TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə131/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   127   128   129   130   131   132   133   134   ...   171

309

ANS kanalının efirində yayımlanan “Bala dili” proqramı ba rədə 

televiziya tənqidçisi Elşad Quliyev “yaxşı düşünülmüş quruluşu 

olduğunu, zərif estetik düzümünün tamaşaçını cəlb etdiyini” (52, 

səh. 178) və apa rıcının saxta danışmadığını söyləsə də bu fikirlə 

razılaşmaq olmaz. İdeya­məzmun etibarı ilə maraq kəsb etsə də, 

“Bala dili”nin estetik həllində kifayət qədər aydın nəzərə çarpan 

qüsurlar onu görünüş etibarı ilə uşaq verilişindən uzaq salmaqla 

bərabər,  aparıcının  səmimilikdən  uzaq,  həmçinin  ifadəsiz,  quru, 

orfoepiya qaydalarına, televiziya danışıq prinsipinə zidd şəkildə 

qurulan  nitqi  təkcə  verilişin  bədii  gücünü  azaltmır,  həmçinin 

uşaqların  nitqinin  də  səhv  biçimlənməsinə  rəvac  vermiş  olurdu. 

Lakin  bir  mühüm  müsbət  cəhəti  qeyd  etmək  lazımdır  ki,  2003­

cü  ilin  sentyabrından  başlayaraq  “Bala  dili”  proqramının  vax­

tının  uzadılaraq  hər  həftənin  bazar  günü  saat  9.00­dan  12.00­a 

qədər  davam  etməsi  və  fərqli  mövzuları  əhatə  edərək  uşaqların 

dünyagörüşlərinin artırılmasına, müxtəlif sahələrdə – dini, əxlaqi 

biliklərə  olan  maraqlarının  təmin  olunmasına,  həmçinin  uşaqla­

rı  faydalı  işlərlə  məşğul  olmağa,  heyvanlara  müsbət  münasibət 

göstərməyə yönəlmiş çağırışları mühüm iş hesab oluna bilər. Ve­

rilişin dəyişən konseptual həlli daha əhatəli və mənəvi tərbiyə ilə 

əyləncənin bağlılığı üzərində tamlıqla qurulmaqla, uşaqların ek­

ran  başında  toplanmasına  imkan  yaratmış  olur.  Verilişin  forma 

həllində  uçan  kosmik  raket  və  oradan  hadisələrə  baxış  özünün 

dünyasını yaratmaq istəyən uşaqlar üçün maraqlı ola biləcək bir 

tapıntıdır və onun bütünlüklə estetik cəhətdən qorunması yüksək 

qiymətləndirilməlidir. Lakin burada da aparıcının nitq nöqsanla­

rı, gərginliyi uşaqlarla səmimi ünsiyyətin yaranmasına mane olur, 

verilişin baxımlılığına xələl yetirirdi.

“Lider” kanalının efirində yer alan “Bumeranq” verilişində mü­

ğən nilərin öz həyatlarını danışmasını və uşaqların onlara sual vermə­

sini tənqidçi Elşad Quliyev mənfi tendensiya kimi qiymətləndirib, 

“ulduzların özlərinin intellektual və mədəni infantil vəziyyətindən 

çıxa bilmədiyini” (52, səh. 179) və uşaqlara həsr olunmuş verilişlərdə 

yol  verilən  bu,  həmçinin  digər  diqqətsizliklərin  mənəvi­mədəni, 

intellektual  tərbiyə  işinə  böyük  zərər  vurduğunu  açıqlayır.  “Li­

der” kanalının “Mən uşaq olsam da…”, “Kim yatmış, kim oyaq?” 

verilişlərində də müğənnilərin iştirakı, orada səslənən bayağı sual­

ları, uşaqların öz yaşlarına aid olmayan mahnıları oxumalarına im­

kan verilməsini antimaarifçilik adlandıran televiziya yazarı Sevda 

kifayət qədər təhlükəli olan bu fəaliyyəti tənqid edərək “Konsep­

siyası  olmayan  belə  proqramların  maarifçilik  yox,  antimaarifçilik 

missiyasını yerinə yetirdiyini” yazır (86). Söylənilən fikir populyar 



310

adamların efirdə görünməsi hesabına reytinq yığmaq həvəsi ilə bağ­

lı kanalların apardıqları işi göstərmiş olur, lakin bu da bir həqiqətdir 

ki, uşaq verilişlərindən reytinq tələb etmək yox, orada tədris işinin 

effektivliyini  güdmək cəmiyyət qarşısında kanalın daşıdığı başlıca 

ictimai  məsuliyyətidir.  Belə  verilişlərin  maliyyələşdirilməsinin  bir 

çox  hallarda  kanallar  üçün  çətin  olduğunu  nəzərə  alıb,  yuxarıda 

dediyimiz  kimi  sahibkarların  maraqlandırılması  yolu  ilə  –  onları 

marketinq  fəaliyyəti  prizmasından  ünvanlı  tamaşaçı  auditoriya­

sı arasında təbliğ etməklə maliyyələşməni həyata keçirmək qəbul 

olunmuş qaydadır.

Təəssüflə  deyilməlidir  ki,  bir  çox  hallarda  sponsorların  cəlb 

olun  ması və onların verilişdə təbliği işi proqramın konsepsiyasını 

təşkil edir, ideya yükü, onun təcəssümü ikinci dərəcəli işə çevrilir. 

“Space”  kanalında  “Bizim  planet”in  yeganə  məqsədi  proqramın 

sponsoru “Noxodi”ni istedadsız şəkildə təbliğ etməkdən ibarətdir. 

Əgər belə olmasaydı, 15 dəqiqəlik verilişin yarıdan çoxu sponso­

run təbliğinə yönəlməzdi. Bu veriliş firmanın öz mallarının satışını 

təşkil etmək üçün, sadəcə, vasitə rolunu oynayır” fikri (86) kifayət 

qədər təhlükəli bir məsələ olub, uşaqların həvəsləndirmə yolu ilə 

alıcılığa sövq edilməsidir ki, bundan mümkün qədər uzaq olmaq 

gərəkdir. Yaradıcı baxımdan bəsit, baxımsız olan bu veriliş hər gün 

saat 18.10­da yayımlanır və uşaqların mənəvi tərbiyəsində, tədrisin 

qavranılmasında heç bir faydalı rol oynaya bilmir. Məqalə müəllifi 

haqlı olaraq verilişdə verilən cizgi filminin dəhşətli olduğunu və 

aparıcı obrazları Yuni və Cuni robotlarının “əcaib məxluqlardan 

fərqlənmədiyini” göstərərək, bunu sponsoru pərdələmək naminə 

istifadə olunan vasitə adlandırır. Bütün bu qabardılan faktlar “Bi­

zim planet” verilişinin məzmun və formasında təzahür edən ciddi 

nöqsanları göstərir və hesab edirik ki, “Space” kanalında “Böyüklər 

bizi görməyəndə”, ATV kanalında “Söyüdlü bağça”  verilişləri də 

daxil olmaqla ölkə teleməkanında uşaq verilişləri yaradıcılığı bit­

kin vəziyyətdə deyil, bu sahədə ciddi yaradıcı nöqsanlar mövcud­

dur. Bu hallar kanalların tədris funksiyasını yerinə yetirməsi işini 

gerilədir, onların uşaq auditoriyasına ünvanlamış verilişlərinin sö­

nük olması uşaqları tamlıqla ekran qarşısından uzaqlaşdırır. Uşaq 

verilişlərinin  tədris,  pedaqoji,  sosial  və  ictimai  əhəmiyyətini  önə 

çəkərək və bu cür verilişlərin tədris funksiyasının tərkib hissəsində 

mühüm olmasını qeyd edərək, kanalların efir vaxtında yer alma­

sını,  zövqlü,  bədii  cəhətdən  əsaslanmış  tərzdə,  ideya­məzmun 

baxımından  önəm  daşıyan,  uşaqların  intellektual  səviyyələrinin 

artırılmasına  yönəlmiş  dinamik  proqramların  olmasını  qaçılmaz 




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə