondan  yuxarı”; 

ABŞ­da  “Tilsimli  küçə”,  İtaliyada  “Fantastiko”,  əksər  ölkələrin 

televiziyalarında  “Telepuziklər”  serialları  böyük  tərbiyəvi  və 

öy rədici  gücə  malik  olan  layihələr  kimi  dəyərləndirilməlidir.

Azərbaycan  televiziyasında  da  uşaqlara  və  yeniyetmələrə  ün­

vanlanan  verilişlər  təqdim  olunurdu:  “Piri  babanın  nağılları”, 

“Poçtalyon əmi”, “Huşsuz”, “Cırtdan və dostları”, “Fırçam, karan­

daşım var”. Özünün yaradıcı həllinə və mövzu xüsusiyyətinə görə 

Mərkəzi kanalların verilişlərindən geri qalan və bir qədər primi­

tiv tərzdə təqdim olunan bu verilişlər seçim imkanı olmadığından 

azərbaycandilli auditoriya tərəfindən böyük maraqla qarşılanırdı. 

Çağdaş  teleməkanda  uşaq  verilişlərinin  əhəmiyyəti    daha  da 

artmışdır. Belə ki, xarici filmlərin geniş yayımlanması, Rusiya və 

Türkiyə  kanallarının  ölkədə  yayımı,  həmçinin  peyk  antenaları 




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə