TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə110/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   106   107   108   109   110   111   112   113   ...   171

262

infoteynment anlayışını yaratdı. İnformasiya və əyləncə sözlərinin 

birləşməsindən  yaranan  bu  termin  əyləncəlilik  axtarışını  ifadə 

edərək çağdaş yayımın fəaliyyət istiqamətinə çevrildi.

İnfoteynmentin yaranışının 1980­ci illərə təsadüf etməsi bilavasitə 

telesənayenin  sürətli  inkişafı,  kanalların  çoxluğu,  onlar  arasında 

rəqabət, artıq yeni olmayan televiziyanın digər KİV­lərdən fərqli 

fəndləri hələ tapmaması ilə yaranan islahat, yeniləşmə zərurəti ilə 

bağlıdır.  Əgər  1950­ci  illərdə televiziya  möcüzə, 60­cı  illərdə ye­

nilik olub, 70­ci illərdə hər bir evdə məskən salmışdısa, (məhz bu 

dövrdə aparıcı ölkə vətəndaşlarının evində televizorların sayı art­

dı), 80­ci illərdə artıq özünün fərdi cəhətləri, yeni təqdimat üsulu 

ilə seçilməməsi ona olan marağı azaltmağa başladı. ABŞ­da infor­

masiya proqramları reytinqdə ciddi enmənin qarşısını almaq üçün 

formatı  infoteynment  üzərində  qurmağa  başladılar.  İlk  növbədə 

rəsmi xronikanın yeri və payı dəyişdi. Getdikcə, ümumiyyətlə, sen­

sasiyalı və ya əhəmiyyətli olmayan xronikanı, rəsmi informasiyanı 

buraxılışlara salmamağa başladılar. Əsas yer sosial və mədəniyyət 

mövzularına ayrılmaqla, ekran qarşısında tamaşaçı üçün maraqlı 

informasiya mühiti qurmağa cəhd etdilər. Xüsusən ciddi narahat­

çılıq yarada biləcək sosial problemlərə, tənqidlərə, araşdırmalara 

geniş  yer  verməklə,  onu  fəaliyyətin  əsas  istiqamətinə  çevirdilər. 

İslahat  həmçinin  jurnalist  yaradıcılığında  da  duyuldu.  Efirdə 

səslənəcək xəbəri çatdırmaq biçimlərində dəyişiklik edərək detal­

lara, fərdlərə diqqəti artırıb tamaşaçıya maraqlı olacaq məqamları 

qabartmaq çağdaş jurnalistikanın yeni yaradıcı siması, üslubu və 

fəaliyyət  istiqaməti  kimi  müəyyənləşərək  keyfiyyət  göstəricisi 

(yeni  dönəmlə  ayaqlaşmayan  veteran­jurnalistlərin,  diktorların 

xidmətindən  imtina  edilərək,  daha  çox  xarakterik  görünüşlü, 

spesifik  danışıq  tərzinə  malik,  bədii  publisistika  təcrübəsi  olan 

mütəxəssislərin cəlb olunması) oldu.

CBS  kanalında  həftəlik  “60  dəqiqə”  proqramı  informasiya­

əyləncə xəttinin geniş yayılmasına, ayrıca buraxılışlara rəvac ver­

di. Burada aparıcının şəxsi rəyi, münasibətləri, jurnalistlərin süjet 

qəhrəmanları  ilə  bir  arada  olması  mövcud  basmaqəlibləri  dağıt­

maqla bərabər rejissor, operator, montajçı, jurnalist yaradıcılığında 

yeni axtarışlara təkan verdi. NBC­nin prodüseri Nil Şapira yazır: 

“Yekun  xəbərləri  effektli,  qrafika,  fantaziya,  xüsusi  effektlər,  xü­

susi rəng verərək təqdim etmək gərəkdir. Sensasiyalı xəbər, vacib 

görünəni ardıcıllıqda qabaqlamalıdır. Çünki günün (həftənin) so­

nunda insanlar bütün yeniliklərdən xəbərdardırlar” (158, səh. 11).  

N.  Qalyedkinin  araşdırmasından  bəlli  olur  ki,  NBC­nin  “20/20”, 




263

CBS­in “48 hours” proqramları, Fox News kanalı isə bütünlüklə in­

foteynment üzərində quruldu. Tezliklə bu ənənənin səmərəsindən 

ruhlanan Avropa  və Asiya  teleməkanında  infoteynmentin  ekran 

təcəssümünə rast gəlmək mümkün oldu.

Azərbaycan teleməkanında ilk belə cəhdlər 1980­ci illərin sonla­

rında  “Dalğa”,  “Videokanal”da  edilsə  də,  bilavasitə  informasiya 

proqramının infoteynmentlə qurulma təcrübəsi ANS­in hazırladı­

ğı “Xəbərçi” buraxılışında (1991) özünü göstərdi. “Günün ekranı”, 

“Zaman”, “Xəbərlər” ifadələrinə alışan Azərbaycan seyrçisi üçün 

“Xə bərçi” adı ilə təqdimat yenilik olmaqla bərabər, cəlbedici idi. 

İlk  dəfə  ölkə  gerçəkliyini  fərqli  tərzdə  təqdim  edən  aparıcı  Mir­

şahin Ağayevin danışıq üslubu, təhlil xarakterli münasibəti seyrçi 

üçün alternativ informasiya mənbəyinə çevrildi. Mürəkkəb siyasi 

durum “Xəbərçi” proqramını müharibə, siyasi çəkişmələrdən daha 

çox  danışmağa  vadar  etsə  də,  onun  sosial  problemlərə  yer  ayır­

masını  məhdudlaşdırsa  da,  proqram  sensasiyalılıq  prinsipindən 

məharətlə istifadə edərək rəqabətsiz meydanda liderə çevrilə bildi.

İnfoteynmentin Azərbaycan teleməkanında təcəssümündən da­

nışarkən  mədəniyyət  xəbərlərini  əyləncəli  tərzdə  qurub,  seyrçi­

yə  çatdıran  və  böyük  uğurlar  əldə  edən  “SOY  production”­un 

istehsalı  olan  “Həftə  çal­çağırı”  proqramını  xüsusi  qeyd  etmək 

gərəkdir.  Teleməkanda  ilk  dəfə  1998­ci  ildə  əyləncə  ilə  infor­

masiyanı  birləşdirərək,  mədəniyyət  gündəmini  çatdırmaq  ba­

xımından  gərəkli  olan  proqramın  orijinal  ekran  həlli,  yenilik­

çi  addımları,  həmçinin  zövqlü,  çağdaş  teleyaradıcılıqda  geniş 

tətbiq olunan fəndlərdən istifadə onu təkrarsız etməklə bərabər, 

yeni  bir  axının  başlanğıcı  oldu.  Məhz  bu  proqramın  uğurun­

dan  sonra  orada  tətbiq  olunan  biçim,  mövzu  özəlliklərinin  yeni 

şəkildə  təzahürləri  mədəni  həyatın  təbliğatına  geniş  yer  vermiş 

oldu.  İstər  klassik  sənət  nümunələrindən,  istərsə  də  yeni  yara­

dıcılıq  axtarışlarından  xəbərlər  verən  proqramda  “Kitabi­Dədə 

Qorqud”un  1300  illiyi  ilə  bağlı  silsilə  işlər,  Novruz  bayramının, 

milli adətlərin yeni tərzdə və sənət adamları arasında qurmaqla 

təqdimatı,  ölkəmizə  gələn  sənət  adamlarının  təbliği,  teatr,  kino, 

təsviri sənət, dekorativ­tətbiqi sənət və digər incəsənət növlərini 

əhatə  etməklə  onların  həyatında  baş  verən  yeniliklərin  seyrçiyə 

məhrəm tərzdə göstərilməsi teleməkan üçün yenilik və həmçinin 

gərəkli  fəaliyyət  kimi  dəyərləndirilməlidir. Aparıcı  Səyavuş  Hü­

seynlinin təbii, inandırıcı nitqi, səmimiyyəti və ünsiyyətə girmək 

qabiliyyəti  ilə  qurulmuş  oyunların  vəhdəti  ekran  sənətinin  yeni 

cəhətlərini meydana gətirmişdir. Proqramda mədəniyyət ocaqla­




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə